Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə8/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

- demokratiyanın  və insan  hüquqlarının  ümumi  məkanı;
- mədəniyyət, elm  və təhsil  məkanı;
- azadlıq,  təhlükəsizlik  və hüquq-ədalət  məkanı;
-  iqtisadi  məkan;
-  xarici  təhlükəsizlik  sahəsində əməkdaşlıq  məkanı;
-  nəqliyyat-kommunikasiya  və infrasruktur məkanı;
(Лапкин  В.В.,  Пannum  В. И.  Геоэкоиомическая  поли­
тика  и  глобальная  политическая  история.  М,  "Олита", 
2004,  s.  97.)
Demokratiya  və  insan  hüquqlarının  ümumi  məkanı 
Avropa  Şurasının  təsiri  altında formalaşdırılır.
Böyük  məkanlar  ideyasını  inkişaf  və  təhlil  edən  tədqi­
qatlara  əsasən  hazırda  dünyada  mövcud  olan  məkanlar  ümu­
milikdə belə qruplaşdırılır:
- böyük sivilizasiya  məkanları;
-  böyük  mədəni-mənəvi  məkanlar  (dünya  dinləri  və 
mədəniyətlər);
-  böyük  demoqrafik  məkanlar  (Çin,  Hindistan,  Avro­
pa);
- böyük  dünya diasporları  məkanları;
-  böyük  geosiyasi  məkanlar;
- böyük  iqtisadi  məkanlar (Avropa İttifaqı  və s.);
-  böyük dil  məkanları;
-  böyük enerji  resursları  məkanları;
-  böyük  ekoloji  məkanlar (Saxara,  Himalay  və s.);
- krininal  iqtisadiyyatın  böyük  məkanları;
Diqqət  çəkən  məsələlərdən  biri  də  bu  sırada  böyük 
“universal  imperiya  mifləri”  məkanlarının  mövcudluğunm 
hesab  edilməsidir.  Burada  həmin  məkana  iddialı  olanlar  aydın
-
3 2
-
vurğulanır:  “Böyük Rusiya”,  Böyük Ermənistan", "Böyük  Ser­
biya” !  Əlavə  olaraq  onu  qeyd  etmək  olar  ki,  bu  məkanlar qeyd 
olunduğu  qədər  də  ‘‘mifoloji  “səciyyə  daşımır  və  Azərbaycan 
bunun  gerçək nəticələri  ilə əsrlərdir ki, üz-üzədir.
Bir  məsələ  də  önəmlidir  ki,  böyük  məkanlar  zaman  və 
coğrafi  hüdudlar  çərçivəsində  dəyişə,  trasformasiyaya  uğraya 
bilər.  Məsələn,  sovetlərin  çökməsindən  sonra  yeni  böyük  mə­
kanların  formalaşması  prosesi  getmişdir.
Bütün  hallarda  hesab  edilir  ki,  böyük  məkanlar  dünya 
nizamının  və  sabitliyin  təməli,  qarantı  rolunda  çıxış  edir.  Hər 
bir  dövlət  özünə  etibarlı  saydığı  müvafiq  məkana  inteqrasiya 
siyasətini  müəyyənləşdirir,  öz  məkanını  fasiləsiz  genişləndir­
məklə, özü də  yeni  məkan  formalaşdırmağa cəhd edir.  Buna nə 
dərəcədə nail olduğunu isə zaman  göstərir.
İnteqrasiya  proseslərinin  geniş  vüsəti,  onun  baş  verdiyi 
məkanlar  barədə  müxtəlif baxışlara  bələd  olmağı  bu  aspektdən 
çox  aktual  və zəruri edir.
Bütün  hallarda  ümumi,  analoji  prosesləri  əks  etdirsələr 
də,  “inteqrasiya”  anlayışının  yuxanda  sadalanan  terminlərdən 
fərqi  odur  ki,  burada  siyasi,  iqtisadi,  hərbi,  mədəni,  elmi,  tex­
noloji  və  s.  istiqamətlərdə  gedən  münasibətlər  mütləq  dövlət- 
üstü,  fövqəlmilli  səıiyyələrdə  institusional  mexanizmlərlə  möh­
kəmləndirilmiş,  rəsmi  sənədlərdə  əksini  taparaq  təşkilatlanma 
və  təsisolunma  kimi  həyata 
keçirilən 
kontrakt  tədbirləri 
nəzərdə tutur.
Yeni  tarixi,  mədəni-mənəvi  şəraitə  uyğunlaşmaq  üçün 
dünya  xalqlan  ayn-aynlıqda  deyil,  birlikdə  fəaliyyət  göstər­
məlidir.
İnteqrasiya nədir?
İnteqrasiya  latın  dilində  “integer"  -   “bütöv,  büıövləş-
-
3 3
-


mə”  deməkdir.  Əslində,  sözün  etimologiyası  inteqrasiyanın 
siyasi  proses  kimi  məzmunu  və  missiyasını  daha  aydın  ifadə 
edir,  “integer”  sözündən  yaranan  “inteqratio”  sözu  də  latın  di­
lində “bərpa,  tamamlanma” mənasını  verir.
İnteqrasiyanın  ifadə  etdiyi  istiqamət,  aspekt  və  çox­
çalarlı  məzmun  nə qədər sonsuz olsa da (iqtisadi,  siyasi,  sosial- 
mədəni,  elmi  və  s.  inteqrasiya  sahələri)  onun  ümumi  mənası 
bütün  hallarda  eyni,  bənzər  proseslərdən  xəbər  verir.  Müxtəlif 
insanlar,  cəmiyyətlər,  dövlətlər,  siyasi  və  s.  sistemlər  arasında 
qanşılıqlı  əlaqə  və  bağlılıqların  daha  da  artması;  onların  bir-bi­
rini  tamamlaması  və qəbul etməsi;  müstəqil  subyektlər arasında 
optimal,  sıx  əlaqələrin  qurulması;  onların  getdikcə  daha  bütöv, 
monolit  sistemə  çevrilməsi,  ümumi  maraq  və  mənafe  ətrafında 
birgə  fəaliyyət  göstərməsi;  həyatın  və  bəşər  varlığının  davamlı 
formalarının  təmin  edilməsi,  təhlükə  və  sabitliyə  əngəl  olan 
qüvvələrə  qarşı  uğurlu  birliyin  təmsil  edilməsi  və  s.  məzmunlu 
inkişaf proseslərini  ifadə etdirir.
Göründüyü  kimi,  inteqrasiya  bəsit  mənalı  proses  de­
yildir.  Tarixdə  “inteqrasiya  xatirinə  inteqrasiya”  vəziyyəti  ola 
bilməz.  Yalnız  konstruktiv  məqsədlər  naminə,  hansısa  maneə 
və təhlükəyə qarşı  birləşmək  naminə, qarşılıqlı  maraq  və məna­
felər naminə inteqrasiya ola bilər.
İnteqrasiya  prosesi,  bu  sözün  mənasında  gözəl  ifadəsini 
tapan,  “çatışmayan  nəyinsə  tapılması,  zənginləşməsi,  bütövləş- 
məsi  naminə”  həyata  keçirilir,  qarşılıqlı  bəhrələnmə  üçün  ger­
çəkləşdirilir.  Məhz  belə  başa  düşülən  inteqrasiya  proseslərin­
dən  kənarda qalmaq,  fəaliyyətin,  siyasətin  hansısa  bir qismində 
natamam  qalmaq  demək  olardı.  İnteqrasiya  bir  dünyaya,  bir 
bəşəriyyətə  mənsub olmaq  hissindən doğan  təbii  bir meyildir.
-
3 4
-
§ 5.  Bir zaman və çeşidli  inteqrasiya 
məkanları
XX  əsrdə  ölkələrarası  inteqrasiyanın  çox­
saylı  konsepsiya,  nəzəriyyə  və  m odelləri  geniş  təhlil 
edilmişdir.  Ədəbiyyatda  onun  m üsbət fa yd a lı  proses 
kim i  qiym ətləndirilməsindən  başlanmış,  inteqrasiya­
nın  qərbin  qlobal  ekspansiya  siyasətinin  təzahiirii 
olm asına  qədər m ənfi dəyərləndirm ələr də  özünə yer 
almışdır.  Bütün  bu  məsələlərə  hər  il  m inlərlə  kon­
franslar.  simpozium   və sem inarlar həsr olunur.  U ni­
versal,  optimal,  səm ərəli  inteqrasiya  m odeli  axtarış­
ları davam  edir.
Bu  axtarışlar  gedişində  inteqrasiyanın  “poliloji”  və 
«monoloji  kimi  səciyyələndirilən  formaları  fərqləndirilir.  Po­
liloji  model  inteqrasiya  subyektlərinin  bərabər  hüquqlu  möv­
qedə  durmasını,  prosesdən  hər  bir  tərəfin  özü  üçün  bəhrələnə 
bilmək imkanlarını  müəyyənləşdirməyi  ifadə edir.
“Monoloji”  adlandırılan  inteqrasiya  isə,  hər  hansı  bir 
konkret  tərəfin  (subyektin)  məqbul  hesab etdiyi  münasibətlərin 
unifikasiya kimi  başqa tərəfə qəbul  etdirilməsini  nəzərdə tutur.
Müasir dünya  dövlətləri  inteqrasiyanın  çeşidli  məkanla­
rında qarşılıqlı  münasibətləri  müəyyənləşdirirlər.
Bu  aspekti  nəzərə alaraq  “inteqrasiya məkanları  konsep­
siyasının  da  mövcudluğunu  söyləmək  olar.  Belə  ki,  məsələn, 
beynəlxalq  inteqrasiyaların  “qlobal  təhlükəsizlik  və  əməkdaşlıq 
məkanı”,  “iqtisadi  əməkdaşlıq  məkanı",  eləcə  də  “mədəniyyət,
-
3 5
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə