Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə80/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   76   77   78   79   80   81   82   83   ...   106

müəyyənləşdirildi.  Dövlət  müstəqilliyinin  əldə  olunmasından 
keçən  15  il  ərzində,  milli  qanunvericiliyin  təkmilləşdirilməsi, 
onun  beynəlxalq  hüququn  ümumi  qəbul  edilmiş  prinsiplərinə 
uyğunlaşdmlması  prosesinin  həyala  keçirilməsi,  insan  hüquq­
larının  konstitusion  tənzimlənməsinin  səmərəliliyinin  artması, 
Azərbaycanda  qanunvericilk  sisteminin  beynəlxalq  hüquq  mə­
kanına  inteqrasiya  istiqamətində  aparılan  fəaliyyət  ardıcıl  ola­
raq  davam  edir  və etməkdədir.  Bu  gün  Azərbaycanda  fərdi,  ic­
timai  və  dövlət  maraqlarının  optimal  balansını  ən  yaxın  gələ­
cəkdə  də  təmin  edə  bilən,  insan  hüquq  və  azadlıqlarının  real- 
iaşdınlmasmı  dövlətimizin  ali  məqsədi  olduğunu  sübut  edən 
Milli  qanunvericilik sistemi  mövcuddur.
"İnsan  hüquqlan”  ilk  baxışda  adi  şüurun  təsəvvür etdiyi 
kimi  yalnız  abstrakt  anlayış  və  konkret  obyekt  deyil,  çoxçalarlı 
məzmuna  malik  olan  tarixi  təkamülü,  hətta  bütöv  keçid  mərhə- 
lərini  özündə  daşıyan  dinamik  bir  fenomendir.  Bunun  nəzərə 
alınmaması  nəinki  müxtəlif fikir ayrılığına,  həm  də ən  başlıcası 
müasir  beynəlxalq  hüququn  əsas  prinsiplərinin  praktika  tətbi­
qində ortaya çıxan  ağrılı  problemlərin  həll  edilməməsinə  səbəb 
olur.  İnsan  hüquqlan  birdəfəlik  müəyyənləşdirilmiş  ehkam  xa­
rakterli  deyildir.  Tarix  və  zaman  bu  sahəyə  də  öz  korrektiv- 
lərini  edir,  insan  haqlannın  yeni  şəraitdə  həlli  vəzifəsi  ortaya 
çıxır.  Bu  baxımdan  yaşadığımız  zaman,  dünyada  baş  verən 
proseslər təkrarsız məzmun  və mənaya malikdir.
Beynəlxalq  hüquq  məkanının, o cümlədən  insan  hüquq- 
lannın  qloballaşması  prosesi  ilə bağlı  milli  qanunvericilik siste­
minin  hiss  etdiyi  təsirlər,  optimal  model  axtanşlan  və  başlıca 
meyilləri  diqqəti  cəlb etmək  istərdik.
XX  əsrin  sonlannda  totalitarizmin  süqutu  ilə  insan  hü­
quqlan  sahəsində  nəinki  bütün  problemlər  çözüldü,  əksinə
-
322
-
niahiyyətcə  daha  ağır  və  miqyaslı  olduğu  təsdiq  edilən  yeni 
qlobal  problemlər dünyanı  təhdid  etməyə  başladı.  Müasir  dün­
ya  inkişafının  başlıca  meyli  olan  qloballaşma  həm  də  müxtəlif 
səbəbli  münaqişə  və  gərginlik  ocaqlannm  yaranması  ilə  müşa- 
yiat  olundu.  İnsan  hüquqlan  sahəsində  müsbət  imkanlarla 
yanaşı  çoxsaylı  problemlər  ortaya  çıxdı.  Bu  gün  milli  qanun­
vericiliyin təkmilləşdirilməsi  və perspektivlərinə təsir edən  baş­
lıca  meyillər,  birincisi  qanunvericilk  sisteminin  qloballaşması 
və  universallaşması,  ikincisi  ona  əks  olan  digər  meylin:  re- 
gionlaşma  və  unikal  sivilizasion  kontekstin  daha  israrla  özü- 
nütəsdiq etməsi  meyilləri  mövcuddur.
Bu  gün  İnsan  hüquqlan  kataloquna  yeni-yeni  pnnsip- 
lərin  əlavə  edilməsi,  hüququ  pozulan  tamamilə  fərqli  insan 
qrupiannm  təsnifləşdirməsi,  onların  statusunun  beynəlxalq  hü­
quqda  optimal  definisiyası  təxirə  salınmadan  həllini  tələb  edən 
məsələlərdir.  Ən  başlıcası  beynəlxalq  hüquq  normalan  ilə  milli 
qanunvericilik  tarixən  sınanmış  hüquqi  prinsiplərin,  bəşəri 
dəyər  və  ənənələrin  ahəngdar  sintezinə,  kövrək  balansına  nail 
olmaqdır.
Azərbaycan  dövlət  insan  haqlannın  təminatını  öz  ali 
məqsədi  kimi  Konstitusiyada  təsbit  etmiş  və  beynəlxalq  hüquq 
prinsiplərinin  prioritetliyini  xüsusi  olaraq  vurğulamışdır.  Lakin 
ciddi  təhlil  edərkən  milli  qanunvericilik  sisteminin  insan  hü- 
quqlannın  təminatı  baxımından  dünyada  mütərəqqi  təcrübə  və 
örnək  ola  biləcək  müddəalann  mövcud  olduğu  mütəxəssislərə 
bəllidir.  Bunun  təfərrüatına  varmaq  imkanımız  yoxdur.  Buna 
paralel  olaraq  bəzi  hallarda  "Beynəlxalq  hüququn  prinsipləri 
qismində  hər  hansı  bir  ölkənin  insan  hüquqlan  sisteminin  eta­
lon  hesab edilməsi,  onun  optimal  model  kimi  tətbiq edilməsini, 
beynəlxalq  hüquq  praktikasının  birtərəfli  unifıkasiyasını  təklif
-  
323
-


edən  mövqelərin yanlış olduğunu da diqqətə çəkmək istərdik.
Tarix  boyu  dövlətlər  arasında  zamanın  sınağından  çu . 
mış  hüquq  və  birgəyaşayış  normalarının,  nizam  qaydalannin 
ortaq  bəhrələnməsi  prosesi  getmişdir.  Müxtəlif  ölkələr  çeşidli 
siyasi  hüquqi  təcrübəyə,  fərqli  hüquq  mədəniyyətinə  malikdir. 
Azərbaycanda  insan  hüquqlarına dair bütün  bəşəri,  demokratik 
ideyalar əsas qanunda  təsbit  edilmişdir.  Əlbəttə  ki,  15  il  həmin 
ideyaların  ictimai  şüura  nüfuz  etməsi,  ənənə  mədəniyyətinin 
hüququ  mədəniyyəti  ilə  tamamlanması  və  zənginləşməsi  ba­
xımından  çox  qısa  bir  müddətdir.  Qlobal  hüquq  məkanına  in­
teqrasiya  istiqamətində  Azərbaycan  inamla  addımlayır.  Və­
təndaş  cəmiyyəti,  hüquqi  dövlət,  demokratik  siyasi  quruluşun 
bərqərar  olması  üçün  bütün  öhdəliklərə  imza  atılmışdır.  Öl­
kəmiz ölüm cəzasının  ləğvinə  münasibətdə də dünyanın  inkişaf 
etmiş  ölkələrinə  nisbətən  mütərəqqi  mövqedədir.  Məsələn: 
ABŞ-ın  38  ştatının  qanunvericiliyində  ölüm  cəzası  ləğv  edil­
mədiyindən  bu  ölkə  uşaq  hüquqlarına  dair  beynəlxalq  Kon­
vensiyam  hələ  də  imzalamamışdır.  Azərbaycan  dövləti  insan 
hüquqlarının  təminatı  üçün  davamlı,  inkişafa  yönümlü  strateji 
hüquq siyasətini  həyata keçirir.
Azərbaycanda  insan  hüquqlarının  maksimum  təmina­
tına  maneə  yaradan  problemlər  mövcuddur.  Paradoksal  görün­
sə  də,  bu  maneələr  beynəlxalq  hüququn  ümumi  qəbul  edilmiş 
prinsiplərinə  bütün  ölkələr  tərəfindən  əməl  olunmaması,  bey­
nəlxalq  qanunvericilikdə  müəyyən  boşluqlann  olması,  yaxud 
da  insan  hüquqlarının  obyektiv  qanuni  əsaslardan  daha  çox 
subyektiv  siyasi  məqsədlərə  tabe  edilməsinin  nəticəsi  kimi 
mövcud olan  “ikili  standartlar”  vəziyyətinə  münasibətdə  dünya 
ictimaiyyətinin  qəti  mövqeyinin  hələ  də  ortaya  qoyulmama- 
sının  nəticəsidir.  Məsələn,  bu  gün  ərazi  bütövlüyünün  pozul­
-
3 2 4
-
ması.  Etnik  separatizmin  və  terrorizmin  yalnız  konkret  dövlət 
3lcyhinə 
deyil,  bütün  bəşəriyyət  əleyhinə  yönəldilmiş  cinayət- 
lar  kimi  təsbit  edilməsi,  dünyada  hüquqları  ən  çox  pozulan 
insanların  -  qaçqın  və  məcburi  köçkünlərin  status  və  problem­
lərinin  həlli  məsələsində  açıq-aşkar  boşluğun  olduğu  da  hə­
qiqətdir.  Son  illər  BMT-nin  sənədlərində  “ölkə  daxilində  məc­
buri  didərgin  salınmış  şəxs!ər"in  statusunun  və  hüquqlarının 
hələ də  müəyyən  edilməməsindən  duyulan  narahatlıq  dəfələrlə 
vurğulanmışdır.  Öz  ölkəsi  daxilində  zorla  didərgin  salındığı 
üçün  bu  insanların  “qaçqın  statuslu”  şəxslərin  hüquqi  müdafiə 
sistemindən  kənarda  qaldığı  nəzərə  çatdırılmışdır.  Bu  gün 
dünyada  20  milyona  yaxın  qaçqın,  təkcə  Yaxın  Şərqdə  isə  “öl­
kə daxilində  zorla didərgin  salınmış şəxslər”  statusunu  daşıyan 
25  milyon  insan,  Azərbaycanda  da  1  milyon  qaçqın  və  köçkün 
mövcuddur.  1951-ci  ildə  bütün  dünyada  qaçqınların  sayı  1 
milyon  idi  və onlar hamısı  avropalı  idi.  Bu  gün  qaçqınlar  Asiya 
və  Afrika  mənşəlidir.  Bütün  qaçqınların  80%-i  qadın  və 
uşaqlardır.  BMT-nin  qaçqınlar  üzrə  Ali  komissarı  xanım 
Sadako Oqatonun dəqiq qeyd etdiyi  kimi:  “qaçqın  hüquqlarının 
təminatına  münasibət  bütün  dünyada  hər bir dövlətin  insan  hü­
quqlarına  münasibətinin  meyan,  göstəricisi  kimi  qəbul  edil­
məlidir”.
Hazırda  qaçqın  və  məcburi  köçkün  statuslu  insanların 
hüquqlarının  təmin  edilməsi  sahəsində  beynəlxalq  qanunve- 
ricilkdə,  onlara  zəruri  ilkin  yardımdan  tutmuş  son  -  repatriasi­
ya  tədbirlərinədək  böyük  bir  müstəvidə  boşluq  hələ  də  qal­
maqdadır.  Azərbaycanın  ərazi  bütövlüyünün  pozulması, onun  1 
milyona  yaxın  əhalisinin  öz  tarixi  torpaqlarına  qayıtması  kimi 
fundamental  hüquqların  hələ də təmin edilməməsi  məhz  bu cür 
səbəblərlə əlaqədardır.
-325
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə