Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə70/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   66   67   68   69   70   71   72   73   ...   106

etdiyi  qərarlar,  ardıcıl  həyata  keçirdiyi  siyasi,  sosial,  iqtisadi  və 
s.  islahatlar  proqramında  nəzəri  əksini  tapması  və  praktiki 
olaraq  reallaşdırılması  bu  partiyaları  fakt  qarşısında  qoydu 
Müxalifət  partiyalarının  ictimai  etimadı  itirməsi  prosesini  bu 
təşəbbüssüzlükdən  başqa,  həm  də  onun  "daxildən”  (səriştəsiz­
lik,  təşkilati-struktur münasibətlərində səbatsızlıq  və s.)  və “xa­
ricdən”  (cəmiyyətin  real  dəstəyinin  və  rəğbətinin  azalması) 
zəifləməsi,  cəmiyyət  həyatında  müsbət  rola  malik  olmayan 
subyekt qismində mövcud olmağa düçar edir.
Qlobal,  regional  və  lokal-milli  siyasi  maraqların  sintezi 
beynəlxalq  inteqrasiyanın  gündəmə  qoyduğu  tələblərdən  biri­
dir.  Bütün  bunların  fonunda,  radikal  qarşıdurma  psixologiya­
sından  azad olmayan,  çoxpartiyahlığın effektiv, dinamik sistem 
kimi  üstün  sayılan,  özünü  doğruldan  modelinin  nəzəri-elmi 
əsaslarına  biganəlik  nümayiş  etdirən,  hakimiyyətə  iddialı  olan 
müxalifət  partiyalarına,  öz  siyasi  böhran  və  səhvlərini  etiraf 
etmək  üçün  son  parlament  seçkiləri,  Azərbaycan  Respublika­
sının  Prezidenti  İlham  Əliyevin  dediyi  kimi  “son  tarixi  şans”, 
daha  bir  sınaq  müddəti  verdi.  Siyasi  fəaliyyətlərinin  məzmun, 
məqsəd  və  mahiyyətində  köklü  dəyişikliklərə  qadir  olmama­
ları,  bu  partiyaların  düzgün  siyasi  strategiya  və  perspektiv  qura 
bilməmələri  bir daha xalqa aydın oldu.
Bu  hadisələr  bir  daha,  bir  mənalı  şəkildə  göstərdi  ki, 
iqtidar  partiyası,  onun  lideri  İlham  Əliyevin  başçılığı  ilə, 
dövlətimiz  və  xalqımız  qarşısında  duran  miqyaslı  problemlərin 
həlli  üçün  yeni  perspektivləri  müəyyənləşdirməklə,  strateji 
prioritetləri,  siyasi  dinamizm  və  praqmatika  əsasında  həyata 
keçirməklə,  tarixin  Azərbaycana  verdiyi  hər  bir  şansın  uğurla 
reallaşdırmaqla,  Azərbaycanın  daimi,  ardıcıl  yüksəlişinin  qa­
rantı  kimi  çıxış edir və edəcəkdir.
-
282
-
§  10. Azərbaycan inkişafın yeni mərhələsində
"O ktyabrın  15-də  Azərbaycan  xalqı  seçki 
məntəqələrinə  gələrək  Heydər  Əliyev  siyasətinə 
səs  veribdir.  Siilhə,  əmin-amanlığa,  tərəqqiyə, 
inkişafa,  quruculuğa,  sabitliyə  səs  veribdir.  Bu 
siyasətə Azərbaycanda alternativ yoxdur".
İlham Əliyev
Tarixin  bütün  dönəmlərində  dövlətin  idarə  olunmasına, 
cəmiyyətdə  insanlar  arasında  nizamın  təmin  edilməsinə,  həm 
də  bu  proseslərin  inkişaf  və  yüksəliş  məramına  xidmət  et­
məsinə  obyektiv  zərurət  mövcud  olmuşdur.  Hər  bir  ölkənin 
tarix  salnaməsindəki  şanlı  səhifələr,  zəfər  və  qələbələr  onun 
qismətinə  düşən  dahi  şəxsiyyətlərin,  siyasi  liderlərin  əməli  və 
fəaliyyəti  ilə  mütənasib  olmuşdur.  Yaxud  başqa  məqam,  buna 
əks  olan  meyil  baş  verdikdə,  fenomen  şəxsiyyətlərin  həyatdan 
getməsi  təbii  narahatlıq,  nigaranlıq  hisslərini  doğurmuş,  onların 
layiqli  davamçılarının  olmadığı  təqdirdə  hər  hansı  bir  xalqın, 
millətin  həyatında  sonu  görünməyən  faciələrin  başlanğıcı  qo­
yulmuşdur.
2003-cü  ildə  Azərbaycan  xalqı  bütövlükdə  həm 
toplumun  və  dövlətin  taleyində  kədər  yükü  və  “Ayrılıq' 
sözünün  ifadə  etdiyi  təsəvvüredilməz  ağrı  ilə,  həm  də  real 
həqiqətlə  üz-üzə  qaldı.  Məhz  elə  buna  görə  də  hər  bir  Azər­
baycan  vətəndaşı  hadisələrin  gedişatına,  zəka  və  əməl  poten­
-
283
-


sialını  səfərbər etməklə, ciddi  götür-qoy etməklə qərarım  verdi. 
Ulu  öndərin  yoxluğunu  milli  faciə  kimi  qəbul  etdiyi  üçün  öz 
inamını,  sabahını,  milli  firavanlığm  təminatçısı  olacaq  Heydər 
Əliyev  kursunun  davamçısına etibar etdi.  2003-cü  il  15  oktyabr 
tarixində  keçirilmiş  prezident  seçkilərində,  tarixdə  demək  olar 
ki,  ilk  dəfə  dövlətçilik  ənənəsi  və siyasətdə  varislik  prinsipinin 
qorunması  ilə  Azərbaycan  tarixində  zəfər  salnaməsini  təşkil 
edən  bağların qırılmasına yol  verilmədi.
Azərbaycan  adlı  binanın  özülü  üzərində  möhtəşəm 
quruculuq  işlərinin  davamı  mümkün  oldu.  Regionda  toqquşan 
geosiyasi  maraqların  şiddətləndirdiyi  küləklər  müstəqillik  mə­
şəlini  söndürə bilmədi.
Azərbaycan 
dövlətçiliyi 
tarix 
boyu 
məhz 
belə 
dönəmlərdə  təhlükə  ilə  üz-üzə  qalmış,  zamanın  irəli  sürdüyü 
strateji  çağırışlar  və onlara  vaxtında cavab  verə  bilmək  tələbini 
reallaşdırmağa mane olan  qüvvələr öz  istəklərinə  nail  olmuşlar. 
Dövlətçiliyimizə  qarşı  yönələn  qüvvələrin  üstün  gəlməsini 
müxtəlif  dövrlərdə  müxtəlif  amillər  şərtləndirmişdir.  Onlann 
içərisində  ən  başlıcası  əlbəttə  ki,  qüdrətli  siyasi  lider,  rəhbər 
amili, daha doğrusu  bu amilin  yoxluğu olmuşdur.
2003-cü  ilin  15  oktyabr seçkilərində  Azərbaycanda  xal­
qın  iradəsinə  arxalanan,  siyasətini  milli  maraqlar  üzərində  qu­
ran,  real  nüfuza  və  gücə  malik,  dünyada  cərəyan  edən  pro­
sesləri  diqqət  mərkəzində  saxlayan,  müstəqil  Azərbaycanın 
Heydər  Əliyev  tərəfindən  müəyyən  edilmiş  fundamental  inki­
şaf  strategiyasını  rəhbər  tutan  İlham  Əliyevin  prezident 
seçilməsi  ilə  tariximizdə  yeni  mərhələnin  başlanğıcı  qoyuldu. 
Dövlətçiliyimizin  inkişafında  tarixi  və  strateji  irsin  davamlı 
məcraya yön alması,  inkişaf pillələrini  əlaqələndirən  həlqələrin, 
bağların  qırılması  deyil,  təcrübə və ənənənin  varislik  və  yenilik
-
284
-
aspektləri  ilə  zənginləşməsi  prosesinə  təkan  verildi.  Azər­
baycan  dövləti  müstəqil  inkişafın  növbəti  strateji  manevrlər 
mərhələsinə yön aldı.
Keçən  dövr  ərzində,  Azərbaycanda  total  xaosa  son 
qoyuldu,  siyasi  sabitliyin  və  demokratik  quruculuğun  təməl 
institutları  və  işlək  mexanizmləri  yarandı.  Siyasi  və  iqtisadi 
nizamlama  tədbirləri  bır-birini  tamamlayaraq  öz  real  nəticə­
lərini  verdi.  Bərpa,  özünü  təsdiq  və  möhtəşəm quruculuq  işləri, 
müasir  müstəqil  dövlət  üçün  səciyyəvi  olan  və  Azərbaycanın 
spesifikasına  yönümlü  təşkilatlanma  prosesləri  yüksələn  xəttlə 
davam etdi.
2003-cü  ildən,  bərpa  prosesi  ilə  yanaşı,  irəliləyişə, 
Azərbaycanla  dünyanın  inkişaf etmiş  ölkələri  arasındakı  fərqin 
azaldılmasına  imkan  verən  siyasi,  sosial-iqtisadi  və  s.  mexa- 
nizmlərin  hərəkətə  gətirilməsini  təmin  edən  strategiya  və 
taktika müstəvisinə keçilir.
Beynəlxalq  dünya  məkanı  aspektində  politoloq-alimlər. 
analitiklər,  nüfuzlu  siyasətçilər,  bəhs  edilən  dövrdə  “üçüncü 
qisim  problemlər”  adlanan  yeni  problemlərin  bütün  dünya  öl­
kələri  qarşısında  durduğu  barədə  yekdil  fikrə  gəlmişlər.  Nə 
üçün “ üçüncü qisim (növ) problemlər” adlandırılır?
Məsələ  burasındadır  ki,  dünyada  baş  verən  qlobal  də­
yişikliklər  nəticəsində  qarşıya  çıxan  problemlər,  tarixi  miqyası 
və  mürəkkəbliyi  baxımından,  bütövlükdə  bütün  ölkələr  üçün 
yeni  və  “orijinal”dır.  Bəşəriyyət  yeni  eranın  başlanğıcında 
durur.  Dünya birliyinin  üzləşdiyi  yeni  reallığa, hansı  yeni  siyasi 
fəaliyyət,  münasibət  və  modellərlə  cavab  verə  bilər?  sualı  hər 
bir  dövlət  qarşısında  durur.  ‘Transformasiyaya  uğrayan  qlobal 
dünya  məkanında,  transformasiya  dövrünü  yaşayan  müxtəlif 
lokal  dövlətlər”  (yəni  ikiqat  bifurkasiya  vəziyyəti)  mövcuddur.
-285
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə