Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə75/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   71   72   73   74   75   76   77   78   ...   106

gündəmə  gətirmişdir.  Mənəvi  dəyərlərimizin  qorunması  və 
inkişaf  etdirilməsi  Prezident  İlham  Əliyevin  bütün  sahələrdə 
həyata keçirdiyi  siyasətin ana xəttini, özəyini  təşkil edir.
Azərbaycanın  müasir  tarixində  İlham  Əliyev  mərhələsi 
başlamışdır.  Azərbaycan  xalqı  bu  mərhələnin  müstəqil  dövlət­
çiliyin  sarsılmaz  və əbədi  olması  baxımından  hələ uzun  müddət 
davam edəcəyinə əmindir.
-
302
-
§  11.  Mədəniyyətin “gender ” ölçüsü
XX əsrin yarısından  etibarən  dünyanın  siyasi 
xəritəsində  baş  verən  dəyişikliklər,  yeniləşən  d ü n ­
yada  qlobal  dem okratikləşmə  prosesləri  insanların 
bütün  sahələrdə,  o  cümlədən  cinslərarası  m ünasibət­
lər  də  daxil  olm aqla  bütün  səviyyələrdə  hiiqııq  və 
azadlıqların  bərabərliyinə yönəldilm iş  kollektiv,  q lo ­
bal  siyasətin  həyata  keçirilməsini  bir  m əqsəd  kimi 
qarşıya qoymuşdur.
Məhz  buna  görə  bu  gün,  XXI  əsrin  əvvəllərində  də 
gender  problemi  qlobal  miqyas  və  məzmun  kəsb  elmiş,  qlobal 
siyasətdə  və  elmi-tədqiqatlarda  önəmli  əhəmiyyət  kəsb  edən 
məsələlər sırasına daxil  olmuşdur.
Cəmiyyətdə  cinslərin  qarşılıqlı  münasibətlərində  möv­
cud  olan  vəziyyətdə  ahəngdarlığa  nail  olunması  üçün  həm  bey­
nəlxalq,  həm  də  mülki  səviyyələrdə  qlobal  miqyaslı  forum, 
konfrans  və  seminarların  keçirilməsi,  beynəlxalq  konvensiya 
və  bəyannamələrin  qəbul  edilməsi,  regional  əməkdaşlıq  və 
tədqiqat  qurumlarının  təsis  edilməsi  istiqamətində  çətin  və 
möhtəşəm  fəaliyyət  proqramı  dünya  birliyi  tərəfindən  ardıcıl 
həyata keçirilir.
Bu  və  ya  bir  çox  səbəblər  üzündən  gender  problemi, 
qlobal  demokratikləşmə,  cinslərin  hüquqi  və  faktiki  bərabər­
liyinin  təmin  olunmasına  yönəldilmiş  siyasətlə  məşğul  olan 
dövlətlərin,  yerli  və beynəlxalq qurumların  və dünya  ictimai  el-
-
303
-


minin  səylərini  bir araya  gətirən  qlobal  fenomenə çevrilmişdir. 
Cinslərin  cəmiyyətdə  bərabər  hüquq  və  azadlıqlarının  təmin 
olunması  digər  fundamental  insan  hüquqları  ilə  kompleks 
şəkildə  həyata  keçirilərsə  reallığa  çevrilə  bilər  -  bu  fikir  XX 
əsrin  sonu  və  yeni  XXI  əsrin  əvvəllərində  qlobal  və  lokal 
miqyasda  qəbul  edilmiş  və  həyata  keçirilməsinə  başlanılmış 
çoxsaylı  bəyannamə,  qətnamə  və proqramların  başlıca  məqsədi 
kimi  vurğulanmışdır.
BMT-nın  fəaliyyətində  və  inkişaf  proqramında  gender 
probleminin  xüsusi  status  kəsb  etməsi  dünyada  baş  verən  so­
sial-mədəni,  siyasi  dəyişikliklər baxımından onun  xüsusi  maraq 
predmetinə  çevrilməsi,  genderşünaslıq  elminin  təkamülü,  dün­
yanın  nüfuzlu,  inkişaf  elmiş  tədris  ocaqlarında,  elmi  mərkəz­
lərdə  onun  tədrisi,  gender  maariflənməsində  başlantı  verilməsi 
gender  problemini  qlobal  problemlər  sırasına  daxil  etmişdir. 
Dövlətlər  və  millətlərarası  əlaqələr  intensivləşir,  ictimai  qu­
rumlar,  o cümlədən qadın təşkilatlan  öz aralarında  canlı,  əmə­
li  fəaliyyət  proqramlannı  müəyyən  edir,  onlan  reallaşdırmağa 
cəhd göstərirlər.
Demokratik  insıitutlann  inkişafı  vətəndaş cəmiyyəti  və 
hüquqi  dövlətin  formalaşdmlması  və gender probleminin  həlli 
-   bir-birindən  qarşılıqlı,  dialektik  əlaqə  və  asılılıqda  olan  pro­
seslər  olmasına  dair  yekun  qənaətin  əldə  olunması  elmi  ba­
xımdan  təsdiqləndi.  Cəmiyyətin  demokratikləşməsi,  onun  so­
sial  tərkibinin  bütün  hissələrinin  inkişafı  ilə  sıx  surətdə  bağ­
lıdır.  Bu  baxımdan  Yer kürəsinin  əhalisinin  yarısını  təşkil edən 
qadınların  yeni  dünya  və  yeni  cəmiyyət  quruculuğunda  fəal 
iştirakı  olmadan,  onların  əsas  hüquq  və  azadlıqlar  sahəsində 
imkanlarının  bərabərliyinə  nail  olmadan,  qarşıya qoyulan  möh­
təşəm  məqsədlərə nail olmaq qeyri-mümkündür.
-
304
-
Qlobal  cəmiyyətdə  qadınların  potensialının,  iradə  və 
təşəbbüslərinin  demokratikləşmə  və  rifaha  nail  olunması  işinə 
səfərbər edilməsi  yeni-yeni  problemlərin  yaradılmasını  şərtlən­
dirə  bilər.  Qadın  probleminin  qadın  bərabərliyinin  humanisl- 
ləşdirilməsi  və  demokratikləşməsi  bütövlükdə  bəşəriyyətin  tə­
rəqqisinə və uğuruna xidmət edir.
Artıq  ikinci  onilliyə  yaxındır  ki,  gender  həm  anlayış, 
həm  də  problem  kimi  Azərbaycanın  da  ictimai  elminə  və  ic­
timai  həyatına  nüfuz  etmişdir.  Respublikamızda  gender  prob­
lemlərinə diqqət həm  nəzəri-elmi  tədqiqatlar səviyyəsində,  həm 
də  praktiki-təcrübi  fəaliyyət  səviyyəsində  özünü  büruzə  verir 
və  BMT-nin  İnkişaf  Proqramının,  Əhali  Fondunun,  Açıq 
Cəmiyyət  İnstitutunun  və  s.  beynəlxalq  təşkilatların  dəstəyi  ilə 
səmərəli  istiqamətə yönəlmişdir.
Bir  daha  qeyd  edək  ki,  gender  problemləri  üzrə  bütün 
dünyada  çoxsaylı  tədqiqatlar  apanlır,  kütləvi  informasiya  vasi­
tələrində,  qlobal  internet  şəbəkəsində  geniş  məlumatlandırma 
prosesi  gedir.  Lakin  o  da  məlumdur  ki,  həm  bütün  dünyada, 
həm  də  Azərbaycanda  gender  elmi,  onun  bitkin  nəzəriyyəsi, 
elmi  sistemi  hələlik  formalaşma mərhələsindədir.  Bu  da  bütöv­
lükdə  dünya  üçün  əhəmiyyətli  olan  gender  probleminin  qoyu­
luşu  və  optimal  həlli  yollarını,  metodlarını  və  vasitələrini  düz­
gün  dəyərləndirməyi  zərurətə çevirir.  Daha doğrusu  problemin, 
istənilən  sahədə  olduğu  kimi,  düzgün  qoyuluşu  onun  məq­
sədəuyğun inkişafmn tanınmasını  bilavasitə şərtləndirir.
Bu  baxımdan  gender probleminin  müasir  dünya  inkişa­
fının  aparıcı  meyli  və  istiqaməti  kimi  son  illər  xüsusilə  vurğu­
lanan  qloballaşma  prosesindən  kənarda  və  ya  ondan  təcrid 
olunmuş  şəkildə  qoyuluşu  və  təhlili  cəhdi  qeyri-məqbul  sayıl­
malıdır.  Təqdim  olunan  mövzunun  aktuallığı  buradan  irəli  gə­
-
305
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə