Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə6/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   2   3   4   5   6   7   8   9   ...   106

növbəti  konfransın  keçiriləcəyi  müddəti  bəyan  etmişdir.
“Avropada  rifah  üçün  mədəniyyətin  töhfəsi"  layihəsi 
mədəniyyətlərarası  inteqrasiyanın  konkret  məqsədlərini 
müəyyən  etmişdir.
Bu  ən  vacibi:
-   Avropanın  birliyi  ideyasının  rifahı  və  onun  can 
atdığı  son  məqsədin  rifahı  üçün;
-   Avropa  nizamının:  demokratiya,  qanunun  aliliyi  və 
mədəniyyətlərin  sülh  ilə  yaşaması  prinsiplərinin  gerçəkləş­
məsi  prosesində  bərqərar  olan  Avropa  sivilizasiyasının 
rifahı  üçün;
-   Avropanın  öz  mədəni  təcrübəsinin  dünyada  təqdim 
və  təsdiq  etmək  üçün  yeritdiyi  xarici  siyasətin  rifahı  üçün 
mədəniyyətin  potensialının  indiyə  qədər  olduğundan  daha 
səmərəli  və  intensiv  istifadə etməyi  nəzərdə  tutur.
“Avropa  üçün  ruh”  layihəsi  mədəni  inteqrasiyanın 
möhkəmlənməsi  naminə,  bu  layihəyə  maraqlı  olan  bütün 
ölkələrin,  bütün  mədəniyyətlərin  “Bərabərhüquqlu  Alyansı­
nı”  yaratmaq  məqsədinə xidmət  edir.
Layihənin  gerçəkləşdirilməsi  ən  ciddi  tədbirlərlə 
müşayiət  olunur.  İldə  iki  dəfə  Avropada  parlamentlərin 
sədrləri,  nazirlər,  mədəniyyət  sahəsinin  rəsmiləri  layihənin 
gedişatına  dair  hesabatları  nəzərdən  keçirirlər.  Strateji  inki­
şafın  mədəni  amillərinin  səfərbər  edilməsi  üçün  ümumav- 
ropa  monitorinqi  keçirilir,  sonrakı  fəaliyyət  üçün  ideyalar 
mübadiləsi  aparılır.
Dünyanın  və  cəmiyyətin  idarə  olunmasının  daha  da 
mürəkkəbləşdiyi  müasir  dövrdə  “Avropa  üçün  ruh”  layihə­
sinin  təşəbbüskarları  hesab  edirlər  ki,  sülh  və,  nizam  m əsu­
liyyəti,  siyasət  və  mədəniyyət  arasında,  deməli  siyasətçilər­
-
2 4
-
lə,  mədəni  dəyərlərin  daşıyıcısı  olan  vətəndaş  cəmiyyəti 
arasında  bərabər paylaşmalıdır.
Avropa  Birliyi  ikiqat  legitimliyə  malikdir.  O  yalnız 
suveren  dövlətlər  birliyi  deyil,  həm  də  Maastrixt  (1992) 
müqaviləsindən  sonra  fövqəlmilli  Avropa  vətəndaşlığına 
malik  olan  xalqların  ittifaqıdır.
Məhz  bu  iki  müstəvi  arasında  təmas  nöqtəsinin 
axtarılmasında  mədəni  inteqrasiya  nicat  yolu  kimi  çıxış  edə 
bilər.  “Bu  gün  Avropanın  vətəndaşlarının  gələcəyi  və  bizə 
meydan  oxuyan  problemlərin  həlli  bizdən  mədəni  yanaş­
manı  önə  çəkməyi  tələb  edir,  insanlar  yalnız  zərurət,  ehti­
yac  üzündən  birliyə  “hə”  deyirlər,  bu  ehtiyacı  böhran  və 
problemlər  zamanı  daha  çox  duyurlar.  Bu  gün  insanların 
mədəni  ünsiyyət  ehtiyacına  biz  cavab  verməliyik  və  böh­
ranı  aradan  qaldırılmalıyıq”  (A.Typen.  Способны  ли  мы 
жить  вместе? М.,  1999,  s.84-88).
Avropa  Birliyinin  rəsmi  siyasi  və  iqtisadi  qurumları 
ilə  vətəndaş  cəmiyyəti  arasındakı  özgələşmə  hissi,  mədəni 
inteqrasiya  layihəsinin  irəli  sürülməsinin  səbəbləri  sırasın­
dadır.  Geniş  əhali  arasında  keçirilən  2006-ci  ilin  rəy  sorğu­
ları,  Avropa  Komissiyasının  “Mədəniyyətə  dair  informasiya 
xəbərləri”nin  hazırlanması  təhlilini  gündəmə  gətirdi.  Bu 
“Xəbərləri”n  əsas  məramı  Avropa  mədəniyyət  üçün  nə  edə 
bilər  və  mədəniyyət  Avropa  üçün  nə  edə  bilər?”  suallarını 
cavablandırm aq  idi.  Bu  cavab  isə  hər  bir  mədəniyyətin 
təməli  olan,  onu  universal  mədəni  irsin  tərkibinə  çevirən 
bəşəri  dəyərlərin  səsləşməsini,  ortaq  nöqtələrini 
üzə 
çıxarmaq,  özünəməxsus  nüfuzu  təmin  edən  inteqrasiya  mə­
kanının  yaradılması  ola  bilər.  Avropada  mədəni  innovasiya 
və  yaradıcılıq  sektorunda  inkişaf  dinamikasının  izlənilməsi,
-
2 5
-


layihənin  real  nəticələri  və  müşayiət  edildiyini  göstərir. 
2003-cü  ildə  Avropada  ÜDM-də  mədəniyyət  və  yaradıcılıq 
sektoru  2,6  faiz,  2004-cü  ildə  5,8%  təşkil  etmişdir.  Bu  da 
həmin  sektorda  məşğul  olan  insanların  sayının  1999-2003- 
cü  il  arasında  12,3  faiz  artdığına  dəlalət  edir.
“Avropa  xalqları  bir-birini  və  bütün  dünyanın  mədə­
niyyətlərini  daha  yaxından  tanımalıdır,  mədəni  inteqrasiya 
və  dialoqu  möhkəmləndirməlidir"  (Yenə orada).
Layihədə  irəli  sürülən  məqsədlər  arasında  ictimaiy­
yətlə  siyasətçilər  arasında  “emosional  -   mənəvi  özgələşmə­
nin"  aradan  qaldırılması  kimi  məsələ  də  vurğulanır.  Bu 
məqsədlə  dünya  və  Avropanın  intellektual-mədəni  elita­
sının  nümayəndələrinin  siyasi  elita  ilə  ardıcıl  debatlarının 
keçirildiyi  forumlar  diqqəti  cəlb  edir.  Yerli  və  regional  m ə­
dəni  tədbirlərin  həyata  keçirilməsi  rolu  ilə  sosial  sabitliyin 
davamlı  şəkil  almasına  səy  göstərilir.  “Regional  inkişaf 
üçün  mədəniyyət”  adlı  xüsusi  layihə  icra  olunur.  Ən  vacibi 
odur  ki,  “Mədəni  inteqrasiya  ya  göstərilən  kömək  -   Av­
ropanın  gələcəyinə  göstərilən  köməkdir”  devizi  çox  şaxəli, 
üfüqi  və  şaquli  istiqamətlərdə  fəaliyyət  planının  qurulm a­
sına  xidmət  edir.  “Avropa  üçün  məsuliyyət”  daşıdığını  gös­
tərir.  “Bütün  iştirakçılara  bərabər  hüquqlar,  m üxtəlif  part- 
nyorlara  çeşidli  imkanlar”  şüarı  layihəyə  qoşulmaq  istəyən­
lərin  inamını  artırmaq  məqsədi  güdür.
“Avropa  üçün  ruh”  layihəsinin  nəticələrinin  ən  bö­
yük  təhlili  və  yekunu,  2008-ci  -   mədəniyyətlərarası  dialoq 
ilində  aparılacaqdır.  Məhz  2008-ci  il  Avropanın  mədəni 
inteqrasiyam  reallaşdırmaq  arzusunu  və  qətiyyətini,  bu  qlo­
bal  dialoqun  himayədarı  statusunu”,  gələcək  əməkdaşlığın 
istiqamətlərini  müəyyənləşdirəcəkdir.  Avropada  mədəni
-
2 6
-
müxtəlifliyin  və  mənəvi  irsin  qorunması  dialoqun  məz­
mununu  təşkil  edir.  İstər  Avropa  Birliyinə,  Avropa  Şurasına 
üzv  olan  ölkələr,  istərsə  də  bütün  dünya  xalqları  öz  mə­
dəniyyəti  və  ədəbiyyatlarım  bu  dialoqda  səsləndirməli­
dirlər.  Son  nəticədə  isə  Avropanın  mədəniyyətlərarası  dia­
loq  məkanı  kimi  bərqərar olmalıdır.
Beləliklə,  inteqrasiyanın  dünyada  nisbətən  ən  "qə­
dim”  modeli  -   Avropa  modeli  bu  gün  həyatiliyini  və  yaşarı- 
lığını  sübut  etmək  üçün  gərəkli  olan  ən  başlıca  amili  -  
mədəni  inteqrasiyanın  potensialını  kəşf  edə  bilmişdir. 
“Vahid  Avropa”  ideyasının  addım-addım  reallaşdığı  vaxt­
dan  bəri  bu  demək  olar  ki,  ən  ciddi  sınaqdır.  Belə  ki, 
Avropa  xalqlarının  ailəsi  milyonlarla  miqranlların  gəlişi  ilə 
genişlənməkdədir.  Bu  baxımdan  çeşidli  mədəniyyətlərin 
məkanı  olan  vahid  Avropa  layihəsi  -   bənzərsiz,  qeyri-adi 
məqsədlərdəndir.  Tarixdə  bu  cür  miqyaslı  vəzifələrin  həlli­
nə  cəhd  edən  layihələr  olmuşdur.  Onların  sonuncusu,  işti­
rakçısı  və  şahidi  olduğumuz  “sovet”  layihəsi  idi.  Milli  iden- 
tikliyə  və  mədəni  özünəməxsusluğa  biganəlik  göstərilməsi 
yolu  ilə  “sosial-mədəni  harmoniya"  yaradılması  cəhdləri  nə 
keçmişdə  uğur  qazanmış,  nə  də  gələcəkdə  müvəffəqiyyətli 
ola  bilməz.
Mədəniyyət  kimi  təməl  varlığın  hər  hansı  vahid  ide­
ologiya  ilə  əvəzlənməsi  cəhdləri  həmişə  puça  çıxmışdır. 
Yalnız  sovetlərin  deyil,  tarix  boyu  mövcud  olan  bütün  im­
periya  və  diktaturaların  aqibəti  bunu  sübut  edir.
Dünyada  mədəni  inteqrasiyanın  reallaşması  yolunda 
maneələr  həmişə  olduğu  kimi  bu  gün  də  çoxdur.  Lakin 
mədəniyyət  faktorunun  iqtisadi  və  siyasi  amillərlə  yanaşı, 
hətta  onlardan  üstün  qüvvə  kimi  etiraf  edilməsi,  konkret
-
2 7
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə