Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə89/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   85   86   87   88   89   90   91   92   ...   106

dövlətin  mənafeyi  və  maraqlannm  təmin  olunmasına  yönəlt­
mək,  demokratik  suverenlik  prinsipini  qorumaq  böylik  siyasi 
iradə tələb edirdi.
Azərbaycan  dövlətinin  bütün  bu  çağırışlara  cavab  ver­
mək  iqtidarında  olması  müstəqil  dövlətin  varlığını  qoruması 
Prezidentimiz  möhtərəm  İlham  Əliyev  cənablarının  siyasi 
uzaqgörənliyi  ilə  bağlıdır.  “Biz  öz  taleyimizi  özümüz  həll  edi­
rik.  “Prezidentimiz  qətiyyəti  dövlətin  sabahı  üçün  böyük 
məsuliyyət  hissinin  bariz nümunəsidir.
Məhz  bu  siyasətin  nəticəsidir  ki,  Azərbaycan  fasiləsiz 
tranzitar  məkana  çevrildi.  Bu  model  ekzogen  təsirlərə  deyil, 
endogcn  faktorlara  dayaqlanır.  Bu  modelə  süni  demokratiya 
tranziti,  inqilab  ixracı  və  ya  planlaşdırılması  kimi  ideyalar 
yaddır.
Bu  gün  Azərbaycan  yeni  bir keyfiyyət  mərhələsinə -  di­
namik  integrasiya  dövrünə  qədəm  qoymuşdur.  Bu  mərhələnin 
özünəməxsusluğunu  bir çox  amillər şərtləndirmişdir:
-  İnkişaf  tempinin  sürəti  baxımından  cəmiyyətin  bütün 
seqmentlərində  əldə  olunan  nailiyyətlərin  inteqral  göstəricisi 
nəticəsində  regionda  və  dünyada  liderlər  sırasında  yer  tutmuş­
dur;
-  Azərbaycanın  siaysi  nüfuzunun  artması  ilə  onun  qlo­
bal  güc  mərkəzlərinin  hesablaşdığı  beynəlxalq  subyektə  çev­
rilmişdir;
-  Millilik  və  dövlətçiliyin  ideal  balansı  yaranmış,  milli 
birliyə  nail  olunmuş,  demokratik  institutlar formalaşmış,  vətən­
daş cəmiyyətinin inkişaf perspektivləri  müəyyənləşmişdir;
-  Qloballaşan  dünyada  suverenliyə  təhdidlərin  artdığı 
şəraitdə  milli  suverenitet  statusunun  özünütəsdiqinə  nail  olun­
muşdur;
-
360
-
-  Haradan  gəldiyini,  harada  olduğunu  və  hara  getdiyini 
gözəl  anlayan,  milli  yiyəlik  hissini,  vətəndaşlıq  məsuliyyətini 
daşıyan  azərbaycanlı  obrazının  formalaşması  -   məhz  bu  fak­
torlar növbəti  mərhələdə uğurlann təminatçısı  olacaqdır;
Mərhələlər  qurtarmamışdır,  növbəti  mərhələ  isə  çox
uzaqda deyil.
Yaşadığımız cəmiyyət hər birimizin  seçimindən,  fəaliy­
yətindən asılıdır. Gələcəyə ünvanlayacağımız dəyər -  demokra­
tiyanın taleyi  üçün hər birimiz məsuliyyət daşıyırıq.
Uzun  illər  bundan  əvvəl  akademik  Vemadski  yazırdı: 
“Biz zəif ruhlu  insanların  yaşadığı  böhranı  deyil,  minillikdə bir 
dəfə  baş  verən,  düşüncələrdəki,  fıkirlərdəki  dəyişikliklərin  çə­
tinliyini  yaşayınq.  Bu  çətinliyə  sinə  gərmək  iqtidarında  olan 
hər  bir  Azərbaycan  vətəndaşına  gələcək  mərhələlərin  zəfərlə­
rinə,  o  qələbələrin  özünəməxsusluğuna  şahid  olmaq  qismətini
diləyirik.
-
36 1
-


§ 3.  İslam dinində qadın hüquqları:
universal və milli aspektlərin praqmatik 
konsensusu
İnsan  hüquqları  probleminə  cəmiyyətdə  müxtəlif  qrup­
ların,  cinslərin  qarşılıqlı  münasibətlərinə  dair  müzakirə  və  mü­
bahisələr ən  qədim  tarixə  malikdir desək,  yanılmarıq.  Bu  möv­
zu  bütün  dünya dinlərinin  mədəni,  fəlsəfi,  etik,  təlimlərin  ay­
rılmaz tərkib hissəsi  olmuşdur.
Müasir  beynəlxalq  və  Milli  qanunvericilikdə  təsbit 
olunmuş  fundamental  insan,  hüquq  və azadlıqları  ümumbəşəri, 
universal  və  unikal  köklərə dayaqlanmaqla,  həm  də tarixi,  dini 
mədəni  ənənə  və  prinsiplərin  zərrə-zərrə  toplanmış  ahəngdar 
sintezindən  ibarətdir.  Lakin  sirr  deyil  ki,  XXI  əsr  insanının  ən 
böyük  nailiyyəti  olan  azadlıq  və  bərabərlik  ideyalarını,  insan 
hüquqları  anlayışını  tarixən  yeni  məzmunlu  fenomen  kimi  onu 
hansısa  bir  konkret  sivilizasiya  və  dinə  mənsub  olanların  kəşfi 
və nailiyyəti  kimi  qələmə  vermək,  şərh  etmək  cəhdləri  də möv­
cuddur.  Bütün  dönəmlərdə  müşahidə  olunan,  bilərəkdən  təbliğ 
edilən  bu  yanlış  meyil  qloballaşma  prosesi  ilə  səciyyələnən 
müasir dövrdə də xüsusi  canfəşanlıqla təzahür etməkdədir.
Bu  gün  də  mədəni  müxtəlifliyi,  dini  dəyər  və  prinsip­
lərin  müxtəlifliyini  inkişafın  obyektiv  qanunauyğunluğu  kimi 
deyil,  qlobal  unifikasiya  və  vestemləşmə  prosesinə  mane  olan
-
3 6 2
-
amil  kimi  qəbul  edənlərin  mövqeyi  hələlik  çox  güclüdür.  Din­
lərin,  xüsusilə də  islam  dininin  qlobal  inteqrasiya, fundamental 
insan  hüquqları  və  azadlıqları  ilə  bir  araya  çıxmadığını  sübut 
etməkdən  ötrü  ən  müxtəlif  qüvvələr  tərəfindən  dəstəklənən 
“ideoloqlar”  dəridən-qabıqdan  çıxırlar.  Şübhəsiz  ki,  bu  elmi, 
tarixi  əsaslardan  mərhum  olan  bir  “m if’  yaratmaq  cəhdidir  və 
müasir dünyada  gedən  vətəndaş cəmiyyəti  və demokratik döv­
lət  quruculuğu  proseslərində  İslam  dininin,  bütöv  bir  siviliza­
siyanın  mənəvi-mədəni  potensialına  kölgə  salmaq  məramına 
xidmət edir.
Ötən  əsrin  ikinci  yarısından  sürətlənən  qloballaşma pro­
sesi  dünya  ölkələrinə  münasibət  imkanlarla  yanaşı,  çoxsaylı 
problemlər də  gətirmişdir.  Mütəxəssislərin  fikrinə  görə qlobal­
laşma  iqtisadi,  sosial  və  mədəni  sahələrindəki  qeyri-bərabərliyi 
dərinləşdirmiş,  ən  başlıcası  isə  istənilən  qeyri-sabitliyin  terro­
rizmin  münaqişə  proseslərinin  də  “qloballaşmanı"  şərtləndir­
mişdir.  Biz  burada  müzakirə  apardığımız  məqamda  Yaxın 
Şərqdə  müharibə  alovu  güclənir.  Harada  münaqişə  və  gər­
ginlik  varsa,  orada  ilk  növbədə  insan  hüquqları  pozulur.  Ümu- 
mən  qəbul  edilmiş  qənaətə  görə  qloballaşmanın  doğurduğu 
ziddiyyətlərdən  biri  də  dünya  ölkələrini  bir-birinə  daha  da  ya­
xınlaşdıran  inteqrasiya  meyli  ilə  digər  meyil  hər  bir  xalqın 
özünəməxsusluğu  və  identikliyinin  mühafizə  olunması  meyil- 
ləri arasındakı  münasibətlərdir.
İnsan  hüquqlarının,  qadın  hüquqlarının  məhz  abstrakt 
deyil,  çoxçalarlı  məzmuna  malik  bir  anlayış  olduğunu,  bunun 
nəzərə  alınmaması  səbəbindən  bir  çox  problemlərin,  yanlış 
şərtlərin ortaya çıxmasına diqqəti  cəlb etmək  istərdik.
Hər  bir  insan  birincisi  cəmiyyətinin  üzvü  kimi  və 
konkret  bir  ölkənin  vətəndaşı  kimi  insan  hüquqlarına  malikdir.
-
3 6 3
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə