Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə65/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   61   62   63   64   65   66   67   68   ...   106

sədri  Heydər  Əliyev  bu  barədə  demişdi:  “Yeni  Azərbaycan 
Partiyası  o  vaxtkı  iqtidara  müxalif  partiya  kimi  yaranma­
mışdı.  Bu  partiyanı  yaradan  adamlar  müxalifət  olmaq  yox, 
Azərbaycanda  çoxpartiyalılıq  şəraitində  respublikamızın 
ictimai-siyasi  həyatında  partiya  tərkibində  iştirak  etmək 
istəyirdilər.  Xalq  Cəbhəsi  hakimiyyətə  gələndən  sonra  biz 
ona  müxalifətdə  olmamışıq.  Onlar  sadəcə  olaraq  Azərbay­
canı  idarə  etmək  iqtidarında  olmadılar,  buna  qadir  olma­
dılar”.
Yeni  Azərbaycan  Partiyası  məhz  cəmiyyətdə  ayırıcı, 
parçalayıcı  deyil,  birləşdirici  qüvvələrə  üstünlük  verdiyi 
üçün,  Heydər  Əliyev  kursunun  ardıcıl  reallaşdırılması  sa­
yəsində  stabil  elektorat  və  xalqın  dəstəyini  qazandı,  bu  da 
məntiqi  olaraq  müxalifətin  qeyri-real  şanslarının  və  sosial 
bazasının  azalmasını  şərtləndirdi.
Azərbaycanda  partiyaların  yaranması  və  formalaş­
ması  prosesinin  dünya  politoloji  fikrində  mövcud  olan, 
elmi-obyektiv  əsaslara  söykənən  inkişaf  qanunauyğunluq­
larına  nə  dərəcədə  adekvat  olması,  özünü  “siyasi  partiya" 
adlandıran  qurumların  bu  politoloji  təhlilə  necə  həssaslıq 
göstərməsi,  bundan  nə  kimi  düzgün  nəticələr  çıxara  bilməsi 
kimi  məsələlərin  geniş  təhlili  bir  çox  suallara  aydınlıq 
gətirilməsini  zəruri  edir.
Demokratik  dövlətçiliyin  siyasi  inkişaf perspektivlə­
rinə  uyğun  çoxpartiyalı  sistemin  formalaşması  prosesinin 
təhlilinə,  son  dövrdə  müxalifət  düşərgəsində  baş  verən  ha­
disələr  kontekstində  böyük  ehtiyac  vardır.  Bu  gün  bü­
tövlükdə  dünyada  gedən  siyasi  proseslərə  xas  olan  hədsiz 
dinamizm  və  dəyişikliklər  fonunda,  müxalifətin  siyasi  əta­
lətə  qərq  olması,  artıq  ikinci  onillikdir  ki,  real  siyasi  qüv­
-
262
-
vəyə  çevrilə  bilməməsi  o  dərəcədə  aydın,  günbəgün  sürət­
lənən  iflası  o  dərəcədə  aşkardır  ki,  necə  deyərlər  əlavə 
şərhə  ehtiyac  yoxdur.  Buna  görə  də  biz  bu  tənəzzülün  təfər­
rüatına  varmaq  fikrində  deyilik,  çünki  bu  artıq  baş  vermiş 
faktdır.  Cəmiyyət,  ictimai  rəy  bu  prosesləri  görür,  təhlil 
edir.  Azərbaycan  xalqının  Heydər  Əliyev  siyasi  kursunu  və 
bu  kursun  davamçısı,  Prezident  İlham  Əliyevi  dəs­
təkləməklə  yeganə  düzgün  tarixi  seçim  etdiyi,  yaşadığımız 
hər bir  yeni  günün  gəlişi  ilə  bir daha öz  təsdiqini  tapır.
Yaşadığımız  dövrdə  qlobal  cəmiyyətin  inkişaf  me- 
yiilərinə  cavab  verən  demokratik  cəmiyyət  modelinin  ger­
çəkləşdirilməsi,  çoxpartiyalılığın  dünya  siyasi  elmində 
qəbul  edilmiş  ümumi,  təbii  inkişaf xüsusiyyətlərinə,  həmçi­
nin  bu  sahədə  dünya  təcrübəsinə  hərtərəfli  bələd  olmağı 
aktuallaşdırır.
Çoxlu  partiyaların  mövcudluğu  ilə  “çoxpartiyalı  sis­
temin”  eyniləşdirilməsinin  yanlış  olduğu  elmdə  qəbul  edil­
miş  fikirdir.  Azərbaycanda  bu  mövzuya  həsr  olunmuş  az­
saylı  ədəbiyyatın  bəzisində,  artıq  çoxpartiyalı  sistemin 
mövcudluğundan  da  danışılır.  Bu  əlbəttə  ki,  reallıqdan  uzaq 
bir  mənzərədir və  bu  gün  Azərbaycanda  özünü  “siyasi  par­
tiya”  hesab  edən  qurumların,  üzvi  əlaqə  və  münasibətlərlə 
bağlı  olan  partiya  sistemini  formalaşdırdığından,  yaxud  cə­
miyyətdə  gedən  siyasi  proseslərin  nüfuzlu  subyektləri  ola 
bilməsindən  danışmağa  əsas  vermir.
Siyasi  partiyalaşmanın  ən  mühüm  prinsiplərindən 
biri  xalqın  mənafe  və  etimadının  ifadəçisi  olmaqdır.  Lakin 
bir  həqiqət  də  danılmazdır:  siyasi  partiyalar  ümumi  məq­
səd,  motiv  və  fəaliyyət  ətrafında  blok  və  koalisiyalarla  bir 
sistem  kimi  təşkilatlana  bilmirsə,  onun  iflası  labüd  olur.  Bu
-263
  -


gün  müxalifət  partiyalarının,  konkret  tarixi  şəraitin  tələb­
lərinə  uyğun  olaraq  sistem  keyfiyyətindən  daha çox,  kəmiy­
yət  əlamətinə  üstünlük  verməsi,  faktiki  olaraq  “müxalifət 
içində  müxalifət”  durumunun  formalaşması,  onların  ölkə­
mizdə  gedən  praktiki  siyasətə  inteqrasiya  oluna  bilməməsi 
bu  sahədə  köklü  dəyişiklik  və  islahatlara  ehtiyacın  oldu­
ğunu  göstərir.
Ardıcıl  məğlubiyyətlər,  təsadüf  deyil,  çoxpartiyalı- 
lığın  bütün  dünyada  dinamikasına  xas  olan  təbii  təkamül 
qanunauyğunluqlarındandır.  Bunun  dərk  edilməsi  və  etirafı 
isə  müxalifət  partiyalarının  nəinki  ziyanınadır,  əksinə  siyasi 
perspektivdən  məhrum  olmamaq,  yeniləşmək  üçün  mövcud 
olan  yeganə  şansdır desək,  yanılmarıq.
Hər  bir  siyasi  partiya  ölkədə  və  dünyada,  siyasi  ger­
çəklikdə  baş  verən  keyfiyyət  dəyişikliklərinə  köklənə,  on­
ları  mənimsəyə,  konkret  tarixi  şəraitə  uyğunlaşa  bilməlidir. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  bu 
mühüm  problemə  öz  münasibətini  belə  bildirmişdir.  “Dur­
ğunluq  hər  bir  siyasi  partiya  üçün  arzuolunmaz  vəziyyətdir. 
Durğunluğun  mövcud  olduğu  partiya  gec-tez  arzuolunmaz 
nəticələrlə  üzləşəcəkdir”.
Müxalifət  partiyalarının  Azərbaycanda  çoxpartiyalı 
sistemin  formalaşmasını  təbii-obyektiv  amil  kimi  şərtlən- 
dirməsi  əvəzinə,  bu  proseslərə  maneə  olması  barədə  dəfə­
lərlə  yazılmışdır.  Bu  barədə  professor  R.Mehdiyevin  fikir­
lərindən  bir  parçanı  yada  salmaq  istəyirik:  “Təəssüflə  qeyd 
etmək  lazım  gəlir  ki,  dövlətimizin  ictimai  həyatın  əsas 
sahələrində  sivil  inkişaf  yoluna  qədəm  qoymasına  bax­
mayaraq,  milli  siyasi  partiya  sisteminin  formalaşması  və 
postindustrial  eraya  transformasiyasından  danışmaq  hələ
-
264
-
çox  tezdir.  Azərbaycanın  demokratik  dövlətlər  ailəsinə  da­
xil  olduğu,  vətəndaş  cəmiyyətinin  formalaşdığı  bir  dövrdə, 
partiyaların  öz  liderlərinin  şəxsi  eqosentrik  maraqlarını  de­
yil,  cəmiyyətdəki  bu  və  ya  digər  təbəqələrin  real  dəstəyini 
özündə  cəmləyə  bilən  təkmilləşdirilmiş  partiya  sisteminin 
inkişafına  böyük  tələbat  vardır.  Hələlik  isə  bir  çox  siya­
sətçilərin  partiyadaxili,  şəxsi  maraqları,  onların  fəaliyyə­
tindəki  real  siyasi  motiv  və  məqsədləri  üstələyir.  Nəticədə, 
ölkəmizdə  siyasi  məkanda  mövqelərin  gərəksiz  qarşıdur­
ması  və  bütövlükdə  partiya  sisteminin  təşəkkülünün  ləngi­
məsi  baş  verir".
Çoxpartiyalılığın  təşəkkülü  və  sistemli  təşkilatlan­
masının  təhlili,  siyasət  elmində  partologiya,  partogenez  və 
s.  kimi  istiqamətlərin  predmetidir.  Burada  siyasi  partiyala­
rın  yaranması,  onların  siyasi  potensialının  tükənməsi  və 
iflasının  səbəbləri,  siyasi  arenadan  gedərək  yeni  siyasi 
qüvvələrə  yerini  verməsini  izah  edən  ümumi  nəzəri  müd­
dəalar mövcuddur.
Qərbdə  siyasi  çoxpartiyalı  sistem,  əsrlərlə  formalaş­
mış,  siyasi  təcrübə  yolu  keçmişdir.
Siyasi  partiyalar,  onların  fəaliyyətinin  məqsədi  və 
motivləri,  cəmiyyətdəki  bütün  başqa  obyektiv-tarixi  feno­
menlər  kimi  dəyişir,  çoxsaylı  amillərin  təsirinə  məruz  qalır. 
Qərb  yaxud  Avropa  modelli  siyasi  partiyaların  dinamika­
sında  baş  verən  müxtəlif  proseslər  təsadüfi  və  ya  subyektiv 
amillərlə  deyil,  siyasi  gerçəkliklə  şərtləndirilmiş  qanunauy­
ğunluq  kimi  təbii  qəbul  olunur.  Bu  da  öz  növbəsində  on­
ların  konkret  tarixi  şərait  və  zamanın  tələblərinə  uyğun 
çevik,  dinamik  təsisatlar  kimi  ümumi  partiya  sistemində 
təşkilatlana  bilməsinə  imkan  yaradır.  Çoxpartiyalı  sistemin
-
265
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə