Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə85/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   81   82   83   84   85   86   87   88   ...   106

Dünyanın  100-dən  çox  ölkəsində  insan  hüquq  və  azad- 
lıqlanmn  qorunması  sahəsində  mühüm  demokratik  təsisatlar 
yaranmışdır.  Həmin  təsisatların  yaranması  istiqamətində  Azər­
baycanda  da  vacib  işlər  görülmüşdür.  2002-ci  ildə  keçirilən 
referendum  və  onun  nəticələri,  ombusdman  institutunun  (insan 
hüquqları  üzrə  müvəkkilin)  yaranması,  məhkəmə-hüquq  siste­
mində  apanlan  islahatlar,  Məhkəmə-Hüquq  Şurasının,  Konsti­
tusiya  Məhkəməsinin  formalaşması,  həmçinin,  insan  hüquq  və 
azadlıqlarının  qorunmasını  təmin  edən  proqramlar  toplusunun 
Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  hazırlanması  və cəmiy­
yətə  təqdim  olunması  onun  göstəricisidir  ki,  ölkəmizdə  bu  is- 
tiqamətdəki  inkişaf  bitmiş  və  tükənmiş  deyil,  əksinə,  davam 
edən, daim  təkmilləşən  prosesdir.
Ümumiyyətlə,  bu gün  Azərbaycan  cəmiyyətində baş  ve­
rən  siyasi,  iqtisadi  sosial  və  mədəni  dəyişikliklər  bir  məqsədə 
xidmət  edir  -   vətəndaşın  hüquqları  daha  mükəmməl  qorunsun 
və  insanlarımız  öz  vətənində  Avropa standartlarına  uyğun  şə­
kildə  yaşasın.  Bu  onun  halal  haqqıdır,  ona  Konstitusiyamız 
tərəfindən  verilmiş  hüquqlardır  və  onun  gerçəkləşməsinə  nail 
olmaq hər kəsin  vətəndaşlıq borcudur.
Bu  gün  Milli  Məclisdə qəbul  olunan  elə  bir qanun  yox­
dur  ki,  o,  insan  hüquqları  baxımından  ekspertizadan  keçiril­
məsin.  Ona  görə  ki, qəbul  edilən  qanunlar  insanların  maraq  və 
mənafeyinə  xidmət etməlidir.  Burada  söhbət  cəmiyyətdən  təc­
rid  olunmuş  insanların  hüquqlarının  qorunması  zərurətindən 
gedir.
Amma  onlara  qarşı  qanundan  kənar  hərəkətlərin  edil­
məsi  yolverilməzdir  və  həmin  insanların  hüquqlarının  qorun­
ması  vacibdir.  Biz  bu  qanunlan  qəbul  edəndə  mühüm  bir prin­
sipi  əsas  tuturuq.  Həmin  prinsip  ümummilli  liderimiz  Heydər
-
34 2
-
Əliyevin  tövsiyəsi  əsasında  formalaşıb.  Ulu  öndərimiz  həmişə 
şərə  qarşı  şər  deyil,  şərə  qarşı  xeyirxahlıq  prinsipini  rəhbər 
tutubdur.  O,  doğrudan  da,  hesab edirdi  ki,  şər şər yaradar.  Ona 
görə  də  böyük  hümanistlik  göstərərək  səhv  etmiş,  hətta  azad­
lıqdan  məhrum olunmuş  insanların  əfv olunmasına,  amnistiya­
ya  düşməsinə  şərait  yaradırdı.  Möhtərəm  Prezidentimiz  İlham 
Əliyev  də  bu  gün  həmin  prinsipi  davam  etdirir.  Bu  baxımdan 
hesab  edirik ki, sözügedən  qanunun  qəbul  olunması  vacibdir.
Bu  gün  dünyada  insan  haqlarının  tam  qorunduğu  bir 
cəmiyyəti,  ölkəni  göstərmək  qeyri-mümkündür  və  hər bir ölkə­
də  müxtəlif  hüquqların  pozulmaları  müşahidə  edilir.  Ümumiy­
yətlə,  ziddiyyətlərlə  dolu  dünyada  insan  hüquqlarını  müfəssəl 
şəkildə  qorumaq  olduqca  çətin  prosesdir.  Bəzən  bu  prosesdə 
hətta  fərdin  deyil,  bir  xalqın,  bir  dövlətin  hüquqlarının  qorun­
ması  aktual  hadisəyə  çevrilir.  Bu  baxımdan  insan  hüquqlarının 
tam  təmin  olunduğu  bir  ideal  ölkə  tapmaq  çox  çətindir.  Çünki 
fəlsəfədə  belə  bir  məqam  var:  başqasının  taleyinin  səndən  asılı 
olduğunu  dərk  etmirsənsə,  həmin  hüquqlara  dözümlü  yanaş­
mırsansa  hüquqların  pozulması  baş  verir.  Nə  qədər  yüksək 
inkişaf etmiş  və yüksək  mənəvi  prisiplərə sadiq  insan olmalısan 
ki,  öz  hüquqlarının  sərhədi  ilə  başqasının  hüquqlarının  sərhədi 
arasındakı  kövrək  sərhədi  görə  biləsən.  Yəni  sizin  hüquqlarınız 
orada başlayırsa,  mənim  hüquqlarım orada bitmir.
Bunu  anlamaq  çox  önəmli  məqamdır  və  bu  stereotipi 
pozmaq,  yeni  təfəkkür  tərzi  formalaşdırmaq  bəlkə  də  bəşəriy­
yətin  ən  ali  istəyidir.  Belə  olarsa,  onda  bir  fərdin  digər  fərdin 
hüquqlarını  pozmaması  və  yaxud  bir  təbəqənin  digər  təbəqəyə, 
bir  ölkənini  digər  ölkəyə  münasibətində  ədalət  prinsiplərinin 
rəhbər tutulması  kimi  ideal  bir mərhələyə  gəlib çıxarıq. Təəssüf 
ki, bu hələ mümkün deyil.
-343
  -


O  ki,  qaldı  bizim  ölkəmizə,  burada  insan  hüquqpozma­
larının  qarşısını  almaq  üçün  möhtərəm  Prezidentimiz  İlham 
Əliyev  tərəfindən  böyük  siyasi  iradə  ortaya  qoyulub.  Dövlət 
başçımız  Azərbaycan  vətəndaşlarının  hüquqlarının  bütün  sə­
viyyələrdə qorunmasını  tələb edir.  O, çıxışlarında  dəfələrlə  bil­
dirib  ki,  hər  bir  məmur,  hər  bir  vətəndaş  kimliyindən  asılı 
olmayaraq öz  vətəndaşına  xidmət etməlidir.  Cənab Prezidentin 
"Mən  hər  bir  Azərbaycan  vətəndaşının  Prezidentiyəm"  fikri 
böyük  çağırış  idi  və  insan  hüqüqlannı  pozmaq  istəyənlərə  bir 
mesaj  idi  ki,  Azərbaycan  dövləti  və  onun  başçısı  bu  hallara 
qarşı  cox  kəskin  münasibətdədir.
Ümümiyyətlə,  cəmiyyətdə  baş  verən  proseslərin  məsu­
liyyətini  bərabər  bölüşdürmək  tendensiyası  var.  Bu  tendensi­
yaya  əməl  etmək  istəyi  olarsa  insan  hüquq  və  azadlıqlarının 
pozulması  faktları  azalar.  Azərbaycan  vətəndaşı  özü  də  fəal 
olmalıdır,  hüquqlarının  pozulması  ilə  barışmamalıdır.  Onlar 
qəbul  etdiyimiz  qanunların  dəyərini  bilməli  və  hüquqlarının 
kimlər  tərəfindənsə  deyil,  məhz  özlərinin  müdaxilələri  ilə  qo­
runmasına  nail  olmalıdırlar.  Ölkəmizdə  kifayət  qədər  insan 
hüqüqlannı  qoruyan  qeyri-hökumət  təşkilatlan  da  var.  Hesab 
edirəm  ki,  bu  tip  təşkilatlar  özlərində  milli  mənəvi  məsuliyyət 
hiss etməlidirlər.
-
344
-
III BÖLMƏ
İNTEQRASİYA  PROSESLƏRİ, TOLERANTLIQ 
VƏ  DİN AMİLİ.
İSLAM  AVROPA MƏKANINDA


§  1.  Müasir insanın dünyəvi və dini dəyərlər 
seçimində tolerantlıq meyarı
Diinyada  gedən  qloballaşm a  proseslərinin 
gerçəkliyi  büiiin  sahələrdə  adi  gözlə  də  sezilir.  Bu 
baxım dan  X X   əsr  "atom   ə sr i"   adlandırılırdısa,  XXI 
əsr  "qloballaşm a əsri" kim i tarixdə qalacaq.
Qloballaşma  ən  müxtəlif sosial,  mədəni,  iqtisadi,  mənə­
vi  transformasiyaların  təkanverici  qüvvəsinə  çevrilir.  Bir  tə­
rəfdən  “dünya  standartları”  termini  ilə səciyyələnən  unifikasiya 
və  inteqrasiya  prosesləri,  sterotiplərini  formalaşdırır.  Digər  tə­
rəfdən  mədəni,  sosial-psixoloji  modellər,  çeşidli  dəyər  oriyen­
tasiyalarının  çoxalması,  dentiklik  motivlərinin  yeni  tiplərinin 
ortaya çıxmasına, differensiyaya səbəb olur.
Tarixin  bütün  dönəmlərində  olduğu  kimi,  qloballaşma 
adlanan  müasir  çevriliş  mərhələsində  hər  bir  insanın,  cəmiy­
yətin  və  dövlətin  qazandığı  nailiyyət  və  itirdiyi  fürsət,  tərəqqi 
və  tənəzzül  onun  hansı  dəyərləri  üstün  tutması,  hansı  təməl 
üzərində  yüksələcəyi  məsələsindən  bilavasitə  asılı  olur.  İstər 
dini,  istərsə  də  dünyəvi  dəyərlər  seçimində  prioritet  hədəflərin 
müəyyən  edilməsi,  onların  optimal  balansının  təmin  olunması 
cəmiyyətin  siyasi,  sosial  və iqtisadi  həyatına  həlledici  təsir gös­
tərir.
Bu  gün  dünyada çeşidli  mədəni-mənəvi  sistemlər,  müx­
-
346
-
təlif tarixli  təcrübə  və  taleyə  malik  sivilizasiyalar,  dinlər  möv­
cuddur.
Belə çoxçalarlı  dünyada  əlbəttə  ki,  qarşılıqlı  anlaşma  və 
əməkdaşlıq  problemi  ortaya  çıxır.  Çünki  xalqların,  mədəniy­
yətlərin  müxtəlifliyi  nə  qədər  maraqlı  olsa  da,  öz-özlüyündə 
ideal  ahəngi  təmin  etməyə  qadir  deyil.  O  yalnız  əməkdaşlığın 
yox, münaqişənin  də səbəbi  kimi çıxış edir.
Qloballaşma  gedişində  bütün  xalqların  qəbul  etdiyi 
ümumi  mədəni,  dünyəvi  dəyərlər  formalaşır.  Lakin,  heç  kim 
əminliklə  deyə  bilməz  ki,  bəşəriyyət  yalnız  bu  ali  dünyəvi 
dəyərlər əsasında öz  məsuliyyətini  dərk edə, qlobal  kollektivə  - 
subyektə çevrilə bilər.  Əhatəmizdə hər gün  informasiya  məkanı 
və  mədəni  üfüqlər  nə  qədər  genişlənsə  də,  dünya  birliyini 
sarsıdan  münaqişə  və ziddiyyətlərin  də sonu  hələ  ki, görünmür.
Parodoksal  olan  məqamlardan  bin  də  budur  ki,  dünyəvi 
dəyərlərin -  demokratiya,  insan  hüquqlan  və  azadlığı  kimi  uni­
versal  nailiyyətlərin  bütün  ölkələr  tərəfindən  qəbul  edilməsi 
problemin  həllinə  yardımçı  olmaq  əvəzinə  yeni  problemlər 
doğurur.  Mən  diqqəti  məhz  buna -  dünyəvi  dəyərlərin  müxtəlif 
ölkə  və  mədəniyyətlər arasında  körpü  yaratmalı  ahəng  qurmalı 
olduğu  halda  bəzən  mənəvi-dini  dəyərlərlə  üz-üzə  gəldikdə 
ziddiyyət  və  gərginlik  vəziyyətini  yaratmasına,  bunu  səbəblə­
rinə yönəltmək  istəyirəm.
Bu  gün  bütün  dünyada  insan  hüquqlan  və  azadlıqlan 
universal  dünyəvi  dəyər  kimi  qəbul  edilir.  Yəni,  insan  hüquq­
lan  əvvəlcədən,  öz  dünyagörüşü  və  mədəni  və  dini  məsuliy­
yətindən  asılı  olmayaraq bütün  insanlar tərəfindən başa düşülən 
və  qəbul  edilən  dünyəvi  dəyər  qismində  formalaşmışdır.  Bu 
təbiidir.  Qeyri-təbii  olan  budur  ki,  bəzən  dünyəvi  dəyərlərin 
dini-dəyər  və  prinsiplərlə  bir araya  sığmadığını,  onlann  birinin
-
347
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə