Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə67/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   63   64   65   66   67   68   69   70   ...   106

rizmin  çox  sıx  çulğaşdığı  aqressiv  separatizm,  ən  müxtəlif 
ölkələrin  maraqlarının  toqquşması  kimi  real  təhlükəli  meyil- 
lərin  mövcudluğundan  irəli  gələn  problemləri  də  hər  bir  Siyasi 
Partiya görməyə borcludur.
Dünyada  baş  verən  proseslərə  milli  eqoizm  və  özünü- 
təcrid  mövqeyindən  deyil,  ardıcıl  özünütəsdiq  xəttini  yeritmək 
mövqeyində  durmaqla  münasibət  bildirmək,  bu  gün  müxalifət 
partiyalarının  imkanları  xaricindədir.  Müasir  fövqəlmürəkkəb 
reallıqda  dövlətimizin  ardıcıl  təkamül  mərhələsini  keçməsinə 
alternativ  yoxdur.  “İnqilab  ixracı”  kimi  siyasi  romantizm  xül­
yasına  uymağın  bəzi  qüvvələr üçün  nə qədər əlverişli  olmasın­
dan  asılı  olmayaraq,  “inqilab"  havasına  oynamağın  vaxtı  keç­
mişdir.
Demokratiya  və  təkamül  anlayışları  ayrılmazdır.  “Ame­
rikada  demokratiya”  əsərinin  müəllifi  A.Tokvilə  görə  “inqilab- 
maariflənmiş  xalqların  baş  qoşmadığı  avantüradır”.  Ukraynada 
“inqilabın”  ildönümü  haqda sorğularda əhalinin  böyük  əksəriy­
yəti  onun  əleyhinə olduğu,  27%-ni  isə “çox  pis" qiymət  verdiyi 
mətbuatda əksini  tapmışdır.
Azərbaycan  Respublikasının  Prezidenti,  Yeni  Azərbay­
can  Partiyasının  lideri  İlham  Əliyev,  “rəngli  inqilab”Iann  “si­
yasi  alver,  siyasi  import  və eksport”  predmeti  kimi  başa  düşən­
lərin  dərin  illüziyaya  qapıldığını  siyasi  fəhm  və  uzaqgörənliklə 
qeyd  etdi.  Bu  qəbildən  olan  hadisələrin  hər bir ölkənin  konkret 
siyasi  durumu ilə əlaqəli  olduğunu  diqqətə çəkərək  bir daha bə­
yan etdi:  siyasi  proseslərin  idarə olunması  və qiymətləndirilmə­
sində  yeganə düzgün  meyar, məkirli  “siyasi  texnologiya  alveri” 
deyil,  düşünülmüş  müdrik  siyasi  kursdur,  Azərbaycan  xalqı  və 
Azərbaycan  iqtidan  bu  kursa sadiqdir və əmindir.
Bu  gün  inqilabın  aktual  olduğu  bir  sahə  vardırsa,  bu  da
-
2 7 0
-
müxalifət  partiyaları  liderlərinin  “şüurunda  inqilab”,  dünyagö­
rüşündə,  siyasi  platformasında  ehtiyac  duyulan  inqilabdır. 
Siyasi  gerçəkliyə  münasibətdə “şüurda inqilab” səviyyəsinə ça­
ta  bilən  həmkarlarını  “xəyanətkar,  satqın"  adlandırmaq  çıxış 
yolu  deyildir.  Dövlətin  maraq  və  mənafeyinin  tələb  etdiyi  mə­
sələlərdə,  xalqla  hakim  partiyanın  nail  olduğu  milli  birlik  kimi 
əvəzsiz  dəyərin  etiraf  edilməsi,  cəmiyyətimizdə  milli  ləyaqət 
və  sahiblik  hissinin  möhkəmlənməsi  işinə  xidmət  etmək, 
dözümsüzlük  və qarşıdurma  mövqeyindən  əl  çəkməklə,  normal 
müxalifət  səviyyəsində  təşkilatlanmağı  bacarmaq  -   bu  da  in­
qilabdır.  Azərbaycanın  gələcəyi,  Qərbə  inteqrasiyası,  beynəl­
xalq  arenada  ən  böyük  problemimiz  -   Dağlıq  Qarabağ  mü­
naqişəsinin  həllinə  münasibətdə  mövcud  olan  ikili  standartlara 
xalqımızın  tutarlı  cavabı  Siyasi  partiyaların  bu  cür  dövlətçilik 
mövqeyindən  çıxış  etməsinə  sosial  sifariş  vermişdir.  Əksinə, 
ölkədə  siyasi  sabitliyi  pozmağa  cəhd  etməklə,  eyni  siyasi- 
iqtisadi  və  s.  “böhran”  görüntüsü  yaratmaqla  bununla  nəyəsə 
nail  olmaq,  hakimiyyətə  zorla  gəlmək  istəklərinə  həm  beynəl­
xalq  vəziyyət,  həm  də  xalqın  və  dövlətin  birliyi  heç  bir  ümid 
yeri  qoymur.  Ümumilli  lider  Heydər  Əliyevin  dediyi  kimi 
“Ağıl  olan  yerdə zora ehtiyac yoxdur”.
Siyasi  Partiyaların  dinamikası  göstərir ki, hər dəfə,  növ­
bəti  məğlubiyyətdən  sonra,  müxalifət  partiyaları  məntiqi  nəticə 
kimi  təşkilati,  sosial  baza  və  s.  sahələrdə  “kollaps”  effektini 
yaşayır,  köhnə  şüar  və  şüurdan  azad  ola  bilməyən  partiyanın 
tarixi  missiyası  sona çatır.
Dövlət  başçısının  həyata  keçirdiyi  ardıcıl  siyasi  kurs  və 
konkret  tədbirlər,  müxalifətin  əsil  təşəbbüsdən  deyil,  populist 
şüarlardan  çıxış  etməsi,  onları  ictimai  rəyin  diqqətini  cəlb  et­
mək  üçün  hər  bir  əsasdan  məhrum  edir.  Azərbaycanda
-271
  -


Prezident  Respublikası  cəmiyyət,  hakimiyyət  və  siyasi  parti­
yalar  arasında,  konstitusiya  və  hüquq  əsasında,  ictimai,  siyasi 
münasibətləri  ahəngə  gətirən  stabil,  effektiv  sistem  kimi  de­
mokratiyanın  və  milli  dövlətçiliyin  ardıcıl  möhkəmləndiril­
məsini  təmin edir.
Yarandıqları  on  ildən  çox  bir  müddətdə  ardıcıl  olaraq 
siyasi  potensialının  tükənməsi  istiqamətində  gedən,  hər  dəfə 
yeni  məğlubiyyətlərlə  üzləşən,  müxalifət  düşərgəsini  təmsil 
edən  siyasi  partiyaların  xüsusilə  son  dövrlərdə  fəaliyyəti  məhz 
bu  aspektdə  real  elmi  təhlilini  almalıdır.  Bu  da  öz  növbəsində, 
ölkəmizdə  sağlam  demokratik  müxalifət  və  partiya  sisteminin 
formalaşmasına  mane  olan  səbəbləri  aşkar  etməyə  imkan  verə 
bilər.  Bir  faktı  da  xüsusilə  vurğulamaq  yerinə  düşər  ki,  özünü 
siyasi  partiya  hesab  edən  müxalifət  nümayəndələri,  xüsusilə  də 
liderlər.  Qərb  modelinə,  Qərb-Avropa  demokratik  proseslərinə 
yaxşı  bələd  olduqlarını  nümayiş etdirmək  üçün  bəzi  məsələlərə 
dair  bol-bol  sitat  gətirirlər.  Siyasi  fəaliyyətsizliklərinə  haqq 
qazandırmaq  üçün  müxtəlif  “inqilab  ixracı”  mövzularım  gün­
dəmə gətirirlər. Təşəbbüskarlıqdan, sosial  dayaqlardan  məhrum 
olduqlarını  bu  və  ya  digər  vasitələrlə  ört-basdır  etməyə  cəhd 
edirlər.
Lakin  hələlik  bu  partiyaların  heç  biri,  Qərb  modelli 
çoxpartiyalı  sistemin  formalaşma  dinamikasından,  onların  pə- 
rakəndə,  dağınıq,  kəmiyyət  göstəricilərinə  deyil,  hakimiyyətin 
legitim  yolla  dəyişdirilməsini  təmin  edən  sistemli  keyfiyyət 
göstəricilərinə  necə  nail  olması  xüsusiyyətlərinin  geniş  mü­
zakirə  mövzusu  və  təhlil  obyekti  seçilməsini  arzulamır.  Çünki 
belə  olduqda,  müasir  müxalifət  siyasi  partiyalarının  dərin 
böhran  dövrünü  yaşaması,  siyasi  fəaliyyətin  subyektləri  kimi 
tənəzzül  və iflasa  uğrama  prosesinin  son  dövrdə daha da sürətlə
-
272
-
getdiyini  və  ən  başlıcası  da  bütün  bunların  Azərbaycanda  nor­
mal partiya sisteminin  təşəkkülünü  gecikdirən  əsas  səbəblərdən 
olduğu  aşkara çıxacaqdır.
Qərbdə  çoxpartiyalılıq  əsrlərlə  formalaşmış  və  özünün 
yüksək  inkişaf  etmiş,  sistemli  təşkilatlanma  səviyyəsinə  də 
məhz  Qərb-Avropa  ölkələrində  çata  bilmişdir.  Cəmiyyətin  və 
sivilizasiyanın  ümumi  tərəqqisini  maneə  və sarsıntılar olmadan 
inkişaf etdirmək, ən  müxtəlif insan qruplarının  fərqli  maraqları­
nı  ifadə  və  təmin  etmək,  vətəndaşların  Özlərini  siyasi  həyatda 
reallaşdırması  mexanizmi  kimi  tarixi  zərurətlər  çoxpartiyalı- 
lığın  bu  gün  də  əməli  siyasi  fenomen  kimi  mövcudluğunu 
mühüm  şərt  kimi  irəli  sürür.  Müasir  dövrdə  də  müxtəlif  parti­
yaların  siyasi  arenadan  getməsi,  başqalarının  formalaşma  pro­
sesi  gedir  və  siyasi  həyat  durduqca  -  gələcəkdə də  davam  edə­
cəkdir.
Məhz  bu  baxımdan  çoxpartiyalılıqdan  söhbət  gedərkən, 
vurğunun  “çoxluq”  anlayışı,  yaxud  kəmiyyət  aspekti  üzərində 
olduğuna,  yaxud  da  əksinə  daha  az  saylı  (iki-üç  partiya) 
üzərində  qalmasına  israr  etmək  qeyri-real  mövqedir.  Məsələn, 
məlumdur  ki,  konkret  tarixi  dövrün  şərait  və  tələblərinə  uyğun 
olaraq  ABŞ-da  da  təkpartiyalı  sistem  mövcud  olmuşdur.  Ya­
xud,  Türkiyə  Cümhuriyyətinin  banisi  M.K.Atatürkün  yaratdığı 
partiya  20  ilə  yaxın  siyasi  arenada  rəqibsiz  mövcud  olduğuna 
baxmayaraq,  avtoritarlıqdan  mahiyyətcə  çox  uzaq  olmuşdur. 
Yaxud,  müstəqillik  ərəfəsində  Kommunist  Partiyası  və  Xalq 
Cəbhəsi  kimi  iki  siyasi  güc  mərkəzi  mövcud  idisə  də,  bunlar 
ikipartiyalı  sistem  modelindən çox  uzaq idi.
Dünya  siyasi  təcrübəsində  “bir  yarım  partiya  (1.5)” 
sisteminin  mövcudluğu  da  real  tarixə  malikdir.  Bir  yanm  par­
tiya  sistemi  -   bir  iri  partiya  və  daim  azlıqda  qalan  digər  parti-
-
273
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə