Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə68/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   64   65   66   67   68   69   70   71   ...   106

yalann  mövcud  olduğu  vəziyyəti  ifadə  edir.  Bu  kiminsə  istə­
yindən  asılı olmayıb, siyasi  proseslərin  təbii  axarı  ilə şərtlənmiş 
durumdur,  1950-1980-ci  illərdə,  üç  onillik  müddətində  Yapo­
niyada  və  Almaniyada  məhz  1,5  (bir  yarım)  partiya  sistemi 
mövcud  olmuşdur.  (Həmçinin  bu  gün  Rusiyada  bu  sistemin 
formalaşmasına  istiqamətlənmiş  bəzi  qanun  layihələri  qəbul 
edilmişdir).  Bütün  bunlar  Azərbaycanda  da  partiya  sisteminin 
formalaşmasında  kəmiyyət  və  keyfiyyət  aspektlərinin  ahəngdar 
balansı  məsələsinə diqqəti  yönəltməyi  şərtləndirir.
Azərbaycan  da  bu  gün  çoxpartiyalı,  hətta  “həddən  çox’’ 
partiyalı  ölkələr sırasına  aid  edilə  bilər.  Lakin  bu  məsələnin  bir 
tərəfidir.  Digər tərəf -  həmin  partiyaların,  sistemli  dinamikanın 
inkişaf  tələblərinə  müvafiq  olaraq,  siyasi  həyatda  və  proses­
lərdə  real  fəaliyyət  proqramına  əsaslanıb-əsaslanmadıqlarının 
aşkar edilməsidir.  Demokratik  inkişafın,  başqa  ölkələrlə  müqa­
yisədə  zaman  baxımından  az  da  olsa  keçilmiş  yoluna  nəzər 
salınarsa bir çox  müddəaları  ortaya qoymaq olar.
Siyasi  partiyalar  mövcud  iqtidara  qarşı  müxalifət  təşkil 
etmək  və  hakimiyyətə  gəlmək  məqsədi  daşıyır.  Siyasi  parti­
yalar,  təşəkkülünün  təbii-obyektiv  istiqaməti  “aşağıdan  yuxa­
rıya”,  yəni  geniş  insan  birliklərinin  sosial  maraq  və  sifarişinə 
həmahəng olaraq  təsis olunan  təşkilatlardır.  Sovetlərin  çökməsi 
zamanı  Xalq  Cəbhəsi  ictimai  hərəkat  kimi  məhz  belə  tə­
məllərdən  formalaşmışdı.
Lakin  onun  partiyalara  parçalanması  gedişində,  tama­
milə  əks  istiqamətə  yön  aldığı  məlum  oldu.  Liderlik  iddiasında 
olanlar  hər  biri,  kiçik  də  olsa,  təkbaşına  rəhbərlik  etdiyi  par­
tiyanı  yaratmağı  üstün  hesab  etdi.  Bu  da  bütövlükdə  nüfuzlu 
siyasi  güc  mərkəzi  olan  hərəkatın  potensial  və  təsirinin  kiçil- 
dilməsi  və  cılızlaşmasına  səbəb  olmaya  bilməzdi.  Demokratik
-
274
-
dövlətçiliyin  atributlarından  biri  olan  çoxpartiyalı lığın  belə 
cılızlaşmış  “miniatür"  qruplara  çevrilməsi,  şübhəsiz  ki,  partiya 
sisteminin  səmərəsizliyini  şərtləndirməklə  yanaşı,  özünü  lider 
hesab edənlərin  siyasi  populizmə uymalarını  labüd edir.
Son  on  il  ərzində  müxalifətin  ardıcıl  məğlubiyyətləri, 
onu,  bütün  cəmiyyətlərə  xas  olan  təbii-obyektiv  problem  və 
çətinlikləri  qəsdən  şişirtmək,  onlan  məhz  iqtidar  partiyasının 
üzərinə  yönəltmək,  burada  xalqımızın  ən  böyük  problemi  olan 
Dağlıq  Qarabağ  münaqişəsinin  mürəkkəb  həllində  yalnız  haki­
miyyəti  ittiham  etmək  kimi  populist  siyasəlbazlığa  vadar 
etmişdir.
Müasir dünyada siyasi  partiyalaşma  yeni  dünyagörüş  və 
yeni  fəlsəfi  prinsiplərə  əsaslanaraq  inkişaf  edir.  Bu  yeni  prin­
siplərdən  ən  mühümü  “qarşıdurma  və  qütbləşmə”  vərdişindən 
inkar edilməsi,  dialoqa  və  siyasi  polemikaya  açıq  olmaqdır.  Bu 
gün  hətta  adi  gözlə  müşahidə edilsə, qarşıdurma  və  radikalçılıq 
psixologiyasının  nəinki  azalması,  əksinə  onun  müxalifətin 
yeganə fəaliyyət prinsipinə çevrilməsinin şahidi  olarıq.
Hazırda,  ədəbiyyatdan  məlum  olduğu  kimi  bütün 
dünyada  900-ə  yaxın  siyasi  partiya  mövcuddur.  Dünyanın  si­
yasi  təcrübə  tarixi  göstərir  ki,  çoxpartiyalılığın  təkmilləş­
məsinin  ən  mühüm  göstəricisi,  bu  partiyaların  müəyyən  partiya 
sistemi  modelində  (və  ya  tipində)  yüksək  təşkilatlanma  səviy­
yəsinə nail  olmalarıdır.
Burada  kəmiyyət  aspekti,  növbəti  keyfiyyət  müstəvi­
sini  doğura  bilirsə,  partiya  sistemi  modeli  yaranır.  ABŞ-da  67 
siyasi  partiyanın  dövlət  qeydiyyatından  keçməsinə  baxmaya­
raq,  bu  ölkədə  ikipartiyalı  sistem  mövcuddur.  Dünya  təcrü­
bəsinə,  eləcə  də  Avropa  ölkələrinin  siyasi  məkanına  nəzər 
salsaq  görərik  ki,  buradakı  siyasi  qüvvələr  iki  və  ya  üç  siyasi
-
275
-


cərəyan  və  partiyanın  sintezi-sistemi  kimi  fəaliyyət  göstərir. 
Burada  cəmiyyətin  sabitliyi  və  əsrlərlə  formalaşmış  dövlət­
çiliyin qorunması,  mühafizəsi  o dərəcədə prioritet  məsələ hesab 
edilir  ki,  siyasi  partiya  modellərinin  qarşılıqlı  əməkdaşlığı  ilk 
növbədə  bu  məsələlərin  təmin  olunmasını  vacib  sayır.  Güclü 
siyasi  qüvvə  təşkil  etmək  üçün  çoxsaylı  partiyaların  üç-dörd 
sivil,  demokratik  yönümlü  siyasi  təşkilatda  cəmlənməsi,  birlik 
və  bloklar,  koalisiyalar  yaratmaqla  ümumi  sistemə  transfor­
masiyası,  yeni  siyasi  mühitin  tələblərindən  biridir.
Aydın  məsələdir ki, çoxpartiyalı  sistemin  təşəkkülü hələ 
qohum  və dostlardan siyasi  təşkilat yaranması  demək deyil.
Avropadan  misal  gətirmək  istəsək,  burada  İsveç  partiya 
sistemi  modeli  politoloji  ədəbiyyatda  misal  çəkilir.  İsveç 
partiya  sistemi  -   siyasi  sistemin  sabitliyinə  nümunə  hesab 
edilir.  XX  əsrin  əvvəllərindən  sonunadək  (bu  günümüzə qədər) 
burada  5  partiya  iki  siyasi  blokda  təmsil 
olunaraq,  siyasi 
proseslərin  demokratik,  legitim  gedişatmı  təmin  edir.  Çoxpar­
tiyalı  sistemin  formalaşdığı  (Qərb-Avropa)  ölkələrindən  belə 
misallar kifayət qədərdir və səciyyəvi  haldır.
Azərbaycanda  həm  demokratik  inkişaf  yoluna  transfor­
masiya  prosesinin,  həm  də  çoxpartiyalı lığın  təşəkkülü  tarixi 
bununla  müqayisədə  çox  azdır.  Lakin,  məhz  bu  cəhət,  Qərb 
ölkələrinin  bu  sahədə  əldə  etdiyi  tarixi  və  elmi  təcrübənin 
ətraflı  və ciddi  təhlili  üçün çox  vacibdir.
Azərbaycanda  bu  gün  100-ə  yaxın  siyasi  partiya 
mövcuddur  və  onlann  yarısı  qeydiyyatdan  keçmişdir.  Müxa­
lifət  partiyalarının  öz  aralarında  münasibət  qura  bilməməsi, 
sivil  inteqrasiya  prinsiplərindən  uzaq  düşməsi  kimi  subyektiv 
oriyentasiyalı,  möhkəm  sosial  dayaq  və  dəstəklərdən  məhrum 
olan  qurumlara  çevrilməsi  və  s.  kimi  obyektiv  səbəblərdən  bu
-
2 7 6
-
düşorgədə,  nəinki  orqanik  təşkilatlanma  yönündə  gedən  “sis­
tem”  xarakterli,  əksinə  getdikcə  parçalanma,  fraqmentasiya 
məzmunlu  “antisistem”  xarakterli  proseslərin  gedişini  sürət­
ləndirmişdir.
Müxalifət  sıralarında,  zamanın  tələbinə  uyğun,  ste­
reotiplərdən  azad  olmağı  bacaran,  yeni  məzmun  və  mahiyyətə 
malik  siyasi  fəaliyyətə  keçməyin  zəruriliyini  dərk  edən  qüv­
vələr olmamış  deyildir.  Son  hadisələr bunu  bir daha  aşkar  gös­
tərdi.  Azərbaycanda  partiya  sisteminin  təkamülü  prosesinə,  bu 
qüvvələrin  mövqe  və  rolunun  zamanında  aydınlaşması  da  öz 
təsirini  göstərəcəkdir.
Bu  gün  dünyada  siyasi  proses  və  siyasi  həyata  dair 
mövcud  olan  təsəvvürlər,  ənənəvi  baxışlardan  köklü  surətdə 
fərqlənir.  Bu  kiminsə  istəyindən  deyil,  qlobal  siyasi  aləmdə 
gedən  proseslərdən  irəli  gəlir.  Xüsusilə  də  siyasi  fəaliyyətə 
iddialı  olan  hər  bir  şəxs  bilməlidir  ki,  XXI  əsrin  əvvəllərinin 
siyasi  şəraiti,  XX  əsrin  ortalarının,  hətta  sonlarının  şəraiti  ilə 
eyni  deyildir.  Bu  fikri  birmənalı  qəbul  etməmək  özü,  bir  çox 
yanlışlıqların başlanğıcı  deməkdir.
Demokratik  cəmiyyət  quruculuğu  və  parti yal aşma  pro­
sesi  bu  gün,  tarixin  əvvəlki  dönəmlərindən  daha  çox.  hər  hansı 
bir  ölkənin  şəxsi  işi  deyil,  dünya  birliyinin  ümumi  məramı  və 
qayğısı  dairəsindədir.  Bu  kontekstdə  çoxpartiyalılıq,  onun 
dinamikası  qanunauyğunluqları  da  beynəlxalq  təşkilatların  və 
qurumların çevik reaksiyası  dairəsində olmalıdır.  Belə olduqda, 
özlərini  sözdə  “siyasi  partiya”  adlandıran,  real  vəziyyətdə  isə 
başqa  durumda  olan  təşkilatlar,  addımbaşı  “Qərbin  nüfuzlu 
mənbələrindən  isnad və sitatlar” gətirmək  əvəzinə,  bu ölkələrdə 
formalaşan  siyasi  partiya  sistemlərinin  təcrübəsini  dərindən 
öyrənməyin  vacibliyini  anlamaq  məcburiyyətində olardılar.
-
2 7 7
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə