Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə87/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   83   84   85   86   87   88   89   90   ...   106

daşıyır.  Bu  özünəməxsusluq  hissi  ilə  səciyyələnən,  milli  kim­
liyi  ifadə  edən  mənəvi  dəyər xalqın  toxunulmaz  sərvətidir.  De­
mokratik  prinsiplərlə  yaşamaq,  bu  yönümdə  inkişaf  etmək  ar­
zusunda  olan  hər  bir  dövlət  öz  ölkəsində  cəmiyyət  daxili  tole­
rantlığın  bərqərar olmasını  təmin  etməlidir.  Bu  regionda,  sonda 
isə  bütün  dünyada  tolerant  durumun  formalaşmasına  olan  xid­
mətidir.
Tolerantlıq  düşüncə  tərzi,  cəmiyyətin  tarixi  inkişafının 
nəticəsi,  müxtəlif mədəniyyət  və  lokal  insan  birliklərinin  birgə 
yaşayışı  nəticəsində  əldə olunmuş  nailiyyətidir.  Bu  demokratik 
cəmiyyətin,  mədəniyyətlərarası  münasibətlərin  təməl  prinsip- 
lərindəndir.
Tolerantlıq  aynca götürülmüş bir dövlətin deyil,  hazırda 
bütün  dünyanın  qlobal,  siyasi-mədəni  problemi  statusunu  kəsb 
etmişdir.  Məhz  bu  baxımdan  bu  gün  tolerantlığa  münasibətin 
konkretləşməsinə  böyük  ehtiyac  var.  Qlobal  təhlükələrə  qarşı 
ümumi  məsuliyyət  hissi  bərabər  bölüşdürülməlidir.  Qlobal 
tolerantlıq  mühitinin  formalaşması  üçün ilk növbədə:
-  Beynəlxalq  münasibətlər  sferasında  intolerantlıq, 
ənənəvi  standartlar  və  stereotiplər  dəf  edilərək  Şərq  və  Qərb, 
Şimal  və  Cənub  bölgüsünə  yeni  dövrün  tələbləri,  obyektivlik, 
insan  hüquqlan  mövgeyindən  yanaşılması  vacib şərtdir.
-  Beynəlxalq  təşkilatlar  ikili  standartlardan  uzaqlaşaraq 
monoetnik  və  monokonfessioanal  dövlət  modellərini  dəstəklə­
məkdən  əl  çəkməli,  etnik  təmizləmə  və  soyqırımı  siyasi  dövlət 
siyasəti  səviyyəsinə  yüksəltmiş  dövlətlərə  qarşı  kəskin  müna­
sibət  bildirməlidir.  Böyük  təsir  gücünə  malik  olan  dini  mər­
kəzlər öz  fəaliyyətində  fərqləndirici  deyil,  birləşdirici  meyilləri 
ön plana çəkməlidir.
-
352
-
-  Üstün  və  fərqli  olmaq  istəyini  qüvvə  tətbiqi  və  savaş 
siyasəti  ilə  həll  etmək  istəyən  ölkələrin  siyasəti  bəşəriyyətə 
qarşı  təhlükə kimi qiymətləndirilməlidir.
Dünya dövlətlərinin  mədəniyyətlərin dialoqunda iştirakı 
onlann  siyasətinin  vacib  prinsipləri  nəzərə  alınmaqla  qiymət­
ləndirilə bilər.
-  Ömək  ola  biləcək  tolerantlıq  məkanları  isə  yeni  de­
mokratik model  olaraq dünyaya təqdim olunmalıdır.
Tarixin  ali  qanunu  olan  ünsiyyəti  dözümlülük  səviyyə­
sindən  çıxararaq  onu  humanizm, sülhsevərlik,  xeyirxahlıq  kimi 
keyfiyyətlərə zənginləşdirən  millətlər nümunəvi  tolerantlıq  mü­
hiti  yaratmağa qadirdir.
Dünyəvi, demokratik,  hüquqi  dövlət quruculuğunu  milli 
xüsusiyyətlərin  nəzərə  alınması  ilə  həyata  keçirən  Azərbaycan 
tolerantlığın  gerçəkləşdiyi  bir məkandır.
Geostrateji  mövgeyinə  görə  çeşidli  dünyagörüşü,  həyat 
tərzi,  mədəni  və mənəvi  dəyərlərin, dini  konfessiyaların qovuş­
duğu  bu  torpaq  öz  milli  etnik  tərkibi  ilə dünyanın  ən  nadir mə­
dəni  sivilizasiyalardan  biridir.  Bu  polietnik,  polikonfessional 
cəmiyyətdə  tolerantlıq  şüurunun  formalaşmasının  qədim  tarixi 
mövcuddur.
Zaman-zaman  tarixin  sınağından  çıxmış  bu  milli  sərvət 
-   xalqlar  arasında  dostluq  və  qardaşlıq,  qarşılıqlı  anlaşma  şə­
raitində  yaşamaq  milli-dini  mənsubiyyətindən  asılı  olmayaraq 
hər bir vətəndaşın  bu torpaq  üçün  milli  yiyəlik hissini  yaşaması 
tolerantlığın  bariz nümunəsidir.
Müstəqillik  əldə  etdikdən  sonra,  Azərbaycan  ulu  öndər 
H.Əliyevin  əsasını  qoyduğu  siyasətə,  milli  münasibətlər  və 
dövlət-din  münasibətlərinə  uyğun  olaraq  öz  tarixi  tolerantlığın 
daha da zənginləşdirmək imkanı qazandı.
-  
353
  -


Tarixən  mürəkkəb  bir  vəziyyətdə  milli-mənəvi  dəyər­
lərlə  qayıdışla  milli-mənəvi  intibah  dövrü  başlandı.  Azərbay­
canda  insan  hüququ  və  azadlığı  o cümlədən  vicdan,  dini  etiqad 
azadlığının  qorunması  beynəlxalq  hüquqi  normalara  uyğun­
laşdırdı.
Ölkəmizdə  çoxlu  sayda  xalqların  nümayəndələri  yaşa­
yır,  müxtəlif  təmayüllü  dini  icmalar,  kilsə  və  sinoqoqlar  möv­
cuddur.  Bu  mədəniyyətlərin  qovuşması  nəticəsində  bənzərsiz 
sosial-mədəni  mühit  təşəkkül  tapmışdır.  Bunun  əsasında  isə 
Azərbaycançılıq  ideyası  durur.
Xalqımızın  mənəviyyat  və  mədəniyyətini  bütün  qatla­
rını  özündə  cəmləyən  Azərbaycançılıq  mükəmməl  tolerantlıq 
konsepsiyası  və  real  inkişaf  modelidir.  Prezident  İlham  Əliyev 
cənabları  qeyd  edir  ki,  “Dini  tolerantlıq  sahəsində  Azərbayca­
nın  təcrübəsi  öyrənilə  bilər.  Etnik  və dini  tolerantlıq  ölkəmizin 
ən  yüksək  tarixi  nailiyyətidir.  Bəlkə  bu  iqtisadi  nailiyyətdən 
daha  vacib elementidir”.
Azərbaycançılıq  idealogiyası  dini  tolerantlığın  polietnik 
mövcudluğun qarantı  kimi çıxış edir.
Avropanın  ən  aparıcı  dövlətlərindən  dini-etnik  zəmində 
qarşıdurma,  islam  ardıcıllarına  qarşı  təhdidlər,  milli-etnik  zə­
mində  münaqişələr  karikatura  böhranları  hələ  də  səngimir. 
Halbuki  hər  bir  fəaliyyətimizi  zərrəbin  ilə  izləyən  ekspertlər 
belə  Azərbaycanda  tolerantlıq  sahəsində  əldə  olunan  uğurları 
etiraf edirlər.
Azərbaycan  xalqının  ideoloji  potensialı  -   tolerantlıq 
həm də vacib ictimai  məzmun  daşıyır.
T .akin  bir  məqamı  nəzərdən  qaçırmaq  olmaz  ki,  müx­
təlifliyin  vəhdəti  -  etnik,  milli  və  ya  konfessional  fərdlərin  ara­
dan qaldırılması  deyil.  Azərbaycanda yaşayan  azsaylı  xalqların,
-  
354
-
etnik  qrupların  nümayəndələri  üçün  özünü  “Azərbaycanlı” 
kimi  hiss  etmək  heç  bir  vəhclə etnik  hiss  və  identikliyin  itməsi 
kimi  və  ya  etnik  identifikasiya,  özünü  təcrid  və  qapalılıq  kimi 
başa  düşülməməlidir.  Demokratik  inkişaf  yolu  ilə  irəliləyən 
Azərbaycanda  yaşayan  bütün  xalqların  etnik,  dini  mənsubiyyə­
tini  inkar etməyən,  onlara  hörmət  bəsləyən  və  bu  məziyyətləri 
mühafizə  edən  real  tarixi,  sosial  mədəni  birlik  mövcuddur  və 
dövlətimiz onun  qarantıdır.
Azərbaycanda  tolerantlıq  -  etnik  milli  və  bəşəri  müstə­
viləri  əhatə  etmək  baxımından  yekcinsliyin  təsdiqi  deyil,  müx­
təlifliyin  vəhdəti  kimi  bu  günün  həm  lokal,  həm  də  qlobal 
gerçəkliyinin  tələblərinə  cavab  verir.  Ulu  öndərimizin  sözləri 
həmişə  bizim qulağımızda səslənəcək:  “Ölkə nə qədər çox  xal­
qı  birləşdirsə, bir o qədər zəngin olar”.
-355
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə