Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə7/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   2   3   4   5   6   7   8   9   10   ...   106

addımlar  atılması  çox  böyük  ümidlər  verir.  «Bu  gün  Av­
ropanın,  Avropa  mədəniyyətinin  daşıyıcısı  o  kəslər  deyil  ki, 
öz  sivil  mənşələri  barədə  hamıdan  uca  bağırışırlar,  o  kəslər 
deyil  ki,  "biz  asiyalı  barbarların  qarşısını  alan  millətik” 
deyirlər.  “Avropa  ruhu”  yaxud  “ruhun  Avropası"  o  yerdədir 
ki,  orada  insanların  əziz  saydığı  dəyərlərə  hörmət  edirlər, 
əxlaqi-etik  normalara  riayət  edirlər,  Avropa  ruhu  elmi 
kəşflərin  baş  verdiyi,  məktəb  və  universitetlərdə,  ən  yaxşı 
təhsil  imkanlarının  verildiyi,  sülh  musiqisinin  və  sülh 
himnlərinin  yazıldığı  məkanlardadır.  Bu  ruh  məkanında 
sərhədlər  yoxdur  (Теми  Браг.  Европа,  Римский  путь.  М., 
1995,  с. 156).
-
2 8
-
§ 4.  “Böyük məkanlar “ nəzəriyyəsi və 
inteqrasiyanın məna tutumu
Yeni  zamanın  tarixdə  analoqu  olmayan 
in kişa f  m eyitləri  ilə  m üşayiət  olunduğunu  təhlil  və 
dərk  etmək  iiçiin  elm i  dövriyyəyə  çoxlu  yeni  ifadələr 
daxil  olmuşdur.  "Qloballaşma,  mondiallaşma,  in- 
tem asionallaşm a,  transnasioııallaşma,  inteqrasiya" 
və  s.  anlayışlar  bu  qəbildəndir.  Bəzən  bu  sözlərin 
ifadə  etdiyi  proseslər  üm umilikdə  qloballaşmanın 
tarixi,  m əqsədəuyğun  mərhələləri  kim i  təhlil  olu­
nur.  Bəzən  belə fik rə   rast gəlm ək olur ki,  inteqrasiya 
m üasir  dünyada  qloballaşmanın  ən  ali,  son  səviy­
yəsidir.
Sadalanan  anlayış  və  konsepsiyalardan  fərqli  olaraq 
“böyük  məkanlar”  nəzəriyyəsi  nisbətən  az  təhlil  olunmuşdur. 
Nəzəriyyənin  tarixi  köklərini  müasir  alman  fəlsəfi  fikrində 
axtarırlar.  Almaniyalı  alim Fridrix  List “Böyük iqtisadi  məkan” 
kontekstini  əsas  götürərək,  ilk  növbədə,  gömrük  ittifaqının 
yaradılmasının  nəzərdə  tuturdu.  Ondan  fərqi  olaraq  Karl  Şmitt 
imperiya  ekspansiyasına  haqq  qazandıraraq,  onu  insanların 
birliyə,  sintezə  və  inteqrasiyaya  təbii,  məntiqi  meyil  kimi  izah 
etməyi  üstün  tuturdu.  K.Şmittə  görə,  Böyük  məkan  -   Böyük 
ideyaya  -  qüvvəyə  malik  olan  dövlətin  hökmranlığı  altında  ola 
bilər.
-
2 9
-


Milasir  geosiyasətdə  və  beynəlxalq  münasibətlərdə 
böyük  məkanlar  nəzəriyyəsi,  liberal  demokratik  ideyanm 
üstünlük  eldiyi  Birləşmiş  Avropa,  Amerika  Sivilizasiyası  tim­
salında  “sivilizasiya-dövlət”  yaxud  ’’sosial  dövlət”  (etnik,  milli 
və  siyasi  dövlətdən  fərqli  olaraq)  yaratmaq  kimi  cəhdlərdə 
müşahidə oluna bilər.
Bütövlükdə  ‘‘məkan  fəlsəfəsi”  üzərində  qurulan  bu  nə­
zəriyyə  çoxölçülü  “simvolik”  məkanların  fəthini  hər  bir  döv­
lətin  inkişafı,  möhkəmləndirilməsi  və  milli  təhlükəsizliyinin  ən 
mühüm strateji  resursu  hesab edir.
Xüsusilə də diqqəti  cəlb edən  “çoxölçülü  mədəniyyət  və 
ünsiyyət  məkanı”dır.  Belə  ki,  burada  məkan  yalnız  coğrafi 
interpretasiyaya  malik  deyil.  Ən  mühümü  odur ki,  bu  məkanın 
sərhədləri  insanın  mədəniyyət,  mənəviyyat  və  ruh  “landşaf­
tından” keçir.
Məkanlar nəzəriyyəsinin  müsbət cəhəti  odur ki,  ənənəvi 
geosiyasi  konsepsiyalarda  mövcud olan ’’Şimal-Cənub”,  ’’Mər­
kəz-Periferiya”  bölgülərindən  fərqli  olaraq,  çoxölçülü,  sonsuz 
ölçülü  məkanları  nəzərdə  tutur.  Digər  məsələ  isə,  məkanın 
“qütbləri” məsələsidir.
Məlumdur ki,  məkan  olan  yerdə qütblər də  mövcuddur. 
Əgər ənənəvi  geosiyasət  fəlsəfəsində  “qüvvələrin qütbü",  “iqti­
sadi  və  texnoloji  qütblər”  fərqləndirilirdisə,  böyük  məkanlar 
nəzəriyyəsində  konkret qütbləri  təyin  etmək qeyri-mümkündür. 
Çünki  simvolik  məkanlar insanların  dünyagörüşündən,  mədəni 
identiklik  sərhədlərindən  formalaşır.  Bu  yanaşma  İ.Kantın 
’’çoxölçülü  dünyalar”  barədə  təsəvvürlərinə  yaxındır  və  Av­
ropa  fəlsəfi  ənənəsinə  uyğun  gəlir.  Çoxölçülü  məkanlarda  hər 
bir məkan, o cümlədən  mənəvi  məkan da öz qütbünə malikdir.
Buna  görə  tam  əsasla  demək  olar  ki,  çoxölçülü  mədə­
-
3 0
-
niyyət  məkanında  bəşər  sivilizasiyasının  məhz  mənəvi  qütbü 
də  mövcuddur  və  onu  coğrafi  mənada  ’’lokallaşdırmaq”  qeyri- 
mümkündür.  Bəzi  tədqiqatçılar şərti  olaraq,  burada  Avratlantik 
və  Avrasiya  məkanları  -   qütblərinin  mövcudluğu  fikrini  irəli 
sürürlər.
Böyük  məkanlarda  yalnız  sivilizasiya-dövlətlərin  da­
yanıqlı  olmasına  dair  ideyalar  da  maraqlıdır.  Hesab  edilir  ki. 
bü  gün  mövcud  olan  üç  “sivilizasiya-dövlət”:  Birləşmiş  Avro­
pa,  Amerika  Birləşmiş  Ştatları  və Çin  iqtisadi  və  texnoloji  ba­
xımdan  “qütblər”  statusundadır.  Bu  dövlətlərdə  siyasi,  sosial- 
mədəni  və konfessional  məkanların  sərhədləri  üst-üstə düşür  və 
buna  görə  də  onları  siivilizasiya-dövlət  hesab  etmək  olar. 
Birləşmiş  Avropa  qərb  sivilizasiyasının  nüvəsi  olması  ilə, 
Amerika  bütün  dünyaya  öz  hərbi-siyasi,  iqtisadi,  mədəni  və 
informasiya  ekspansiyasının  təsir  gücü  ilə  sivilizasiya-dövlət 
hesab olunur.  Çin  belə dövlətlərin  ən  klassik  nümunəsidir.  Yen 
gəlmişkən,  keçmiş SSRİ  də bu qismə aid edilirdi.
Maraqlı  məqamlardan  biri  də budur ki.  böyük  məkanlar 
nəzəriyyəsinə  görə  qloballaşma  -   obyektiv  prosesdir,  lakin  bir 
şərtlə,  yalnız  Böyük  məkanlar çərçivəsində!  Çünki  hətta  dünya 
dinləri  belə  böyük  mənəvi  məkanlar  yaratmışlarsa  da  “mütləq 
qloballığa”  iddialı  ola  bilməmişlər.  Eyni 
məntiqdən 
çıxış 
edərək  liberal-iqtisadi  qloballaşmanın da çoxölçülü  məkanlarda 
universal  alternativ ola bilməsi  istisna edilir.
Qeyd  olurmalıdır  ki,  “böyük  məkanlar  “  ideyası  yalnız 
nəzəri  deyil,  həm  də  artıq  praktiki  proqram  kimi  aspektlərə 
malikdir.  İstər  Avropa  Birliyinin,  istərsə  də  NATO-nun  Şərqə 
doğru  genişləndiyi  indiki  zamanda  Brüsseldə  “Avropanın  çox­
ölçülü  kommunikasiya  məkanları”  konsepsiyası  irəli 
sürül­
müşdür. Həmin  məkanlar aşağıdakılardır:
-31
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə