Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə52/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

-  ali  mənəvi  keyfiyyətlərin daşıyıcısı  olması;
-   bütün  cəmiyyətin  ideal  və  dəyərlərinin  cəmləşdiyi 
obraza malik olması;
-   kütlələrə,  emosiyalara  deyil,  şüur  və  zəkaya  ünvanlı, 
düşüncəyə  yönümlü  fəaliyyət aparması;
-   cəmiyyətlə  dövlət  arasında  ahəngin,  ünsiyyətin  təmin 
olunmasına xidmət etməsi;
-   yeninin  yaradılması,  ənənə  və  innovasiyalar  arasında 
optimal  sintezin  təmin  edilməsi,  yeni  mənəvi  dayaqlann 
müəyyən edilməsidir.
Əlbəttə  ki,  bu  xüsusiyyətlər  milli  intellektual  elitanı 
səciyyələndirən  bütün  keyfiyyətlərin  tam  siyahısı  deyil.  İntel­
lektual  elitarlıq  -   yalnız  təhsil  və  diplomla  müəyyən  edilmir. 
Hər şeydən  əvvəl, dövlətin,  millətin  taleyini  öz  taleyi  kimi  hiss 
etmək,  uğurlarda payı,  uğursuzluqlarda günahı  olmaq  kimi  özəl 
missiyanın  duyumu  intellekt  sahibini  elitaya  çevirir.  Sadəcə 
diplom  deyil,  professionalizmin  ən  mükəmməl  səviyyəsinə çat­
maq  üçün  daim  öz  üzərində  işləmək,  sözdə  deyil,  əməldə 
insanlara  örnək  olmaq  milli  intellektual  elitanın  xüsusiyyət­
ləri ndəndir.
Xalqın  düşünən  beyni,  “mədəni  nüfuz  sahib”ləri  olan 
elita  üçün  qeyd  edildiyi  kimi,  mütləq  müqəddəs  missiyanın 
daşıyıcısı  olmaq  hissi,  mənəvi  meyar  ən  önəmli  keyfiyyəl- 
lərdəndir.  Onun  missiyasını  Prometeyin  missiyası  ilə  müqayisə 
edirlər.  Yeniliklərə  fövqəladə  həssaslıq  duyumunu  milli  kök­
lərlə,  adət  ənənələrlə  sintezdə  inkişaf etdirmək,  “yeniliyə  hazır 
ol!”  şüarını  bəyan  etmək  intellektual  elitanın  funksiyaların- 
dandır.  Bundan  əlavə,  milli  intellektual  elitanın  sosial,  təşkilati 
-   idarəetmə,  inteqrativ  birliyi  təmin  etmək  kimi  funksiyaları 
mövcuddur.
-
210
-
Azərbaycanda  innovasion  cəmiyyət quruculuğunun  icti­
mai.  mədəni,  elmi  əsaslarının  qurulması  dünya  birliyinə  inteq­
rasiyanın  mühüm  şərtlərindəndir.  İnnovasion  cəmiyyət,  insan 
resurslarının  və  intellektual  kapitalın,  dəyişikliklərin  hərəkət­
verici  qüvvəsinə  çevrildiyi  cəmiyyətdir.  Belə  cəmiyyət  bilik 
iqtisadiyyatına,  təfəkkür  iqtisadiyyatına  əsaslanır,  ideya  və 
təşəbbüslərin  fasiləsiz  təkrar  istehsalını,  məhsuldar  qüvvəyə 
çevrilməsini  şərtləndirir.
Müasir  dünyanın  inkişaf  etmiş  ölkələrində,  qabaqcıl 
müəssisələrdə  “intellektual  kapital  üzrə  direktor"  kimi  peşə 
sahibləri  geniş  fəaliyyət  göstərir.  Tükənən  təbii  sərvətlərlə  mü­
qayisədə. tükənməyən, əbədi  sərvət -  insan  zəkası  enerji  və güc 
mənbəyinə,  inkişafın  təkanına  çevrilir.  Başqa  sözlə  deyilsə, 
qüdrətli  Azərbaycan  dövlətinin,  demokratik  cəmiyyət  qurucu­
luğunun,  xalqın  maddi  və  mənəvi  rifahının  başlıca  qarantı 
rolunda  çıxış  edən  -   məhz  cəmiyyətin  intellektual  potensialı 
olur.  Yaradıcı  insan dövlətin  həqiqi  sərvətinə çevrilir.
Dövlətimizin  siyasi,  iqtisadi  təməllərinin  qurulması,  bu 
gün  dünyanın  ən  dinamik inkişaf edən  ölkəsinə çevrilməsi  kimi 
mövcud  olan  zəmin  və  təməllər üzərində  innovasion  cəmiyyə­
tin  qurulmasına  şərait  yaradır.  Bunun  üçün  dövlətin  qayğı  və 
diqqəti  də,  maddi  imkanlan  da,  mənəvi  potensialı  da  möv­
cuddur.
Bunun  üçün  intellektualizmin  və  elitarlığın  ən  yüksək 
keyfiyyətlərini  özündə cəmləyən  zəkanın  -  Heydər Əliyev  irsi­
nin  ən  böyük ömək və məktəb kimi öyrənilməsi  zəruridir.
Prezident  İlham  Əliyev  yeni  cəmiyyət  quruluşunun 
bütün  aspektlərini  Öz çıxışlarında  xüsusi  qeyd  edir:  “Bu  gün 
biz  böyük  təbii  sərvətlərə  malikik.  Bu  Azərbaycanın 
dünyadakı  mövqeyini  möhkəmləndirir,  təsir  imkanlarını  ar-
-211
  -


tirir.  Bununla  bərabər,  əsas  məqsədimiz  belədir:  biz  qeyri- 
neft  sektorunda  baş  verən  hadisələri  təhlil  etməliyik, 
qərarlar  verməliyik  və  gələcək  planlar  haqqında  düşünmə­
liyik.  Bu  gün  Azərbaycanın  gələcəyini  müəyyən  edən  yeni 
mərhələ  başlayır.  Biz  istəyirik  ki,  ölkəmiz  müasir,  qüdrətli 
dövlət  olsun.  Lakin  istəməklə  həyata  keçirmək  müxtəlif 
məsələlərdir.  Bütün  məqsədlərə  nail  olmaq  üçün  biz  gərgin 
və  məhsuldar  fəaliyyət  göstərməliyik”.
Elitologiyaya dair ən son  təlimlərdə “strateji  elita"  anla­
yışı  diqqəti  cəlb edir.  Bu  elitanın  bütün  sahələrdə  mövcud olan 
nümayəndələrinin  strateji  məqsədlər  üçün  konsolidasiya  olun­
masını,  bir  araya  gəlməsini,  səhvlərin  sayım  heçə  endirmək, 
uğurları  artırmaq  üçün öz səylərini  birləşdirməsini  ifadə edir.
Azərbaycanın  milli  intellektual  elitası,  innovasion 
cəmiyyətin  yaradılması,  mövcud  insan  resurslarını  səfərbər 
etmək  üçün  hərtərəfli  konsepsiyanı  hazırlamalı,  onu  həyata 
keçirən  strateji  elitanın  özəyinə  çevrilməlidir.  Vətəndaşların 
təşəbbüs,  fəallıq  və  yaradıcılıq  kimi  qabiliyyətlərinin  inkişaf 
etdirilməsi, dəyişikliklərin  sürətinə həssaslığı, gündəlik həyatda 
düzgün  qərarlar  qəbul  etməsinə  kömək  edən  konstruktiv  bi­
liklərə yiyələnməsi  prioritet məqsədlər sırasına aid edilməlidir.
İnnovasion  cəmiyyət  quruculuğundan  irəli  gələn  məsə­
lələrin  mahiyyəti  və  miqyasının  dərk  olunması  ən  mühüm 
məsələdir.  Belə  ki,  insan  potensialına  və  intellektual  kapitala 
əsaslandığı  üçün  burada  inkişafı  milli  intellektual  elitadan 
başqa,  ölkənin  öz  qüvvələrindən  savayı  heç  bir  amil  hərəkətə 
gətirə  bilməz.  Çünki  başlıca  materiya  -   insanlardır,  onların 
quruculuq  əzmidir.  Bu  isə  problemlərin  xarici  təcrübə  və  ya 
elmi  mübadilə  yolu  deyil,  məhz  milli  potensial  və  qüvvələr 
hesabına həll edilə biləcəyini  şərtləndirir.
- 2 1 2 -
Bu  gün  Azərbaycan  Avropa  ailəsinin  bərabərhüquqlu 
üzvü  kimi  dünya  elm,  təhsil,  informasiya  və  innovasiya  məka­
nına qədəm qoymuşdur.
Bu  da  öz  növbəsində,  milli  intellektual  elitanın  dünya 
standartları  səviyyəsində  formalaşmasını,  onun  daxili  dina­
mikasını,  yeniləşmə  kimi  keyfiyyət  göstəricisini  ən  ciddi  təhlil 
predmetinə çevirir.  Çünki  innovasion  cəmiyyət  quruculuğunda 
bütün  vətəndaşların  öz  arxasınca  apara  bilən,  innovasiyalann 
subyekti  statusunu qazanan  milli  elitanın  hələlik  tam  formalaş­
dığından,  yetkin  mərhələyə  çatdığından  danışmaq  hələ  tezdir. 
Bu  nə  yaxşı,  nə də pis deyil,  sadəcə  faktdır,  reallıqdır.  Ölkənin 
innovasion  inkişaf sektorunu,  strateji  innovasiyalann  konsepsi­
ya  və proqramını  müəyyən etməyə qabil  intellektual elita olma­
dan  möcüzə  baş  verəcəyini  gözləmək  sadəlövhlük olardı.  “Mil­
li  inkişafın  hazırkı  və  gələcək  strategiyasına  bu  cür  laqeyd 
münasibəti  izah  etmək  çətindir.  Demokratik  inkişafın  müvafiq 
yeri  və  Azərbaycan  reallıqlan  üçün  məqbul  olan  elmi  mode­
linin  müəyyən  edilmədiyi  şəraitdə  siyasi  rəhbərlik  çox  vaxt 
həm  nəzəri,  həm  də  praktiki  məsələləri  həll  etməli  olur. 
Halbuki  diskussiyalar  məkanı  çox  genişdir  və  milli  intellek­
tualların  disputa  çox  fəal  qoşulmasını  tələb  edir”  (
R .M e h d iy e v . 
G ələcəyin  s tr a te g iy a s ın ın   m ü ə y y ə n lə şd irə rk ə n   m o d e r n lə ş m ə  
x ə tti."R e s p u b lik a  ” qəzeti,  y a n v a r).
Bu  gün  Azərbaycanda  professional,  mənəvi,  milli 
dövlətçilik  maraqlarına  yönümlü  intellektual  elitaya  həmişə­
kindən  daha  çox  ehtiyac  var.  Onun  günün  tələbləri  səviy­
yəsində formalaşması  təxirəsalınmaz  vəzifə  kimi  qarşıda durur. 
ABŞ-da  inkişafın  2013-cü  ilə  qədərki  proqnozunu  verən  eks­
pertlər,  öz  ölkələrində  məhz  bu  məsələnin  zəruriliyini  vurğu- 
lamışlar.  İnnovasion  cəmiyyət quruculuğu  prosesinə  fərqli  start
-
213
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə