Yeni mədəniyyət məkanına



Yüklə 40 Kb.

səhifə78/106
tarix17.11.2018
ölçüsü40 Kb.
1   ...   74   75   76   77   78   79   80   81   ...   106

sesinin  mürəkkəbliyi  prosesində  bu  özünü  bir daha  təsdiq  edir. 
Evdə  isə  bülün  Azərbaycan  qadınları  kimi  övladının  qayğıları 
ilə  yaşayan,  bir  nigarançılıqla  yanaşı 
gələcəklərinə  böyük 
ümid  bəsləyən  anadır..  Bunlar  gəlişi  gözəl  sözlər  deyil,  bu 
reallıqdır.
Azərbaycan  qadınının  zaman  məfhumuna  da  öz  müna­
sibəti  var.  Sıxlaşmış  zaman  əsrində,  sürət  dövrünün  qanun­
larına  tabe  olmağın  üstünlüklərini  həssaslıqla  anlayır.  Asudə 
vaxt  məfhumunu  isə  heç  bir  işlə  məşğul  olmadan  yalnız 
istirahət etmək kimi  qəbul etmir.
Övladlarının  tərbiyəsinə  gəldikdə  isə  ailədə  uşaqların 
tərbiyəsinə  dair  mövcud  olan  nəzəriyyələrin  sayı,  yəni  kə­
miyyət  baxımından  bütün  nəzəriyyələrdən  çoxdur.  Nəinki  hər 
bir  millətin,  xaiqm,  hər  bir  ailənin  də  məsələyə  öz  münasibəti 
var.  Konkret  nəslə  məxsus  fərqli  cəhətlərə,  adətlərə,  ənənələrə 
malik  ailələrin  övlad  tərbiyəsinə  münasibətləri  də  fərqlidir. 
Əsil-nəcabət  məsuliyyətini  daşımaq,  gözəl  ənənələrin  gələcəyə 
ötürülməsi  istəyində bulunmaq böyük bir missiyadır.
Bir  vacib  cəhət  də  yadda  saxlanılmalıdır  ki,  öz  fərdi 
düşüncə  tərzi, davranış  formaları  ilə  seçilən  hər bir uşaq  özünə 
fərdi  münasibət  tələb  edir.  Hər  biri  özlüyündə  unikal  varlıq 
olan  uşaqlara  lazımi  diqqət  ayrılmadıqda  onlann  içərisində 
formalaşan  şəxsiyyət  modeli  qırılır,  fəallığı  zəifləyir,  doğmalar 
içərisində  özünü  tənha  hiss edir.  Valideynlərin 
kiçik  insanın 
iç  dünyasından  böyük  dünyamıza  ünvanlanan  fikirlərini  eşit­
məsi,  duyması,  hiss  və  duyğularına  cavab  verməsi  qarşılıqlı 
hörmət  və məhəbbətin  əsasıdır.
Övladlara  məhəbbəti  bərabər  bölmək  lazımdır.  Lakin 
bəzən  övladlara  elə  gəlir  ki,  birini  digərindən  daha  çox 
istəyirsən.  Öz  övladları  dünyaya  gəldikdən  sonra  anlayırlar ki,
-
314
-
bu  heç  də  belə  deyil.  Ancaq  ana-atanın,  valideynlərin  mə­
həbbəti  uğrunda  rəqabət yəqin ki,  rəqabətlərin ən  gözəlidir.
Ailənin  ən  böyük  missiyası,  nailiyyəti  -   gərəkli  vətən­
daş,  bütov  şəxsiyyət  kimi  formalaşan,  azərbaycanlı  obrazını 
dünyaya  tanıda  bilən  övladlardır.  Birmənalı  şəkildə.  Yəni  in­
sanı  mühit  formalaşdırır.  Lakin,  genetik  kod,  əsil-nəcabət,  mü­
hit faktorunu da  yaddan çıxarmamalıyıq.
Bu  gün  Azərbaycanda  vətəndaş cəmiyyəti,  hüquqi  döv­
lət  prinsipinə  uyğun  insan  hüquqları  sisteminin  yaradılması 
istiqamətində  çox  mühüm  işlər  görülür.  Bu  işlər  içərisində 
insan  hüquqlarının  mühüm  tərkib  hissəsi  olan  qadın  hüquq­
larının  müdafiəsi,  qorunması,  genişləndirilməsi  qadınların  bə­
rabər hüquqlarla  yanaşı  bərabər imkanlar əldə etməsi  sahəsində 
qazanılan  uğurlar  xüsusi  yer  tutur.  Qadın  siyasətinin  dövlət 
siyasətinin  vacib  tərkib  hissəsinə  çevrilməsinin  nəticəsidir  ki, 
qadınlar  bu  gün  cəmiyyətin  aparıcı  hissəsinə  çevrilib.  Böyük 
öndərimiz  14  yanvar  1998-ci  ildə  "Azərbaycan  Respublika­
sında  Azərbaycan  qadınlarının  rolunun  artınimasma  dair  təd­
birlər  haqqında"  fərman  imzalamış,  2000-ci  il  martın  6-da 
imzalanmış  fərman  isə  "Dövlət  qadın  siyasətinin  həyata  keçi­
rilməsi  sahəsində  ən  mühüm  istiqamətləri  müəyyənləşdir­
mişdir.  2000-2005-ci  illər  üçün  bu  sahədə  Milli  Fəaliyyət 
Planının  təsdiq  olunması  problemin  həllini  təmin  edən  şərt 
olmuşdur.  2006-cı  ildə bu siyasətin  məntiqi  davamı  kimi  "Gen­
der bərabərliyi  haqqında"  qanunun  qəbul  edilməsi  ilə  Azərbay­
can  Dövləti  qadın  hüquqlan  və  imkanlarının  bərabərliyi,  qa­
dınlara  münasibətdə  ayrı-seçkiliyin  bülün  növlərinin  aradan 
qaldırılması  sahəsində  yeni  bir  mərhələyə  qədəm  qoydu.  Döv­
lət  idarəçiliyində  Azərbaycan  qadınlarının  peşəkarlığına,  intel­
lektual  qabiliyyətinə,  bilik  və  bacarığına  inam,  möhtərəm
-
315
-


Prezidentimiz İlham Əliyev cənablarının siyasətində də  mühüm 
yer  tutur.  Məhz  bunun  nəticəsidir  ki,  Azərbaycan  qadını  istər 
Ölkə  daxilində,  istərsə  də  ölkə  xaricində  Şərq  və  Qərb  dəyər­
lərini  özündə  cəmləyən,  yüksək  mənəviyyat  simvolu  kimi  qə­
bul  edilir.  Bunun  bariz  nümunəsi  Heydər  Əliyev  Fondunun 
prezidenti,  millət  vəkili,  YUNESKO-nun  və  İSESKO-nun  xoş­
məramlı  səfiri,  Azərbaycanm  birinci  xanımı  Mehriban  xanım 
Əliyevanın  fəaliyyətidir.  Bu  gün  böyüməkdə  olan  gənc  qızla­
rımız  üçün  ən gözəl  örnək məhz bu obrazdır.
1901—
oi  ildə  Bakıda  daha  dəqiq  desək  Şərqdə  ilk  mü­
səlman  qız  məktəbi  açılırdı.  Neçə-neçə  maarifpərvər  Azər­
baycan  xanımının  sevincinin  həddi-hüdudu  yox  idi.  Dövrün 
ziyalılarından  biri  yazırdı:  "Gələcək  tarixçi  bu  hadisəni  müsəl­
man  qadınının,  bu  gözəl  varlığın  yüksəlişi  dövrünün  başlanğıcı 
kimi  qeydə  alacaq".  Böyük  uzaqgörənlik  və  həqiqət  vardı  bu 
sözlərdə.  Müstəqil  Azərbaycan  dövlətinin  azad  vətəndaşları 
olan  Azərbaycan  qadınının  bugünkü  durumundan,  ictimai- 
siyasi,  elmi-mədəni  fəaliyyətindən,  Azərbaycanı  dünya  birli­
yində  təmsil  etmə  qabiliyyətindən,  dövlət  idarəçiliyində 
uğurlarından,  keçmiş  irsə  böyük ehtiramından,  adət və ənənəyə 
milli  düşüncə  tərzinə  sadiqliyindən,  bir  də  ən  əsası,  Azərbay­
can  qadını  adını  ləyaqətlə  daşımasından  fəxarətlə  danışmaq 
olar.
Gün  ərzində  hansı  işlə  məşğul  olursa-olsun,  günün  so­
nunda  da,  ömrü  boyu  da  öhdəsinə  düşən  funksiyaları  biri- 
birindən  ayırmır.  Hər dəqiqə  köməyə  gəlmək  iqtidarında  olan, 
böyütdüyü gənc  nəslin  tərbiyəsinə cavabdeh  olan  anadır.  Yəqin 
onun gücü də məhz bunları  birləşdirmək qabiliyyətindədir.
-
3 1 6
-
§  13.  Hüquq mədəniyyəti və 
vahid hüquq məkanı
Azərbaycan  Respublikası  m üstəqillik  əldə  el­
dikdən  sonra  beynəlxalq  birliyin  bərabərhüquqlu 
üzvii  kim i  əsrlərin  sınağından  çıxm ış  üm umbəşəri 
dəyərlərin  üstünlüyünü  qəbul  edərək demokratik,  h ü ­
quqi  və  dünyəvi  dövlət  qurulucuğunu  özünün  inkişaf 
yolu seçmişdir.
Bu  gün  hər  bir  cəmiyyətin  və  dövlətin  inkişafı  demo­
kratiya  və  insan  hüquqlarına  hörmət  olmadan  mümkün  deyil­
dir.  Demokratiya,  inkişaf,  insan  hüquqlarına  hörmət  bir-birim 
şərtləndirən  amillərdir.  İnsan  hüquqları  müxtəlif  iqtisadı  və  si­
yasi  sistemlərin,  ideologiya  və  mədəniyyətlərin  mövcud olduğu 
müasir  dünyamızda  insanları  və  cəmiyyətləri  birləşdirən  əsas 
meyardır.  Bəşər  sivilizasiyasının  ən  müdrik  kəşflərindən  sayı­
lan  insan  hüquqları  bu  gün  hamının  anladığı  və  anlamalı  oldu­
ğu əvəzsiz nailiyyətdir.
Bu  bir  danılmaz  həqiqətdir  ki,  insan  hüquqlarına  hör­
mət,  insan  hüquqlarının  qorunması  müasir  dünyaya  qovuşma­
ğın əsas  yoludur.
Məhz  bu  səbəblərdən,  bu  meyarlardan  çıxış  edərək  ulu 
öndərimiz  Heydər  Əliyev  müstəqil  Azərbaycanın  əsas  qanunu 
olan  Konstitusiyanın  hazırlanmasında  insan  hüquq  və  azad­
lıqlarına xüsusi  önəm  verilməsini  vacib sayırdı.
-
3 1 7
-




Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə