Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə86/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   82   83   84   85   86   87   88   89   ...   106

digərinə  tabe  edilmsəini  düşünənlər də  vardır.  Müasir  dünyada 
baş  verən  münaqişə  və  qarşıdurmaların  əksəriyyətinin  səbəbi 
məhz bu  mövqedə duranların olmasıdır.
Tarixi  təcrübədən  məlumdur  ki,  yalntz  hər  hansı  bir 
dünyəvi  dəyər  əsasında  bəşəriyyətin  vəhdətini  təmin  etmək 
qeyri-mümkündür.  Bunun  anlaşılması  isə  müasir qlobal  cəmiy­
yətin  inkişaf  və  yaşam  strategiyası  kimi  vurğulanan  demokra­
tiya, humanizm  və tolerantlıq  prinsiplərinin  sintezindən  keçir.
Yəni  bəşəriyyət  ilk növbədə öz  keçmişinə  yəni  ənənəvi, 
mənəvi,  dini  prinsipə  və  dəyərlərinə  tolerantlıq  nümayiş  et­
dirməli,  onların  universal  dünyəvi  dəyərlərə sintezi  və ahəngini 
təmin  elməyə  çalışmalıdır.  Əks  təqdirdə  dünyəvi  dövlətdə 
mədəni  müxtəliflik  faktoruna  biganəlik  ortaya çıxır.  Yəni  bəhs 
edilən  müstəvilər  ayrı-ayrılıqda  heç  biri  etalon  və  ya  doğma 
kimi  çıxış  edə  bilməz.  İctimai-siyasi  təlimləri  ehkamlaşdıran 
bolşevizmin  aqibəti  məlumdur.
İnsan  azadlığı,  demokratiya  və  hüquqlara  dair  baxışlar, 
onun  bəşəri  dəyər  kimi  formalaşması  müəyyən  tarixi  şəraitdə, 
konkret  olaraq  Qərbdə  gerçəkləşməyə  başlamışdır.  Bu  gün 
artıq  birmənalı  şəkildə  aydındır  ki,  hüquq  və  vəzifələrin  dərki, 
insanın  dünyagörüşü,  onun  əxlaqı  ilə  bilavasitə  bağlıdır  və 
bunlan  bir-birindən  təcrid  edərək  tətbiq  etmək  arzuolunmaz 
nəticələrə gətirib çıxarır.
Necə  etmək  olar  ki,  çoxluq  və  azlıq  bir-birinin  dini  və 
dünyəvi  dəyərlərinə  hörmət  etsin?  Müasir  demokratik  cəmiy­
yətdə  çoxluğun  dəstəklədiyi  dəyər  və  normaların  təsbit  olun­
ması  qəbul  edilmişdir.  Bununla  belə  1948-ci  ildə  qəbul  olun­
muş  insan  hüquqları  Bəyannaməsində,  29-cu  maddənin  2-ci 
bəndində  qeyd  olunur  ki,  insanın  hüquqları  mütləq  olmayıb, 
başqalarının  hüquqlarına  hörmət  və  dözümdən  irəli  gələn  bir
-
348
-
sıra  parametrlərlə  hesablaşmalıdır,  yəni  tolerantlıq  göstərilmə­
lidir.
Beynəlxalq  praktikada  bəzən  belə  bir vəziyyətlə də qar­
şılaşırıq  ki,  müəyyən  qrup  və  ya  azlıq  öz  hüquqlarının  müt- 
ləqləşdirərək,  xüsusilə  də  beynəlxalq  təşkilatlar  vasitəsilə  çox­
luğa  təzyiq  göstərməyə  cəhd  edirlər.  Belə  hallar  insan  hüquq­
ları  anlayışının  yalnız dünyəvi  -  sekulyar mənada  “oxunmasın­
dan”, başa düşülməsindən  irəli  gəlir.
Bəhs  olunan  ziddiyyətli  təzahürlərin  qarşısını  almaq 
üçün  dünya birliyi, elmi  ictimaiyyəti  “tolerantlıq”  strategiyasını 
irəli  sürmüşdür.  Tolerantlıq  bəşəriyyətin  mənəvi-etik  reforma- 
siyasına  nail  olmaq  yoludur.  Tolerantlıq  insanların  müxtəlif 
olmaq  və  çeşidli  dünyəvi  və  dini  dəyərlər  seçmək  hüququnda 
ifadəsini  tapan  ali  dəyər, qlobal  birgəyaşayış normasıdır.
Tolerantlığa  dair  müxtəlif  konfranslar  keçirilir,  qərarlar 
qəbul  edilir.  Bu  müsbət  hadisədir.  Lakin  unutmaq  olmaz  ki, 
tolerantlığın  əmələ,  həyat  normasına çevrilməsi  hər  bir  insanın 
mənsub  olduğu  dini-mənəvi  dəyərlərdən,  dünyagörüşündən 
asılıdır.
Sivilizasiyalararası  dialoqda,  beynəlxalq  terrorizmin  və 
ekstremizmin  profilaktikasında  tolerantlığın  əhəmiyyəti  müasir 
dünyada  ciddi  dərk  olunur.  Dünyanın  demək  olar,  bütün  ölkə­
lərində  tolerantlıq  institutları  təsis  edilmişdir.  Bu  sahədə  ilk 
növbədə  intellektual,  siyasi  və  dini  elita  təşəbbüs  göstərmişdir. 
Azərbaycanda  da  tolerantlığın  formalaşmasınınn  təşəbbüskarı, 
subyekti  qismində siyasi, dini, ziyalı elita çıxış etmişdir və edir. 
Ümummilli  lider  Heydər  Əliyev  “Demokratik  cəmiyyətdə  ter­
rorizm  və  ekstremizmlə  mübarizədə  dinin  rolu”na  həsr  olun­
muş  beynəlxalq  konfransdakı  çıxışında  qeyd  edirdi.  Məlumdur 
ki,  yüksək  tolerantlıq,  ilk  növbədə  yüksək  mədəniyyətin  təza­
-
349
-


hürüdür.  İnsanlarda  belə  bir  mədəniyyətin  formalaşdırılması 
erkən  yaşlarından  lazımdır.
Bü  gün  sivilizasiyaların  keyfiyyət  baxımından  fərqli  bir 
mərhələyə  qədəm  qoyması,  faktiki  olaraq  bütün  individual, 
sosial  səviyyədə  köklü  transformasiyaların  mövcüdluğu,  dü­
şüncə  tərzində də  əhəmiyyətli  dəyişikliklərə  səbəb olur.  Zaman 
hər  bir  konkret  dövlətdə,  cəmiyyətdə  həyata  keçirilən  dəyişik­
liklərin  ümumi  taleyimizlə bağlı olan  problemlərlə  uzlaşmasını, 
bu  məsələlərin  həllinə  yönəlmiş  qərarların  qəbul  edilməsində 
birgə məsuliyyət  hissinin  yaşanmasını  ciddi  tələbə çevirir.
Qəribə  bir  parodoksla  rastlaşırıq:  İnformasiyalı  cəmiy­
yət  bizi  bir-birimizə  yaxınlaşdırsa  da,  qlobal  təhlükələr  qarşı­
sında  səylərimizi  cəmləmək  ehtiyacımızı  duysaq  da,  dünya  va­
hid  universuma  çevrilə  bilmir,  dözümsüzlüyün,  intolerantlığm 
ifrat  formaları  olan  dini,  milli-etnik  zəmində,  baş  verən 
müharibələr,  münaqişələr,  terror aktları  bəşəriyyəti  qorxu  içəri­
sində saxlamaqda davam edir.
Dözümsüzlüyün  qlobal  problemə  çevrilməsi  günümü­
zün  reallığıdır.  Gələcək  taleyimiz  ümumi  səylərlə  formalaşdıra 
biləcəyimiz  qlobal  tolerantlıq  paradiqmasından  və  onun  həyata 
keçirilməsi  mexanizmlərinin  müəyyənləşdirməsindən  asılı  ola­
caq.  Əks  təqdirdə  dünyanın  ən  qüdrətli  dövlətlərinin  nüfuzuna, 
beynəlxalq  təşkilatların  yeni  təhlükəsizlik  mühitini  formalaş­
dırma  cəhdinə,  görkəmli  elm  və  din  xadimlərinin  konfranta- 
siyadan  dialoqa  keçmək  çağırışına,  mədəniyyətlərin  yaxınlaş­
ması  və  bir-birindən  bəhrələnmək  istəyinə  baxmayaraq,  “mə­
dəni  oykumena” xəyal  olaraq qalacaq.
Bəlkə  bunun  əsas  səbəbi  minilliklər  boyu  bəşəriyyətin 
ümumi  taleyinin  formalaşdığının  hələ  də  tam  ciddiliyi  ilə  dərk 
edilməməsidir?
-
350
-
Bəlkə  məhz  indi,  hadisələrə  yeni  baxışın  formalaşması 
ilə  bəşəriyyətin  özünü  qlobal  -   tam  kimi  hiss  etməsi  dövrü 
başlayır.
Bəlkə  elə  bu  tariix  ehtiyacın  nəticisidir  ki,  mədəniy­
yətlərin,  siviliasiyalann  qarşıdurması  xofunu  bəşəriyyətə  yaşat­
maq  istəyən  fikir  mərkəzlərinin  əksinə  olaraq  bütün  mədəniy­
yətlərdə  etnik-milli  və  bəşəri  qalların  olduğunu  təsdiq  edən 
çağırışların sayı  artır.
Ulu  öndərimiz  yeni  minilliyin  yaşayacağı  narahatçılığı 
əvvəlcədən görərək gələcək nəsillərə xəbərdarlıq edirdi:
Qloballaşan  dünyada  hamımız  bir-birimizə  yaxın  olmu­
şuq.  Xalqlararası,  mədəniyyətlərarası,  dinlərarası  dialoqun  bu 
gün  dərin  məna  kəsb etməsi  məhz bununla  bağlıdır.  Bu  dialoqu 
inkişaf etdirərək,  ona  dəstək  verərək,  bütün  insanların  gələcəyi 
naminə  biz  hamımız  mədəniyyətlərin  və  dinlərin  qarşılıqlı 
dialoqunda  ümumi  dil  tapmalıyıq”  -   bu  çox  qiymətli  bir  töv­
siyədir.
Qloballaşma  prosesi  təkcə suveren,  demokratik  dövlət­
lərin  dünya  birliyində  cəmlənməsi,  vahid  bir  iqtisadi  sistemdə 
yaxınlaşması  sivilizasiyalar arasında  sərhədlərin  silinməsi  cəh­
di  deyil,  bu  həm  də  dövlətlərin  və  millətlərin  daha  kiçik  kon­
stitusiyalarda  fraqmentləşməsidir.  Milli  mədəniyyətlərin  özünü 
təsdiq,  özünü  müdafiə  hissinin  güclənməsi,  milli  kimlik  prob­
leminin  kəskinləşməsidir.  Dünyəvi  və  yaxud  demokratik  dəyər 
adı  altında  hər  hansı  xalqın,  sivilizasiyasının  dəyərlərini  bütün 
dünyaya  qəbul  etdirmək  cəhdinə  qarşı  yaranan  təbii  reaksiya­
nın törətdiyi  təhlükənin  artmasıdır.
Müasir  dünyada  insanlar  bir  qloballaşma  zamanında 
lakin  çeşidli  tolerantlıq  məkanlarında  yaşayırlar.  Hər  bir  insan 
dünyaya  gələndə  hansısa  millətə, xalqa, etnosa  mənsubluq  hissi
-351
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə