Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə76/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   72   73   74   75   76   77   78   79   ...   106

lir.  Gender  probleminin  konkret  aspektləri  ilə  bir  çox  elm 
sahələri,  sosial-fəlsəfə,  sosiologiya,  politologiya,  psixologiya, 
kulturologiya,  təbabət,  Fiziologiya  və  s  elmlər  məşğul  olurlar. 
Genderşünaslıq  elminin  formalaşma  mərhələsinin,  dünyada ge­
dən qloballaşma, demokratikləşmə və humanistləşmə prosesləri 
ilə  eyni  vaxta  təsadüf  etməsi  düşündürücüdür,  daha  doğrusu 
qanunauyğundur.
Məhz  buna  görə  də  genderin  ayn-ayn  problemlərinin 
konkret elmlər svəiyyəsində qoyuluşu  və təhlili  nə qədər fərəh- 
ləndiricidirsə,  onun  ümumbəşəri,  qlobal  məsələləri,  beynəlxalq 
kontekstdən  inkişaf qanunauyğunluqlarının  ümumi  mənzərəsini 
yaratmağa  cəhd  göstərən  tədqiqatların  hələlik  həcmi  cüzi  miq­
darda  belə  olmaması  təəssüf  doğurmalıdır.  Dünya  inkişafına 
qlobal  surətdə  nüfuz edən  müasir proseslərin  gender aspektinin 
öyrənilməsi,  genderşünaslığın  bir elm  kimi  natamam  formalaş­
masını  şərtləndirə bilər.
Dünya  ölkələrini,  xalqları  və  insanlan  biri-biri  ilə  sıx 
bağlayan,  qlobal,  sosial,  siyasi,  mədəni  və  s.  münasibətlərin, 
ünsiyyət  sistemlərinin  inkişafını  hədsiz  sürətləndirən  qlobal­
laşma  prosesi  cəmiyyətdə  cinslərarası  münasibətlərə  bilavasitə 
təsir  göstərir  və  artıq  öz  imkan  təzahürlərini  aşkar  bildirmək­
dədir.  Bu  baxımdan  gender  probleminin  yalnız  lokal,  konkret 
aspektdə  deyil,  qlobal  və  lokal  tərəflərin  sintezində  tədqiq 
etmək  hədsiz  aktual  və  təhlilini  gözləyən  problemlərdəndir. 
Nəzərə  alaq  ki,  Azərbaycan  Avropa  və  Asiyanın  qovşağında 
yerləşən,  geosiyasi  baxımdan  zəngin  təbii  ehtiyatlara,  yüksək 
mədəni  potensiala  malik sintez  mahiyyətli  bir sivilizasiyadır  və 
dünyada  baş  verən  proseslər  bu  məkanın  mədəniyyəti  və  el­
mində  öz  dolğun  əksini  tapır.  Bu  da  Azərbaycanda  gender 
probleminin  özünəməxsusluğu,  dünya  ilə  müqayisədə  ümumi
-
306
-
v
3
  fərqli  cəhətlərini  aşkarlamaq  üçün  qlobal  miqyasda  gedən 
proseslərlə əlaqəli  təhlilini  gündəmə gətirir.
Azərbaycan  dövləti  qlobal  cəmiyyətə  inteqrasiya  siya­
s i n i   uğurla həyata keçirir və özünütəcrid mövqeyinin  faydasız 
olduğunu  dəfələrlə  bəyan  etmişdir.  Bu,  ümummilli  lider  Hey­
dər  Əliyevin  milli  inkişaf  strategiyasının  başlıca  məqsədlərin­
dən  biri  kimi  həmişəyaşar  bir  nümunədir.  Müstəqil  Azərbay­
canda  qadın  probleminin  həllində  yeni  mərhələnin  başlanması 
məhz  H.Əliyevin  adı  ilə bağlıdır.  1995-ci  ildə  verdiyi  fərmanla 
Azərbaycanın  BMT-nin  “Qadınlara  qarşı  ayn-seç kil iyin  bütün 
formalarının  ləğv  edilməsi  haqqında”  konvensiyasına qoşulma­
sı,  “Azərbaycan  Respublikasında  Dövlət  Qadın  Siyasətinin  hə­
yata  keçirilməsi  haqqında”  sərəncamları  və  bir  çox  digər  qə­
rarları  xatırlamaq  yerinə düşərdi.
Müasir  dünyanın  demokratik  inkişaf  yolu,  hüquqi 
dövlət,  vətəndaş  cəmiyyəti  ideyaları  və  humanist  nailiyyətləri 
sırasında  gender  anlayışının  ifadə  etdiyi  çoxşaxəli,  mürəkkəb 
münasibətlər  sistemi  də  əhəmiyyətli  yer  ala  bilmişdir.  Cəmiy­
yətdə  insanların  intellektual,  yaradıcı  potensialının  aşkara çıxa­
rılması  və  bütün  sahələrdə  inkişafa  nail  olunması  üçün 
vətəndaşların  ahəngdar  münasibətlərinin  qurulması,  öz  növbə­
sində  bunun  üçün  də  müvafiq  hüquqi  baza  və  sosial  şəraitin 
yaradılması  zəruridir.
“Gender”  anlayışı  nə  qədər  yeni  olsa  da,  onun  ifadə et­
diyi  məna  və  münasibətlər  dünya  qədər  qədimdir.  XX  əsrin 
sonlarından  isə  gender  problemi  dünya  ictimaiyyətinin  diq­
qətini  cəlb  etmiş,  qlobal  problemlər  sırasına  daxil  edilmişdir. 
Məhz  buna  görə  nisbətən  yeni  olan  bu  anlayış  da,  gender 
problemi  də  bütün  dünya  üçün  xarakterikdir  və  onun  həlli 
istiqamətində  Azərbaycan  dövləti  də  qlobal  cəmiyyətlə  birgə
-
307
-


öz  səylərini  əsirgəmir.  2000-ci  ilin  sentyabrında  BMT  üzvü 
olan  189  dövlətin  iştirak  etdiyi  Sammitdə,  “Minilliyin  İnkişaf 
məqsədləri” adlı  Bəyannamə qəbul  olundu  və buradakı  8 qlobal 
problem-məqsəd  arasında  “gender  bərabərliyinin  təmin  olun­
ması”  da  xüsusilə  vurğulanmışdır.  Onun  həm  strateji,  həm  də 
praktiki  əhəmiyyətli  sənəd  olduğunu  nəzərə  çatdırmaq  üçün 
2015-ci  ilin  qarşıya  qoyulan  minilliyin  məqsədlərinə  bütün 
dünyada nail olunması  ili  olacağı  bəyan edilmişdir.
BMT  və  Avropa  Şurası  gender  probleminin  həlli  isti­
qamətində  aparılan  bütün  fəaliyyətin  əlaqələndirici  və  təm­
silçisi  kimi çıxış edirlər.
Azərbaycan  dövləti  hər  iki  beynəlxalq  təşkilatın 
tamhüquqlu  üzvü  kimi  buradan  irəli  gələn  öhdəlik  və  müvafiq 
hüquqi  bazanın  formalaşması  üçün  fəal,  əməli  iş  aparır.  Bu 
istiqamətdə  “Gender  bərabərliyinin  təminatı  haqqında”  Azər­
baycan  Respublikasının  Qanununun  qəbul  edilməsi  çox 
mühüm əhəmiyyətə malikdir.
Qadınların  ictimai-siyasi,  iqtisadi  həyatda  dövlət  əhə­
miyyətli  qərarların  qəbul  edilməsində  fəal  iştirakı  səviyyəsinin 
yüksəldilməsi  beynəlxalq  qanunvericiliyin  və  ictimaiyyətin 
diqqət  mərkəzindədir.
Statistikanın  təhlili  göstərmişdir  ki,  planetin  əhalisinin 
(bütün  dövrlərdə)  ən  azı  yansmı  təşkil  edən  qadınlar  qərar 
qəbul  etmə proseslərində cüzi  təmsil  olunurlar.  Bu,  beynəlxalq 
hüquq  praktikasında  qadınların  qanunla  dəstəklənən  minimum 
təmsilçilik  normalarının  müəyyənləşdirilməsinə  səbəb  plmuş- 
dur.  BMT-nin  1990-cı  ildə  qəbul  etdiyi  tövsiyələrə  görə  qa­
dınların  siyasətdə  təmsilçiliyin  30%-lik  həddi,  “kritik”  ən  aşağı 
hədd  kimi  müəyyənləşdirilib.
Bu  metod  parlamentdə  qadınların  iştirakının  təmin
-308
  -
olunması  sahəsində,  dünya  təcrübəsində  son  iki  onillik  ərzində 
tətbiq  olunur.  Bəzi  ölkələrdə,  məs.  İtaliyada  minimal  təmsil­
çilik  norması  -  50%,  Argentinada  30%,  Braziliyada  20%  təşkil 
edir.  1997-ci  ildə  İngiltərədə  leyborist  partiyasının  tətbiq  eldiyi 
mexanizm  qadınların  parlamentdə  sayının  60-dan,  119  nəfərə 
(2  dəfə)  artmasını  şərtləndirmişdir.  Bu  günə  olan  göstəricilərə 
gəldikdə  qadınların  təmsilçiliyi  Finlandiyada  40%,  ABŞ-da 
15%, Almaniyada 31%  və s.  kimidir.
Gender  bərabərliyindən  bəhs  edilirsə,  kvotalaşdırma 
metodunun  məqsəd  deyil,  müvəqqəti  vasitə  olduğunu  düşü­
nürük.  Çünki  cəmiyyətdə  insanlar  şəxsi  qabiliyyət,  intellektual 
potensiala,  professional  kriteriyalara uyğun  imkanlarını  reallaş­
dırmalıdırlar.
Qadınların  dövlətin  idarə  olunmasında,  siyasi  həyatda 
fəal  iştirak  formaları  müxtəlifdir.  Bunlar  siyasi,  iqtisadi  və 
ictimai  formalara  bölünür.  Bu  gün  bizə  ilk  baxışda  qadınların 
fəallıq  səviyyəsi  çox  yüksək  görünürsə,  bu,  ilk  növbədə  qadın 
liderliyinin  ictimai  formasının  yaratdığı  təsəvvürlərdir.  Qa­
dınlar  vətəndaş  cəmiyyətinin  müxtəlif  sahələrində,  ictimai 
hərəkatlarda  və  KİV-lərdə  nisbətən  fəal  təmsil  olunur.  Eyni 
fikri  siyasi  və  iqtisadi  qərarların  qəbulu  sahəsinə  münasibətdə 
söyləmək olmaz.
Bir  daha  qeyd  edirik  ki,  normaların  müxtəlif  formaları, 
vətəndaşların  fəallığı  və  imkanlarının  ümumi  müəyyən  edilmiş 
meyarlar  üzrə  aparılmasını  məhdudlaşdıra,  müəyyən  “güzəşt- 
kvotalar”  passivlik  yarada,  sağlam  rəqabət  hissini  zəiflədə  bilər 
və  “pozitiv  diskriminasiya”  olub,  demokratik  məzmunlu  sayıla 
bilməz.  Gender  yalnız  qadınların  deyil,  hər  iki  cinsin  bərabər 
imkanlarının  təmin  edilməsidir.  Bu  baxımdan  gender  təhlilinə 
dair müzakirələrdə,  qanunvericiliyin  gender ekspertizasında  ki­
-
309
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə