Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə61/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   57   58   59   60   61   62   63   64   ...   106

milli-mənəvi  dəyərlərin  ahəngdar  sintezinə  nail  olmaq  istiqa­
mətində  möhtəşəm  addımlar  atıldı.  Sovetlər  dönəmində  məq­
sədyönlü  şəkildə həyata keçirilən  milli-mənəvi  köklərdən  uzaq­
laşma  siyasətinin,  yadlaşma  prosesinin  nəticələrinin  aradan 
qaldırılması  üçün  vəzifələr müəyyənləşdirildi.
Ən  mühüm  məsələ  şübhəsiz  ki,  mövcud  ideoloji  va­
kuumu,  mənəvi  inkişaf  konsepsiyası  sahəsindəki  boşluğu  dəf 
etmək  idi.  Ulu öndərin  milliliklə ümumbəşəriliyin  vəhdətini nə­
zərə  alaraq  müəyyənləşdirdiyi  azərbaycançılıq  ideologiyası 
müstəqil  dövləti  yaratmaq  və  yaşatmağın  bütün  prinsiplərinin 
təcəssümünə  çevrildi.  Bu  ideologiya  milli  ənənələrlə  müasir­
liyi,  dini  dəyərlərə  hörmətlə  tolerantlığı,  demokratik  düşüncə 
ilə  dövlətçilik  şüurunu  elə  bir  mükəmməl  səviyyədə  özündə 
birləşdirdi  ki,  onun  söykəndiyi  dəyərlər  sistemi  bütövlükdə 
Azərbaycan 
xalqının 
taleyini 
uzaq 
perspektivlər  üçün 
müəyyənləşdirdi.  Bu  ideologiya  yalnız  sözdə,  millilik  şüanm 
əldə  bəhanə  tutanların  deyil,  müasir  dövrün  fövqəlmürəkkəb 
reallıqları  fonunda  öz  xalqının  suveren  dövlətini  yaratmış  si­
yasət  dahisinin  irəli  sürdüyü  və  gerçəkləşdirdiyi  həyat  hadisə­
sidir.  Azərbaycançılıq  ideologiyası,  milli  dövlətçilik  düşüncəsi 
kimi  XX  əsrin  sonlarından  üzü  bəri  qlobal  geosiyasi  və iqtisadi 
reallıqlar  fonunda  xalqımızın  özünütəsdiqini  təmin  etmişdir  və 
bu gün də etməkdədir.
Azərbaycançılıq  ideyasının  dərk  olunmasının  əsasında 
Azərbaycan  xalqının  tarixi,  mənəvi-əxlaqi,  mədəni  ənənələri 
zəminində  birlik  ideyası  durur  və  bu  nəinki  indi,  həm  də  uzaq 
gələcəkdə  azərbaycanlıların  bir çox  nəsillərinə  xidmət  edəcək­
dir.
Azərbaycançılıq  həyat  tərzində,  əxlaqda,  mədəniyyət  və 
mənəviyyatda,  ədəbiyyatda  olduğu  kimi  dövlətimizin  siyasi
-
246
-
mafkurəsində  təməl  prinsiplərdəndir.  Əsrlərdən  bizə  miras  qal­
mış  milli  mənəvi  dəyərlərimiz  dövlətçiliyin  nəinki  mənəvi, 
həmçinin  siyasi  mövcudluğunun qarantı  kimi çıxış edir.
Azərbaycanda  başlanan  yeni  tarixi  dövrün  ümumi  sə­
ciyyəsini  vermək,  mənəvi-mədəni  inkişaf  perspektivlərini 
müəyyənləşdirmək  mənəviyyatın  bütün  sahələrini  əhatə  edən 
problem  və  perspektivləri  ümumiləşdirərək  mükəmməl  kon­
sepsiya  səviyyəsinə  qaldırmağa  nail  olan  ümummilli  lider  bu 
sahədə strateji  inkişafın təməlini qoymuşdur.
Azərbaycançılıq 
ideologiyasının 
mahiyyətini 
bir 
tərəfdən  dövlətçiliyin  ardıcıl  yüksəlişini  təmin  edən  prinsiplər, 
digər  tərəfdən  isə  bu  vəzifənin  məhz  milli-mənəvi  dəyərlərə 
söykənərək  yerinə  yetirilməsi  təşkil  edir.  Çünki  hər  iki  məsələ 
arasında  sarsılmaz  vəhdət  mövcuddur.  Milli  identikliyini 
bilməyən  və özünü  dərk  elməyən  xalqın  milli  müstəqilliyə  nail 
olması  sual  altında  olur.  Bunların  üzvi  bağlılığını  fəhmlə  çözə 
bildiyi,  siyasiiik  və  mənəviliyin  ülvi  təcəssümünü  ifadə  etdiyi 
üçün  Heydər  Əliyev  şəxsiyyəti  xalqımızın  əbədi  milli  lideri 
zirvəsində qərar tutmuşdur.
2003-cü  il  15  oktyabr  seçkiləri  Azərbaycan  vətəndaşı 
üçün  yenə  də  tarixi  seçim  məqamı,  ədalət  və  məsuliyyət 
prinsipinə  sadiqliyinin,  xalqın  müdrikliyinin  sınağa  çəkildiyi 
çox  məsuliyyətli  bir  mərhələ  idi.  İlham  Əliyevin  Prezident  se­
çilməsi  Azərbaycanın  gələcək  inkişafı  və  uğurlu  perspektivinin 
təmin  olunması  üçün  cəmiyyətdə  bütün  sosial  təbəqələrin  eyni 
dərəcədə  inandığı  bir  qüvvə  kimi  və  Heydər  Əliyev  kursunun 
fasiləsiz  gerçəkləşməsini  təmin  edən  başlıca  faktor  kimi,  məhz 
birlik simvolu  kimi  tanınmasının  nəticəsi  idi. Dünyada mükəm­
məl  siyasi  məktəb  kimi  dəyərləndirilən  Heydər  Əliyev  məktə­
binin  yetirməsi  bu  vaxta  qədər  öz  fəaliyyətində  qazandığı
-
247
-


ümumxalq  rəğbətini  indi  də Azərbaycan  Prezidenti  kimi  tarixi 
məsul  bir  vəzifədə  davam  etdirməli  oldu.  1990-cı  illərin 
sonunadək  ölkədə  bərqərar  edilən  siyasi  sabitlik  dövlətçiliyin 
təməl  əsaslarının  yaradılması,  baş  verəcək  neqativ  proseslərin 
qarşısının  alınması  istiqamətində  ulu  öndərin  həyata  keçirdiyi 
möhtəşəm  vəzifələr,  növbəti  mərhələdə  -   mənəvi-mədəni  inti­
bah  və  yüksəliş  problemlərinə  xüsusi  diqqət  ayrılması  üçün 
tarixən  zəruri  olan  imkan  və şəraiti  yaratdı.  Mənəviyyat,  dövlət 
dili,  ədəbiyyat,  mədəniyyət  və digər sahələrlə  bağlı  ulu  öndərin 
verdiyi  sərəncamların,  onun  yaratdığı  Azərbaycançılıq  ideolo­
giyasının  fundamental  prinsiplərinin  konkret  praktikada  tətbiqi 
və  nəticələrlə  təsdiqlənməsi  kimi  yeni  mərhələ  başlanğıcını 
götürdü.  Daha  doğrusu,  Azərbaycanda  mənəviyyatın  inkişafı­
nın qızıl  dövrü, onun  möhkəmlənməsi  kimi  tarixi  vəzifənin  icra 
edilməsi  gerçəkləşməyə  başladı.  Xalqın  2003-cü  il  seçimi, 
onun  böyük  itkilər  bahasına  əldə  etdiyi  müstəqilliyi  və  milli 
dövlətçiliyin  davamlı  yüksəlişini  təmin  elmək  baxımından 
əvəzsiz  siyasi  nailiyyət  idi.  Ötən  üç  ildə  mənəvi  sahənin 
inkişafında göz önündə olan  mənzərə bunun  bariz nümunəsidir.
Mənəvi dəyərlərin  qorunması və gələcəyə translyasiyası 
miiasir dövrdə dövlət siyasətinin prioritet istiqamətidir
Milli  dövlətçiliyin  konkret  mənəvi  dəyərlər  sistemi 
əsasında  vahid  məqsədə  yönəldilməsi,  xalqın  tarixi  yaddaş 
və  mənəvi  irsinin  bərpası  və  mühafizəsinə  xidmət  edən  iri 
miqyaslı  fəaliyyətin  həyata  keçirilməsi,  milli  ruhlu  nəslin 
yetişdirilməsi,  zəngin  daxili  aləmə  malik  azərbaycanlı  obra­
zının  bütün  dünyada  tanıdılması  üçün  zəruri  olan  qüvvə  və 
potensialın  səfərbər  olunması  İlham  Əliyevin  dövlət  başçısı
-
248
-
[cimi  fəaliyyətinin  ilk  üç  ilində  daim  diqqət  mərkəzində  sax­
ladığı  məsələlərdir.
Dünya  inkişafının  aparıcı  meyillərindən  sayılan  qlobal­
laşma  prosesi,  dövlətlər  və  ölkələr  arasındakı  sərhədləri  nisbi 
anlayışa  çevirir,  milli  məkanı  ən  müxtəlif,  yad  təsirlərə  məruz 
qoyur.  Ali  mənəvi  dəyərlərin  saxta  ideallarla  əvəzlənməsi  kimi 
arzuolunmaz  meyillər  ortaya  çıxır.  Qlobal  ünsiyyət  texnologi­
yaları  həyatımızda demək olar ki,  hər gün  dəyişikliklər edilmə­
sinə  təkan  verməklə  bərabər  yalnız  mütərəqqi  məzmunlu  pro­
ses  deyildir.  Baş  verən  proseslər  milli  tarixi-mədəni  irsə 
müəyyən  təhlükə  meyillərini  də istisna etmir.  Kütləvi  mədəniy­
yət,  qlobal  informasiya  şəbəkəsi  obyektiv  və  subyektiv  səbəb­
lərdən  formalaşan,  yaxud  düşünülmüş  şəkildə  formalaşdırılan 
stereotip  və  şablonları  hakim  dəbə  çevirir.  Belə  şəraitdə  insan­
ların,  xüsusilə  də  gənclərin  öz  mənəvi  dünyasını,  milli  kim­
liyini  qoruması  çətinləşir.
Dünyanın  inkişaf  parametrləri  baxımından  obyektiv 
meyil  kimi  çıxış  edən  və  ‘'qloballaşma”  adlanan  proses  bu 
vaxta  qədər  olmayan  xüsusi  məzmunlu  proseslərin  ortaya  çıx­
masını  şərtləndirir.  Milli,  müstəqil  dövləti  əhatə  edən  reallıqda 
inkişafın  hədsiz  sürətlə  getməsi,  insanların  mədəni-mənəvi  də­
yər oriyentasiyalarının  köklü  dəyişikliklərə  uğraması,  dünyada 
yaşayan  xalqların  öz  mədəniyyətlərinin  indisi  və  gələcək  ta­
leyindən  narahat  olmasına  səbəb  olmuşdur.  Dünyadakı  bütün 
xalqlann  maraq  və  mənafeyinə  toxunan  qloballaşmanın  doğur­
duğu  spesifik  problemlər,  inteqrasiya  prosesləri  milli  dövlət­
çiliyin  mənəvi  dəyərlər sahəsində  təxirəsalınmaz  vəzifələri  həll 
etməsini  tələb  edir.  Qloballaşmanın  iqtisadi,  texnoloji,  siyasi, 
informasiya  və  s.  aspektləri  sahəsində  müşahidə  olunan  qar­
şılıqlı  təsirlər,  intensiv  sıxlaşma  və  bəhrələnmə  prosesləri,  mə­
-
249
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə