Yeni mədəniyyət məkanına


§  15. Uşaq hüquqlarının təminatı -



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə83/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   79   80   81   82   83   84   85   86   ...   106

§  15. Uşaq hüquqlarının təminatı -
bəşəriyyətin gələcəyinin təminatıdır
Bəşəriyyəti bir ailəyə bənzədirlər.  Təbii ki, 
bu ailənin  uşaqları,  yəni dünyanın  uşaq əhalisi ad­
landırılan  üzvləri də  var.  " U şa q la r",  "u şa q " sözii 
hər xalqın  dilində  b ir cür səslənsə  də.  onlara  m ə­
həbbətin,  uşaq  fenom eninin  m ənası  tərcüməsiz 
başa düşülür.  Bu  tarix boyu  belə  olmuşdur.  U şaq­
lardan  bəhs ediləndə iizh rə   təbəssüm  qonur,  gülüş 
dolu  m əsum   çöhrələr  göz  önünə  gəlir,  uşaq  sözii 
ilə  "dünyanın  gözəlliyi",  "bəşəriyyətin  g ələcəyi" 
kəlm ələri qoşa işlədilir.
Zəmanəmizin ən ciddi  problemlərindən olan  “uşaqlar və 
qaçqınlar”  sözlərini  yanaşı  görmək  məhz  buna  görə  nə  qədər 
dəhşətli  olsa  da  yaxın  tarixin  acı  reallığıdır.  Ən  dözülməz  hal 
isə qulaqların  bu  kəlmələrə sanki öyrəşməsi, vərdiş etməsidir.
Əlbəttə  ki,  yaxın  tarix,  yəni  XX əsr həm də ümumilikdə 
insanlara,  eləcə də  uşaqlara  insani  münasibətin,  planetar huma­
nizmin  gerçəkləşməsi  prosesinin  başlanğıcı  olmuşdur.  İnsan 
hüquqlarına  dair  Bəyannamə,  Uşaq  Hüquqlarına  dair  beynəl­
xalq  Konvensiya və s.  mühüm sənədlər qəbul edilmişdir.
Lakin  XX  əsr  eyni  zamanda  bəşər  tarixinin  hər  bir 
mərhələsində  mövcud  olan  problemlərin  qloballaşması  dövrü 
olmuşdur.  Planetin  qlobal  problemləri  adlanan  bu  problemlər 
təbii  ki,  bəşər  ailəsinin  ən  kövrək,  məsum  və  qayğıya  ehtiyacı
-
3 3 4
-
olan  üzvləri  -   uşaqlar  üçün  həyati  təhlükəyə  çevrilmişdir. 
Müasir  dünyanı  təhdid  edən,  etnik-separalizm  və  beynəlxalq 
terrorizm  qlobal  problemlər sırasına  daxil  olmuşdur.  İnsanlara, 
dünyaya  qarşı  zorakılığı  məqsəd  və  vasitə  seçənlər  onu  hər  bir 
vəchlə  reallaşdırmağa  can  atdığı  üçün 
hər  cür  insani 
keyfiyyətlərdən  məhrumdurlar.  Nəticədə  isə  heç  bir  təsəvvürə 
sığmayan  “qaçqın  uşaqlar” -  etnik  təmizləmə  və  kütləvi  qırğın 
siyasətinin  qurbanları  olan  əhali  təbəqəsi  öz  problemləri  ilə  üz- 
üzə qalmış olur.
Azərbaycan  adlı  məmləkətimizdə  gedən  elan  olunma­
mış  müharibə  və etnik  separatizm  nəticəsində,  onun  bir  milyon 
əhalisi  qaçqınlıq  həyatını  yaşayır.  Qaçqınlıq  dedikdə  ilk  növ­
bədə zorakılıq,  təzyiq,  insan  hüquqlarının  ən  kobud  surətdə  po­
zulması,  həyatda  ən  ağır  məhrumiyyətlərə  məruz  qalmaq,  soy­
qırım  siyasətinin  qurbanları  kimi  ənənəvi  həyat  tərzinin  bircə 
anda  məhv  edilməsi,  insanı  cəmiyyətə,  öz  əhatəsinə  bağlayan 
bütün  tellərin  parçalanması,  eləcə  də  həmin  əhatənin  yox 
edilməsi  göz önündə canlanır.
İnsanlığa  qarşı  cinayət  kimi  səciyyələndirilən  zorakılı­
ğın  ən  ağır  zərbəsi  qaçqın  ailələrin  üzvü  olan  uşaqlara  dəyir. 
Bunları  təsəvvür  etmək  üçün  qaçqınlıq  həyatını  yaşayan  uşaq­
ların  düçar olduğu  ən  ağır  fiziki  və  mənəvi  sınaqların,  itkilərin, 
psixoloji  travmalann  təsiri  və  mənasını  dərk  etmək  gərəkdir. 
Biz,  Azərbaycan  uşaqları  etnik  separatizm  və  terrorizmin  acı 
nəticələri  ilə  üz-üzə  qalmış  qaçqın  həmyaşıdlarımız  barədə 
həqiqətlərin  bütün  dünyada  bəlli  olmasını,  zorakılığın  məsum 
taleləri  necə  şikəst  etdiyini,  onların  və  deməli  ölkəmizin  indisi 
və  gələcəyi  üçün  hansı  təhlükənin  mövcud  olduğunu  var 
səsimizlə bəyan etməyə israrlıyıq.
Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin
-
3 3 5
-


dəhşətli  sarsıntılarını  öz ata-anaları  ilə  yaşayan,  dəhşətli  Xocalı 
soyqırımının  qurbam  olan  Azərbaycan  uşaqları  zorakılıq  siya­
sətinin  bütün  ağırlığını  öz  gözləri  ilə  görmüş,  insanlara  əzab 
verilməsinin,  öldürülməsinin,  əsir  alınmasının  şahidi  olmuşlar. 
Bu  hadisələri  təhlil  edən  böyüklər-tədqiqatçılar  nəticədə  uşaq­
ların  heç  vaxt  aradan  qaldıra  bilməyəcəyi  ağır travmatik  stress­
lərin,  uşaqların  sağlamlığına  mənfi  təsir göstərdiyini,  uzun  illər 
bu  təsirlərin  ağır təzahürləri  ilə üzləşdiklərini  qeyd edirlər.
Ən  yaxın  və  doğma  insanların,  ata-analarının  öldürül­
məsinin  şahidi  olan  qaçqın  uşaqlar  psixoloji  stressə  məruz 
qalır,  bu  hadisələr  onların  yaddaşından  heç  cür  silinmir.  Onla­
rın  bütün  daxili  aləmi,  davranışı,  təbii  hissləri  və  münasibətləri 
alt-üst  olur,  kökündən  dəyişir,  daim  əsəbi  hal  yaşayır,  həyata 
inam  və nikbinlik hissi  yox olur.
Beynəlxalq  hüququn  təməl  prinsipi  sayılan  “başqa  döv­
lətin  daxili  işlərinə  qarışmamaq”,  “ərazi  bütövlüyünü  pozma­
maq”  kimi  prinsiplərə  heç  bir  məhəl  qoymadan,  zorakılıqla  et­
nik  separatizmi  həyata  keçirən  Ermənistan  dövlətinin  ölkəmizə 
qarşı  başladığı  elan  olunmamış  müharibədə  minlərlə  uşaq  vali­
deynlərini  itirmiş,  bacı-qardaşlarına  əzab  verilməsinin  şahidi 
olmuş,  böyüklərin  təsəvvür  belə  etmədikləri  əməllərinin  acı 
nəticələrini  yaşayırlar.  “Qaçqın  uşaq”  statusunu  səciyyələndir­
mək  üçün  “itki”  sözünün  bütün  mənasını  anlamaq  lazımdır. 
Qaçqın  uşaqlar  nəinki  ata-analarının  və  ən  yaxın  adamlarını, 
eləcə  də  öz  evlərini,  dostlarım,  adət  etdikləri  sosial  əhatəni  bir 
sözlə  hər  şeyi  itirmiş  olurlar.  Bu  zorakılıq  xüsusən  də  məktə­
bəqədər  və  yeniyetmə  yaşındakı  uşaqlar  üçün  tam  fəlakətə  bə­
rabər olur.  İtirilənlərin  sayı  bununla  məhdudlaşmır:  uşaqlara ta­
leyin  və  təbiətin  bəxş  etdiyi  bütün  əqli  qabiliyyətlər,  intellek­
tual  və emosional  potensial,  fəallıq zəifləyir, depressiya  və nev-
-
336
-
rozlar onları  bütün  həyatı  boyu müşayiət edir.
Qaçqın  uşaqlar  adi  insan  həyatı  üçün  zəruri  olan  bütün 
vasitələrin  (yaşayış  üçün  ev,  ərzaq,  su,  tibbi  xidmət  və  s.)  kəs­
kin  çatışmazlığı  şəraitində  yaşayırlar.  Ata-anaların  zorakılıqla 
üzbəüz  olaraq  yaşadığı  sarsıntı  və  şok  vəziyyətlərin  təsiri  uzun 
müddət  keçmədiyi  üçün  böyüklər  öz  valideynlik  missiyalarını 
bütün  dolğunluğu  ilə  reallaşdıra bilmir və  bunun  ağrısını  bütün 
ailə birlikdə hiss edir.
Uşaqların  kəskin  dəyişən  təbii  həyal  və  sosial  şəraitə 
uyğunlaşa  bilməməsinin  nəticəsi  xəstəliyə  səbəb  olur.  Başqa 
sözlə  deyilsə,  sağlamlıq  yalnız  xəstəliyin  olmaması  deyil,  uşa­
ğın  ahəngdar  inkişafını  təmin  edən  dolğun  həyat  tərzi  demək­
dir.  Zorakılıq nəticəsində analoqu  olmayan  çətinliklər stress  şə­
raitini  yaradır,  onlara uyğunlaşmaq  isə  heç  cür mümkün  olmur. 
Əsrlərlə  yaşadığı  tarixi  torpaqlardan  qovulduqda,  insanlar  vər­
diş  etdikləri  ictimai  dəstəkdən  məhrum  olurlar,  nəticədə  əsəb 
gərginliyi,  həyəcan,  depressiya  və  insanlararası  münasibətlərdə 
münaqişələr üzə çıxır.
Uşaqların  yeni  mühitə uyğunlaşması,  sosiallaşması  şərt­
ləri  tamamilə  dəyişir,  onlara  öyrəşməsi  isə  həm  uzun  müddət, 
həm  də  hərtərəfli  dəstək  tələb  edir.  İlk  növbədə,  zorakılığın 
nəticələrini  aradan  qaldırmaq,  uşaqların  psixologiyasında  onun 
izlərini  yox  etmək,  yeni  mühitə  uyğunlaşmaq  üçün  məktəb 
başlıca  rol  oynayır.  Məktəblərdə  tədricən  uşaqların  psixikasın­
da  yaşanılan  sarsıntılara  “məlhəm"  qoyulması  üçün  hərtərəfli 
işin  aparılması  tələb olunur.
Azərbaycan  dövləti  qaçqın  uşaqlar  və  zorakılıq  proble­
mini  yaşayan  ölkələr  sırasındadır  və  bu  uşaqlara  yaşadığı  itki­
lərin,  üzləşdiyi  məhrumiyyətlərin  təsirini  azaltmaq  üçün  dövlət 
siyasəti  və proqramına uyğun  iş apanlır.
-337
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə