Yeni mədəniyyət məkanına


§ 2.  Demokratiya mədəniyyətin ali



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə88/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   84   85   86   87   88   89   90   91   ...   106

§ 2.  Demokratiya mədəniyyətin ali 
meyarı kimi
Bəşəri  zəkam   daim   düşündürən,  uni­
versal  dəyər saydan  dem okratiyanın,  m üstə­
q il  Azərbaycanın  yaşadığı  tarixi  təcrübə  və 
özünəm əxsus  in kişa f yolu kontekstində unikal 
təzahürlərinin  təhlili  olduqca  aktual  bir 
problem dir.
XX əsrin  sonlarında  dünyanın  siyasi  xəritəsində  məlum 
hadisələrin  baş  verməsi  müstəqil  demokratik  dövlətlərin  sa­
yının  durmadan  artmasına  səbəb  oldu.  Bu  da  tranzit  dövrünü 
yaşayan  dövlətlərdə,  cəmiyyətlərdə  baş  verən  proseslərə  adek­
vat paradiqmalar baxımından  yanaşma  istəyini  doğurmuşdur.
Müasir  problemlərə  ənənəvi  baxışlar  məhdudiyyətindən 
çıxmaq  arzusudur.  Milli  modellərin  fərqli  və  oxşar  cəhətlərini 
və  gələcək  perspektivlərini  müəyyənləşdirmək  arzusunu  şərt­
ləndirmişdir.
İnkar  edilməsi  mümkün  olmayan  və  qəbul  edilməsi  zə­
rurətə  çevrilən  yeninin  səlis  anlamını  vermək  cəhdləri  çoxsaylı 
demokratiya nəzəriyyələrini  gündəmə gətirmişdir.
Bu  həmçinin  yeni  dünya  nizami  və  ya  nizamsızlığı  şə­
raitimlə  demokratiyanın  mahiyyəti  haqqında  düşüncələrini, 
milli  məxsusluğu  arxa  plana  keçirən  və  hamı  üçün  məqbul  sa­
yılmalı  olan  “yeni  mövcudluq  üsulu”  adlanan  nəzəriyyəni  dün­
-  
356
-
yaya  təqdim edən  siyasi  fikir mərkəzlərinin,  fərqli  mövqeyini, 
polemikasını  şərtləndirmişdir.
Uzun onilliklərdir Qərbdə formalaşmış ideyalar şüurlara 
hakim  kəsilərək,  elmi-ictimaiyyətə  altemativsiz  ideyalar  kimi 
təqdim  olunur,  bu  isə  öz  növbəsində  konkret  şablonlardan 
kənara çıxmaq imkanı  məhdudlaşır.
İstər  regional,  istərsə  də  qlobal  müstəvidə  beynəlxalq 
münasibətlərin  xarakterində,  milli  dövlətin  və  müstəqil  siya­
sətin  rolu  və  mahiyyətində  baş  verən  dəyişikliyə,  qloballaşma 
və  milli  suverenlik  ideyasına  münasibətdə  fərqli  Tikirlərin  səs­
lənməsinə bu gün böyük ehtiyac var.
Dialoq  fəlsəfəsinin  təsir  qüvvəsinin  artdığı  demokratik 
tranzit  dövründə  yetkinlik  səviyyəsi  müxtəlif  olan  dövlətlənn 
milli  dövlətçilik  modellərinin  fərqli  və  oxşar  cəhətlərinin 
araşdırılması,  bu  müxtəlifliyin  vəhdətə  çevrilməsi  ehtimalının 
izlənməsi  üçün  vacibdir.
Paradoksal  hal  odur  ki,  bəşəriyyətin  topladığı  böyük 
tarixi  irsə  baxmayaraq  klassik  demokratik  modellər  bu  gün 
özünü  doğrultmur.  Beynəlxalq  münasibətlərin  etikasında  de­
mokratik  meyar  və  dəyərlərin  hələlik  özünü  təsdiq  edə  bil­
məməsi,  ikili  standartlar  fəlsəfəsinin  üstünlüyü  günümüzün 
reallığıdır.  İndi  siyasi  demokratiyanın  məzmununda,  idərəçilik 
fəlsəfəsindəki  dəyişikliklərə  öz  korrektivlərini  etmədən  onu 
siyasi  gələcəyə  translyasiya edə  bilməz.  Əks  təqdirdə  keçmişin 
irsinin gələcəyə yardımçı  olması  şübhə altındadır.
Müxtəlif tarixi  dövrlərdə  demokratiya  haqqında  yazılan 
əsərlər  ilk  növbədə  bəşəriyyətin  sivil  birgəyaşayış  istəyini 
özündə  əks  etdirib,  demokratiya  adlanan  mənəviyyat  göstərici­
sinin əqidə simvoluna çevrilməsinə çalışıb.
İyirmi  beş  əsrdir  ki,  demokratiya  təbliğ  olunur,  tənqid
-  
357
  -


edilir,  təriflənir  və  lənətlənir.  Bəzən  yalnız  ideya  şəklində  ya­
şayıb,  bəzən  isə  gerçəkliyə  çevrilmək  imkanı  qazanan 
demok­
ratiya bu gün yol ayrıclarında şaxələnib.
Bəşəriyyət  isə  ondan  daha  mükəməlləni  icad  edə  bil­
mədiyindən  yenidən ona üz tutur.
Demokratiya  dalğalan  zaman-zaman  bir-birini  əvəz- 
ləyib.  Hər dalğa  bir cəmiyyətdən,  digərinə,  bir ictimai  iqtisadi, 
sosial-siyasi,  mədəni  səviyyədən  digərinə  keçidlə  yekunlaşsa 
da,  optimal  model  bərqərar  olmayıb.  Demokratiya  və  insan 
haqlannın  qorunması  pərdəsi  altında  öz  maraqlannı  gerçəkləş­
dirməyə  çalışan  qüvvələrin  beynəlxalq  təhlükəsizliyə  yarat- 
dıqlan  təhdidlər  bəzən  də  insanlarda  bir  könül  küskünlüyü, 
ümidsizlik  yaranmasına  səbəb  oldu.  Məlum  olur  ki,  demokra­
tiyanın  özünün  güclü  müdafiəyə  ehtiyacı  var.  Demokratiya 
üçün  heç bir təhlükə yoxdur ifadəsi  özünü doğrultmadı.
Məhz  buna  görə  də  dünyanın  klassik  modelinin  dəyiş­
diyi,  dünya  sisteminin  çoxtərəfli  transformasiyaya  uğradığı 
şəraitdə milli  dövlət  ideyası, milli  suverenlik  prinsipi,  milli  təh­
lükəsizlik  problemi,  regionalizm,  müstəqil  dövlətlərin  varlığını 
təmin  edən  inkişaf  strategiyası  yeni  baxış,  yeni  fəlsəfi  izah 
tələb edir.
Dünyanın  yenidən  qurulması  heç  bir  regiondan  yan 
keçmir,  ölkələri,  siyasi  təşkilatlan,  ictimai  hərəkatlan  əhatə 
edərək,  hadisələri  bir  məcraya  yönəltməyə  çalışır,  “ümum- 
dünya hökuməti" ideyasını qəbul etdirməyə cəhd göstərilir.
Yaxın  20-30  il  ərzində  dünya  ölkələrinin  öz  gələcək 
sınanmış  inkişaf  modelini  seçməsi  tarixi  zərurətə  çevriləcək. 
Bu  seçim  avtoritar-totalitar  rejimlə  demokratik  idarəçilik  ara­
sındakı  diapazonda  olacaq.  Lider dövlətlər öz  modellərini  baş- 
qalanna  qəbul  etdirməyə  səy  göstərsə də,  bu  proses  könüllülük
-358
  -
və qarşılıqlı  zənginləşmə əsasında olmalıdır.
Əks  təqdirdə  bu  təkamülün  isə  demokratik  prinsiplərə 
əsaslanan  dünya  nizamına  aparacağına  ümid  bəsləmək  ifrat 
optimizm  olardı.  Bəşəriyyət  bu  suallara  cavab  axtanşındadır. 
Ənənəvi  və modernləşmiş sivilizasiyaların qovşağında yerləşən 
ölkəmiz qlobal cəmiyyətə inteqrasiya  yolu  seçilmişdir.
Ulu  öndərimiz Heydər Əliyevin  möhtəşəm fəaliyyəti  ilə 
təməlini  qoyduğu  əvəzsiz  irs  -  milli  demokratiya  modeli,  fərqli 
örnək  sayılan  bir  paradiqma  -  Azərbaycanın  gələcək  inkişaf 
sektoru  necə  olacaq  sualına cavablandırır.  Ulu  öndərimiz  dəyi­
şən  dünyanın  indiki  və  gələcək  perspektivlərinə  adekvat  cavab 
verən  dövlətçilik  siyasətinin  əsas  istiqamətlərinin  strategiyasını 
Azərbaycana irs qoyub getmişdir.
Ümummilli  liderimiz H.Əliyevin dövlətçilik siyasətinin 
bu baxımdan  nəticələri, günümüzün  reallığı  və uğurudur.
Bu  dahi  insanın  dəyişikliyə  çevik  uyğunlaşma  siyasəti, 
yeniliklərin  bütün  müsbət potensialından  səmərəli  istifadəni  tə­
min  edən  struktur  və  mexanizmlər yaratmaq  istedadı  Azərbay­
can dövlətinin  strateji  perspektivini  təmin etdi.  Perspektivdə isə 
XXI əsr dururdu.
XXI  əsr  tarix  səhnəsinə  yeni,  daha  ciddi  tələblərlə  qə­
dəm  qoydu.  Milli  müstəqil  dövlətlərə  ünvanlanan  çağırışlar 
yeni  sınaq  mərhələsinin  başlandığından  xəbər  verirdi.  Bu  sı­
naqlar,  rənqli  inqilablar,  siyasi  gərginliklər  şəklində  milli  döv­
lətlərin  varlığını  təhlükələrlə üz-üzə qoydu.  Eyni  zamanda  milli 
dövlətlərin  qarşılıqlı  asılılığı,  risk  və təhlükələr qarşısında  milli 
maraqların  yaxınlaşması,  cəmlənmiş  maraqların  regional  qu­
rumlarda  ifadə  imkanı  tapması  da  prosesi  gərginləşdirdi. 
Belə  bir şəraitdə  özünü  təcrid  siyasətindən  uzaq  olaraq  beynəl­
xalq  güc  mərkəzlərinin,  maliyyə qurumlarının  fəaliyyətini  milli
-
359
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə