Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə48/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   44   45   46   47   48   49   50   51   ...   106

hilik  etirafının  örnəyinə,  mücəssəməsinə  çevrilmişdir.  Heydər 
Əliyevin  liderliyi  altında  müstəqil  Azərbaycanın  milli  elitası 
formalaşmış,  baş verən,  ictimai-siyasi  proseslərin  axarını  dəyiş­
məyə  qadir  olan,  ictimai  şüura,  insanların  seçiminə  güclü  təsir 
göstərən,  onların  parçalanmaq  təhlükəsini  yaşayan  maraq  və 
enerjilərini  bir  nöqtədə  cəmləməyə  nail  olan,  nizamsızlıqdan 
təşkilatlanmış  qüvvəyə  çevirən,  əvəzsiz  ictimai-siyasi  təkan 
rolunu oynamışdır.
Dövlətçiliyin  taleyində  gördüyü  çoxmiqyaslı  fəaliyyəti, 
xalq  qarşısında  məsuliyyəti  və  əldə  etdiyi  nəticələri  ilə  Heydər 
Əliyevin  başçılıq  etdiyi  siyasi  elita  -  Azərbaycanın  milli  elitası 
səviyyəsinə yüksələ bilmişdir.
Hər  hansı  bir  insanın  öz  əhatəsinə,  hər  hansı  təşkilata, 
müəyyən  insan  qruplarına,  nəhayət,  bütün  cəmiyyətə  və  dün­
yada  gedən  proseslərə  göstərdiyi  daimi  nüfuzlu  təsirin  səbəb­
ləri  siyasət  elmində düşündürücü  məsələlərdən  olmuşdur.  Siya­
si  liderliyi  təhlil  edən  müstəqil  elm  sahəsi  formalaşmışdır. 
Liderlik  fenomeninə  cildlərlə  əsərlər  həsr  edilmiş,  liderlik  tip­
lərinin  və təsnifatının,  başlıca keyfiyyətlərin  səciyyələndirilmə­
sinə cəhd göstərilmişdir.
Lider  obrazları,  cəmiyyətdə  dağınıq  insan  kütlələrinin 
xalq  və millət  kimi  təşkilatlanmasında, optimal  siyasi  qərarların 
qəbul  edilməsində,  dövlətçiliyin  təməlinin  qoyulması  və  möh­
kəmləndirilməsində,  cəmiyyətin  sosial  enerjisinin  və  qurucu 
potensialının  səfərbər  edilməsində  siyasi  məqsədə  nail  olmağa 
yönəldilməsində,  bütün  təbəqələrlə  üfüqi  və  şaquli  istiqamət­
lərdə səmimi  əlaqə  və dialoq  kanallarının  təşkilində,  fövqəlmü- 
rəkkəb  durumlardan  çıxış  yolu  tapmaq  məharətində  və  s.kimi 
təsnifləşdirilmişdir.
Sadalanan  keyfiyyətlərdən  dolayı  qeyri-adi  təsir  və
-  194  -
nüfuz  gücünə  malik  olmaqla,  insanlarla  izahı  çətin  olan  sə- 
mjnıiyyət  və  inam  münasibətləri  yarada  bilən,  ilahi  verginin 
fenomenal  uğurlarla  müşayiət  etdiyi  xarizmatik  lider,  lıder- 
jdeoloq,  lider-strateq,  lider-praqmatik  və  s.  obrazlar  mövcud­
dur.  Azərbaycan  xalqı  bütün  bu  keyfiyyətlərin,  ilahi  qüvvənin 
təcəssümünün  bir insanın  simasında -  Heydər Əliyev  şəxsiyyə­
tində cəmlənməsindən  sonsuz qürur duyur.
“Müstəqil  Azərbaycanın  siyasi  elitası  1990-cı  ilin  yan­
varından,  ölkəmizin  Moskvadakı  səfirliyində  ümummilli  lider 
Heydər  Əliyevin  bəyanatı  ilə  formalaşmağa  başlamışdır.  Bu 
mürəkkəb  zamanda  azadlıq  və  müstəqillik,  demokratik  dəyər­
lər,  güclü  iqtisadiyyat  uğrunda  mübarizə  aparmağa  qadir  olan 
müasir milli  siyasi  elitanın  mənəvi  və siyasi  amalının  formalaş­
masının  başlanğıcı  idi.  Heydər  Əliyevlə  çiyin-ciyinə  Azərbay­
cana  bu  gün  rəhbərlik  edən  prezident  İlham  Əliyev  də  bu  pro­
seslərin  bilavasitə  iştirakçısı  və şahidi  idi.  Dövlətçilik  mənafeyi 
uğrunda  vətənpərvər  qüvvələrin  və  xalq  kütlələrinin  sarsılmaz 
birliyini  təmin  etmək  vəzifəsini  Heydər  Əliyevin  yaratdığı 
"Yeni  Azərbaycan”  partiyası  yerinə  yetirməli  oldu.”  (R.Meh­
diyev.  A z ə r b a y c a n :  q lo b a lla ş m a n ın   tələb ləri.  B akı,  2005, 
s.337).
Siyasi  lider  və  siyasi  elita  ilə  Azərbaycan  xalqı  ara­
sındakı  çoxşaxəli  münasibətlərin  qurulmasında  “Yeni  Azərbay­
can”  partiyası  hakim  partiya  kimi  ümummilli  dövlətçilik  və 
siyasi  quruculuq  istiqamətində  görülən  işlərlə  vətəndaş  fəallı­
ğının episentrini  təşkil elmiş və bu gün də etməkdədir.
Heydər  Əliyevin  liderliyi  ilə  formalaşan  milli  elita  ma­
hiyyətcə  açıq  xarakterli  olması  ilə də politoloji  elmin  aşkara çı­
xardığı  obyektiv qanunauyğunluqlara adekvat  səviyyədə  fəaliy­
yət  göstərir.  Milli  siyasi  elita  Azərbaycan  adlı  məmləkətin
-  1 9 5 -


suverenliyini,  qüdrəti  və  möhkəmləndirilməsini  hər şeydən  üs­
tün  tutan,  cəmiyyətin  bütün  təbəqələrindən,  ən  müxtəlif  pcş3 
sahələrində  çalışan,  elm,  mədəniyyət,  iqtisadiyyat  və  s. 
sahələrin  nümayəndələri  üçün  açıq  olması  ilə  ardıcıl  olaraq 
zənginləşmə  prosesini  yaşayır.  Məlumdur  ki,  elitanın  qapalı 
xarakterli  olması  onun  uğursuzluğunu  şərtləndirə  bilər.  Ulu 
öndər  Heydər  Əliyevin  təməlini  qoyduğu  milli  siyasi  elita 
cəmiyyətin  bütün  spektrlərini  özündə  əks etdirməklə,  xalqın ən 
layiqli  nümayəndələrini  təmsil  etməklə  daimi  mütərəqqi  dina­
mikası  və  mobilliyi  ilə  səciyyələnir.  Məhz  bu  elitar  dinami­
kanın  izlənilməsi  və  təhlili  də  çox  önəmlidir  və  Heydər 
Əliyevin  başlanğıcını  qoyduğu  ənənənin  uğurla  davam  etdi­
rilməsini  düzgün  dərk etməyə imkan  verir.
Bir  tarixi  mərhələdən  digərinə  keçid  alınarkən  siyasi 
elitanın  fəaliyyət  göstərdiyi  şərait,  zamanın  çağırışları, elitanın 
strukturu,  elita  üzvlərinə  verilən  tələblər  də  mahiyyət  və  məz­
munca  dəyişikliklərə  uğrayır.  Milli  dövlət  qarşısında  duran 
məqsədlərin  həyata  keçirilməsi  müasir  dünya  inkişafının  apa­
rıcı  meyli  hesab  olunan  qloballaşma  prosesindən  irəli  gələn 
mürəkkəb şərait  gedişində həyata  keçirilməli  olur.  Belə durum­
da  həm  ölkə  daxili.  Həm  də  qlobal  çağırışlara  cavab  verən 
siyasi  elitanın  formalaşması  da  gündəmdə  duran  vəzifələrdən­
dir.  Qeyd olunduğu  kimi, elitar dinamika tarixi  məzmunlu anla­
yışdır.  Bir  zamanlar  siyasi  liderdən  yalnız  hərbi  qəhrəmanlıq, 
sərkərdəlik  qabiliyyətləri  tələb  olunurdusa,  müasir  elitanın  ən 
başlıca,  fərqli  xüsusiyyəti  intellektual  siyasi  potensiala  sahib 
olmaq,  çevik-refleksiv  qərarlar  qəbul  etmək,  strategiya  və 
praqmatikanın  kövrək  balansını  müəyyənləşdirə  bilmək,  siyasi 
fəhm,  erudisiya  və  peşəkarlığı  bir  araya  gətirməklə  fövqəlmü-
-  1 9 6   -
rəkkəb problemlərin  yeganə optimal  həlli  variantını  seçmək  ki­
mi  amillər səciyyələndirir.
Tarixin  bütün  dönəmlərində  dövlətin  idarə  olunmasına, 
cəmiyyətdə  insanlar  arasında  nizamın  təmin  edilməsinə,  həm 
də  bu  proseslərin  inkişaf və  yüksəliş  məramına  xidmət  etməsi­
nə obyektiv zərurət  mövcud olmuşdur.
Azərbaycan  dövlətçiliyi  tarix  boyu  məhz  belə  dö­
nəmlərdə  təhlükə  ilə  üz-üzə  qalmış,  zamanın  irəli  sürdüyü 
strateji  çağırışlar  və  onlara  vaxtında  cavab  verə  bilmək  tə­
ləbini  reallaşdırmağa  mane olan  qüvvələr  öz  istəklərinə  nail 
olmuşlar.  Dövlətçiliyimizə  qarşı  yönələn  qüvvələrin  üstün 
gəlməsini  müxtəlif  dövrlərdə  müxtəlif  amillər  şərtləndir­
mişdir.  Onların  içərisində  ən  başlıcası  əlbəttə  ki,  qüdrətli 
siyasi  lider,  rəhbər  amili,  daha  doğrusu,  bu  amilin  yoxluğu 
olmuşdur.
Azərbaycanda  xalqın  iradəsinə  arxalanan,  siyasətini 
milli  maraqlar  üzərində quran,  real  nüfuza  və  gücə  malik,  dün­
yada cərəyan  edən  prosesləri  diqqət  mərkəzində saxlayan,  müs­
təqil  Azərbaycanın  Heydər  Əliyev  tərəfindən  müəyyən  edilmiş 
fundamental  inkişaf strategiyasını  rəhbər  tutan  İlham  Əliyevin 
prezident  seçilməsi  ilə  tariximizdə  yeni  mərhələnin  başlanğıcı 
qoyulmuşdur.  Dövlətçiliyin  inkişafında  tarixi  və  strateji  irsin 
davamlı  məcraya  yön  alması,  inkişaf  pillələrini  əlaqələndirən 
həlqələrin,  bağların  qırılması  deyil,  təcrübə  və  ənənənin  varis­
lik  və  yenilik  aspektləri  ilə  zənginləşməsi  prosesinə  təkan  ve­
rildi.
Hər  bir xalqın  tarixində  onun  dünya  səhnəsindən  yox 
olmaq  təhlükəsi  də,  fenomen  siyasi  liderin  əzmi  nəticəsində 
bu  təhlükəyə  qalib  gələrək,  öz  varlığını  qoruyub  saxlaması 
məqamları  da  kifayət  qədər olmuşdur.
-  1 9 7 -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə