Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə71/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   67   68   69   70   71   72   73   74   ...   106

“Üçüncü qisim  problemləri"  məhz  bu  paradoksal  şərait  yaradır 
və  buna  görə  də  bu  problemlərin  həlli  üçün  pozitiv  (birmənalı) 
beynəlxalq,  (xarici)  təcrübə  yoxdur.  Fərq  orasındadır  ki,  bu 
vaxta  qədər başqa  ölkələrin  təcrübəsini  nəzərə almaq  olurdusa, 
hazırkı  mərhələdə problemlərin  həlli  üçün  bu  mümkün  deyil  və 
kifayət  deyil.  Çünki  hər bir ölkə özünün  orijinal,  siyasi-iqtisadi 
spesifikasını  nəzərə  alaraq  irəliləyə,  inkişaf edə  bilir.  Dövlətin 
inkişafı  özünəməxsus  siyasi  kursun  yeridilməsindən  bilavasitə 
asılı olur.
Bu  mərhələnin  3  əsas  xüsusiyyəti  var.  (dünya  elmində 
qəbul  edilmiş):  1)  cəmiyyətin  inkişafına  çox  həssas  münasibət 
və  diqqət  tələb  edən  infrastruktur  və  mexanizmlərin  yara­
dılması,  “insan  rifahı”nın  meyar  hesab  edilməsi;  2)  hakimiy­
yətin  inzibati  resurslarının  artırılması  və  təşkmilləşdirilməsi; 
3)  bu  proseslərin  həyata  keçirilməsi  zamanı  mütləq  konkret 
ölkənin  spesifikasının nəzərə alınması;
“Üçüncü  qisim  problemlər”də  “insanlar  rifahı"nın 
prioritet  əhəmiyyət  kəsb etməsi  diqqəti  xüsusilə cəlb  edir.  Belə 
ki,  dünyanın  əsasən  inkişaf  etmiş  ölkələri  bu  problemləri 
prioritet məsələlər sırasına daxil etmək iqtidannda ola bilir.
Bu  məsələlərdən  bəhs etməyi  ona  görə  vacib  sayınq  ki, 
ölkəmizin  daxilində  və  xaricində  bəzi  qüvvələr hər hansı  “müt­
ləq  model,  inkişaf  yolu  və  etalon"lar  barədə  lüzumsuz  mü­
zakirələr  açır,  dünyadakı  real  vəziyyətə  biganəlik  göstərirlər. 
Bir-iki  misal  çəkmək  istəyirəm.  Məsələ  burasındadır  ki, 
dünyada  Avropa  da,  Qərb  də  bəhs  olunan  miqyaslı  problemlər 
və  seçimlər  qarşısındadır.  Məs:  Avropanın  özündə  inkişaf  yo­
luna  dair  liberalizm,  konservatizm  və  s.  mövqelərin  münasi­
bətləri  ziddiyyətlidir.  Fransa  və  Niderlandın  Avropa  Konstitu­
siyası  əleyhinə  səs  verməsi  göstərir  ki,  hər  hansı  bir  mütləq
-  2 8 6 -
"Avropa  modeli",  “Vahid  Avropa  siyasəti"  və  s.  anlayışların 
məzmunu hələlik qeyri-müəyyən, inkişaf prosesindədir.
Digər  misal:  Azərbaycan  istər  Avropa  üçün,  istərsə 
bütün  dünya  üçün  demokratik  insan  azadlıqlarının  prioritet  ol­
duğunu  yalnız  nəzərə  almaqla  kifayətlənmir,  real  siyasətdə 
bunu  nümayiş etdirir.  Lakin, bu  aspektdə Avropanın  tövsiyələri 
və  ya  tənqidi  də  konstruktiv  xarakter  daşımalıdır.  İdeal 
vəziyyət  heç  yerdə  yoxdur,  natamamlıq,  islahata  ehtiyaclar  isə 
hər  zaman  və  hər  yerdə  vardır.  Məs:  paradoksal  bir  hal 
mövcuddur.  ABŞ-da  son  prezident  seçkiləri  gedişində  “gözlə­
nilmədən”  məlum  olur  ki,  bu  ölkənin  bəzi  ştatlarının  qanun­
vericiliyi  ümumiyyətlə  müşahidəçilərin  iştirakını  qadağan  edir 
və  bu  məhdudiyyətlər  həmçinin  Böyük  Britaniyada  da  möv­
cuddur.
Göründüyü  kimi, düşünmək  üçün  burada ciddi  əsas  var. 
Analitiklər  belə  hesab  edir  ki,  MDB  məkanında,  o  cümlədən 
Azərbaycanda  demokratik  seçki  proseslərinin  vahid  obyektiv 
meyar  və  standartları  mövcuddur  və  ATƏT  özü  də  bu  sahədə 
təcrübə mübadiləsindən  faydalana bilər.
Bütün  bunlar  göstərir  ki,  Qərb  ölkələrinin  əsrlərlə  qət 
etdiyi  yolu,  çox  qısa  müddətdə  keçməli  olan  Azərbaycan  da 
nəinki  suverenliyini  möhkəmləndirir, parlamentarizm  ənənəsini 
yaradır,  hətta  bəzi  sahələrdə  dünya  standartlarını  da  önləyə 
bilir.
2003-cü  ildən  üzü  bəri  Azərbaycanda  inkişafın  yeni 
istiqamətlərinin  yalnız  indiyə  deyil,  gələcəyə  yönümlü  strateji 
oriyentirlərin  müəyyənləşdirilməsi,  Azərbaycanın  xarici  siyasə­
tinin,  dövlətin  mənafeyi  və cəmiyyətin  rifahının  təmin  edilməsi 
işinə  xidmət  etməsinin  real  nəticələri  özünü  göstərməkdədir. 
Tarix  dəfələrlə  sübut  etmişdir  ki,  hər  bir  dövlətin  uğurlarının
-  2 8 7   -


artması  ilə  bahəm,  siyasi  liderin  dövlət  başçısının  rolu  və 
məsuliyyəti  də dəfələrlə artır.  O da məlumdur ki,  böyük  şəxsiy­
yətlərin  adının  tarixdə  qalmasının  əsas  səbəbi  onların  apardığı 
müharibələr  yox,  müstəqil  dövlətin  yaradılması,  apardığı 
quruculuq  və islahatlar olmuşdur.
2003-cü  ildən  Azərbaycan  yeni  yüksəliş,  irəliləyiş 
pilləsinə qədəm  qoymuş,  siyasi  müstəqilliyin,  iqtisadi,  mənəvi- 
mədəni  müstəqilliklə  təmin  edilməsini  geniş  vüsətlə  davam 
etdirmişdir.
Azərbaycan  Respublikasının  Prezidenti,  ümummilli 
liderin  siyasi  kursunu  davamçısı  İlham  Əliyev  öz  fəaliyyəti  ilə 
hər  dəfə  sübut  edir  ki,  qarşıda  duran  miqyaslı  problemlərin 
həlli  üçün,  mövcud  stereotipləri  dəf  edə  bilən,  yeni  perspek­
tivləri  duymağı  bacaran  siyasi  iradəyə malikdir.  Qarşıdakı  vəzi­
fələrin  ənənəvi  olduğu  qədər də,  yeni  orijinal  siyasi  fəhm  tələb 
etdiyini,  sabitsizlik  və  “rəngli  inqilabların  siyasi  import  və 
eksport  predmeti  kimi  başa  düşənlərin  dərindən  yanıldığını 
göstərən,  Prezident  İlham  Əliyev,  bunların  təhlükəli  illüziya 
olduğunu  dəfələrlə  bəyan  etdi.  Baş  verən  proseslərin  kökü  və 
səbəbinin  -   hər  bir  konkret  ölkədən  asılı  olduğunu  uzaqgörən­
liklə  söylədi  və  bir  daha  göstərdi:  proseslərin  qiymətləndiril­
məsində  yeganə  düzgün  mövqe,  əsas  vasitə  məkirli  “siyasi 
texnologiya"!ar,  siyasi  alver  (inqilab,  import  və  s.)  deyil,  dü­
şünülmüş  müdrik  siyasi  kursdur.  Azərbaycan  öz  daxilində  ge­
dən  proseslərdə  nə  qədər  əmindirsə,  dünya  miqyasında  da  o 
qədər  nüfuzlu,  siyasi  sabitliyin  olduğu  ölkə  kimi,  başqa  ölkə­
lərin  marağının  yönəldiyi  məkandır.
Qədəm  qoyduğumuz  hər bir il,  “Müstəqilliyimizin  dön­
məz,  əbədi,  sarsılmaz”  olması  üçün  tarixin  verdiyi  şansın  uğur-
-288
  -
|a  reallaşdırılması,  Azərbaycan  tarixinin  yeni  şərəf  salnaməsi­
nin  yazıldığı  ildir.
Xalqın  etimadım  qazanmaq,  bu  etimadı  doğrultmaq  və 
dünya  birliyi  ölkələrinin  birmənalı  dəstəyinə  nail  olmaq,  siyasi 
perspektivdə  ölkənin  əsas  inkişaf  prioritetlərinin  aydın  müəy­
yənləşdirilməsi,  iqtisadiyyatda  investisiya  və  sahibkarlıq  fəal­
lığının  dəstəklənməsi  və s.  Azərbaycanın daimi,  ardıcıl  yüksəli­
şinin təmin ediləcəyini  birmənalı  göstərir.
2003-ci  ilin  prezident  seçkiləri  Azərbaycan  cəmiyyəti­
nin  yaddaşında,  özünün  hədsiz  dinamizmi,  iştirakçılarının  gö­
rünməmiş sayı,  bərabər hüquq  və imkanları,  açıq  siyasi  rəqabət 
ab-havası  ilə,  hətta  adi  şüur  səviyyəsində  son  dərəcə  fərqli  bir 
hadisə  kimi  yadda qalmışdır.  Seçkilərəqədərki,  seçkilərin  gedi­
şində  və  sonrakı  hadisələrdə,  nəticələrdə  məlum  və  aşkar  müs­
təviyə keçdi.
Bəlkə  də  adi  şüur  üçün,  parlament  seçkilərinə  dair  bu 
təsəvvürlər,  yekun  və  rəylər  kifayətdir.  Lakin  parlament  seçki­
lərinin  nəticələrinin  yalnız  görünən  hadisələrlə,  bəsit,  səthi 
aspekt  və  nəticələrlə  əlaqələndirmək  kifayət  və  məqbul  de­
yildir.
Prezident  seçkilərinin  nəticələrini  az  da  olsa  keçmiş 
olan  zaman  məsafəsindən,  ciddi  elmi-nəzəri,  əhatəli  təhlili, 
ümumiləşdirilməsi  və  gələcək  proqnozlarının  verilməsinə  həsr 
olunmuş  bu  silsilə  yazılarla  tanış  olduqda  ilk  olaraq  bizə  aydın 
olan  bir  fikirlə  bölüşmək  istərdim.  Azərbaycanda  keçirilmiş 
2003-cü  ilin  prezident  seçkilərinin  əhəmiyyəti,  bəzi  insanların 
təsəvvüründə  yeganə  aspekt  kimi  özünə  yer  alan  siyasi  hüdud 
və  çərçivələri  çox-çox  aşaraq,  milli  dövlətçiliyimizin  bugünkü 
inkişafı  və  mənafeyi,  Azərbaycanın  dünya  məkanına  nüfuzu  və 
təsirini  bir  daha  möhkəmləndiyini,  demokratik  dəyərlərin
-
289
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə