Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə53/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   49   50   51   52   53   54   55   56   ...   106

imkanlarından  başladığımızı  nəzərə  alsaq,  vəziyyətin  ürəkaçan 
olduğunu söyləmək olmaz.
İntellektual  elita  qlobal  çağırışlara,  mükəmməl  peşə sə­
viyyəsinə,  dövlətçilik  maraqlarına  uyğun  strateji  mövqelərin 
müəyyənləşdirilməsinə  nə  dərəcədə  hazırdır?  Yaxın  gələcəyin 
innovasion  cəmiyyətləri  sırasında  Azərbaycanın  yerini,  dünya 
ölkələri  ilə  inkişafa  rəqabətə  davamlılığını  təmin  edəcək  milli 
inkişaf konsepsiyasının  bu  günə qədər təşəbbüs  və  təklif paketi 
kimi  dövlətə,  ictimaiyyətə  təqdim  edilməməsi  nə  dərəcədə 
düzgündür  və  hansı  nəticələrə gətirə  bilər?  İnnovasion  strategi­
yanın,  proqram  və  konsepsiyanın  olmadığı  şəraitdə  intellektual 
elita  barədə  ictimai  rəy  nəyə  əsaslana  bilər?  Bunlar  çox  ciddi 
məsələlərdir.  Yalnız  nəzəri-elmi  deyil,  sırf  praktiki  problem­
lərdir.
İntellektual  elita  hələ  müəyyən  elmi  məhsula  malik 
olan,  dərəcələr  qazanan,  təhsil  və  diplom  göstəriciləri  ilə  fərq­
lənən  mütəxəssislər  demək  deyil.  Ziyalının  milli  intellektual 
elita  səviyyəsinə  qalxması  üçün  onun  daim  dövlətdə  baş  verən 
hadisələrin  indinin  vəzifələri  və  gələcəyin  perspektivləri  baxı­
mından  ardıcıl,  yorulmaz  izah  və  təhlilini  aparması,  yəni  döv­
lətçiliyin  sabahına,  gələcəyinə  yönümlü  fəaliyyət  göstərməsi 
zəruridir.
İntellektual  elita  ölkənin  taleyilə  bağlı  insanlardır, 
onu  yaxşı  istiqamətdə  dəyişməyi  həyatının  mənasına  çevi­
rən  insanlardır.  Buna  görədir  ki,  mənşəcə  azərbaycanlı  olan 
ən  dəyərli  alim  və  ziyalılar  belə  ölkənin  taleyi  ilə  üz-üzə, 
vətəndə  xalqın  içində  yaşamırsa,  milli  elitaya  daxil  edilə 
bilmir.  Xalqın  yaradıcılıq  ruhuna,  quruculuq  əzminə  təkan 
verən,  uzun  müddət  üçün  perspektivlərini  müəyyən  edən, 
dəyərlər  sistemini  formalaşdıran,  sınaqların  önündə  gedən,
- 2 1 4 -
3n  mürəkkəb,  keçid  vəziyyətlərində  qərarların  verilməsində 
məsuliyyəti  bölüşən  ziyalı  intellektual  elita  səviyyəsinə 
yüksəlir.  Onun  varlığı  ölkənin  inkişaf  strategiyasında,  və­
təndaş  dövlət  münasibətlərinin  ahəngə  gətirilməsində,  özü­
nəməxsus  missiyanın  dərki  və  həyata  keçirilməsində  iştira­
kı  qədər  hiss  olunur.  Ölkənin  strateji  inkişafının  hər  bir  fa­
zasını  məntiqi  yekunlaşdırmaq,  növbəti  mərhələnin  prob­
lemlər  dairəsini  müəyyənləşdirmək,  ən  başlıcası  real  və 
perspektiv  imkanları  səfərbər  etmək  elitanın  funksiyasıdır. 
Bu  və digər  möhtəşəm  vəzifələrin  öhdəsindən  gəlmək  üçün, 
yeniliklərə  təkan  vermək  üçün  elita  ilk  növbədə  özü, 
daxilən  yeniləşməli,  dinamik  inkişafda  olmalıdır.  Elitologi- 
yada bu  elitar seleksiya  və  sirkulyasiya  kimi  obyektiv  qanu­
nauyğunluqdur  və  bütün  növ  elitalara  aid  xüsusiyyətdir.
İntellektual  elita  dövlətçiliyin  qüdrətini  təmin  edən 
ideyaların  generasiyasını,  onların  həyata  tətbiqini  təmin  et­
məklə  yüksəliş  və  tərəqqi  proseslərinin  episentri  statusunda 
mövcud  olmalıdır.  Belə  elitası  olmayan  cəmiyyət  yalnız 
kütlədən  ibarət  olmaq  təhlükəsi  ilə  üzləşə  bilər.  Çoxşaxəlı 
təsirlər  qarşısında  xalqın  mənəvi  müqavimət  gücünü,  in­
tellektual  potensialını  və  sosial  energetikanı  cəmləyərək 
konkret  hədəfə  yönəltmək  qeyri-mümkün  olur.  Rəqabətə- 
davamlı  dövlətin  mövcudluğunu  rəqabətədavamlı  vətəndaş­
dan,  onun  aydın  məqsədlərə,  milli  ideyaya  əsaslanan  dün­
yagörüşündən  başlanır.
Hər  bir  cəmiyyətin  yaradıcı  başlanğıcı  -   fəal,  təşəb­
büskar,  dünyada  gedən  proseslərə  həssas  şəxsiyyətdir.  Cə­
miyyəti  bütövlükdə,  yuxandan  direktivlər  verməklə  yeni­
ləşdirmək  cəhdlərinin  aqibəti  “yenidənqurma”,  yaxud  Çin­
də  mədəni  “inqilab”  adlanan  tarixi  hadisələr  kimi  olur.
- 2 1 5 -


Lakin  hər  bir  şəxsiyyətin  yeniliyə  münasibətini  ardıcıl, 
fasiləsiz  maarifçilik  və  izah  prosesində  dəyişməklə,  intel­
lektə  inam  ruhunu  formalaşdıran  Yaponiya  təcrübəsi  də 
vardır.
Məlumdur  ki  istənilən  ölkənin  milli  inkişafı  ilk  növ­
bədə  arzu  edilən,  nail  olunmasına  səy  göstərilən  cəmiyyət 
modelinin,  konsepsiyasının  ideoloji  əsaslarının  müəy- 
yənləşdinlməsindən,  onun  geniş  ictimaiyyətə,  şüurlara  çat­
dırılması  istiqamətində  aparılan  miqyaslı  vəzifələrdən  baş­
layır.  Yaponiya  möcüzəsinin  “alalarından"  sayılan  E.Dc- 
minqin  sözlərini  xatırlatmaq  istərdik:  “ö lkədə  bütün  sahə­
lərin  kökündən  yeniləşməsi,  yalnız  müvafiq  məqsədlərin 
milli  ideyaya  və  ideologiyaya  çevrilməsindən  sonra  müm­
kündür”.
Bu  gün  Azərbaycan  regionda  və  dünyada  dinamik 
inkişafın  lideri  kimi  tanınır.  İnkişaf templərinə  görə  beynəl­
xalq  reytinq  agentliklərinin,  ekspertlərinin  diqqət  mərkə­
zində  olan  Azərbaycana  bu  maraq  Prezident  İlham  Əliyevin 
yorulmaz  fəaliyyəti  ilə  bağlıdır.  Müasir  dövlətin  inkişafının 
ən  mühüm  göstəricisi  kimi  rəqabətədavamlılığa  görə  Azər­
baycan  dünya  dövlətləri  arasında  MDB-nin  bütün  dövlətlə­
rindən  irəlidədir.  Rusiya  70-ci,  Azərbaycan  66-cı  yerdədir. 
Bu  dövlət  başçısının  bütün  istiqamətlərdə  dərin  elmi, 
intellektual  əsaslar üzərində qurulan  siyasətinin  bəhrəsidir.
İnnovasion  inkişaf  modelinə  keçidin  zəruriliyi,  yeni 
intellektual  nəslin,  yeni  elmi  elitanın  formalaşması  isti­
qamətində  verilən  sərəncamlar:  “Xüsusi  istedada  malik 
uşaqların  (gənclərin)  yaradıcılıq  potensialının  inkişafı 
(2006-2010)”,  “Gənclərin  xaricdə  təhsil  alması”,  “Avropa 
təhsil  məkanına  inteqrasiya”,  “Elektron  Azərbaycan"  və  s.
- 2 1 6 -
dövlət  proqramları,  Prezident  İlham  Əliyevin  bu  məsələni 
strateji  prioritetlər sırasına daxil  etməsini  göstərir.
Ümumiyyətlə,  son  illər  ərzində  dövlətin  qəbul  etdiyi 
bütün  qərarlar  bu  və  ya  başqa  şəkildə  Azərbaycanın  intel­
lektual  potensialının  möhkəmləndirilməsi  ilə  bilavasitə 
bağlıdır.  Bütün  bunların  müqabilində  milli  intellektual  eli­
ta,  ilk  növbədə,  özünü  fasiləsiz  yeniləşdirməli,  keyfiyyət 
dinamikasını  təmin  etməli,  yeni  qüvvələr  hesabına  zəngin­
ləşməlidir.  Dövlət  qayğısının  məsuliyyətini  tam  aydınlığı 
ilə  dərk  etməlidir.  Tarixin  heç  bir  dönəmində  rast  gəlin­
məyən  çox  şərəfli  bir  missiyanı  reallaşdıra  biləcəyinin  fər­
qində  olmalıdır.  Dünyanın  intellektual  elitaları  ilə  müqayi­
sədə  rəqabətədavamlı  olduqlarını  sübut etməlidir.
Reallıqda  necədir?  Milli  elita  öz  imkanlarının, 
yeniləşmə  zərurətini  reallaşdırmaq  üçün  nə  edir?  Azərbay- 
canchtsdövlətin  və  cəmiyyətin  innovasion  inkişaf  templərini 
müəyyən  edən  inkişaf  konsepsiyası  təqdim  edilmişdirmi? 
Halbuki,  bu  məsələlərin  çox  geniş  izahı,  təhlili  və  təbliğinə 
kəskin  sosial  sifariş  mövcuddur.
XXI  əsr  humanitar,  sosial,  informasiya  və  inno­
vasion  texnologiyaların  sintezi  əsri  kimi  səciyyələndirilir. 
Hər  bir  ölkədə  innovasion  cəmiyyət  quruculuğu  artıq  tex­
noloji  başa  düşülən  deyil,  humanitar -   insana  yönümlü  pro­
sesdir.  Bütün  insanları  həyati  vacib  milli  məsələyə  -   Azər­
baycanın  yaxın  gələcəkdə  statusunu  müəyyən  edəcək  inno­
vasion  inkişaf  layihəsinə  səfərbər  etmək,  milli  elmi  elitanın 
hazırkı  tarixi  mərhələdə  başlıca  missiyasıdır.  Dünyada 
Azərbaycanın  intellektual  obrazını  formalaşdırmaq  kimi  ta­
rixi  vəzifədir.  İnnovasion  Azərbaycan  cəmiyyətini  forma­
laşdırmaq  belə  demək  olarsa,  “fövqəlideya”  kimi  çıxış  edir
- 2 1 7 -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə