Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə58/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   54   55   56   57   58   59   60   61   ...   106

bir  bölgə  yoxdur  ki,  buradakı  kimi  onlarla  xalq  çox  uzun 
müddətə  və  birlikdə  yaşamış  olsun.  Bu  füsunkar  çoxçalarlıq 
bütün  bəşəriyyətin  dəyərli  xəzinəsi  hesab  oluna  bilər.  Yəqin 
buna  görədir  ki,  bu  ölkənin  ictimai-elmi  fikri  millətlərarası 
münasibətlər,  əməkdaşlıq  və  qarşılıqlı  anlaşma  probleminə 
dünyanın  diqqətini  bu  qədər  cəmləşdirməyə  çalışır.  Azərbay­
canın  tarixi  təcrübəsi  bu  baxımdan  dəyərli  və  intəhasızdır. 
Y .A .Jd a n o v.  A v ra siy a n ın  giinəş çələngi.  M.  1999)
“Azərbaycançılıq”  ideyası  etnik-milli  və  bəşəri  müstə­
viləri  əhatə etmək  baxımından  yekcinsliyin  təsdiqi  deyil,  müx­
təlifliyin  vəhdəti  kimi  bu  günün  həm  lokal,  həm  də  qlobal 
gerçəkliyinin  tələblərinə cavab verir.
Müstəqilliyimizə  döndüyümüz  vaxtdan  tarixi-milli,  mə­
dəni  yaddaş  və  genimizdə  qoruyub  saxladığımız,  Azərbaycan 
adlı  məkana  vətən  deyən  bütün  xalqların  mədəniyyətlərinin 
bariz  simvolu,  nümunəsi  olan  üçrəngli  bayrağımız 
bütün 
dünya ölkələrində,  Avropa  Şurasında  dalğalandı.  Ümumi  tarixi 
tale  və  yaddaşımızın  bütün  qatlan  yalnız  bayrağımızda  deyil, 
ölkəmizdə  yaşayan  bütün  xalqlann  münasibət  və  fəaliy­
yətlərində  də  vəhdət  təşkil  edərək,  bu  təməllə  də  ümumbəşəri 
xalqlar  ailəsinə  inteqrasiyaya  yön  aldı.  İslamlaşmaq,  türk- 
ləşmək  və  müasirləşməklə  bahəm  Avropa,  özümüzlə  gətirdiyi­
miz  Asiya  və  Şərq  dəyərlərinin  qüdsiyyət  və  əzəmətini  duy­
maqdadır.
1993-cü  ilin  oktyabnn  1-də  böyük  öndərimiz,  ümum­
milli  liderimiz  H.Əliyev  respublikada  yaşayan  milli  azlıqlann, 
azsaylı  xalqlann  və  etnik  qruplann  nümayəndələri  ilə  görüşdə 
çox  qiymətli  fikirlər  söyləmişdi.  Bu  fikirlər  milli  münasibətlər 
sahəsində  dövləti  siyasətinin  əsas  prinsiplərini  təşkil  edir. 
Böyük  öndər  qeyd  edirdi  ki,  “Biz  Azərbaycan  deyəndə  onun
-
234
-
sərvətini,  onun  gözəl  təbiətini  nəzərdə  tuturuq.  Lakin  bütün 
bunlarla  yanaşı  respublikanın  ən  başlıca  sərvətlərindən  biri, 
bəlkə  də  ən  başlıca  sərvəti  qədimlərdən  bu  torpaqda  yaşayan, 
öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan,  müxtəlif 
millətlərdən  olan,  müxtəlif  dinlərə  etiqad  edən  adamlardır. 
Ölkə  nə  qədər  çox  xalqı  birləşdirə,  bir  o  qədər  çox  zəngin 
olar”.  Bu  gün  Azərbaycan  demokratik  prinsipləri  rəhbər tutaraq 
hüquqi  dövlətin  tam  formalaşması  yolunda  irəliləyən  bir 
dövlətdir.  Bu  dövlətdə  bütün  xalqlar  dininə,  mənşəyinə,  dilinə 
görə  deyil,  bir  torpağın,  bir  ölkənin  vətəndaşları  olmalan, 
azərbaycançılıq  ideologiyasını  rəhbər  tutmaları  prinsipinə  görə 
qiymətləndirilir.  Azərbaycan  dövlətçiliyinin  güclənməsinin 
əsas şərti  cəmiyyətdə korporativ  münasibətlərin  vüsətidir.
Ayrı-ayrı  vətəndaşların  maraqlan  ümumdövlət  marağını 
yaradır.  Dinindən,  dilindən,  milli  mənsubiyyətindən  asılı  olma­
yaraq  8  milyonluq  əhalinin  hər  birinin  hüquq  və  azadlıqlannın 
qorunması  bu dövlətin ali  məqsədidir.
Azərbaycan  XXI  əsrə  özünün  etnik  zənginliyi  ilə  daxil 
olaraq,  polietnik  dövlət  olduğunu,  istər  çoxsaylı,  istərsə  də 
azsaylı  bütün  etnoslara  eyni  dövlət  qayğısı  ilə  yanaşıldığını 
beynəlxalq  aləmə  sübut  etdi.  Xarici  diplomatlar  öz  təəssürat­
larını  belə  ifadə  edir:  Azərbaycan  dünyaya  təkcə  neft  deyil, 
yüksək  tolerantlıq  ixrac etməyə qadir bir ölkədir.
Azərbaycan  reallığında  etnik  varlıqlar  özlərinə  məxsus 
adət-ənənələrin,  din  və  dillərin,  etnik  psixologiyanın,  maddi  və 
mənəvi  mədəniyyətlərin  lokal  səciyyəvi  xüsusiyyətlərini  qoru­
maqla  yanaşı,  Azərbaycan  dilinə,  adət-ənənələrinə,  mənəvi  də­
yərlərinə yiyələnmişlər.  Bu etnik qruplar nə qədər etnikdirlərsə, 
o qədər də azərbaycanlıdırlar.
Bu  gün  Azərbaycanda  türk  dilli  azərbaycanlılarla  ya­
-235
  -


naşı,  Iran  dilli  tatlar,  talışlar  və  kürdlər,  Qafqaz  dilli  saxurlar, 
udinlər,  ingiloylar,  Şahdağ etnik  qrupunun  nümayəndələri,  rus­
lar  və  yəhudilər,  ümumiyyətlə  20-dən  artıq  milli  azlığın  nü­
mayəndələri  yaşayır, onların  sosial-mədəni  problemlərinin  həlli 
həmişə dövlətin diqqət mərkəzindədir.
1995-ci  ildə  ümumxalq  referendumu  yolu  ilə  qəbul 
edilən  Azərbaycan  Respublikasının  Konstitusiyasında  olan 
maddələr  respublikada  yaşayan  bütün  xalqların,  etnik  qrup­
ların,  azsaylı  xalqların  hüquq  və  azadlığının  qorunmasını  əks 
etdirir.
Azərbaycan  tarixinin  bütün  səhifələrində  bu  ərazidə 
yaşayan  insanların  bu  ərazidə  yaşayan  insanların  qarşılıqlı 
hörmət,  dostluq  əlaqələrini  əks  etdirən  nə  qədər  çox  faktlar 
varsa, bunun  əksini  sübut edən sənədlər yox  səviyyəsindədir.
1991-92-ci  illərdə  bu  gözəl  münasibətlərə  xələl  gə­
tirmək  istəyən  qüvvələr,  “türkün  türkdən  başqa  dostu  yoxdur” 
kimi  zərərli  şüarlarla  çıxış  edirdi,  digər  millətlərə  mənsub 
insanların  zorən  assimilyasiyaya  məruz  qalması  kimi  iftiralar 
yayırdılar.
Azərbaycana,  onun  ərazisinə,  xalqların  mənşəyinə,  tari­
xinə,  milli  varlığına,  xalqlar  dostluğuna  qarşı  yönəldiyi  böh­
tanlar çox  tezliklə  ifşa olundu.  Lakin  bundan  sonra  belə hallara 
yol  verilməmək  üçün  respublikada  etnik  proseslərin  gedişi, 
Azərbaycanda  etnososial  birliyin  yaranmasında  azsaylı  xalqla­
rın  rolu,  Azərbaycanın  ictimai-siyasi,  mədəni  həyatında  bu 
etnosların  nümayəndələrinin  iştirakı  geniş  tədqiq  olunmalıdır. 
Müxtəlifliyin  vəhdətindən  yaranan  bu  tarixi  birliyin  əsil  dəyəri 
açıqlanmalıdır.  Bu  Azərbaycançılığm  yaratdığı  fenomendir.
Ölkəmizdə  bir  ailə  kimi  vahid  tarixi  tale,  genetik-etnik 
yaddaş  və  münasibətlərin  daşıyıcısı  olan  xalqlar:  talışlar,
-
236
-
ləzgilər,  avarlar,  kürdlər,  tatlar  və  başqalan  özlərini  azərbay­
canlı  adlandırırlar.  Bu  xalqların  mənəvi  yaddaşı  tarix  boyu 
zərdüştlükdən  başlamış  dünyanın  bütün  əsas  dinlərinin  ən  ülvi, 
bəşəri  dəyərləri  ilə  daim  zənginləşmişdir.  Mədəniyyət  və 
ünsiyyət  tariximiz  bizə  ruhi-mənəvi  böyüklüyün  və  əzəmətin 
çoxsaylı  nümunələrini  miras qoymuşdur.  Tarixin  bütün  dövrlə­
rində  özünün  rəngarəng  tərkibli  olması  ilə  fərqlənən  Azər­
baycanda  bu  müxtəlifliyin  etnik-milli  mənbələri  mövcuddur. 
Diyarımızda  yaşayan  onlarla  etnik-dini  birliklərin  qarşılıqlı 
münasibəti  və  mədəniyyəti  -  folklor,  dialekt,  adət,  məişət  tərzi, 
inam  sistemi  və  s.  müxtəlifliyin  vəhdətini  müəyyənləşdir­
mişdir.
Azərbaycanın dövlət  müstəqilliyi  əldə etməsindən  sonra 
məlum  oldu  ki,  “monolit  sovet  xalqı"  gerçəklikdə  qeyri-adi 
çoxçalarlığa  və  mədəniyyətlərə  malikdir.  Bu  baxımdan  da 
Azərbaycanda  mədəni  münasibətlərin  müstəqil  dövlətçiliyə 
uyğun  inkişaf mərhələsi  başladı.  Vətəndaş cəmiyyəti  və  hüquqi 
dövlət  quruculuğu,  respublikamızdakı  ayn-ayn  azsaylı  etnik 
qrupların  bərabər hüquqlu  Azərbaycan  vətəndaşı  kimi  varlığını, 
siyasi-ictimai  mahiyyətlə  yanaşı,  həm  də  elmi-nəzəri  əhəmiy­
yətli  amilə  çevirdi.  Azərbaycan  yalnız  türkdilli  və  çox  saylı 
azərbaycanlıların  deyil,  həm  də  müxtəlif  dil  ailələrinə  və  dinə 
mənsub  olan  azsaylı  udi  və  şahdağ  xalqlarının,  saxur  və  ingi- 
loylann,  tat  və  dağ  yəhudilərinin,  talış  və  kürdlərin,  rusların  və 
s.  də  vətənidir.  Azərbaycan  dövləti  onların  qarantı  olmaqla 
yanaşı  dünyanın  etnik  xəritəsində  yalnız  Azərbaycan  adlı 
məmləkətdə  rast  gəlinən  -  udi,  buduq,  qnz,  xınalıq,  ingiloy 
kimi  etnik  birliklərin  dil  və  mədəniyyətini  mühafizə  edərək, 
gələcək  üçün  dünya  sivilizasiyasının  etnik  “bankının"  yaradıl­
masına kömək etmişdir.
-
237
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə