Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə64/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   60   61   62   63   64   65   66   67   ...   106

Dini-mənəvi  dəyərlər  mədəniyyətin  sakral  fondunu 
təşkil  edir.  Tarix  boyu  keçid  və  böhran  dövrlərində  sabahın 
yollan  qeyri-müəyyən  olanda,  ictimai  şüurun  ən  dərin 
köklərində  qərar  tutan  din  və  dini  təsəvvürlər  dəyişiklik  və 
böhrana  qarşı  sosial-mənəvi  müqavimət,  “inslinkt”  rolunda 
çıxış  edir.
İslam  dininin,  mədəniyyəti  və  mənəvi-əxlaqi  dəyər­
lərinin  humanist-dialoji  potensialım,  ümumbəşəri  məzmu­
nunun  dərk  edilməsinə  tarixin  bütün  dövrlərində  olduğu  ki­
mi  bu  gün  də  böyük  ehtiyac  vardır.
Müasir  dövrün  ən  mühüm  xüsusiyyətlərdən  biri  mə­
nəviyyat  və  mədəniyyət  probleminə,  insan  fenomeninə 
marağın  yüksələn  xətlə  artmasının  müşahidə  olunmasıdır. 
Yaşadığımız  reallığın  inkişaf  ritminin  hədsiz  sürətlənməsi, 
qlobal  inkişaf  və  inteqrasiya  prosesi  ilə  əlaqədar  olaraq 
insanların  mənəvi-dəyər  oriyentasiyalarının  köklü  dəyişik­
liklərə  uğraması  da  taleyüklü  məsələlərdəndir.  Baş  verən 
hadisələrin  mahiyyəti  və  inkişaf  meyillərinin  müəyyənləş­
dirilməsi  qlobal  hüdudda  gedən  proseslər  çərçivəsində  ol­
maqla  yanaşı,  dünyada  yaşayan  hər  bir  xalqın  öz  “mədəni 
müqəddəratının”  gələcəyindən  narahatlıq  duyması  kimi 
təbii  “reaksiyalar”  doğurur.
Müstəqilliyimizə döndüyümüz andan  tarixi-milli  yaddaş 
və  genimizdə  əsrlər  boyu  qoruyub  saxladığımız  mədəniyyət  və 
mənəviyyatımızın  bütün qatlarını -  islam,  türkçülük  və  müasir­
lik  -   vəhdətdə  birləşdirən  bariz  simvol  -   dövlət  bayrağımız 
dünya  ölkələrində  dalğalandı.  “Dinimizin  -  xalqımızın  milli- 
mənəvi  sərvəti  olduğu"  (H.Əliyev)  bir  daha,  müstəqilliyimizin 
səlahiyyət verdiyi  xüsusi  qətiyyətlə vurğulandı.
Dini-mənəvi  dəyərlər  və  mədəniyyətimizin  bağlılığı,
-258
  -
varisliyi  prosesində,  müxtəlif  zamanda,  müxtəlif  səbəblərdən 
“nazilən”,  hətta  “qırılan”  bağlan  bərpa  etmək,  hansı  mənəviy­
yat  və  mədəniyyətin  sahibi 
olduğumuzu  doğrudan-doğruya 
anlatmaq,  islam  dininin  mədəniyyət  sistemində  tutduğu  müs­
təsna  yerin  obyektiv  mənzərəsini  canlandırmaq  bu  gün  məsu­
liyyətli  vəzifələr sırasına daxildir.
Dini  intibahın  tarixən  şərtləndirilmiş  səbəbləri  mövcud­
dur.  Hər hansı  bir cəmiyyətin  gələcəyi  üçün  təhlükə  yarananda, 
onun  bütövlüyünü  və  dayanıqlığını  təmin  edən  mənəvi  fak­
torlara diqqət artır.
Dini-mənəvi  dəyərlər  -  mədəniyyətin  sakral  fondunu 
təşkil edir.  Keçid  və böhran  dövrlərində ictimai  şüurun  ən  dərin 
köklərində  qərar  tutan  dəyərlərin  dirçəlişi  baş  verir.  Dini  inti­
bahın  yalnız  zahiri  təzahürlərini  qabartmaq  və  bunları  islamı 
dirçəliş  və  qayıdışın  ana  xətti  hesab  etmək  düzgün  sayıla 
bilməz.
Din  və  mədəniyyətin  yarandığı  ünvan  Şərq  olmuşdursa 
da,  bəşər mədəniyyəti  ortaq dəyərlərin  sintezidir.
Azərbaycan  xalqı  bu  gün  dünyada  aparılan  sivilizasi- 
yalararası  dialoqun  məkanı,  tolerantlığın  inkişafında  siviliza­
siyalar üçün  örnək  kimi  çıxış edir.  Malik olduğu  zəngin mənəvi 
dəyərlərin  dialoq  prosesində  dünya  ölkələrinə  daha  yaxından 
tamtdınlması  imkanı  ardıcıl  reallaşdırılır.
Qloballaşan  dünyada  gündən-günə  intensivləşən  inteq- 
rativ  proseslər  yalnız  müsbət  deyil,  mənfi  mcyillər  də  doğurur. 
Total  qərbləşmə,  yabançı  “mədəni”  ünsürlərin  təsiri  Azər­
baycanın  çoxəsrlilik  mədəni  irsi  üçün  də  təhlükə  yaratmamış 
deyil.  Məhz  belə dövrdə  milli-mənəvi  dəyərlər “yenilik” adı  ilə 
öz  nüfuz  dairəsini  genişləndirməyə  cəhd  edən  müxtəlif  qüv-
-
259
-


vələrin  bod  niyyətlərini  saf-çürük  ediləcəyi  süzgəcə  mənəvi 
sipərə çevrilir.
Bu  gün  Azərbaycan  xalqının  etibarını  qazanmış,  onun 
zəngin  irsinin  və  mənəvi  dəyərlərinin  himayədarı  olan  siyasi 
liderin  dövlətə  başçılıq  etməsi  Azərbaycan  xalqının  tarixində 
şanlı  səhifələrin  yazılacağına əminlik  yaradır.  Azərbaycanın  tə­
rəqqisinə  bu  vaxtadək  görünməmiş  təkan  verilmiş,  dünyanın 
heç  bir  ölkəsi  ilə  müqayisə  olunmayan  artım  templəri  ger­
çəkləşir.  Bütün  fəaliyyəti  sadə  insanlara,  vətəndaşlara  mənəvi 
dəyərlən mizə  və  adət-ənənələrimizə  hörmət  və  ehtiram  üzə­
rində qurulan  prezidentimizin  şəxsi  nümunəsi  hər birimiz  üçün 
örnəkdir.
-
260
-
§ 9. Azərbaycanda çoxpartiyalılıq:  dünya 
təcrübəsindəki sistemli  modelə doğru
Demokratiyanı  inkişaf  yolu  seçmiş  bütün  ölkələrdə 
çoxpartiyalı  sistemin  mövcudluğu,  müasir  dünyada  siyasi 
fəaliyyətin  legitimliyini  təmin  edən,  tarixən  şərtləndirilmiş 
təbii-normal  amil,  prinsip  və  mexanizmdir.  XX  əsrin  sonla­
rına  doğru  dövlət  müstəqilliyinin  əldə  edilməsi  ilə  yanaşı, 
çoxpartiyalılığa  keçid  alınması  da  cəmiyyətimizdə  gedən 
çox  mühüm,  müsbət  proseslərin  nəticəsidir.
“Yeni,  müstəqil  Azərbaycan  uğrunda!"  məramı  ilə 
yaradılan,  Yeni  Azərbaycan  Partiyası  həm  təşəkkülü,  həm 
sirukturlaşması,  həm  də siyasi  fəaliyyəti  baxımından,  parto- 
logiyanın  obyektiv-elmi  dinamikası  qanunauyğunluqlarına 
müvafiq  olması  real  faktdır.  Xalqın,  geniş  ictimaiyyətin 
dəstəyi  və  müraciəti  ilə  əvəzsiz  siyasi  təcrübə  və  müd­
rikliyə  malik  olan  ümummilli  lider  Heydər  Əliyevin  bu 
partiyaya  başçılıq  etməsi,  onun  xalqın  dəstəyi  ilə  dövlətçi­
liyimizin  möhkəmləndirilməsi,  siyasi  sabitlik  və  beynəlxalq 
arenada  özünü  təsdiqetmə  prosesinin  təminatçısı  olmaq  yö­
nündə  böyük  missiyanı  reallaşdırmasmı  mümkün  etdi. 
Yeni,  müstəqil  Azərbaycan  uğrunda,  milli  mənafe  naminə 
konstruktiv  əməkdaşlıq  prinsipi  partiyanın  proqramında  da 
xüsusi  olaraq  vurğulanmışdır.  Ümummilli  lider,  partiyanın
-261
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə