Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə57/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   53   54   55   56   57   58   59   60   ...   106

kənarda  qalması  mümkün  deyildir.  Milli  elmi  elita  dövlətin 
bu  istiqamətdə  apardığı  miqyaslı  fəaliyyətin  uğurlarını 
təmin  etmək  üçün  həm  özünü,  həm  də  bütün  cəmiyyəti  bu 
proseslərdə ən  yaxın  iştirakını  təmin  etməlidir.  İlk  növbədə: 
innovasion  sürət  ritminə  qoşulmağı,  geriləmə  imkanını  ara­
dan  qaldırmalı,  yeniliklərə  həssas  ictimai  mühitin  və  şüurun 
formalaşması,  ölkənin  yüksəlişi  üçün  dünyada,  regionda  və 
cəmiyyətdə  mövcud  olan  bütün  resurs  və  imkanları  hərə­
kətə  gətirmək  istiqamətində  təxirəsalınmaz  tədbirlər  siste­
mini,  müvafiq  konsepsiya  və proqramları  təqdim  etməlidir.
İnnovasion  cəmiyyət  quruculuğu  Qərb  təcrübəsinin 
təqlidi  kimi  bəsit  başa  düşülmür.  Bu  hər  şeydən  əvvəl  milli 
inkişaf  modelidir.  Çünki  onun  subyekti  də,  obyekti  də 
Azərbaycan  vətəndaşıdır,  gəncidir,  alimi  və  mühəndisi, 
ziyalısıdır.  İnnovasiyaya  yönümlü  inkişafda  dünyaya  açıq, 
sintez  mədəniyyətə  malik  yeniləşmə  ruhu  ən  səmərəli  amil 
sayılır.  Bu  Azərbaycan  xalqına  xas  olan  keyfiyyətlərdir  və 
onun  üstünlüyünü  təmin  edəcək  bir qüvvədir.
Ümummilli  lider  Heydər  Əliyevin  dediyi  bu  sözlər 
hər  vaxt  olduğu  kimi  aktual  səslənir:  “Dünya  elmində  -  
Şərqdə  və  Qərbdə  əldə  olunan  bütün  nailiyyətləri  dərindən 
öyrənməli,  dövlətimizin  inkişafı  üçün  Azərbaycan  elminə 
və  təhsilinə  tətbiq  etməliyik”.
-
230
-
§ 7.  Azərbaycançılıq: mədəni inteqrasiyanın 
milli və universal modeli kimi
"Biz  Azərbaycan  deyəndə  onun  sər\>ətini, 
onun  gözəl  təbiətini  nəzərdə  tuturuq.  Lakin  biitiin 
bunlarla  yanaşı,  respublikanın  ən  başlıca  sən'əti 
qədim lərdən  bu  torpaqda  yaşayan,  öz  taleyini,  öz 
həyatını  bu  torpağa  bağlayan,  m üxtəlif  m illət­
lərdən  olan,  m ü xtəlif dinlərə  etiqad  edən  adam ­
lardır.  Ölkə  nə  qədər  çox  xalqı  birləşdirsə,  bir  o 
qədər də  zəngin olar".
"... 
Mən  görüşlərim i  m illi  azlıqların 
nüm ayəndələri  ilə  görüş  adlandırm aq  istəməzdim. 
Bu,  Azərbaycanın,  Azərbaycan  xalqının  nüm ayən­
dələri ilə görüşüdür..."
Heydər Əliyev
Qədəm  qoyduğumuz  XXI  yüzillikdə  Azərbaycanın  bu 
gününə və gələcəyinə dair düşüncələrin  ana xəttini,  vətənimizin 
daxili  bütövlük  və  vəhdətinin  möhkəmlənməsi  ideyası  təşkil 
edir desək  yanılmarıq.
Bu  istiqamətdə  görülən  bütün  fəaliyyətin  strukturu, 
məqsədi  və  vasitələrini  müəyyən  edən,  cəmiyyətin  mütəfəkkir 
ziyalı  nümayəndələrinin  səyləri  nəticəsində,  gərgin  ideya-siyasi 
müzakirələr  gedişində  formalaşan  mürəkkəb,  sistemli  intellek­
tual  konsepsiya  kimi  təsəvvür  edilən  milli  ideologiyanın 
təməlində də bu ideya durur.
-231
  -


“Azərbaycan  dövlətinin  milli-ideoloji  əsaslan  həm 
“milli  ideya”,  həm  də  “ümummilli  ideologiya"  kimi  qəbul  et­
diyimiz  “Azərbaycançılıq”dır.  Xalqımızın  tarixi  keçmişinin, 
günümüzün  reallıqlannı,  ümummilli  psixoloji  yönümlərimizi, 
mentalitetimizi,  adət-ənənələrimizi,  sivil  beynəlxalq  təcrübəni 
nəzərə  alan,  Azərbaycanın  sintetik,  yeniliklərə  açıq,  konstruk­
tiv  rol  oynayan  ideoloji  inkişaf  konsepsiyası  kimi  “Azərbay- 
cançılıq”  ideologiyasının  yaranması  və  yayılması  müstəqillik 
illərində  H.Əliyevin  məqsədyönlü  fəaliyyətinin  nəticəsi  ol­
muşdur”.  {R. Mehdiyev.  "XXI  əsrdə  milli  dövlətçilik".  Bakı. 
2003).
Bu  gün  qarşımızda  duran  vəzifələr  və  gələcək  oriyen­
tirlər  baxımından  Azərbaycançılıq  ideologiyasının  çağırış  və 
şüar  deyil,  hərtərəfli  dərin  elmi-nəzəri  məfkurə  olmasını  hər 
kəs  dərk  etməlidir.  Azərbaycançılığın  əsas  qayəsini  müstə­
qillik,  dövlətçilik,  millilik,  dünyəvilik,  ədalət,  demokratiya, 
milli  tərəqqi  və  s.  kimi  anlayışlar  təşkil  edir.  Azərbaycançılıq 
xalqımızın  çətinliklə əldə etdiyi,  ölkəmizdə  yaşayan  bütün  mil­
lətlərin  və  etnik  qrupların  qarşılıqlı  ünsiyyət  və  münasibətini, 
ümumi  taleyini  əks etdirən əvəzsiz tarixi  sərvətdir.
Yalnız  torpağımızda  yaşayan  müxtəlif  etnik  və  dini 
mənsubiyyətli  insanlara  ünvanlanmaqla  kifayətlənməyib,  coğ­
rafi  sərhədə  və  məkanların  ayırdığı,  dünyanın  müxtəlif ölkələ­
rində  yaşayan  soydaşlarımızı  da  bizimlə  bir  ideya-fəlsəfi,  mə­
dəni  məkanda bütövləşdirən qüvvə də - məhz “Azərbaycançılıq 
ideologiyası"dır.  “Azərbaycançılıq"  -   cəmiyyətimizin  sosial- 
mədəni  və  siyasi  nizamlanmasının,  insanların  mənəvi  səfər­
bərliyi  və vəhdətinin başlıca amilidir.
İctimai  varlığın  meyil  və  istiqamətlərini  müəyyən  edən 
ideologiya  olmadan  cəmiyyət  “ideya  boşluğuna"  yuvarlana,
-
232
-
naticədə  tənəzzülə  uğraya  bilər.  İdeologiya  elə  ümumi,  ruhi- 
mənəvi  təməldir  ki,  onsuz  heç  bir  mədəniyyət  və  sivilizasiya 
mövcud ola bilməz.
“Azərbaycançılığ”ın  məfkurəvi  dəyəri  bundadır  ki, 
onun  ətrafında  ölkəmizdə  yaşayan  bütün  xalqlar,  milli-etnik 
qrup və azlıqlar birləşir, “azərbaycanlı” adlanırlar.
Torpağımız çox  qədimdən  ən  müxtəlif xalqların  və  mə­
dəniyyətlərin  vətəni  olmuşdur.  Azərbaycan  dövlətinə,  tarixinə 
və  coğrafiyasına  onların  sürəkli  sadiqliyi  və  mənsubluğu, 
bünövrədən  bütün  dünya  üçün  açıq  olan  mənəvi-mədəni 
dəyərlərimizin  mahiyyətindən  intişar  tapmışdır.  Azərbaycanın 
və  “azərbaycançılığın”  əzəməti  bu  müqəddəs  diyarı  öz  vətəni 
hesab  edən  və  onun  adı  ilə  adlanmaqdan  qürur  duyan  bütün 
insanların  maddi  və  mənəvi  gücündə,  qüdrətindədir.  Bu 
səbəbdən  də  “Azərbaycançılığ”m  ortaq  dəyər  və  sərvətlərə 
dayaqlanaraq  doğuracağı  potensialın  təsir  və  miqyasını  az-çox 
təsəvvür  edəndə,  yalnız  xoş  məram  və  niyyətlə  sevinənlər 
deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Xalqımızın  tarixi  kökləri  taleyin  hökmü  ilə  bütün 
dünyaya  səpələnmiş  ümumtürk  etnosuna  gedib  çıxır.  Bununla 
yanaşı  coğrafi  və  geosiyasi  baxımdan  həmişə  bütün  dünyaya 
açıq  olmuş,  ən  müxtəlif  mədəniyyətlər  arasında  sintez-qovşaq 
missiyasını daşımışdır.
Şərq  mədəniyyətinin  dünya  və  Avropa  mədəniyyətinə 
və  əksinə  keçid  alması  üçün  Azərbaycan  körpü  rolunu 
oynamışdır.  Çoxmillətli, çoxdinü, çoxdilli  Azərbaycan  üçün  bu 
ideologiyanı  tarixi  reallığımızın özü  irəli  sürmüşdür.  Həqiqətən 
ən  müxtəlif  milli-etnik  qrupların  nümayəndələrinin  yaşadığı 
Azərbaycan  unikal  coğrafi,  gcopolitik  və  mədəni  məkandır. 
Görkəmli  alimlərin  etirafı  təsadüfi  deyil:  “Planetdə  başqa  elə
-233
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə