Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə49/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   45   46   47   48   49   50   51   52   ...   106

2003-cü  ildə  xalqın  etimadı  və  dəstəyi  ilə  Prezident 
İlham  Əliyevin  dövlət  rəhbərliyinə  gəlməsindən  etibarən 
ulu  öndərin  müəyyənləşdirdiyi  milli  strategiyanın 
növbəti 
manevr  fazasının  başlandığı  gerçəklikdir.  Azərbaycan  bu 
fazaya  qədəm  qoymuşdur.
Yaddan  çıxarmayaq  ki,  zaman  mərhələ  məfhumunun 
özünə  də  bu  gün  çox  ciddi  dəyişikliklər  edilibdir. 
Əvvəlki 
keçmiş  tarixdə  3-5  əsr  ərzində  baş  verən  hadisələr  bu  gün 
3-5  illik  bir  mərhələni  əhatə  edir.  Ən  qısa  zaman  ərzində  nə 
qədər  möhtəşəm  vəzifələr  reallaşdıra  bilirsə,  yüksəliş  baş 
verir.
Sıxlaşmış  zaman  çərçivəsində  əhatəmizdə  yeni  ma­
raqlar  baxımından  formalaşan,  yeni  dünya  nizamı,  bəlkə də 
nizamsızlığı  milli  dövlətlərin  öz  suverenliyini  qoruyub  sax­
lamasını  daha  mürəkkəbləşdirir.  Bu  gün  beynəlxalq  aləmdə 
milli  dövlətlərin 
münasibətləri  yeni  mühitdə  formalaşır. 
Böyük  dövlət,  kiçik  dövlət,  sərhəd  məfhumlarının  da  məz­
munu  başqalaşır,  qüdrəti  məkanla  deyil,  zamanla  ölçülən 
dövlətlər  sırasına  daxilolma  tarixi  zərurətə  çevrilir.  Döv­
lətlərin  qüdrəti  onun  zəka  mühitinin  formalaşması,  yüksək 
texnologiyalardan  istifadəsi,  xalqın  mənafeyinə  uyğun  siya­
sət  yeridilməsi  ilə  Ölçülür.  Bu  baxımdan  doğrudan  da  yeni 
mərhələ  olduqca çətindir  və  mürəkkəb  inkişaf istiqamətləri­
nin  toplusuna  çevrilir.
“Yenilik”  bəhs  olunan  mərhələdə  ölkənin  sonrakı 
varlığını,  perspektivini  təmin  etmək  üçün  mütləq  zamanın 
və  konkret  yaşanılan  dövrün  tələblərinə  adekvat  tərzdə  ye­
niləşə  bilmək  həqiqətidir.  Bu  qlobal  inkişafın  imperativ 
amilidir.  Tarix  boyu  dəfələrlə  ölkələrin  təkamül  təcrübə­
sində  sınanılmış  həqiqətdir.  Həyatda  lokal  və  qlobal  əha­
-  
198
-
tədə  gedən  proseslər  hər  dəqiqə  siyasi  qərarlar  verilməsi­
ni  dəyişikliklərin  dinamik,  çevik  qərarlar  üzərində  qurul­
masını  diktə  edir.  Bu  isə  özlüyündə  hansı  vasitə,  taktiki 
^dişlərin  və  idarəçilik  metodlarının  tətbiq  olunmasını 
problematik  məsələyə çevirir.
Yeni  strateji  oriyentirlərin  hədəfə  alınması  və  adek­
vat  qərarlar  qəbul  edilməsi  hər  kəsə  müyəssər  olmayan, 
yalnız  yeni  dövrün  tarixi  missiyasını  qəlbən  duyan  yeni  li­
derə  nəsib  olur.  Yeni  tipli  lider  analoqu  olmayan  çoxsaylı 
mürəkkəb  hadisələrin  inkişaf  tempinin  sürətlənməsi  şə­
raitində,  perspektivi  tam  bəlli  olmayan  dünyada  sosial, 
sıyasi-iqtisadi,  hüquqi  mədəni  sahələrdə  düzgün  qərar  qə­
buletmə  məsuliyyəti  ilə  seçilir.
Hakimiyyətə  təsadüfi  gələn,  əvvəlkindən  fərqli  siya­
si  ab-havam  duymayan,  strateji  təfəkkürünün  son  dərəcə 
darlığı,  məhdudluğu  fonunda  populist  taktiki  hərəkətlər 
“bolluğu”  təsəvvürünü  yaradan,  bununla  fəallıq  görüntü- 
sünə  ümid  edənlər  tarixdə  heç  vaxt  zamanın  nəbzini  tuta 
bilən  “Yeni  lider”  səviyyəsinə qalxa  bilməmişlər.
M üasir  elitologiya  elmi  “ən  yaxşı  siyasi  idarəetmə 
keyfiyyətlərinə”  malik  olan  seçilmiş  insanların  -   elitanın 
formalaşması  və  idarəetmədə  uğurlara  nail  olmasını  təmin 
edən  şərtlərə  yeni  müddəalar,  düzəlişlər  etmişdir.  Siyasi 
lider  tiplərinin  -   rasional,  ənənəvi,  xarizmatik -  sırasına  da­
ha  biri:  intellektual-texnokratik  potensiala  malik,  yeni­
liklərə  həssaslığı  bildirən  inteqral  göstəriciləri  özündə 
cəmləyən  siyasi  lider  tipi  də  əlavə  olunmuş,  daha  doğrusu, 
bu  qisim  liderlər  ön  sıraya  çıxarılmışdır.  Buraya,  intellek­
tual  imkanlar  və  siyasi  istedad,  siyasi  ideal  və  prinsiplərə
-  1 9 9 -


sadiqlik,  cəmiyyətlə  birgə  olmaq  yüksək  siyasi  mədəniyyət 
novatorluq  fəhmi  və s.  aid edilir.
İlham  Əliyevin  yeni  siyasi  lider  kimi  ictimai  rəydo 
yekdilliklə  qəbul  edilən  imicinin  obyektiv  təməllərdən  qay­
naqlandığına,  xalqla  onun  arasındakı  qarşılıqlı  inamın  sar­
sılmaz  tellərlə  bağlı  olduğuna  diqqəti  cəlb  etməkdir.  Pre­
zidenti  dəstəkləyən,  ona  dərin  inam  bəsləyənlər  arasında 
coğrafi,  milli,  yaxud  da  yaş  hüdudları  mövcud  deyildir,  öz 
ətrafında  ölkənin  bütün  bölgələrində,  bütün  yaşdan  olan  in­
sanları  birləşdirə  bilən  siyasi  lider  olmaq  kimi  nadir  key­
fiyyət  ona  qismət  olmuşdur.
Azərbaycan  dövlətçiliyinin  inkişafında  yeni  qələbə­
lərin  rəhni  olan  mərhələyə  qədəm  qoyması,  həm  də  Prezi­
dentin  hər  cür  stereotiplərdən  uzaq,  səmimi  həyat  xəttinə 
sadiq  qalmasında  özünü  göstərir.
Azərbaycanda demokratik  vətəndaş cəmiyyətinin  qu­
rulması  istiqamətində  səmərəli  dövlətçilik  siyasətinin  uğur­
la  davam  etdirilməsində  İlham  Əliyevin  nailiyyətlərini  tə­
min  edən  obyektiv  amillərlə  yanaşı,  onun  şəxsi-subyektiv 
liderlik  keyfiyyətləri  də  inkaredilməzdir.  O,  milli  ənənələrə, 
dövlətçilik  prinsiplərinə  sadiq  olan,  eyni  zamanda,  XXI 
yüzilin  modern  siyasi  məkanına  uğurla  köklənən,  ən  müx­
təlif  siyasi  keyfiyyət  və  dəyərləri  özündə  sintez  etməyi 
bacaran  dövlət  xadimidir.
2003-cü  ildən  etibarən  İlham  Əliyev  müstəqil  Azər­
baycanın  siyasi  dövlətçiliyinin  siması,  atributu  kimi  qəbul 
edilir.  Ulu  öndərin  zəngin  və  tükənməz  siyasi-tarixi  irsinə, 
xalqımızın  iradəsinə  söykənən  İlham  Əliyev  peşəkar dövlət 
xadimi,  görkəmli  siyasətçi,  nüfuzlu  lider  kimi  ölkədə  və 
xaricdə özünü  təsdiq  etmişdir.
-
200
-
Bu  gün  siyasi  lider,  partiya  lideri  müstəvilərindən 
fenomenal  xarizmatik  lider,  ümummilli  lider  zirvəsinə  yük­
səlmiş  Heydər  Əliyevin  formalaşdırdığı  milli-siyasi  elita 
xalqın  inam  və  etibarı,  dəstəyi  ilə  hakimiyyətdədirsə,  de­
məli  bunu  zərurətə  çevirən  obyektiv  qanunauyğunluqlar  və 
subyektiv  faktorların  ahəngdar  sintezinə  nail  olmaq  müm­
kün  olmuşdur.
-201
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə