Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə84/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   80   81   82   83   84   85   86   87   ...   106

Xüsusilə  də  Heydər  Əliyev  Fondu  və  onun  prezidenti 
Mehriban  xanım  Əliyevanın  qayğısı  ilə  qaçqın  uşaqlar  üçün 
zəruri  olan  yeni  məktəblərin  tikintisi  onların  sağlamlığı  ilə 
bağlı  problemlərin  həlli  üçün  apardığı  çoxşaxəli  və  miqyaslı 
fəaliyyət  qaçqın  uşaqların  problemlərini  mümkün  qədər  azalt­
mağa yönəldilmişdir.
Azərbaycana  qarşı  aparılan  işğalçılıq  və  zorakılıq  siya­
sətinin  doğurduğu  dəhşətdən,  milyona  yaxın  insanın  qaçqın 
düşməsindən  danışarkən  ümummilli  lider Heydər Əliyev  qeyd 
etmişdir:  “Bu  hadisələrə  bütün  bəşəriyyət  əleyhinə  törədilən  ci­
nayətlər  kimi  beynəlxalq  ictimaiyyət  tərəfindən  siyasi-hüquqi 
qiymət  verilməlidir”.
Bu  gün  həm  Azərbaycanda,  həm  də  bütün  dünyada 
uşaqların  rifahı,  onların  ləyaqətli  gələcəyinin  təmin  edilməsi 
üçün  ilk  növbədə  dünyanı  hədələyən  separatizm  və  terrorizmin 
qarşısı  alınmalı,  onlara  münasibət  birmənalı  şəkildə  pislənil­
məlidir.  Bu  da  öz  növbəsində  dövlətlərin  siyasi  iradəsindən, 
beynəlxalq  aləmdə  siyasi  qərar  qəbul  edən  şəxslərdən  asılıdır. 
Zorakılığın,  müharibə  və  terrorun  olmadığı  bir dünyanın  qurul­
ması  üçün  uşaqların  hüquq  və  azadlıqlarının  təmin  olunması 
real  işə çevrilməlidir.
Uşaqlar bəşər ailəsində  yaş  baxımından  ən  aşağı  statusa 
malikdir.  Lakin  onlar  həm  də  nəinki  ən  böyük  sərvət,  həm  də 
həyatın  davamı,  dünyanın  əbədi  var olacaq  gələcəyidir.  Onlara 
məhəbbət  və  qayğı,  diqqətlə  bahəm  uşaqlara  qarşı  zorakılıq 
problemlərinin  həllində  uşaqların  səsinə  qulaq  asmaq  gərəkdir. 
Bəşəriyyətin  keçmiş  təcrübəsində  sınaqdan  çıxmış  nailiyyətlər 
və  sınaqdan  çıxa  bilməyən  səhvlər  mövcuddur.  Bu  tarixdə  ən 
böyük  səhvlərdən  biri  zorakılıq,  savaş  dünyagörüşüdür.  Alim­
lərin  fikrinə  görə  savaş  və  zor  dünyagörüşü  insanda  erkən
-338
  -
yaşlanndan  formalaşır.  Buna  görə  də  onun  pislənməsi,  sülh  və 
barış  təfəkkürünün  bərqərar  olması  üçün  uşaqların  birgə  dc- 
batlar  aparması,  zorakılığın  qurbanı  olan  qaçqın  uşaqların  hə­
yatı  ilə  yaxından  tanış olmaları  vacibdir.
-
339
-


§  16. Azərbaycanda  mükəmməl qanunlar və 
şərait mövcuddur
Ölkəm izdə  baş  verən  siyasi,  iqtisadi 
sosial  və  m ədəni  dəyişikliklər  bir  məqsədə 
xidm ət edir -  vətəndaşın  hüquqları daha m ü­
kəm m əl  qorunsun  və  insanlarım ız  öz  vətə­
nində  azad yaşasınlar.  Prezident  İlham   Əli­
yevin  bu  istiqamətdə  ortaya  qoyduğu  siyasi 
iradə sivil cəmiyyətin  qurulm asına  hesablan­
mışdır.
İnsan  hüquq  və azadlıqlarının qorunması  sistemi  hər za­
man  yeniləşməyə  və  təkmilləşməyə  möhtacdır.  Bir  həqiqətdir 
ki,  bunlarsız  sivil  cəmiyyətə  və  inkişaf  etmiş  ölkəyə  sahib 
olmaq  mümkün  deyil.  Məhz  buna  görə  də  Azərbaycan  dövləti 
öz  siyasi  iardəsini  ortaya  qoyaraq  vətəndaşlarının  hüquqlarını 
qorumaq  istiqamətində  dəyərli  qanunlar  və  proqramlar  qəbul 
etmişdir.  Bəs  bunlar  necə  icra  olunur  və  insan  hüquq  və  azad­
lıqlarının  qorunması  üçün daha nələrə ehtiyac duyulur
-  Azərbaycan  dövləti  insan  hüquq  və  azadlıqlarının 
qorunması  sahəsində  beynəlxalq  aləmdə  əldə  olunmuş  bütün 
uğurlardan  yararlanaraq  müvafiq  inkişaf yolunu seçib.  Ölkəmiz 
qəbul  olunmuş  bütün  beynəlxalq  konvensiyalara  qoşulmaqla 
demokratik  prisiplərə  sadiqliyini  göstərir.  Xüsusən,  1995-ci  il­
də qəbul  eldiyimiz  Konstitusiyamızın  üçdə  iki  hissəsinin  insan
-
340
-
hüquq  və  azadlıqlarının  qorunmasına  həsr olunması  dövlətimi­
zin  hüquqi  və  demokratik  prinsipləri  uca  tutmasına  bariz  nü­
munədir.
Bu  bir  həqiqətdir  ki,  bu  gün  Azərbaycan  dövləti  insan 
hüquqlarının  qorunması  sahəsində  dünyanın  ən  aparıcı  ölkələ­
rinin  əldə  etdiyi  uğurlara  bərəbar  uğurlar  qazanmışdır.  Milli 
Məclisdə  qəbul  olunan  hər  bir  qanunun  Azərbaycan  vətəndaş­
larının  hüquqlarının  qorunması  və  təmin  olunması  prinsipinə 
əsaslanması  bunu  sübut edir.
Konstitusiyamızın  12-ci  maddəsində  mühüm  bir  müd­
dəa  var:  dövlətin  ali  məqsədi  insanların  hüquq  və  azadlıqlarını 
qorumaqdan  və  ona  təminat  verməkdən  ibarətdir.  Sözsüz  ki, 
hakimiyyətin  hər  üç  qolunun  özü  üçün  rəhbər  tutduğu  bu  prin­
siplər və ölkəmizdə  aparılan  sosial,  iqtisadi,  siyasi  islahatlar bir 
ali  məqsədə  xidmət  edir  -   Azərbaycan  vətəndaşının  konstitu­
sion  hüquqları  qorunmalıdır,  onun  hüquq  və  azadlıqları  təmin 
olunmalıdır.  Artıq  bu  sahədəki  mövcud  mexanizmlərin  daha  da 
təkmilləşdirilməsi  və  sivil  dünyaya  inteqrasiya  edən  dövləti­
mizin  həmin  standartlara cavab  verən  milli  qanunvericiliyinin 
yaranması  bir  gerçəklikdir.  Məhz  buna  görə  də  məsuliyyətlə 
demək olar ki,  Azərbaycanda insan  hüquq  və azadlıqlarının  qo­
runmasının  səviyyəsi  yüksəkdir.  200-dən  çox  konvensiyaya 
qoşulan  və  onlan  milli  qanunvericilikdə  tətbiqinə  çalışan  bir 
dövlət  sözsüz  ki,  apardığı  siyasətdə  böyük  uğurlar  qazanmağa 
borcludur.
Eyni  zamanda,  Azərbaycan  ən  aparıcı  beynəlxalq  təşki­
latların  üzvüdür.  Bu  isə  o  deməkdir  ki,  yalnız  həmin  standart­
ları  qəbul  etmiş,  demokratik  təsisatları  formalaşmış  bir  dövləti 
belə  ciddi  qurumlara  qəbul  edirlər.  Həmçinin,  xarici  və  yerli 
ekspertlər də bu inkişafı  görərək onu  müsbət qiymətləndirirlər.
-341
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə