Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə47/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   43   44   45   46   47   48   49   50   ...   106

§ 5.  Heydər Əliyev və
Azərbaycanda siyasi elita
Dövlətin,  cəm iyyətin  inkişafında 
özünəm əxsus  rola  m alik  olan,  bütöv­
lükdə  üm um bəşəri  tarixi prosesin  sub­
yekti  qism ində  çıxış  edən,  tərəqqinin 
dinam ikasında  başlıca  təkan  və  hərə­
kətverici  qüvvə  kim i  çıxış  edən  lider­
lər.  şəxsiyyətlər  və  elitar  birliklər  hə­
m işə  insanları  düşündürmüş,  bu  gün 
də düşündürməkdədir.
Azərbaycanda demokratik dövlət quruluşunun  təməlinin 
qoyulması  və  möhkəmləndirilməsi  prosesində  həlledici  xid­
mətlərə  malik  olan  siyasi  elitanın  formalaşması  qanunauy­
ğunluqlarının  klassik  və  müasir  elitologiya  nəzəriyyələri  as­
pektində  təhlili  gündəlikdə duran  məsələlərdəndir.  Ən  başlıcası 
isə,  bu  sahədə  ümummilli  lider  Heydər  Əliyevin  misilsiz  xid­
mətlərini  tədqiq  edərək,  onun  dünya  poiitoloji  elmini  zəngin­
ləşdirəcək  nəzəri-praktiki  irsini  aşkara çıxarmaq çox  önəmlidir.
Müasir  cəmiyyətlərin  elitar  mahiyyətli  olması  kifayət 
qədər  sübut  edilmiş  faktdır.  Siyasi  elitarlıq  faktorunun  nəzərə 
alınmaması,  bütün  insanların  eynilik  və  bəsit  başa  düşülən  bə­
rabərlik  çərçivəsinə  yerləşdirilməsi  cəhdləri  tarix  boyu  son 
nəticədə  xalqa  əzab  gətirən  səmərəsiz,  avtoritar  rejimlərin 
hökmranlıq etməsinə gətirib çıxarmışdır.
-  
190
  -
Elitasız  keçinməyin  mümkünlüyünü  irəli  sürən  “ictimai 
Özünüidarəyə”  dair  kommunist  nəzəriyyəsi  isə  reallıqdan  daha 
çox  cəlbedici  bir  ideal,  hətta  utopiya  olaraq  qalmışdır.  Son 
yüzillikdə  demokratik  dövlətçiliyin  tarixi  təcrübəsi  sübut  etdi 
ki,  istər  hər  bir  ölkənin  qarşısında  duran  tələblərə,  istərsə  də 
zamanın  çağırışlarına  cavab  verməyə  qadir  siyasi  elitarlıq  fak­
toru  ilə  nəinki  mübarizə  aparmaq,  əksinə,  onun  formalaşması 
qanunauyğunluqlarına bələd olaraq  hər cür dəstəkləmək cəmiy­
yətin,  bütövlükdə  bəşəriyyətin  tərəqqi  və  mənafeyinə  xidmət 
etmək deməkdir.
Nisbətən  gənc  tarixə  malik  olan  poliıologiya  elminin, 
clitarizmin  müasir  nəzəriyyəsinin  gəldiyi  ən  başlıca  qənaətləri 
belə  səciyyələndirmək  olar:  dövləti,  ölkəni  istənilən,  “hər  ye­
rindən duran  adam”  idarə edə bilməz.
Xalqın  taleyi  və  məsuliyyəti  rəhbər  və  lider  statusunu 
daşıyan  şəxsiyyətdə  fenomenal,  qeyri-adi  qabiliyyətlərin  cəm- 
lənməsini  tələb edir.
Cəmiyyətdə  mövcud  olan  insanlar  çoxçalarlı  xüsusiy­
yətlərə,  müxtəlif  keyfiyyətlərə  malikdir.  Bu  çeşidlilik  insan­
ların  siyasi  həyatda  müxtəlif  fəallıqla  iştirakında,  sosial-siyasi 
proseslərin  təsirində və  onların  idarə edilməsində özünü  büruzə 
verir.  Siyasi  idarəçilik  keyfiyyətlərinin  və  funksiyalarının  ən 
parlaq  ifadə  olunduğu,  siyasi  hakimiyyətin  əhəmiyyətli  hissəsi­
ni öz əlində cəmləyən  müxtəlif insanların  siyasi  maraqlarını  bir 
araya  gəlirə  və  bir  məcraya  yönəldə  bilən  siyasi  amailann 
təcəssümü,  gerçəkləşdirilməsi  mexanizmini  yarada  bilən  ali 
sosial  qrup  -  cəmiyyətin  elitasını  təşkil  edir.  Siyasi  elita  fiziki, 
intellektual,  psixoloji,  mədəni,  əxlaqi  və  təşkilatçılıq  qabiliy­
yətləri  ilə  fərqlənir.  Cəmiyyətin  və  dövlətin  inkişafının  əsas 
ideologiya  və  dünyagörüşünü  formalaşdırır.  İctimai  prosesləri
-  
191
  -


lazım olan  istiqamətə yönəldə,  onların  axarını  dəyişə  və təkmil­
ləşdirə  bilir.  Nisbətən  azlıq  təşkil  etsə  də,  siyasi  elita  müstəqil, 
yüksək  sosial  statusa  malik  olaraq  hakimiyyəti  əlində  cəm­
ləməklə dövlətin  strateji  xəttini  gerçəkləşdirməyə  xidmət edir.
Hakim  siyasi  elitanı  səciyyələndirən  əsas cəhətlər elito- 
loji  nəzəriyyəyə görə,  xüsusi  təbii  qabiliyyət  və bacarıqlar, özü­
nəməxsus  sarsılmaz  birlik  yarada  bilmək  məharəti,  cəmiyyaı 
tərəfindən  siyasi  rəhbərlik  hüququnun  legitimləşməsinə  nail 
olmaq,  fəaliyyətində  insanların  mənafeyinə  xidmət  etməsi, 
bütün  təbəqələrdən  ən  dəyərli  insanların  burada  təmsil  olun­
ması  real,  mütərəqqi  nəticə  və  uğurların  əldə  edilməsi  və  s. 
kimi  ümumiləşdirilmişdir.  Cəmiyyətin  siyasi  həyatının  elitar 
mahiyyətə  malik  olması  danılmaz  reallıqdır  və  elitanın  fəaliy­
yətinin  daha  uğurlu  olması  üçün  bu  problemin  ardıcıl  təhlili 
dünya ictimai  elmində diqqət  mərkəzində olan  məsələlərdəndir. 
Elitanın  strukturu  bir  tarixi  mərhələdən  digərinə  keçid  prose­
sində  dəyişikliyə  uğraya  bilər.  Məsələn,  tarix  boyu  elitar  dina­
mikada  qəhrəmanlar,  sərkərdələr,  cəngavərlər,  aristokratlar, 
müdrik  dövlət  xadimləri,  intellektual  elita  və  s.  kimi  status 
fərqləri  bir-birini  əvəzləmişdirsə  də,  cəmiyyətdə  baş  verən 
proseslərin  subyekti  və  obyekti  qismində  çıxış  edənlər  arasın­
dakı  münasibətlərin  mahiyyəti,  əsasən  özünü  bütün  dövrlərdə 
büruzə  verməkdədir.  Elita  və cəmiyyət  arasındakı  münasibətlər 
müxtəlif  siyasi  quruluşlarda  hökmranlıq  xarakteri  daşımışdırsa 
da,  müasir  demokratik  cəmiyyətlərdə  bu  münasibətlər  başlıca 
olaraq  ümumi  konsensus  və  birliyə  əsaslanan  idarəetmə  və 
nizam  yaratmaq  məqsədinə  xidmət  edir.  Bu  mənada  elitanın 
formalaşması  ideyası  demokratiyanın  prinsipləri  ilə  ziddiyyət 
təşkil  etmir  və  insanlara  təbiətən  xas  olan  sosial-psixoloji,  in­
-  
192
-
tellektual,  fərdi  diferensiasiyadan  irəli  gələn  obyektiv  qanu­
nauyğunluqdur.
Siyasi  elita  -   siyasi  lider  faktoru  ilə  bilavasitə  əlaqəli 
şəkildə  formalaşır.  Politologiya  elmində  bu  anlayışlar  üzvi 
vəhdət  təşkil  edir.  Real  həqiqətdir ki,  dünyadakı  dövlətlərin  adı 
və tarixi, onlan  yaradan  dahi  şəxsiyyətlərin  adı  ilə qoşa çəkilir. 
Tarixi  prosesin  ən  çətin  məqamlarında,  zamanin  qarşıya  qoy­
duğu  həlli  mürəkkəb  olan  məsələlərin  həlli  üçün  taleyüklü 
qərarların  qəbul  edilməsini  diktə  edən  qeyri-müəyyən  şəraitdə 
siyasi  lider,  şəxsiyyət  və  dövlət  xadimləri  hadisələrin  nizam­
lanmasını  həyata  keçirir.  G.V.Hegel  tarixi  şəxsiyyətləri  Dünya 
Ruhunun  gerçəkləşdiriciləri  adlandıraraq  yazırdı:  “Siyasi  ni­
zamsızlıq  və  tənəzzülə  doğru  yuvarlanan  bir  xalqın  taleyini 
yalnız  dahi  xilas  edə  bilər”  (Г.Гегель.Политические  произ­
ведения.  M.,  1978.  c.154).
XX  əsrin  ikinci  yarısında  bütün  dünyada  yaşanılan 
qlobal  böhran  mərhələsində,  ağlagəlməz  dərəcədə  mürəkkəb 
geosiyasi  məkanda,  dünya  güc  mərkəzlərinin  maraqlarının  çar­
pışdığı,  ölkədaxili  xaosun  kulminasiya  həddinə  çatdığı  bir  za­
manda,  əsrlər  boyu  milyonların  əlçatmaz  arzusu  olan  suve­
renliyi,  Azərbaycanın  dövlət  müstəqilliyini  gerçəkləşdirən,  onu 
dönməz  və əbədi  edən  dahi  şəxsiyyət ömrünü  yaşamaq  Heydər 
Əliyevə nəsib olmuşdur.
Ulu  öndər,  liderliyin  miqyas  və  zirvələrini  siyasət  el­
mində  hələlik  sonadək  dərk  olunmayan  bütün  səviyyə  və  qat­
larını  fəth  etmiş,  nəinki  yaratdığı  siyasi  elitanın,  siyasi  parti­
yanın  lideri  statusunu  qazanmış,  həm  də  nadir  hallarda  gör­
kəmli  şəxsiyyətlərə qismət  olan  xalq  və  millət  sevgisinin  ən  ali 
məqamına  yüksələrək  Ümummilli  Lider,  Türk  dünyasının  Li­
deri  kimi  əbədiyaşar  adlarda  Azərbaycan  dövləti  durduqca  da­
-  
193
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə