Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə51/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   47   48   49   50   51   52   53   54   ...   106

lanna  xüsusi  dəyər  verməsi  Heydər  Əliyevin  fəaliyyətinin  bü­
tün  dövrləri  üçün  səciyyəvi  olmuşdur.  Hələ  sovet  dövründə 
ölkə  gənclərinin  dünya  elminin  qabaqcıl  nailiyyətlərinə  yi­
yələnməsi  üçün  seçilmiş  ali  məktəblərə  göndərilməsi  bunu 
sübut  edir.  Dövlətçiliyin  tarixində,  müstəqillik  salnaməsində 
dönüş  nöqtəsi  olan  1993-cü  ildə  yeni,  suveren  Azərbaycanın 
yaradılması  üçün  Bakıya  qayıdan  ümummilli  liderin  ilk  görüşə 
ölkə  alimlərindən,  düşünən  insanlardan,  ziyalılardan  başlaması 
hamının  xatinndədir.  Bu,  əslində,  hər  bir  inqilabi  yeniliyin 
şüurlardan  başladığına,  insanın  inam  və  intellektinin  vəhdətinə 
əsaslandığına  bəslənilən  böyük  ümiddən  irəli  gəlirdi.  Bu  görüş 
həm  də  cəmiyyətdə  intellektin  missiyasının  və  fəlsəfəsinin 
bilicisi  olan  tarixi  şəxsiyyətin  hansı  zəkaya  sahib  olduğuna  bir 
simvolik  işarə  idi.  Ümummilli  lider  bununla  da  yaradılan  yeni 
dövlətin  bünövrəsinin  elmi  əsaslar üzərində  qurulduğunu,  zəka 
potensialına  arxalandığım,  insan  resurslarını  necə  dəyərləndir­
diyini  nümayiş etdirdi.  Onun  elmə,  təhsilə,  mədəniyyətə,  mənə­
viyyata  göstərdiyi  diqqət  və  qayğının  kökündə,  bunların  milli 
qüdrətin  və  özünüdərk  prosesinin  ayrılmaz  tərkib  hissəsi  oldu­
ğuna əminlik  dururdu.
Bu  qayğının  kökündə  insan  amilinə,  onun  mədəni-elmi 
səviyyəsinə,  intellektual  imkanlarına dərin  inam dururdu.
Heydər  Əliyevi  dövlət  və  siyasət  öndəri  səviyyəsinə 
ucaldan  amil,  onun  nadir istedada, ensiklopedik  biliyə,  fəhm  və 
intuisiyaya  malik  böyük  strateq,  həm də praqmatik  olması  öncə 
məhz  zəka  və  düha  sahibi  olması  idi.  Onun  elmə  verdiyi  dəyə­
rin  səbəblərini  məhz  burada,  “zər qədrini  zərgər bilər”  xalq  de­
yimində  axtarmaq  lazımdır.  Təhsilin  və  elmin  strateji  istiqa­
mətlər  və  dövlət  siyasətinin  ən  mühüm  məsələsi  kimi  bəyan
-
206
-
edilməsi,  ardıcıl  quruculuq  işləri  bu  gün  öz  konkret  nəticələrini 
verir və verəcəkdir.
Azərbaycan  həmişə  elmin,  zəkanın  qiymətləndirildiyi 
sivil  bir  məkan  olmuş,  insan  potensialına  əhəmiyyət  verdiyini 
həmişə nümayiş etdirmişdir.
Müasir  dünyada,  demokratik  cəmiyyətdə  inkişaf  və 
idarəetmə  məsələlərinin  daha  çox  clitarlıq  prinsipinə  əsaslan­
ması,  yüksək  statusa  və  qabiliyyətə  malik  elitanın  həlledici  rol 
oynaması  elmi  həqiqətdir.  Elita  intellektual,  siyasi,  mədəni, 
iqtisadi,  psixoloji,  mənəvi,  təşkilatçılıq  qabiliyyətləri  ilə  fərq­
lənən,  başqa  qruplarla  müqayisədə  daha  çox  dövlətçilik  missi­
yasına  xidmət edən  insanların  birliyidir.
Müstəqil  dövlət,  suveren  milli  elitaya  malik  olmalıdır. 
Milli elita isə milli  lider ətrafında birləşə,  xalqın  potensial  ener­
jisini  bir araya gətirə, quruculuq  işlərinə səfərbər edə bilər.
Cəmiyyətdə  elitaların  nisbi  bölgüsü:  siyasi,  hərbi,  iqti­
sadi,  mədəni,  texnokratik  və s.  elitalar mövcuddur.  Lakin  sübut 
etməyə  ehtiyac  yoxdur  ki,  onların  hamısını  birləşdirən  başlıca 
cəhət  milli  dövlətçiliyə  xidmət  etmək  və  intellektual  qabiliy­
yətləri  ilə  fərqlənməkdir.  Siyasi  elitanı  səciyyələndirən  müəy­
yən cəhətlər barədə müxtəlif baxışlar məlumdur.
İntellektual -  elmi  elita  isə  müəyyən  mənada  həm  yeni, 
həm  də  ənənəvi  elitaların  xüsusiyyətlərini,  özündə  əks  etdirir. 
Belə  ki,  gerçəkliyin  elmi-nəzəri  əsaslar  üzərində  qurulmuş, 
konseptual  proqramına  malik  olmaq,  ilk  növbədə,  insanların 
dünyagörüşünü  və  imkanlarını  bir  məcraya 
yönəltmək  və 
idarəetmə keyfiyyətləri  bütün  növ elitar təbəqələrə  xasdır.
Müasir  dövrdə  cəmiyyətin  idarə  olunmasında,  intellekt 
amilinin,  ümumiyyətlə,  elitaların,  o  cümlədən  də  intellektual 
elmi  və siyasi  elitanın  dövlətçilik  maraqlan  ətrafında  üzvi  kon-
-
207
-


solidasiyası  prosesi  baş  verir.  Məhz  buna  görə  də  ölkəmizdə 
milli  intellektual  elitanın  yaranmasını,  suveren  siyasi  elitanın 
təşəkkülündən  ayırmaq  düzgün  olmazdı.  Bu  baxımdan  aka­
demik  R.Mehdiyev  yazır:  “Müstəqil  Azərbaycanın  siyasi elitası 
1990-cı  ilin  yanvarında,  ölkəmizin  Moskvadakı  səfirliyində 
ümummilli  lider  Heydər  Əliyevin  bəyanatı  ilə  formalaşmağa 
başlamışdır.  Bu  mürəkkəb  zaman  azadlıq  və  müstəqillik,  de­
mokratik  dəyərlər,  güclü  iqtisadiyyat  uğrunda  mübarizəyə 
qadir  olan  müasir  milli  elitanın  mənəvi  və  siyasi  amalının  for­
malaşmasının  başlanğıcı  idi”  (R.Mehdiyev.  Azərbaycan:  Qlo­
ballaşmanın tələbləri.  Bakı,  2005,  s.337).
Mövcud  olduğu  zaman,  tarixi  şərait  və  qarşıda  duran 
vəzifələrin  həllində  oynadığı  rola  görə  müxtəlif  mərhələlərdə 
elitaların  müəyyən  təbəqəsi  tarixin  səhnəsində  önə  çıxır,  tə­
rəqqinin  hərəkətverici  qüvvəsinə çevrilir.  Bu  “elitar dinamika” 
anlayışı  ilə  ifadə  olunur  və çoxşaxəli  prosesləri  əks  etdirir.  Ən 
vacibi,  inkişafın  qlobal  meyillərinə  müvafiq  olaraq  müəyyən 
elita  təbəqəsinin  ön  cərgəyə  gəlməsini,  dəyişikliklərin  və 
yeniləşmənin  hərəkətverici  qüvvəsi  qismində  üzərinə  böyük 
vəzifələr  düşməsini  diqqət  mərkəzinə  gətirir.  Tarixin  əvvəlki 
dönəmlərində,  cahangirlik  və hərb amilinin  önəmli  olduğu çağ­
larda  sərkərdə  və hərbi  elitanın  statusu  daha  yüksək  idi.  Bu gün 
də  müəyyən  ölkələrdə  dövlət  siyasətinin  müəyyənləşməsində 
hərbi  elitanın  mühüm  qərarların  verilməsində  statusu  həlledici 
təsirə  malikdir.
Bu  gün  inkişaf etmiş ölkələrdə intellekt və  siyasət  vahid 
cəbhədə  dövlətçilik  maraqlarına  xidmət  edir.  Bu  ölkələrin  qa­
zandığı  uğurların  təminatçısı  məhz  həqiqi  intellektualların  döv­
lətçiliyin  inkişafını  hər şeydən  üstün  tutmasıdır.  Dünya  inkişa­
fının  hazırkı  mərhələsində  fatehlik  hünərini,  sərkərdə  qılıncını,
-208
  -
zəka  “qılıncı”,  ağlın  gücü  əvəz edir  və  təbii  ki,  intellektual  eli­
tanın  üzərinə çox çətin  və şərəfli  bir missiya düşür.
Dünya  elm  və  informasiya  cəmiyyətinə  inteqrasiya 
dövlətimizin  siyasətinin  ana  xəttini  təşkil  edir.  Bu  qarşıdakı 
vəzifələrin  bir  mühüm  istiqamətidir.  Digər  məsələ,  müasir 
dövrdə  öz  dayanıqlı  inkişafını,  rəqabətə  davamlılığı,  gələcək 
perspektivlərini  müəyyən  edən  hər  bir  dövlətin  innovasıon 
inkişaf  paradiqmasma  keçid  alması  zərurəti  ilə  bağlıdır. 
Modernləşmə  və  postmodemləşmə  proseslərinin  keyfiyyətcə 
yeni  mərhələyə  qədəm  qoymasını  məhz  hər  bir  ölkənin 
innovasion  inkişaf  strategiyası  təmin  edir.  Dünya  innovasiya 
məkanına  inteqrasiya  yolunun  alternativi  mövcud  deyil.  Bu 
miqyaslı  vəzifənin  dərki,  izah  edilməsi  və  hərtərəfli  konsep­
siyasının  formalaşdırılması  milli  intellektual  elitanın  üzərinə 
düşür. Onu səciyyələndirən  başlıca cəhətlər:
-   yeni  şəraitdə  cəmiyyətin  inkişafının  yeni  ideya  və 
konsepsiyalarının irəli  sürülməsi;
-   cəmiyyətin  idarə  olunması  üçün  strateji  qərarların 
qəbulunda dövlətə ən  yaxın dəstəyin  göstərilməsi;
-   yeniliklərə  həssas  və  fəal,  təşəbbüskar  mövqeyə 
malik, ictimai  şüurun,  innovasion  mühitin  formalaşdın İması;
-   xalqın  intellektual  potensialının,  insan  resurslannın 
səfərbər edilməsi;
-  cəmiyyət  və dövlətin  inkişafı  üçün  yüksək  məsuliyyət
hissi;
-   konkret  intellektual-elmi  nailiyyətə  yönəlmiş  nova­
torluq fəaliyyəti;
-  milli  maraqlara yönümlü olması;
-   milli  ideyanı  formalaşdırmaq  və  onun  həyata  keç­
məsinə xidmət etməsi;
-
209
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə