Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə77/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   73   74   75   76   77   78   79   80   ...   106

şilərin  valideyndən  biri  kimi  vurğulanmaması,  kriminal  prak­
tikada eyni  cinayətə  görə  kişi  və qadının  eyni  cəza çəkməməsi 
yaxud  ömür  müddətinin  nisbətən  az  olduğu  təqdirdə  kişilərin 
qadına nisbətən  daha  gec  yaşda  təqaüdə çıxması  və s.  məsələlər 
də  gender  probleminin  əhatə  dairəsinə  daxil  olduğunu  nəzəri­
nizə çatdırmaq istərdik.
Məşğulluq  və  əmək  münasibətləri  sistemində  gender 
bərabərliyinin  təminatının  qanunvericilikdə  əksini  tapması, 
cəmiyyətin  davamlı  iqtisadi  inkişafının  başlıca  şərtidir.  Dünya 
Bankının  məlumatına görə, qadınlar dünyanın  yoxsul  əhalisinin 
70%-ni  təşkil  edir  və  dünyada  mülkiyyətin  cəmi  10%-nə 
malikdirlər.  Yaxud dünyanın  ən  varlı  691  adamı  içərisində 68-i 
qadındır.
İqtisadi  sahədə  qadınların  belə  statusu,  hər  hansı  bir 
imkan  bərabərliyindən  danışmağa əsas  vermir.  Qadınların  iqti­
sadi  sahədə  daha  fəal  iqtirakı  nisbətən  ABŞ-da  müşahidə  olu­
nur.  Burada  kiçik  biznesin  30%-dən  çoxu  qadınlara  məxsus­
dur.  BMT-nin  1991-ci  ildən  etibarən  nəşr  etdirdiyi  gender 
statistikası,  o cümlədən  Azərbaycanda  Dövlət  Statistika  Komi­
təsi  tərəfindən  tərtib  edilən  məlumatları  izlədikdə  iqtisadiyyat­
da  gender təminatlarının  mənzərəsi  aydın  görünür.  Dövlətin  iq­
tisadi  rifahı  üçün  gender  resurslarının  ahəngdar  inkişaf etdiril­
məsi qanunda prioritet  məsələ kimi  vurğulanmışdır.
“İqtisadi  və  sosial  münasibətlərdə  gender bərabərliyinin 
təminatları”  müddəasına  əsasən  dövlət  kişi  və  qadınların  mül­
kiyyət  hüququnun,  sahibkarlıq  fəaliyyətinin, 
sosial  təminat 
hüququnun  həyata keçirilməsinə təminat  verir.
Azərbaycan  bu  sahədə  deyə  bilərik  ki,  Şərqdə  mühüm 
tarixi-hüquqi  təcrübəyə  malikdir.  Azərbaycanda qadınların  səs­
vermə  hüququ  (seçmək  hüququ -  aktiv  hüquq)  barədə  məsələni
-
310
-
j|k  dəfə  1907-ci  ildə  azərbaycanlı  deputat  Xasməmmədov  Çar 
Rusiyasının  Dumasında  qaldırmış  və  müsəlman  fraksiyasında 
gərgin  müzakirələrdən  sonra  müsbət  həllinə  nail  olmuşdur. 
1918-də  Azərbaycan  Demokratik  Cümhuriyyəti  də  qadınların 
səsvermə  hüququnu  tanımışdır.  Qadınların  seçilmək  (passiv 
hüquq)  sahəsində  problemlərin  mövcudluğu  qanunda  nəzərdə 
tutulan  hallarla aradan qaldırılmalıdır.
Gender bərabərliyinin  təminatları  probleminə  respubli­
ka  ictimaiyyətinin  də  marağı  və  reaksiyası  bu  müddət  ərzində 
öz  ifadəsini  tapmışdır.  KİV-lərdə,  TV  kanallarında  gender 
problemi  və genderə dair qanun  layihəsinə rəy və  münasibətləri 
bildirən  verilişlər,  müzakirələr  keçirilmiş,  respublika  və  bey­
nəlxalq  nümayəndələrin  təşkil  etdiyi  konfranslar,  seminarlar 
keçirilmişdir.
Bütün  bunlar  göstərir  ki,  problem  cəmiyyətimizdə 
sosial-mədəni,  hüquqi,  mənəvi  aspektlərdə  mövcuddur  və onun 
qəbul  edilməsi  sosial  sifarişin  yerinə  yetirilməsində  hüquqi  ba­
zanı  təmin edəcəkdir.
Qanunun  qəbul  edilməsi  Azərbaycanda  mütərəqqi  qa­
nunvericilik  və  hüquq  praktikasının  inkişafına  təkan  verməklə, 
gender  təminatları  mexanizmini  müəyyənləşdirməklə,  tədricən 
cinsi  motivlərə  görə  ayrı-seçkiliyin  ləğv  olunmasına  imkan 
verəcək,  Azərbaycan  vətəndaşlarının,  dövlətin  Konstitusiyasın­
da  və  beynəlxalq  hüquq  normalarında  nəzərdə  tutulmuş  bütün 
azadlıqlarının  gerçəkləşməsi  imkanını  genişləndirəcəkdir  və 
beləliklə  də  ölkəmizin  dayanıqlı  inkişafı  üçün  möhkəm  təməl 
yaradılmasını təmin edəcəkdir.
-311
  -


§  12. Azərbaycan qadını mənəviyyat və 
ülviyyət simvoludur
H ər  bir  insanın  üzərinə  Tanrı  çəkə  bilə­
cəyi qədər yük  qoyur.  İnsanın  iç dünyasında  hə­
min  yükün,  ağırlığın  qaldırılm ası  üçün  ona  gü­
cü,  q iiw əti də  Tanrı  verir...
Öz  sevdiyi  işlə  m əşğul  olanda  və  gör­
düyü  işin  insanlara gətirəcəyi sevinci düşünəndə 
insan  ağırlıq  yükünü  unudur,  fə rə h   və  m innət­
darlıq dolu öm ür yaşayır.
Azərbaycam  qadınının  "çətinlik"  anlayışına  münasibəti 
fərqlidir.  Daha  çox  məsuliyyət  hissi  və  "etməlisən"  imperativi 
ona  yaxındır.  O,hər  bir  insanın  həyata,  dünyaya  bir  missiya  ilə 
gəldiyinə  inanır.  Həyat  adlı  yolun  sonunda öz  müqəddəs  missi­
yasım  yerinə  yetirə bilirsə, dünyamız bir az da gözəlləşir,  bir az 
da xeyirxah  və ədalətli  olur.
Azərbaycan  cəmiyyətində qadının öz yeri, öz çəkisi  var. 
Bizim  milli  təfəkkürümüzdə  Ana  və  Vətən  kəlmələri  qoşa  işlə­
nir.  Bu  gün  də  Azərbaycan  qadını  dövlətçiliyimizin  tərəqqisi 
və  möhkəmləndirilməsi  üçün  üzərinə  düşən  məsuliyyəti  hə­
mişəkindən  daha çox  hiss edir.
Bu  gün  Azərbaycanın seçilən,  sayılan  xanımlan  çoxdur. 
Müəllim,  həkim,  alim,  millət  vəkili,  professor,  ictimai-siyasi 
xadim...  Həyatda qazandığı  titullarının  sırasını  davam etmək də 
olar.  Bu  onun  ictimai  fəaliyyətdə  qazandıqlan  uğurlardı.  Hə­
-
312
-
yatda  isə  hər  şeydən  əvvəl  o,  anadır.  Öz  övladlarını  sevən  və 
onların  qayğısını  çəkməyi  özünə  ən  müqqədəs  vəzifə  seçən, 
ana adının şərəfini  daşıyan  Azərbaycan qadınıdır.
Həyat  yolunu  maneələrlə  dolu  məkanın  qəl  edilməsinə 
bənzətmək  olar.  İdman  növləri  içərisində  ən  maraqlı  növlərdən 
biridir. Bir maneədən  digər maneəyə qədər olan  məsafə  ərzində 
gücünü  səfərbər  etmək,  diqqətini  cəmləmək,  iradəni  toplamaq, 
özünü  sınamaq  deməkdir.  Hər sınaqdan  ləyaqətlə çıxmaq,  özü- 
nütəsdiq  hissini  yaşamaq  isə  əlbəttə  çox  xoşdur.  Bu  da  hə­
qiqətdir  ki,  kimlərsə  həyat  yolunu  başqa  cür,  daşsız-kəsəksiz, 
hamar  yol  kimi  təsəvvür  edir.  Cəmiyyət  qanunlarını  bilən,  in­
sanlar  arasındakı  münasibətlərin  mürəkkəb  strukturunu  dərk 
edən  hər  bir  kəs  bu  yoldakı  maneələri,  onların  insan  xarak­
terinin,  taleyinin  formalaşmasına  təsirini  normal  qəbul  edir. 
Kimlərisə  bu  sınaqlar  qırır,  zəiflədir,  kimlərisə  əksinə.  Ma­
neələri,  müqavimətləri  mücərrəd  bir  şey  kimi  qəbul  etmək 
olmaz.  Bu  bir  bədxah  baxışdan,  bədxah  sözdən  tutmuş  fiziki 
çətinliklərə,  gözəl  məqsədlərə  çatmaq  üçün  cəmlənmiş  zəka 
potensialının  fəaliyyətə  çevrilməsindən,  böyük  səbrə  və  təm­
kinə  qədər  ola  bilər.  Ən  əsası  isə  odur  ki,  büdrəməyəsən,  yan 
yolda qalmayasan.
Sadaladıqlanmız  bütün  vəzifələrin,  statuslann  cəmi 
olan  bir  Azərbaycan  qadını  obrazı  var.  Saydığımız  missiyalan 
ləyaqətlə  yerinə  yetirmək  iqtidannda  olmaq  üçün  yüksək  mə­
suliyyət  hissi  yaşayan  bir  insan.  Bunlar  heç  də  biri-birindən 
ayn  vəzifələr  deyil,  biri-birini  tamamlayan,  vəhdət  təşkil  edən 
funksiyalardır.  Bir azərbaycanlı  qadının  ana qayğısı,  humaniz­
mi,  müəllim  səbri,  həkim  təmkini,  millət  vəkilinin  vəzifə  bor­
cu,  məsuliyyəti  olmazsa,  problemlərə baxış tam  olmur.  Gün  ər­
zində  görülən  işlər,  insanlarla  ünsiyyət,  qanun  yaradıcılığı  pro­
-
313
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə