Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə55/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

bəqə,  müşahidələrə  görə  son  illərdə  yeni  ictimai  sinfi 
formalaşdırmaqdadır.
Bu  insanlar  ayrıca  təşkilat,  kollektiv  və  s.  qurum­
lardan  tutmuş  bütöv  şəhər,  region,  nəhayət,  millət  və  döv­
lətin  ən  qısa  zamanda  mütərəqqi  inkişaf  templərinə  qoşula 
bilməsini  təmin  edirlər.  Yaradıcılığı  özünə  peşə  seçən  su- 
perkreativ  təbəqənin  nüvəsini;  alimlər,  universitet  profes­
sorları,  elmi  işçilər,  dizaynerlər,  mədəniyyət  və  elm  xadim­
ləri  ekspert  və  analitiklər,  yazıçı  və  şairlər,  mühəndis  və 
elmi  işçilər,  arxitektorlar,  rəssamlar  və  s.  təşkil  edirlər.  Ru­
siyada  kreativ  sinfin  13  milyon  nümayəndəsinin  olduğu  və 
dünyada  ikinci  yerdə  durması  məlum  olmuşdur.  Yeni  tipli 
cəmiyyət  -   kreativ  cəmiyyətdir  və  müvafiq  olaraq  kreativ 
(yaradıcı)  təfəkkürlü  şəxsiyyət  və  fərqli  mədəniy-yət,  dün­
yagörüşü  tələb  edir.  Kreativ  şəxsiyyət  zamanın  nəbzinə  uy­
ğun  düşüncə  tərzinə,  dünya  duyumuna,  professional  keyfiy­
yətlərə  malikdir.  Yaradıcı,  hadisələrin  təhlilində  milli  ma­
raqlardan  çıxış  edən  və  qlobal  miqyaslı  təfəkkürə  malik 
olan  kreativ  şəxsiyyət  tipi  -   yüksəliş  və  tərəqqinin  kata­
lizatoruna çevrilir.
Məlumdur  ki,  insanın  şüuru  nisbi  müstəqilliyə  ma­
likdir  və  reallıqla  müqayisədə  həm  fantastik  sürətlə  irəli­
ləyə,  həm  də  reallığa  nisbətən  ləng  dəyişə  bilir.  Gerçəkliyi 
önləyən  şüur  daşıyıcıları  həmişə  nisbi  azlıq  təşkil  etmişdir. 
Lakin  imkan  və  potensial  hər  bir  insanda  mövcuddur.  Bu­
günkü  sürət  ritmi  reallığın  daha  tez  dəyişməsini  şərtləndirir 
və  insanların  ona  reaksiya  vermək  imkanı  nisbi  başlanğıcla 
nisbi  sonluğun  arasında  disbalans,  hətta  uçurum  formalaş­
dırır.  Bu  proseslərin  sürətini  yalnız  Bili  Geytsin  dediyi  kimi 
“fikir  sürətli’’  həyat  tərzi  ilə,  zəkanın  önləyici  fəaliyyəti  ilə
-
2 2 2
-
nəzarətdə  saxlamaq  mümkündür.  Bunlar  qabaqcıl  ölkələrdə 
nəzəri  deyil,  praktiki  həyata  keçirilən  tədbirlərə  daxildir. 
Kreativ  pedaqogika,  psixologiya,  kreativ  menecment  zaman 
intervalını  uzaq  üfüqlərdən  əhatə  etməyə  hazır  şəxsiyyəti 
formalaşdırmağa  xidmət  edir.  Azərbaycanda  bu  mövzu  ge­
niş  müzakirə  olunmalı,  yeni,  qeyri-ənənəvi  təlim  və  tədris 
metodları,  təfəkkür  texnologiyalarının  tətbiqi  gündəmə  gə­
tirilməlidir.
Azərbaycanda  innovasion  cəmiyyət  quruculuğunun 
ilk  təşəbbüslərindən  biri,  məhz  intellektual  elitanın,  ziyalı­
ların  öz  sıralarında  nə  qədər  kreativ  fəaliyyətə  yönümlü, 
gələcəyi  qurmağa  əzmli  vətəndaş  olduğunu  aşkarlamaqdan 
ibarət  olmalıdır.
Dövlətin  qayğı  və  diqqəti  müqabilində,  sərf  edilən 
vəsaitin  qarşılığında  insan  resurslarının,  intellektual  poten­
sialın  ən  ciddi  “inventarizasiyası",  diaqnostikası  aparılmalı, 
milli  sərvətimiz  olan  beyin  kapitalının  gerçək  mənzərəsi 
yaradılmalıdır.  Statistika  səviyyəsində  məlumdur  ki,  təbii 
sərvətlər çox  vacib,  lakin  yeganə  şərt  deyil.  İnkişafın  lideri 
sayılan  ölkələr  təbii  sərvət  baxımından  zəngin  olmamışdır. 
Hətta  təhsil,  savad  və  diplomlu  kadrların  kəmiyyət  göstə­
ricisi  də  ölkənin  yeganə  rifah  göstəricisi  deyil.  Əsas  məsələ 
insan  resurslarını  intellektual  kapitala  çevrilməsini  təmin 
edən  keyfiyyət  dəyişikliklərinə,  fəallığı  hərəkətə  gətirməyə 
nail  olmaqdır.  Bu  gün  maddi  sərvətlərin  ixracı  intellekt  ix­
racı  ilə  bərabər  gəlir  gətirir.  M əlumdur  ki,  Hindistanda 
proqram  təminatçıları  ölkəyə,  Rusiyada  neftin  gətirdiyindən 
çox  gəlirin  gəlməsini  təmin  edirlər.  Fərq  isə  daha  möhtə­
şəmdir:  birincisi  heç  vaxt  tükənmədiyi  halda,  ikincisi  tü­
kənə  bilər  (xatırladaq  ki,  dünyanın  ən  yaxşı  500  universiteti
- 2 2 3 -


sırasında  Hindistan  üç,  Rusiya  iki  universitetlə  təmsil  olun­
muşdur).
Azərbaycanda  innovasion  fəaliyyətin  qurulmasının 
müqəddəm  şərtlərindən  biri  elmin,  təhsilin,  bütün  mədəniy­
yət  sisteminin  innovasion  əsaslar  üzərinə  keçməsini  tələb 
edir.  Bu  danılmaz  həqiqətdir.  Rəqabətə  davamlı  intellekt, 
mükəmməl  peşə  səviyyəsinə  malik  mütəxəssis  bir-iki  ilə 
yetişmir.  Belə  kadrları  yetişdirən  ziyalılar  isə  ən  yüksək 
dünya  standartlarına  cavab  verməlidir,  Finlandiyada  ən 
müasir,  innovasion  yönümlü  orta  məktəbdə  dərs  demək 
üçün  müəllim  ən  sərt  rəqabət  şərtlərinə  uyğun  gəlməli,  iki- 
üç  dil  bilməlidir.  Biz  bu  standartları  diqqət  mərkəzinə 
gətirməliyik.  Çünki  istedad  və  intellektin  yetişdirilməsi, 
aşkara  çıxarılması  da  müddət  tələb  edən  prosesdir.  Buna 
nail  olduqda,  cəmiyyətə  dəfələrlə  çox  fayda  gəlir.  Cəmiy­
yətdə  təhsil  sahəsində  marağı  olan  bütün  subyektlər:  ailə­
dən  tutmuş  ictimai  təşkilatlara,  təhsil  müəssisələrinə,  yerli 
hakimiyyət  və  idarəetmə  orqanlarına  qədər  bütün  səviyyə­
lərdə  daimi  izahat  və  təbliğat  işinin  aparılması  ilkin  şərt­
lərdən  biridir.  Elmin  və  təhsilin  məzmun  və  oriyentasiyası, 
tədris  texnologiyaları,  metodları,  təşkilatlanma  formaları 
yeni  tələblərə  uyğun  şəkildə dəyişməlidir.
Avropa  elm  və  təhsil  məkanına  inteqrasiya  kimi  va­
cib  məsələ  də  bunu  tələb edir.
İnnovasion  inkişaf  strategiyası  təsəvvür  edildiyi  ki­
mi  ümumi  vəzifələrin  sadəcə  bir  istiqaməti,  qolu  deyil.  Bu 
suveren  Azərbaycanın  gələcəyi,  rəqabətə  davamlı  pers­
pektivləri,  sabahından  əminliyi  və  milli  təhlükəsizliyinin 
təminatı  məsələsidir.
Fiziki  əməyə  yönümlü  fəaliyyətdən,  əqli  əməyə  yö-
-
224
-
nümlü  cəmiyyətə  keçid  elm  və  təhsil  sahəsində  bütün 
anənəvi  modellərin  transformasiyasını  gündəmə  gətirir.  İn­
novasion  inkişafın  ilk  mənbəyi  kimi  dövlət  qayğısı,  zəngin 
sarvətlərimiz,  möhkəm  iqtisadi  təməl,  nəhayət  dünya  təcrü­
bəsi  mövcuddur.  Prezident  İlham  Əliyevin  bəyan  etdiyi 
“Qara  qızılı  insan  qızılına  çevirmək”  xətti  də  ən  geniş  tə­
şəbbüslər üçün  meydan  açır.
Sıra  əlbəttə  ki,  milli  elmi  elitadadır.  Fəaliyyət  gös­
tərmək,  söz  demək,  konseptual  proqramlar  təqdim  etmək 
sırası  onundur.
Bütün  dünyada  genişlənən  innovasion  inkişaf  dalğa­
sının  təsirini  öz  üzərinə  götürən  yeni  intellektual  qüvvə­
lərimiz  nə  qədərdir?  Əgər  elmi  tədqiqat  müəssisələri  qlobal 
və  milli  əhəmiyyətli  vəzifələrin  həllində  təşəbbüs  göstər­
mir,  ondan  təcrid  olunursa,  ziyalılarımız  konservativ  göz­
ləmə  mövqeyi  tutursa,  humanitar-sosial  texnologiyalara 
dair  təsəvvürlər  bəzən  bir  şöbə,  laboratoriya  çərçivəsindən 
kənara  çıxmırsa,  alimlərimizin  sırasında  “innovasion  lobbi" 
hələ  formalaşmamışdırsa,  bu  sualın  cavabı  ürəkaçan  de­
yildir.
“Milli  siyasi  elitanın  ölkənin  inkişafının  yem  mən­
bələrlə  təmin  etmək  səyləri  tamamilə  aktual,  elmi  əsaslara 
malikdir.  Təhsil,  elmi  və  texnoloji  innovasiyalann  daimi, 
qüdrətli  dəstəyi  olmadan  inkişaf  mümkün  ola  bilməz.  Buna 
görə  də  Azərbaycan  gənclərinin  intellektual  potensialını 
yüksəltmək  məqsədini  güdən  təhsil  proqramlarının  daimi 
təkmilləşməsi  və  keyfiyyətinin  artırılması  son  dərəcə  va­
cibdir.  ölkənin  ən  qısa  müddətdə,  real  olaraq  m üasirləş­
məsini  məhz  bu  təmin  edə  bilər”  (R.Mehdiyev.  Azərbaycan: 
Qloballaşmanın  tələbləri.  Bakı,  2004,  s.88).
-
225
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə