Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə74/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   70   71   72   73   74   75   76   77   ...   106

qararlar  qəbul  etmişdir.  Xalqımızın  ən  ağnlı  problemi  olan 
Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli  həlli  üçün  ordunun 
daha  da  gücləndirilməsi,  ölkənin  müdafiə  qüdrətinin  təkmilləş­
dirilməsi  silahlı  qüvvələrdə ardıcıl  islahatlar aparılmasını  zəruri 
edir.
Milli  ordunun  qüvvətlənməsi  naminə  həyata  keçirilən 
siyasət,  bütün  sahələrdə  olduğu  kimi  Prezident  tərəfindən  xü­
susi  diqqət  və  qayğı  ilə  davam  etdirilir.  Dağlıq  Qarabağ  prob­
leminin  beynəlxalq  hüquq,  Azərbaycanın  ərazi  bütövlüyü  və 
suverenliyi  çərçivəsində  öz  həllini  tapması,  işğal  olunmuş  əra­
zilərdə  terrorist  təşkilatların  ləğv  edilməsi,  qaçqın  və  məcburi 
köçkünlərin  öz  torpaqlarına  qaytarılması  məsələləri  istisna 
olmadan  Prezident  İlham  Əliyevin  bütün  çıxış  və  nitqlərində 
birinci  sırada  yer  alır.  Son  üç  il  ərzində  islər  xalqımız,  istərsə 
də  beynəlxalq  ictimaiyyət,  Ermənistanın  işğalçı  simasının  daha 
qətiyyətlə  ifşa  olunmasının,  Azərbaycanın  ərazi  bütövlüyünə 
qəsd  edənlərin  hər  hansı  başqa  likır  və  variantlara  bəslədiyi 
ümidin  alt-üst  edildiyinin,  beynəlxalq  tribunalarda  işğalçının 
cəzalandın İması  istiqamətində  daha  sərt  və  kəskin  mövqe 
tutduğunun  şahidi  olmuşdur.  Prezidentin  “Hamı  başa  düşmə­
lidir  ki,  Ermənistan  Azərbaycanın  torpaqlannı  işğal  edib.  Biz 
öz  torpaqlanmızda  ikinci  Ermənistanın  yaradılmasına  yol  ver­
məyəcəyik”  və  s.  kimi  birmənalı  bəyanatlan,  müasir  dünyada 
etnik  separatizmin  və  terrorizmin  qoşa  addımladığı,  bütün 
dünya  üçün  təhlükə  mənbəyi  olduğuna  və  bu  kimi  hadisələrə 
münasibətin  də  son  dərəcə  aydın  nümayiş  etdirilməsi  tələbləri 
aşkar görünür.
Ermənistan-Azərbaycan,  Dağlıq-Qarabağ  münaqişəsinə 
dair  həqiqətin  dünyaya  bəlli  olması  istiqamətində,  yalan  və 
iftira  üzərində  qurulmuş  informasiya  blokadasının  aradan  qal-
-
298
-
dınlması  prioritet  vəzifələr  sırasına  daxil  edilmişdir.  İşğalçılıq 
siyasəti  nəticəsində  regionda  baş  verən  bütün  qlobal  layihə­
lərdən  kənarda  qalmış  Ermənistanın  öz  acınacaqlı  vəziyyətini 
işğal  altında  olan  torpaqların  yandırılması,  buradakı  tarixi  abi­
dələrin  yerlə-yeksan  edilməsi  ilə  daha  da  dərinləşdirir.  Azər­
baycan  bu  proseslərdə  beynəlxalq  ictimai  rəyin  müsbət  tərəfə 
dəyişməsi  və  onun  dəstəyinin  qazanılması  üçün  üstünlük  əldə 
edir.  İslam  Konfransı Təşkilatı  Xarici  İşlər Nazirlərinin  Bakıda 
keçirilən  33-cü  sessiyasında  (19-21  iyun  2006-cı  il)  Ermənis­
tan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  diqqət  mərkəzin­
də  olmuş,  sessiyanın  yekun  bəyannaməsində  aynca  maddədə 
əksini  tapmışdır.  Ermənistanın  işğal  olunmuş  ərazilərdən  tez 
bir  zamanda  öz  qoşunlarını  çıxarması,  Azərbaycanın  suveren­
liyi  və  ərazi  bütövlüyünün  bərpa  edilməsi  İKT  üzvü  olan  döv­
lətlər tərəfindən  yekdilliklə  dəstəklənmişdir.  Ermənistanın  bey­
nəlxalq  hüquq  normalarına  tam etinasızlıq  göstərən,  təcavüzkar 
dövlət  kimi  terrorizmə  və  separatizmə  rəvac  verən,  insan  hü­
quqlarını  kobud surətdə pozan  bir dövlət  kimi  iç  üzünün,  həqiqi 
simasının  tanıdılması  prosesi  intensiv davam edir.
Müasir  qloballaşma  dövründə  Azərbaycanın  daxili  və 
xarici  siyasəti  dünya  inkişafının  bu  başlıca  meylini  nəzərə  ala­
raq  həyata  keçirilməlidir.  “Yeniliklərə  həssaslıq,  yeni  dövrün 
lideri”  anlayışlarının  mənası  məhz qloballıq  kontekstində daha 
aşkar  görülür.  Müxtəlif dövlətlərin  geosiyasi  maraqlarının  qo­
vuşduğu  məkanda  yerələşən  Azərbaycanda dövlət  başçısı  milli 
maraqlardan  çıxış edərək  öz siyasətini  çevik  prinsiplər üzərində 
qurur.
Milli  inkişaf  xətti  qloballaşma  dövründə  əvvəlki  -  
ənənəvi  mənadan  daha  geniş  müstəviyə  keçid  alır,  başqa  sözlə 
qlobal  kontekstli  milli  doktrina  məzmunu  kəsb  edir;  qlobal  və
-
299
-


milli  aspektlərin  koordinasiyası,  balanslaşdmİması,  proseslərə 
fəal  qoşulmaqla  strateji  təşəbbüsün  əldə  olunması,  dünya  bir­
liyinə  Azərbaycan  üçün  maksimal  əlverişli  şərtlərlə  inteqra­
siyanın təmin  olunması  üzvi  bağlılıq təşkil edir.
Prezident  İlham  Əliyev  XX  əsrin  əvvəllərində  öz  siya­
sətində  dünyada  qlobal  oyun  qaydalarının  dəyişməsi  prose­
sində,  dövlətçiliyin  maraqlan  ilə  dünyanın  magistral  inkişaf 
meyilləri  arasında  kövrək  balansın  əldə edilməsinə  nail  ola  bil­
mişdir.  Geosiyasi  mövqedən  irəli  gələn  unikal  aspekt  və 
üstünlükləri  reallaşdırmaqla,  qloballaşmanın  verdiyi  unikal  ta­
rixi  şanslan  əldən  verməmək,  dinamik  realizm  və  siyasi 
praqmatikanın  optimal  sintezini  təmin  etmək,  qlobal  layihə­
lərdə  Azərbaycanın  statusunu  möhkəmləndirmək  yeni  siyasi 
manevrlərin  tam  olmayan  sırasıdır.  Qloballaşan  dünyada  Azər­
baycan  öz  siyasi  dəst-xətti  olan  suveren  milli  dövlət  və  müs­
təqil  subyekt  qismində  çıxış  edir.  Qloballaşma  və  dünya  bir­
liyinə  inteqrasiya,  milli  inkişafın  fövqündə  duran,  ayrıca 
məqsəd  kimi  qəbul edilmir.
Prezidentin  fəaliyyətində  Azərbaycan  dövlətinin  möh­
kəmlənməsini  təmin  edən  qlobal  imkanlardan  istifadə edilməsi, 
bu  mənada  başa  düşülən  qloballaşma  özü  də  strateji  bir xətt  və 
məqsəddir.  Qloballaşma  prosesinə  ya qoşulmaq,  ya  da  kənarda 
qalmaq  imkanları  mövcuddur.  Üçüncü  yo!  mövcud  deyil. 
Müasir dövrdə  özünütəcrid  siyasətinin  perspektivsizliyi  birmə­
nalıdır.  Qloballaşmanın  tələbləri  ilk  növbədə  onlara  siyasi 
cavablar  verilməsini  və  siyasi  qərarlar  qəbul  edilməsini  tələb 
edir.
Son  üç  ildə  qəbul  edilən  qərarlar  təhlili  onların  gerçək 
nəticələri  Azərbaycan  Respublikasının  Prezidentinin  mövcud 
reallığa  öz  düşünülmüş  mövqe  və  münasibətin  olduğunu  bir
-
300
-
daha  sübut  edir.  “Azərbaycanı  dünyaya  bağlayan  iqtisadi,  si­
yasi,  hüquqi  və  s.  tellər  daha  da  möhkəmlənir.  Azərbaycanın 
beynəlxalq  nüfuzu,  bizə  qarşı  hörmət  artır,  bu  reallıqdır.  Bu 
gün  Azərbaycan  regionda  ən  yüksək  mövqelərə  malik  olan  bir 
ölkədir”.
Azərbaycan  xalqı  böyük,  qədim  bir  mənəvi  irsin,  sərvə­
tin  sahibidir.  Azərbaycanın  müstəqillik  tarixi  onun  öz  milli- 
mənəvi  dəyərlərinə  qayıdışı,  onların  ümumbəşəri  dəyərlərlə 
ahəngdar  sintezi  və  inkişaf etdirilməsi  tarixi  olmuşdur.  Əsrlər­
dən  və  nəsillərdən  miras  qalmış  milli  dəyərlərimizin  əhəmiy­
yəti  qloballaşan  dünyada  təsəvvürəgəlməz  dərəcədə  artmışdır. 
Başqa sözlə  mənəvi  dəyərlər hər bir ölkənin  varlığı  və simasını 
bəlli edən  əvəzsiz atribut qismində çıxış edir.
“İnsan  mənəviyyat  üçün  yaşamalıdır”  deyən  ulu  öndə­
rimizin  mənəvi  dəyərlərlə  bağlı  verdiyi  2007-ci  il  13  avqust 
tarixli  bəyanatı  bu  istiqamətdə görüləcək işlərin  təməl  proqramı 
kimi  həmişə diqqət  mərkəzindədir.  Mənəvi  dəyərlərə  hörmətin, 
mənəviyyatın  formalaşmasında əsas  həlqələri  təşkil  edən  təhsil, 
elm,  mədəniyyət  və  s.  kimi  sahələrdə,  qloballaşmanın  mənfi 
sayılan  meyillərinə  mənəvi  müqavimətin  təşkil  edilməsi  döv­
lətin  siyasətində  başlıca  istiqamətlərdən  bindir.  Azərbaycan 
xalqının  mənəvi  dəyərlərinə  qarşı  yönəldilmiş  bütün  cəhdlərin 
qarşısının  qətiyyətlə  alınması  istiqamətində  Prezident  İlham 
Əliyevin mövqeyi  bütün  xalq tərəfindən rəğbətlə qarşılanır.
Qloballaşmanın  bütün  dünyada  qarşısıalınmaz  bir  pro­
sesə çevrildiyi  müasir dönəmdə  kütləvi,  yabançı  mənəvi-mədə­
ni  stereotip  və  şablonların  düşünülmüş  şəkildə  təbliği,  Azər­
baycan  xalqının  əsrlərlə  formalaşan  milli  varlığını,  mənəvi 
irsini,  milli  düşüncə  və  dəyərlər  sistemini,  mədəni  potensialını 
neqativ  təzahürlərdən  qorumaq  kimi  müqəddəs  bir  missiyanı
-301
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə