Yeni mədəniyyət məkanına


§ 6.  Azərbaycanda milli  intellektual  elita



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə50/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   46   47   48   49   50   51   52   53   ...   106

§ 6.  Azərbaycanda milli  intellektual  elita 
və qlobal  innovasion cəmiyyətə 
inteqrasiya məsələləri
"A zərb a yca n   x a lq ın ın   m illi  sə rv ə ti  onuıı 
in te lle k tu a l  p o ten sia lıd ır,  m əd ən iyyətid ir,  ədəbiy­
ya tıd ır.  Biz  m ü stəq il  d ö v lə tim izi  boş  ye rd ə   qur­
m a ğ a   başlam am ışdıq.  B izim   iq tisa d i  p o ten sia lı­
m ız  kim i  başqa  b ir  sərv ə tim iz  -   in te lle k tu a l  po­
te n sia lım ız  da  var.  Bunu  y a ra d a n la r  var.  Bu  dahi 
in sa n la r  A zərb a yca n ın   böyiik  in te lle k tu a l  poten­
sia lın ı,  m ü lk iy y ə tin i y a ra d ıb la r" .
HEYDƏR  ƏLİYEV
"Bu  gün  q a b a q cıl  ö lk ə lə rin   təcrübəsinə 
n ə zə r  sa lsa q   g ö rərik:  o n la rın   tə r ə q q isin i  elin 
m ü əyyən  etm işdir.  N ə  təb ii  sə n 'd tlə r,  nə  də  ki 
co ğ ra fi  vəziyyət  deyil,  m əh z  in te lle k tu a l  kapital, 
m əh z  elm in  səviy y ə si  h ər  b ir  ö lk ə n i  lid e r   ölkəyə 
ç e v ir ir " .
İLHAM  ƏLİYEV
Tarixin  bütün  dönəmlərində  zəka  və  intellektin  özəl 
missiyaya,  dünya  nizamında  əvəzsiz  rola  malik  olması  ide­
yası  mövcud  olmuşdur.  Maddi,  fiziki  qüvvədən  fərqli 
olaraq,  yaradıcı  enerjinin,  ağlın  gücünün  xüsusi  keyfiyyətə 
malik  olduğunu  ilk  vurğulayanlardan  biri  də  Platon  olmuş­
dur.  Fikrini  izah  etmək  üçün  qədim  dənizçiləri  misal  gəti­
rən  Platon  yazırdı  ki.  külək  dayananda,  yelkənlər  gücsüz 
qalanda  onlar  çevik  şəkildə  “ikinci  naviqasiyam” ,  düşüncə­
lərini  hərəkətə  gətirir,  avarlarla  vəziyyətdən  çıxış  yolunu 
tapırdılar.  Dənizdə  olduğu  kimi,  həyatda  da  “ikinci  naviqa­
siya"  fiziki  deyil,  əqli  imkanların  səfərbər  edilməsini,  ya­
radıcılıq  səyini  tələb  edir.
Bəşəriyyət  inkişaf  etdikcə  irəliləyişin  təkanverici 
amili  qismində  çıxış edən  strateji  resurslar da  dinamik  dəyi­
şikliyə  uğramışdır.  XXI  əsri  fərqləndirən  müstəsna  cəhət 
odur  ki,  zəka  və  intellekt  dünya  inkişafının  strateji  re­
sursuna,  tərəqqinin  meyarına  çevrilmişdir.  Bəşəriyyət 
1)  ərazi;  2)  kapital;  3)  texnologiyaların  fəthi  və  mənim­
sənilməsi  mərhələlərini  arxada  qoyaraq,  dördüncü  -   intel­
lektual  sərvətin  fəthi  erasına qədəm  qoymuşdur.
Yəni  bu  vaxta  qədər  sivilizasiyanın  mövcudluğunu 
təmin  edən  inkişaf  paradiqması  kökündən  dəyişməkdə, 
yenisi  ilə  əvəz  olunmaqdadır.  Bu  gün  qlobal  cəmiyyət  möv­
cud  problemləri  həll  etmək  üçün  yeni  ictimai  quruluş  tipinə 
keçid 
almaqdadır. 
Bu 
da 
bütün 
sahələrdə 
ənənəvi 
paradiqma,  dəyərlər  sistemi,  təşkilatlanma  formalarının,  in­
kişaf  strategiyalarının  sistemli  şəkildə,  kökündən  yeniləş­
məsini  tələb  edir.  Formalaşmaqda  olan  yeni  cəmiyyət  tipini 
müxtəlif  cür  adlandırırlar:  superindusırial,  elmi,  informa­
siya,  bilik,  intellekt  cəmiyyəti,  texnotron  era  və  s.  Müxtəlif 
səslənən  bu  sözləri  mahiyyətcə  yaxın  edən  bir  ümumi  cəhət 
var:  insan  həyatının  bütün  sahələrinin,  peşə  və  ixtisasların, 
əmək  fəaliyyətinin,  hətta  məişət  əməyinin  məzmunun  ən 
yüksək  səviyyədə  intellektuallaşması,  intellektin  ön  sıraya 
keçməsi.
-
203
-


Yaşanılan  məqamın  daha  bir  özəlliyi  ondadır  ki, 
inkişaf  səviyyəsindən  asılı  olmayaraq  dünyanın  bütün 
ölkələri  qarşısında  eyni  məqsəd  durur:  insan  resurslarına, 
intellektual  kapitala  əsaslanan  innovasion  cəmiyyət  mode­
linə  keçid  almaq,  onu  reallaşdırmaq  və  möhkəmləndirmək.
Demokratik  vətəndaş  cəmiyyəti,  hüquqi  dövlət 
quruluşu  kimi  qlobal  tarixi  vəzifələr  sırasına  daha  biri  -  
innovasion  elm  cəmiyyəti  qurmaq  vəzifəsi  əlavə  olun­
muşdur.  Daha  dəqiq  deyilsə,  demokratik  cəmiyyətin  uğuru 
və  tərəqqisi,  hər  şeydən  əvvəl,  innovasion  inkişaf  paradiq- 
masının  nə  dərəcədə  müəyyənləşdirilməsindən 
uğurla 
tətbiqi  və  həyata  keçirilməsindən  birmənalı  asılı  olmuşdur.
Bu  həyati  vacib  məsələ  ölkəmizin  milli  intellektual 
elitası  qarşısında  olduqca  məsuliyyətli,  miqyaslı  vəzifələr 
irəli  sürür.  Azərbaycan  elmində,  ümumiyyətlə,  elita  prob­
lemi,  elitologiya  mövzusu  o  qədər  də  geniş  müzakirələrin 
mövzusu  ola  bilməmişdir.  “Milli  intellektual  elita”  onun 
təşəkkülü,  cəmiyyətdə  rolu,  mövqeyi  və  funksiyaları  və  s. 
problemlər  isə  demək  olar  ki,  hələ  ictimai  elmin  diqqət 
mərkəzinə  gəlməmişdir.  Bu  isə  intellektual  kapitalın  və  in­
san  resurslarının  bir  nömrəli  məsələyə  çevrildiyi  XXI  əsrdə 
narahatlıq  doğurur.  Bunu  statistik  məlumatlar  səviyyəsində 
sübut  edən  bir  faktı  misal  gətirək.
Dünya  Bankı  192  ölkənin  milli  sərvətini  təhlil  edə­
rək  belə  nəticəyə  gəlmişdir:  müasir dövrdə  milli  sərvətin  16 
faizini  ümumi  istehsal  fondları,  20  faizini  təbii  ehtiyatlar, 
64  faizini  isə  “insan  kapitalı,  intellektual  resurslar"  təmsil 
edir.  Buna  görə  də  inkişafın  insana  yönümlü  konsepsiyası 
və  göstəriciləri  ön  sıraya  keçir,  dövlət  siyasətinin  başlıca 
istiqamətini  təşkil  edir.
-
204
-
Suveren  Azərbaycanın  bütün  sahələrdə  olduğu  kimi, 
intellektual-elmi  inkişaf  strategiyasının  da  təməli  Heydər 
Əliyev  tərəfindən  qoyulmuşdur.  Dövlətimizin  siyasi  müs­
təqilliyini,  onun  elmi  intellektual,  mədəni  intibahı  ilə  bir 
arada,  tarixin  və  taleyin  sınağında  gerçəkləşdirə  bilən  şəx­
siyyətin  -   Heydər  Əliyevin  həm  dövlət  öndəri,  həm  də  eyni 
zamanda,  zəka  öndəri  olması  bütün  dünyada  qəbul  edilmiş 
tarixi  həqiqətdir.  Məhz  bu  səbəbdəndir  ki,  obyektiv  elmi 
siyasətə  əsaslanan  əbədi,  suveren  Azərbaycan  ideyası  üzə­
rində  qurulan  müstəqil  vətənimiz  tarixin  heç  bir  dövründə 
Heydər  Əliyev  epoxasında  olduğu  qədər  dünyada  etiraf  və 
təsdiq  olunmamışdır.  Məhz  onun  fədakar  xidmətləri  sayə­
sində  Azərbaycan  dünya  siyasi  xəritəsinə  adını  birdəfəlik 
həkk  etmişdir.
İntellekt  və  zəkanın  dünyada,  xüsusilə  də  yeni  qu­
rulan  Azərbaycan  cəmiyyətində  nələrə  qadir  olduğunu, 
ümummilli  liderimizin  necə  dəyərləndirdiyini,  onun  bütün 
həyatı,  ictimai-siyasi  fəaliyyəti  sübut  edir.  İnnovasion 
yönümlü  elm  cəmiyyətinin  formalaşması  qanunauyğunluq­
larını,  yeni  dövrün  başlandığını  bütün  dünyada  vurğulayan 
zəka  sahibləri  sırasında  Heydər  Əliyev  birincilərdən  olmuş­
dur.  Onun  elmə,  intellektə  münasibəti,  milli  elitanın  forma­
laşdırılması  istiqamətində  göstərdiyi  xidmətlər  bu  sahədə 
konkret  məqsədləri,  aydın  hədəfləri  necə  müəyyən  etməsi 
hələ çoxlu  tədqiqatların  mövzusu  olacaqdır.
Qüdrətli  Azərbaycanın  qurulması,  siyasi  və  iqtisadi  sa­
bitliyin  təmin  olunması  kimi  möhtəşəm  vəzifənin  hər  şeydən 
əvvəl  elmə  və  zəkaya  əsaslanan  siyasət  əsasında  həyala  keçi­
rilməsində,  bu  istiqamətdə  ölkənin  malik  olduğu  intellektual 
potensialın  səfərbər  edilməsinə,  insanların  intellektual  imkan-
-205
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə