Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə73/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   69   70   71   72   73   74   75   76   ...   106

ması  və  idarəetmədə  uğurlar  nail  olmasını  təmin  edən  şərtlərə 
yeni  müddəalar,  düzəlişlər  etmişdir.  Siyasi  lider  tiplərinin  -  
rasional,  ənənəvi,  xarizmatik  -   sırasına  daha  biri:  intellektual- 
texnokratik  potensiala  malik,  yeniliklərə  həssaslığı  bildirən 
inteqral  göstəriciləri  özündə cəmləyən  siyasi  lider  tipi  də  əlavə 
olunmuş,  daha  doğrusu  bu  qisim  liderlər  ön  sıraya  çıxarıl­
mışdır.  Buraya  intellektual  imkanlar  və  siyasi  istedad,  siyasi 
ideal  və  prinsiplərə  sadiqlik,  cəmiyyətlə  birgə  olmaq  yüksək 
siyasi  mədəniyyət novatorluq  fəhmi  və s.  aid edilir.
İlham  Əliyevin  yeni  siyasi  lider kimi  ictimai  rəydə  yek­
dilliklə  qəbul  edilən  imicinin  obyektiv  təməllərdən  qaynaqlan­
dığına,  xalqla  onun  arasındakı  qarşılıqlı  inamın  sarsılmaz  tel­
lərlə  bağlı  olduğuna  diqqəti  cəlb  etməkdir.  Prezidenti  dəstək­
ləyən,  ona dərin  inam  bəsləyənlər arasında coğrafi,  milli,  yaxud 
da  yaş  hüdudları  mövcud  deyildir.  Öz  ətrafında  ölkənin  bütün 
bölgələrində,  bütün  yaşdan  olan  insanları  birləşdirə  bilən  siyasi 
lider olmaq  kimi  nadir keyfiyyət ona qismət olmuşdur.
Azərbaycan  dövlətçiliyinin  inkişafında  yeni  qələbələrin 
rəhni  olan  mərhələyə  qədəm  qoyması,  həm  də  Prezidentin  hər 
cür  stereotiplərdən  uzaq,  səmimi  həyat  xəttinə  sadiq  qalma­
sında özünü göstərir.
Azərbaycan  demokratik  vətəndaş  cəmiyyətinin  qurul­
ması  istiqamətində  səmərəli  dövlətçilik  siyasətinin  uğurla  da­
vam  etdirilməsində  İlham  Əliyevin  nailiyyətlərini  təmin  edən 
obyektiv  amilləri  -   mükəmməl  siyasi  kursu  davam  etdirməsini 
vurğulamaqla  yanaşı  qeyd olunmalıdır ki,  onun  şəxsi-subyektiv 
liderlik  keyfiyyətləri  də  inkaredilməzdir.  O,  milli  ənənələrə, 
dövlətçilik  prinsiplərinə  sadiq  olan,  eyni  zamanda  XXI  yüzil­
liyin  modem  siyasi  məkanına  uğurla  köklənən,  ən  müxtəlif
-
294
-
siyasi  keyfiyyət  və  dəyərləri  özündə  sintez  etməyi  bacaran 
dövlət xadimidir.
2003-cü  ildən  etibarən  İlham  Əliyev  müstəqil  Azərbay­
canın  siyasi  dövlətçiliyinin  siması,  atributu  kimi  qəbul  edilir. 
Ulu  öndərin  zəngin  və tükənməz siyasi-tarixi  irsinə,  xalqımızın 
iradəsinə  söykənən  İlham  Əliyev  ötən  üç  ildə  özünü  peşəkar 
dövlət  xadimi,  görkəmli  siyasətçi,  nüfuzlu  lider  kimi  ölkədə  və 
xaricdə özünü  təsdiq etdi.
Dövlətin  inkişafında  o qədər də böyük  hesab edilməyən 
zaman  kəsiyində,  2003-cü  ildən  etibarən  bəhs  edilən  dövrdə, 
Prezident  İlham  Əliyevin  başçılığı  altında  əldə  edilən  uğurlar 
Azərbaycanı  daha uca zirvələrə yüksəldəcəkdir.
Bu  istiqamətlər  bütövlükdə  Azərbaycanda  son  illər  baş 
verən  dinamik  dəyişikliklərin  canlı  mənzərəsini  üzvi  vəhdətdə 
tamamlayır,  Azərbaycanın  yüksəlişinin  inteqral  dinamikasını 
nümayiş etdirir.
Azərbaycan  dövləti  artıq  ikinci  onillikdir  ki,  müasir cə­
miyyətə,  demokratik  dəyər  və  prisniplərə  keçid  kursunu  ardıcıl 
yerinə  yetirir.  Bu  baxımdan  Azərbaycan  dövlətinin  əsas  məq­
sədi  demokratik  cəmiyyətin  qurulmasını  təmin  edən  dinamik 
transformasiyaların  mümkün  qədər  tez,  qısa  zaman  ərzində 
reallaşdırmaqdır.  Azərbaycan  üçün  demokratik  vətəndaş  cə­
miyyəti  seçimi  -   yalnız  siyasi  seçim  deyil,  həm  də  ümumbə­
şəri,  fundamental  dəyərlərin  seçimi  deməkdir  və  dövlətimizin 
milli  maraqlarına xidmət edir.
Ölkə prezidentinin  dövlətçiliyin  möhkəmləndirilməsi  və 
qanunçuluğun  bərqərar edilməsi  istiqamətində  həyata  keçirdiyi 
tədbirlər,  ulu  öndərin  siyasi  kursunu  yeni  dövrün  tələblərinə 
uyğun  davam  etdirməsini  göstərən  amillər  çoxdur.  Azərbay­
canda  vətəndaş  cəmiyyətinin  formalaşması  kimi  tarixi  hadi­
-295
  -


sənin  təməli  artıq  qoyulmuşdur.  Vətəndaş  cəmiyyəti  sadəcə 
müəyyən  hüquqi  mexanizm  və  qurumların  yaradılması  deyil, 
hər  şeydən  əvvəl  vətəndaş-dövlət  münasibətlərinin  özəl, 
ahəngdar  bir  durumudur,  dövlət-vətəndaş  ünsiyyətinin  baş 
verdiyi  məkandır.  Prezident  İlham  Əliyev  hələ  andiçmə  mə­
rasimində,  2003-cü  ilin  31  oktyabrında  demişdi:  “Mən  bütün 
Azərbaycan  xalqının,  hər  bir  Azərbaycan  vətəndaşının  prezi­
dentiyəm.  Mənim  borcumdur  ki,  hər  bir  vətəndaş  inkişafı,  irə­
liləyişi  görsün  və onu  hiss etsin”.
İqtisadiyyat  bütün  dövrlərdə  hər  bir  ölkənin  yüksəlişini 
təmin  edən  dayaqlardan  biri  olmuşdur.  Müasir  qloballaşma 
dövründə  iqtisadi  startegiya o dərəcədə önəmli  əhəmiyyətə ma­
likdir  ki,  iqtisadiyyat  qlobal  maraqların  kəsişdiyi,  dünyanın 
simasının  kökündən dəyişdiyi  məkana çevrilmişdir.
Azərbaycanın  unikal  geostrateji  mövqeyi,  onun  zəngin 
təbii  sərvətləri  qlobal  iqtisadiyyatın  da  diqqət  mərkəzinə  gəl­
mişdir.  Dövlətimiz  bu  diqqət  və  əməkdaşlıq  səylərini  ciddi 
götür-qoy  edir,  qlobal  enerji  layihələrinin  reallaşmasında  əl­
verişli  mövqe  tutmağa  səy  göstərir.  Ulu  öndərin  imzaladığı 
“Əsrin  müqaviləsi"  bu  il  konkret,  real  nəticə  verdi.  H.Əliyev 
adına  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  istifadəyə 
verildi.  Əfsanə  hesab  olunan  arzular gerçəkləşdi.  Boru  kəməri­
nin  açılışı  ərəfəsində Prezident  İlham Əliyevin  "Avrasiyada ilin, 
siyasət  adamı”  elan  edilməsi  dərin  mənaya  malikdir.  “Əsrin 
müqaviləsi”nin  memarı  Heydər  Əliyev,  onun  qlobal  nəqliyyat 
arteriyası  kimi  reallığa  çevrilməsinin,  Azərbaycana  regionda 
strateji  tərəfdaş  statusunun  qazanmasının  təminatçısı  İlham 
Əliyev  olmuşdur”  -   bu  dünya  kütləvi  informasiya  vasitələrinin 
gəldiyi  ümumi  qənaət  və  etiraf  idi.  Həmçinin  2005-ci  ildə
-
296
-  
.
Azərbaycanın  regionda  və  dünyada  ən  dinamik  inkişaf  edən 
ölkə olması da vurğulanmışdır.
Sosial-iqtisadi  inkişaf,  iqtisadi  islahatların  həyata  keçi­
rilməsi,  bu  sahədə  davamlı  irəliləyiş  meyillərinin  yaranmasını 
mümkün  edən  fəaliyyətin  məzmunu  o qədər çoxşaxəli  və  zən­
gindir  ki,  buradakı  tədbirlərin  sadəcə  sadalanması  xeyli  vaxt 
aparardı.  Belə  bir  faktı  vurğulamaq  kifayətdir  ki,  prezident 
seçildikdən  sonra  imzaladığı  ilk  fərmanlardan  biri,  iqtisadi  is­
lahatların  uğurlu  təşkili  istiqamətini  müəyyən  edən  “Azər­
baycan  Respublikasında  sosial-iqtisadi 
inkişafın  sürətləndi­
rilməsi  tədbirləri  haqqında”  2003-cü  il  24  noyabr tarixli  fərman 
olmuşdur.
Azərbaycanın  güclü  dövlət  kimi  dünya  təsərrüfat  siste­
minə  inteqrasiyası  və  bu  prosesdə 
irimiqyaslı  proqram  və 
layihələrin  həyala  keçirilməsi,  dinamik  xarici  iqtisadi,  maliyyə, 
sosial,  demoqrafik,  ekoloji  və  s.  siyasətin  yürüdülməsi,  neft  və 
qeyri-neft  sektoruna  ivestisiyalann  cəlb  olunması  fərmanda 
əksini  tapmış  miqyaslı  vəzifələrin  sırasına  daxildir.  “Bizim 
məqsədimiz  iqtisadi  cəhətdən  güclü,  siyasi  cəhətdən  müstəqil 
dövlət  qurmaqdır”.  Prezident  İlham  Əliyevin  bu  sözləri  aparı­
lan  siyasətin  ana  xəttini  çox  gözəl  ifadə  edir.  Bazar  iqtisadiy­
yatının  inkişafında  “sosial  ədalət”  prinsipinə  əməl  edilməsi” 
müddəası  isə  bütün  proseslərin  insanların  rifahına  yönəldiyini 
aşkar göstərir.
Azərbaycanda  milli  ordu  quruculuğunun  möhkəmləndi­
rilməsi,  dövlətin  hərbi  potensialının  gücləndirilməsi  də  bəhs 
olunan  dövr  üçün  prioritet  hədəflərdən  biri  olmuşdur.  Ali  baş 
komandan  Azərbaycanın  silahlı  qüvvələrinə  ayrılan  maliyyə 
vəsaitlərinin  artırılması,  hərbi-sənaye  nazirliyinin  yaradılması, 
peşəkar  hərbçi  kadrların  yetişdirilməsi  və  s.  barədə  müstəsna
-
297
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə