Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə69/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   65   66   67   68   69   70   71   72   ...   106

Demokratiya,  xalqın  siyasi  təcrübə  tarixi,  siyasi  şüur və 
mədəniyyəti  və  s.  kimi  amillərlə  sıx  çulğaşmış  şəkildə  inkişaf 
edir.  Demokratiya  yalnız  özündən  müştəbeh  olan  “liderlərin” 
rəqabəti,  yalnız  seçici  uğrunda  mübarizə  olmayıb,  həm  do 
siyasi  intellekt  və  mədəniyyət  yarışıdır.  “Hakimiyyət  xatirinə 
hakimiyyət  mübarizəsinə”  qoşulmaq  kimi  prinsip  müasir 
cəmiyyətdə  sabitliyin  və  dövlətçiliyin  əsaslan  üçün  maneə 
yaradır.  Siyasi  partiya,  təşəbbüs,  bacanq,  intellektual  potensial 
hesabına  deyil,  başqa  üsullarla  status-kvonu  on  illərlə  sax­
lamağa can atırsa, bunun geci-tezi  var.
Bu  müddət  ərzində  müxalifət  partiyalan  “parçalanma 
və  kəmiyyət”  prinsipindən  başqa  hansı  obyektiv  dinamikanı 
nümayiş  etdirə  bilmişdir?  Onun  özünü  yenilikçi  adlandıran 
qanadlarından  hansı  radikal  stereotiplərdən  azad  ola,  “nor- 
mal”lığa doğru  addım  ata  bilmişdir? Cəmiyyətin  müxtəlif təbə­
qələrinin  enerjisini  özündə cəmləyə  bilmişdir?  Sosial  dayaqdan 
məhrum  olduqca  təsadüfi  insanların  cəlb  edilməsinə  göstərilən 
səylər  isə  son  dövrdə  olduğu  kimi  heç  bir  siyasi  əxlaq  və 
mənəvi  dəyər ölçülərinə sığmayan  hadisələrlə sonuclanmışdır.
Azərbaycanda  müxalifət  destruktiv  radikalçılığı  seç­
məklə  quruculuğu  deyil,  qırıcılığı  öz  məqsədi  elan  etmiş  və 
dövlət  əleyhinə  mövqe  tutan  siyasi  qüvvəyə  çevrilmişdir.  Onu 
əsas  səciyyələndirən  xüsusiyyətlər  isə  sislemsizlik  -   demokra­
tik  cəmiyyət  və  hüquqi  dövlət  strukturuna  sığmayan  fəaliyyəti; 
pərakəndəlik  vahid  siyasi  müxalifət  məkanında  mövcud  ola 
bilməyərək  dağınıq  fəaliyyətə  yönəlmək;  dəyişiklik  və  yenilik­
lərin  dinamikasına  uyğunlaşa  bilməmək;  ictimaiyyətin  maraq­
larının  daşıyıcısı  ola bilməmək  və s-dir.
Azərbaycan  dövləti  siyasi  partiyalar  haqqında  qanunu, 
hələ  parıiyalaşmamn  ilk dövründə (1992) qəbul  etmişdir.  Azər­
-
278
-
baycan  xalqı  da,  çoxpartiyalılığı  demokratik  cəmiyyətin  atri­
butlarından  biri  kimi  təbii  qəbul  etmişdir.  Parakəndə  çoxparti- 
yalılığm  legitim  reqlamentləşdirilməsi  üçün  dövlət  qanun­
vericilik  baxımından  bütün  şərtləri  təmin  edir  və  demokra­
tiyanın  prinsiplərinə  uyğun  olaraq  başqa  tədbirlər  qeyri-məq­
buldur.  Lakin  çoxpartiyalılığın  permanent,  səmərəsiz,  dekora­
tiv,  qurum  deyil,  gerçək  siyasi  subyekt  və  fəaliyyət  mexanizmi 
kimi  mövcud  olduğu  partiya  sistemi-modelinin  formalaşması, 
dünya  siyasi  təcrübəsində  mövcud  olan,  politoloji  elmdə  təsbit 
edilmiş  müddəalar  əsasında  təbii-obyektiv  prosesin  gedişinin 
nəticəsi  olmalıdır.
Burada  ən  çox  maneə  kimi  çıxış  edən  müxalifət  parti­
yaları,  sistemli  dinamikanın  prinsiplərinə  əməl  etmək  üçün  tə­
şəbbüs  göstərməlidirlər.  Əks  təqdirdə  siyasi  partiya  olmaq  id­
diasında  olan  qurumlar,  ən  müxtəlif  marağa  malik  qüvvələrin 
hədəfinə  çevrilə,  ölkədə,  regionda  və  bütövlükdə  qlobal  siyasi 
məkanda  sabitlik  və  əmin-amanlıq  üçün  təhlükəyə  çevrilə  bi­
lərlər.
İnkişaf  etmiş,  demokratik  partiya  sisteminə  malik  döv­
lətlərin  təmsilçiləri,  hər  hansı  bir  fikir  yürüdərkən,  fikrimizcə, 
məhz  bu  kontekstdə  politoloji  maarifləndirmə  fəaliyyətini  önə 
çəkməlidirlər.  Belə  olarsa,  müxalifət  zamanında  öz  səhvlərini, 
siyasi  təcrübəsizlikdən  irəli  gələn  qüsurları  vaxtında  təhlil  edə, 
həm  də  yerli-yersiz Qərb siyasətçilərinə "dayaqlanması”  barədə 
şayiələri  yaymağın  gərəksizliyini  başa  düşə  bilər.  Siyasi  parti­
yaların  məqsədinin  yalnız  və  yalnız,  istənilən  yolla  hakimiy­
yətə  gəlmək  deyil,  ilk  növbədə  dövlətçiliyin  əsaslarını  möh­
kəmləndirmək  istiqamətində,  siyasi  idarəetmə  strukturlarının 
ağnsız  əvəzlənməsi,  demokratik  üsullarla  təmin  edilməsi,  is­
lahat  və  təkamül  yolunun,  bəşəriyyətin  siyasi  təcrübəsinin
-
279
-


sınağından çıxmış yol  olduğunu  görə bilər.
Azərbaycanda  müxalifət  hərəkatı,  sovet  imperiyasının 
çökməsi  gedişində  geniş  ictimai  hərəkatın  etiraz  dalğasında 
yaranmışdır.  “Dövlət  müstəqilliyi  və  ərazi  bütövlüyü”  çağırış­
ları  bu  hərəkata  milyonlarla  insanları  cəlb  edə  bilmişdi.  Lakin 
məhz  bu  amallar  -  tarixi  keçmiş  və  taleyimizin,  Azərbaycana 
özəl  bir  missiya  ünvanladığı,  bu  səbəbdən  onun  bizi  istəyən  və 
istəməyən  bütün  qüvvələrin  diqqət  mərkəzində  olması,  sabitlik 
və  vəhdətin  təmin  edilməsi  məqsədi  tezliklə  unuduldu.  Mü­
xalifət  ictimai  hərəkatdan,  müxtəlif  liderlərin  ambisiyalarına 
xidmət  edən  cılız  partiyalar  qismində  mövcudluğa  yön  aldı. 
Dövlət  müstəqilliyi  və  ərazi  bütövlüyü  kimi  ideallardan  uzaq­
laşdıqca,  parçalanma  və  qarşıdurma  yolunu  seçən  müxalifət 
xalqın  dəstəyini  hər gün  itirməyə başladı.
Çünki  ən  böyük  tarixi  nailiyyətimiz  olan  dövlət  müs­
təqilliyimizə  təhlükə  olan  parçalanma  qorxusu,  xalqımızın,  bu 
məsələyə  çox  həssaslıq  və  təəssübkeşliklə,  narahatlıqla  müşa­
yiət olunan  münasibətini  formalaşdırmışdır  və  xalq,  birləşə bil­
məyən,  parçalanan,  sistemli  təşkilatlana  bilməyən  belə  partiya­
ların  cəhdlərinə  də  vaxtında  cavab  verir,  ona  dəstək  olmur, 
onların  çoxunun  adını  belə  eşitmək  istəmir.  Elektoratı  səfərbər 
etmək  imkanından  məhrum  olan  çoxlu  partiyalar,  iflasın  ən 
kəskin  mərhələsi  ilə üz-üzə durmaq  istəmirsə, dünyada mövcud 
olan  partiyalaşmanın  sistemli  dinamikası  xüsusiyyətlərinə  bə­
ləd  olmalı  və əməl  etməlidir.  Ya dəyişməli,  yeniləşməli,  xalqın 
dəstəyini  qazanmalı,  ya  da  siyasi  məğlubiyyəti  etiraf  edərək 
siyasi  arenadan  getməlidirlər.
Ümummilli  liderimiz,  Heydər  Əliyev  Yeni  Azərbaycan 
Partiyasının  10  illiyinə  həsr  olunmuş  yubiley  mərasimində  de­
mişdir:  “Mən  düşünürəm  ki,  on  il  bundan  qabaq  Yeni  Azər­
-
2 8 0
-
baycan  Partiyasını  yaradanlar  Azərbaycanın  aqibəti  haqqında 
düşünüblər,  millət,  Vətən,  xalq  haqqında  düşünüblər.  Partiyanı 
siyasi  uzunömürlülüyünü  təmin  edən  əsas  amil  -  xalqın  dəstə­
yidir.  Əgər  xalqın  dəstəyi  olmasaydı,  mən  silahsız,  heç  nəsiz, 
Azərbaycanı  parçalamaq  istəyən  qüvvələrin  öhdəsindən  gələ 
bilməzdim”.
Demokratikləşmə  prosesləri,  cəmiyyətin  bütün  sahələ­
rində,  bütün  səviyyələrdə  ahəngdar  inkişaf  olmadan  mümkün 
deyildir.  Azərbaycanda  çoxpartiyalı  sistemin  formalaşması  da, 
bu  qurumların,  dövlətin  və  xalqın  mənafeyinin  gerçək  daşıyı­
cısına çevrilməsi  kimi  pozitiv tendensiyaya  yön  almalıdır.
Azərbaycanın  yaşadığı  demokratik  konsolidasiya  mər­
hələsinin  başlıca  əlaməti,  ilkin  şərti  -   həm  də  milli  konsolida­
siya  prosesidir.  Azərbaycan  xalqı  hərc-mərcliyə  və  sabitsizliyə 
“yox”  deyərək,  bütün  potensialını  və  diqqətini  ən  böyük  prob­
lemimiz  -   Dağlıq  Qarabağ  probleminin  həllinə  cəmləmək  əz­
mini  ortaya  qoymuşdur.  Bu  proseslər  gedişində,  şüarçılıq  və 
populizmdən  başqa heç  bir konstuktiv  fəaliyyət  və nəticəyə nail 
ola  bilməyən  partiyalara  inam  və  etibarın  itməsi  təbii,  qanu­
nauyğun  haldır.
Bu  yalnız  Azərbaycan  üçün  səciyyəvi  olmayıb  poliıo- 
loqlann  qənaətinə  görə,  dünya  siyasi  tarixinə  xas  olan  bir  me- 
yildir.  Səbəb  də  seçkidən-seçkiyə elektoratın  marağının  ardıcıl 
olaraq  itirilməsidir.  Siyasi  partiyaların  proqram  kimi  bəyan 
etdikləri  müddəaların  cəmiyyətlə  daimi  ünsiyyətə  deyil,  yalnız 
seçkiqabağı  dövrə  hesablanması,  onların  bir-birini  təkrarlama­
sı,  cəmiyyətin  marağını  cəlb  edə  biləcək  heç  bir  sosial-siyasi 
təşəbbüsün  olmaması  məğlubiyyətin  başlanğıcıdır.  Parlament 
seçkiləri  ərəfəsində  müxalifət  partiyalarının  “irəli  sürdüyü" 
proqram,  məsələlərin  artıq  Prezident  İlham  Əliyevin  qəbul
-281
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə