Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə63/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   59   60   61   62   63   64   65   66   ...   106

və  s.  yüksəlişi  təmin  edir,  həm  də  ümumbəşəri  mədəniyyət  xə­
zinəsinə, dünya elminə öz töhfəsini  vermiş olur, ölkə Preziden­
tinin  təhsilə  strateji  sahə  kimi  önəm  verməsi  buradakı  bütün 
tədbirlərdə bilavasitə iştirak etməsi, proqram xarakterli çıxışları 
mənəvi  dəyərlərin  yaşadılmasında təhsil  sisteminin  potensialını 
səfərbər etmək  məqsədinə xidmət edir.
Müasir  dövrdə  bütün  dünyada  təhsil  sistemi  islahatlar 
dövrünü  yaşayır.  Yalnız  bilik  və  savada  deyil,  həm  də  dərin 
mənəviyyata  malik  bütöv  şəxsiyyətin  formalaşması  qlobal  hu­
manitar  islahatların  ana  xəttini  təşkil  edir.  Dünyagörüşü  məh­
dud,  mənəviyyatı  kasad  olan  insanlar  cəmiyyətdə  yaranan 
problemlərin  başlıca  səbəbinə çevrilir.  Elmin  və  mənəvi  dəyər­
lərin  bir-birini  tamamlaması,  daxilən  zəngin,  bütöv  şəxsiyyətin 
formalaşmasını  mümkün edir.  Müasirliklə tarixin  varisliyi  prin­
sipinə  əməl  olunması  bu  baxımdan  mühüm  əhəmiyyət  daşıyır. 
Belə  vəzifənin  yerinə  yetirilməsində  isə  “Milli  Ensiklopedi­
yanın” hazırlanması önəmli  rol oynayır.
Prezidentliyinin  ilk  aylarında  İlham  Əliyevin  “Azər­
baycan  Milli  Ensiklopediyası  haqqında",  “Azərbaycan  dilində 
latın  qrafikalı  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında" 
verdiyi  sərəncamlar  mənəvi  həyatımızda  əlamətdar  bir  hadisə 
oldu.  Bu, hər şeydən əvvəl  xalqımızın milli  ruhunun  inkişafına, 
onun  keçdiyi  tarixi  yola,  Azərbaycan  adının  ucalığına,  bu 
ucalığın  təsdiqinə doğru  atılan  son  dərəcə  mühüm  bir addım  və 
ciddi  dövlət  iradəsinin  ifadəsidir.  Azərbaycanın  mütəfəkkir 
şəxsiyyətlərinin  mənəvi  xəzinəmizi  təşkil  edən  əsərlərinin  latın 
qrafikası  ilə,  dövlət  hesabına  nəşr edilməsinə  başlanıldı.  Bütün 
türk  dünyasının,  bəşər  mədəniyyətinin  abidələri  sayılan  incilər, 
fəlsəfi,  ədəbi  fikrin  nümunələri,  bəşəriyyətin  klassik  irsi,  dünya 
ədəbiyyatı  çox  yüksək  keyfiyyətli  poliqrafik  dizaynla,  böyük
-
254
-
tirajla  mütəmadi  çap  olunaraq  dövlət  hesabına  oxuculara  çat­
dırıldı.  Bu möhtəşəm səy və zəhmət tələb edən  iş nə qədər çətin 
olsa da  Prezident  İlham  Əliyevin  ölkənin  ziyalılar,  mədəniyyət 
xadimləri  və elmi  ictimaiyyətinin  nümayəndələri  ilə  görüşündə 
verdiyi  vədin  dəqiq,  zamanında  yerinə  yetirilməsinə  bariz 
nümunə  oldu.  Ulu  Öndərin  milli  ruh  və  mənəvi  dəyərlər 
sahəsində  müəyyən  etdiyi  xəttin  çox  böyük  əzmlə,  sədaqətlə 
davam  etdiyini  bir  daha  sübut  etdi.  Sirr  deyil  ki,  müasir  gənc 
nəsil,  uşaqlar  istər  dünya  klassikası,  istər  müasir  dünya  ədə­
biyyatı,  istərsə  də  folklorumuzu,  klassik  irsimizi  kiril  qrafikası 
ilə oxumaqda çətinlik çəkirdilər.  Bəzən  bu  barədə  məlumata  da 
malik  deyildilər.  Prezidentin  bu  sərəncamından  irəli  gələn, 
onun  diqqəti  və  himayəsi  altında  görülən  işlərin  gənc  nəslə, 
onların  hansı  mənəviyyatın  daşıyıcıları  olduğunu dərk etmələri, 
dünyagörüşünün  formalaşması  baxımından  qiyməti  əvəzsizdir. 
Bu  fəaliyyət  2005-2008-ci  illərdə  mədəniyyət  dünyamızın 
digər  nümayəndələrinin  əsərlərinin  latın  qrafikasına  keçidi  ilə 
davam etdiriləcəkdir.
Milli  Ensiklopediyanın  nəşri  ilə  bağlı  dövlət  komis­
siyasının  yaradılması,  mədəniyyət  və  incəsənət  işçilərinə,  ziya­
lılara  dövlət  qayğısı,  onların  sosial  vəziyyətinin  yaxşılaşdırıl­
ması,  onlara  fəxri  adların  verilməsi  mədəni  sferanın  yüksələn 
xətlə  inkişaf etdiyinə dəlalət  edir.  Mədəniyyət  sahəsində  idarə­
çiliyi,  bu  sahənin  hüquqi  təminatı  və  maliyyələşdirilməsi,  in­
formasiya  texnologiyaları  ilə  təchizatı,  beynəlxalq  əməkdaşlıq, 
əhalinin  mədəni  həyatda  fəal  iştirakı  və s.  məsələləri  əhatə edən 
“Mədəni  Siyasətin  Strateji  İnkişaf  Proqramı”  adlı  rəsmi  sə­
nədin  hazırlanması  ölkəmizdə  onun  dinamik  inkişaf  edəcəyini 
göstərir.
-  
255
-


Ölkə  Prezidentinin  2003-cü  ildə  rəhbərliyə  gəldiyi  ilk 
vaxtdan  bu  günədək  elmin,  təhsilin,  mədəniyyətin  inkişafım 
sürətləndirən  onlarla  fərman,  sərəncam  və  göstərişləri,  onun 
böyüməkdə  olan  Azərbaycan  nəslinin  mənəvi  bütövlüyü,  əx- 
laqi  saflığı  və  kamilliyi,  qlobal  miqyaslı  yad  təsirlərə  qarşı 
mənəvi  müqavimətin  təkmilləşdirilməsi  istiqamətində  aparılan 
siyasətin  qarantı  kimi  çıxış etməsinin  bariz nümunəsidir.  Bütün 
bunlar  təhsildə  ümumbəşəri  aspektlərin  ahəngdar  inkişafını 
sürətləndirən,  onlara  əməli  istiqamət  verən  amillərdir.  Bu  sa­
hədə milliliyin  vacib olduğu qədər, onun  müasir informasiya və 
qloballaşma  dövrünün  tələblərinə,  ehtiyaclara  həssas  olması, 
adekvat  cavab  verə  bilməsi  kimi  bütün  şərtləri  vəhdətdə  ger­
çəkləşdirməyi  zəruri  edir.  Bu  vəhdət  xalqımızın  mənəvi,  iqti­
sadi, siyasi qüdrətinin rəhnidir.
Azərbaycanlıların birliyinin  və milli dəyərlərimizin dialoji 
potensialının dünyada özüniitəsdiqi mərhələsi
Milli  dəyərlər  Azərbaycançılıq  ideologiyasının  təməli 
kimi  dövlətçilik  düşüncəsinin  əsasım  təşkil  edən  milli,  mənəvi, 
mədəni,  ədəbi,  tarixi,  siyasi,  iqtisadi  dəyərlər  sisteminin  ümu­
miləşdirilmiş  məcmusudur.  Dünyanın  harasında  yaşamaların­
dan  asılı  olmayaraq  azərbaycanlılan  birləşdirən,  həmrəy  edən, 
milli  köklərinə sadiq qalmağı  təmin edən qüvvədir.
Ulu  öndər  bütün  dünyada  yaşayan  azərbaycanlıların  öz 
milli  mənsubiyyətini,  dini-mənəvi  dəyərlərini  qoruyub  saxla­
maq,  eyni  zamanda  onların  ümumbəşəri  dəyərlərlə  sintezindən 
bəhrələnməsi  istiqamətində azərbaycançılığı  milli  həmrəylik  və 
intibahın,  diaspor siyasətinin  mükəmməl  konsepsiyası  kimi  irə-
-
256
-
|j  sürmüşdür.  Milli  həmrəyliyin  əsas  şərtlərindən  birinin  məhz 
mənəvi  dəyərlər  sisteminin  olması,  tarixi  vətənə,  zəngin  mə­
dəniyyətə  bağlılığın  dövlətçiliyi  qüvvətləndirən 
birlik  amili 
kimi  çıxış  etməsi  Prezident  İlham  Əliyevin  xarici  səfərlərdə 
olarkən diaspor ilə olan görüşlərində daim  vurğulanır.
Dünya  azərbaycanlılarının  təşkilatlanması  milli-mənəvi 
dəyərlərə  bağlılıqdan  qaynaqlanır.  2006-cı  il  16  mart  tarixində 
Prezidentin  sərəncamına  uyğun  olaraq  Bakıda  dünya  azərbay­
canlılarının  II  tarixi  qurultayı  keçirildi.  Azərbaycan  diaspo­
runun  mütəşəkkilliyi  və təşkilatlanması, onlann daha sıx  birləş­
məsi  istiqamətində  bu  qurultayın  müstəsna  əhəmiyyəti  vardır. 
Bu  ali  tədbirdə  çıxış  edən  dövlət  başçımız  qarşıdakı  vəzifələr, 
məqsədlər,  diaspor  işinin  səmərəli  qurulması  yönümündə  ulu 
öndərin  siyasətini  xatırlatdı:  “Xalqlan  milli-mənəvi  ənənələr 
qədər,  dil  qədər,  dəyərlər  qədər  birləşdirən  başqa  bir  qüvvə 
yoxdur.  Biz  bu  qüvvədən  daim  istifadə  etməliyik.  Azərbay­
canlıları  birləşdirən  milli  mədəniyyətimiz,  mənəvi  dəyərləri­
miz, adət-ənənələrimizdir”.
Yalnız  Azərbaycan  torpağında  yaşayan  müxtəlif  etnik 
və  dini  mənsubiyyətli  insanlara  ünvanlanmaqla  kifayətlənmə­
yib,  coğrafi  sərhədlərin  ayırdığı  soydaşlarımızı  bizimlə  bir 
ideya-mənəvi  məkanda  bütövləşdirən  qüvvə  də  məhz  azərbay- 
cançılıq  ideologiyasıdır.  Mənəvi  dəyərlərimizin  əbədiyaşarlı- 
ğında dini  dəyərlərin  səmərəli  istifadə olunması  hər bir ölkə  və 
hər  bir  xalq  üçün  zəruri  məsələlərdəndir.  Belə  ki,  humanizm, 
xeyirxahlıq,  ədalətlik  və  sülh  amalları  dünyanın  bütün  dinlən 
üçün  xasdır.
İyirmi  birinci  əsrin  və  üçüncü  minilliyin  insanına 
mənəvi  rəhbər  olmaq  missiyasını  üzərinə  götürmək  istəyən 
dinlər və  müxtəlif təlimlər  mövcuddur.
-
257
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə