Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə56/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   52   53   54   55   56   57   58   59   ...   106

Yeni  cəmiyyət  quruculuğunun  strategiyası  insan 
resurslarının  biltün  həlqələrinin  təhlili  və  real  qiymətlən­
dirilməsini  tələb  edir.  Texnoloji,  idarəçilik  ,  təhsil,  iqtisadi, 
elmi,  təbii,  kadr  (peşə  və  ixtisas),  təşkilati,  maliyyə,  infor­
masiya  -   bütün  növdən  olan  resurslar,  yaxın  innovasion 
perspektivlər  Azərbaycanın  dünyada  statusunu  müəyyən 
edəcək  intellektual  potensialın  aşkarlanmasına  yönəl­
dilməlidir.
Hər  bir  ölkə  kimi,  Azərbaycanın  da  öz  potensialı 
var.  Mütərəqqi  tarixi  mədəni  ənənələri,  dünya  mədəniy­
yətinə  açıq  olan  sintez  sivilizasiya  tipi,  təhsil  səhiyyəsi, 
zəngin  mənəvi  irsi,  yaradıcılıq  ruhuna  malik  insanlar,  ziya­
lılar  dövlətimizin  start  imkanlarına  müsbət  təsir  göstərən 
amillərdir.  Lakin  bu  da  bir  reallıqdır  ki,  bilik  iqtisadiyya­
tının  praktiki  gerçəkləşdirilməsi,  innovasion  menecment, 
elm,  təhsil  və  iqtisadiyyatın  inteqrasiyasının  ilkin  mexa­
nizmlərini  müəyyənləşdirən,  bu  tip  fəaliyyətlə  məşğul  olan 
qurumlara  rast  gəlmək  qeyri-mümkündür.  İnnovasiya  cə­
miyyətində  elm  və  təhsilin  tamamilə  yeni  təşkilatlanma 
formalarına  keçməsi  zərurətə  çevrilir.
Dünya  təcrübəsinə  uyğun  bilik  istehsal  edən  müəs­
sisələri  yaradan,  inkişaf etdirən  kadrların  hazırlanması  üçün 
hansı  elmi  kollektivlərdən  təşəbbüslər  gəlmişdir?  Təəssüf 
ki,  bunlar  hələlik  arzu  olaraq  qalır.
XX  əsrdə  idarəetmə,  menecment  elminin  ən  böyük 
nailiyyəti  fiziki  əməyin  məhsuldarlığının  50  dəfə  artırılması 
olmuşdur.  Ötən  yüzillikdə  hər  bir  şirkətin  ən  dəyərli 
kapitalı  -   istehsal  avadanlığı  olmuşdur.
XXI  əsrdə  bu  kapital  əqli  əmək,  yaradıcı,  düşünən, 
fəal  təşəbbüslərə  malik  insanlardır.  Bu  gün  qabaqcıl  ölkə-
-
226
-
|ЭГ£]Э  intellektual  əməyin  məhsuldarlığını  50  dəfə  artırmaq 
məqsədi  həyata  keçirilir.  Bu  hələ  başlanğıc  mərhələdir  və 
1 9 0 0
-cu  ildə  fiziki  əmək  işçilərinin  potensialı  nə  dərəcədə 
idisə.  2000-ci  ildə  əqli  əmək  nümayəndələrinin  start  im­
kanları  hələ  ki,  o  səviyyədədir.  Bəli,  innovasion  cəmiyyətdə 
hədəflər  aydın,  imkanlar  göz  qabağındadır  və  bu  istiqamət­
də  artıq  neçə  illərdir  ki,  dünya  təcrübəsi,  konkret  nailiyyət­
ləri  mövcuddur.  Avropa  elm  və  təhsil  məkanına  inteqrasiya 
biliyin  yaradılması,  bilik  menecmenti  üzrə  fəaliyyət  göstə­
rən  çoxsaylı  təşkilatların  təcrübəsinin  öyrənməyi  gündəmə 
gətirmişdir.
“Yeni  kadr” ,  “yeni  mütəxəssis”  anlayışları,  bilik  üz­
rə,  intellektin  istehsalı  üzrə  mütəxəssislərin  fəaliyyətini  sə­
ciyyələndirir.  Rəqabətə  davamlı  strateji  resurs  kimi  bilik 
istehsal  edən  müəssisələr  xüsusilə  geniş  yayılmış,  artıq  bi­
lik  istehsalının  bir  neçə  konsepsiyaları,  məktəbləri,  təlim ­
ləri  mövcuddur.
Bir  məsələ  vurğulanmalıdır  ki.  innovasion  cəmiy­
yətdə  bilik  inkişafın  daha  bir  resursu  deyil  (əmək,  kapital 
və  torpaqla  yanaşı),  yeganə  resursdur.  Yeni  dövrün  unikal­
lığını  şərtləndirən  ən  mühüm  məsələ  məhz  bu  faktdır. 
Qlobal  güc  mərkəzlərini  bilik  və  informasiya  uğrunda  rə­
qabətinin  kökündə  məhz  bu  səbəb  durur.
Biz  hələ  indiyə  qədər  elə  təsəvvür  edirik  ki,  bilik 
qazanmaq,  onu  zənginləşdirmək,  tətbiq  elmək  hərənin  sırf 
öz  işidir,  təhsil  və  elm  şəbəkəsinin  funksiyasıdır.  Dünya 
artıq  başqa  reallığı  yaratmışdır.  “Bilik  istehsal  edən  müəs­
sisə”  nə  qədər  qəribə  səslənsə  də  nə  məktəb,  nə  də  elmi 
tədqiqat  müəssisəsidir.  Bu  yeni  minilliyin  simasını  müəy­
yənləşdirən  innovasion  tipli  müəssisədir.  Burada  insan
-
227
-


resurslarının,  intellektual  potensialın  hər  zərrəsinin  toplan­
ması,  aşkar  və  qeyri-aşkar,  dərkedilən,  dəyərləndirilən  vo 
dəyərləndirilə  bilməyən  bütün  bilik  formalarının  üzə  çıxa­
rılması,  sistemləşdirilməsi,  təsnifləşdirilməsi  prosesinin  bü­
tün  mərhələləri  mükəmməl  təşkil  olunmuşdur.  Elmi,  nəzəri 
bilik,  bacarıq  və  qabiliyyətlər  bilik  sisteminin  elementləri­
dir.  BİLİK  aşkara  çıxarılmır,  tətbiq  olunmur  və  səmərə 
gətirmirsə,  sadəcə  bilik  bazası,  potensial  kimi  mövcud  olur. 
Lakin  rəqabət  və  inkişafda  üstünlüyü  təmin  edən  amil  məhz 
biliyin  səmərəyə  yönümlü  tətbiqi,  idarə  olunmasının  elmi 
konsepsiyasıdır.  Bu  insanlarla  fasiləsiz  ünsiyyət,  dialoq, 
monoloq,  toplantı,  müşavirə,  müzakirə,  “Beyni  hücumları” 
vəziyyətlərini  yaradan  innovasion  məzmunlu  proseslərdə 
üzə  çıxır.  Fasiləsiz  tədris  prosesində  “böyüklərin"də  tək­
milləşməsi,  interaktiv  təlim  metodların  tətbiqi,  daimi  özü- 
nükamilləşdirmə  aspektləri 
vəhdətdə  həyata 
keçirilir. 
Cəmiyyət  qarşısında duran  vəzifələrin  həlli  üçün  lazım  olan 
yerdə  və  vaxtda  keyfiyyətli  intellektual  xidmətin  təmin 
edilməsi  “bilik  ideoloqları’’  adlandırılan  mütəxəssislərə  hə­
valə edilir.
İntellektual  potensialın  aşkarlanması  yalnız  konkret 
bilik  istehsal  edən  təşkilatlarda  deyil,  qabaqcıl  ölkələrin  əq­
li  əmək  oriyentasiyalı  istənilən  müəssisəsində  işin  səmərəli 
təşkilinin  elementar  mexanizmidir.  İntellektual  əmək  nüma­
yəndələrinin  çalışdıqları  kollektivlərdə  monoton  (usandı- 
rıcı)  duruma  yol  verməmək,  yeni  təşəbbüs  və  ideyalar təkan 
vermək  üçün  ildə  bir  neçə  dəfə  əməkdaşlar  “yaradıcı  xaos, 
silkələmə”  effekti  deyilən  tədbirlərə  cəlb  edilirlər.Yeni 
problem  situasiyaların  yaradılması,  hərənin  öz  sahəsinə  uy­
ğun  dünyada  mövcud  olsan  ən  son  innovasiyalar  barədə  nə
- 2 2 8 -
kimi  rəyə  və  münasibətə  malik  olması  üzə  çıxarılır.  Biliyin 
aşkara  çıxarılması  və  yaradılması  sahəsində  yaponiyalı 
alimlər  İ.Nonaka  və  X.Takeuçinin,  ABŞ  alimi  P.Drukcrin 
“biliyi  yaradan  komanda"  adlanan  konsepsiyalarına  dair 
tədqiqatlar stolüstü  kitablar  kimi  geniş  yayılmışdır.  İnsanlar 
adət  etdikləri  köhnəlmiş  iş  tərzi,  vərdiş  və  sxemlərin  də­
yişdirməyə,  vəziyyətdən  çıxmaq  üçün  düşünməyə  məcbur 
olurlar.  Yeni  təşəbbüs  və  fəallıq,  ideyalar  təklif etməli  olur­
lar.  Bu  bizi  düşündürməlidir.  Çünki  əsas  məqsəd  insan  re­
surslarının  dəyərini  artırmaqla,  intellektual  əməyin  çəkisini 
və  məhsuldarlığını  artırmaqla  dövlətə  strateji  innovasion 
cəmiyyət  quruculuğunda  ən  yaxın  dəstəyi  təşkil  etməkdir.
Milli  intellektual  elitanın  innovasion  cəmiyyət  quru­
culuğunda  həyata  keçirməli  olduğu  ən  mühüm  məsələlərdən 
biri  də,  intellektual  əməyin,  təhsilin  və  elmin  yeni  təşkilat­
lanma  formalarının  tətbiqidir.  Bu  gün  bütün  dünyada  in­
tellektual  texnologiyaların  aparıcı  qüvvəsi  kiçik  müəssi­
sələrdir.  Yeni  texnologiyaların  70  faizi  onların  payına  dü­
şür.  Fasiləsiz  yaradıcılıq,  daimi  axtarış,  konkret  nailiyyətlər 
onların  fəaliyyətini  səciyyələndirən  başlıca  cəhətdir.  “Fikir 
fabrikləri”,  “beyin  mərkəzləri”  adlarından  görünməsə  də 
başlıca  olaraq  humanitar  və  sosial  innovasiyaların  yaradıl­
masını,  “intellektual 
resurs-kapital-m əhsul”  zəncirinin 
məhsuldar  işləməsini  təmin  edir.  Həm  real,  həm  də  virtual 
(elektron)  təşkilatlanma  formaları,  W EB-korporasiyalar 
biliyin  təşkili  və  idarə  olunmasında,  bütün  istiqamətlərdə 
aparılan  əməliyyatların  vaxt  itkisinə  rol  vermədən  (sinxron) 
təşkilinə  xidmət  edir.
2001-ci  ildən  Azərbaycan  Avropa  məkanının  bir 
hissəsidir.  Bu  məkanın  innovasion  inkişaf  meyillərindən
- 2 2 9 -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə