Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə9/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

elm  və təhsil" məkanları  mövcuddur.
“İnteqrasiya  məkanların"  konsepsiyası  nə  qədər  şərti 
olsa  da  hər  halda  beynəlxalq,  qlobal  və  regional  inteqrasiyanın 
əsas  oriyentirlərini  hədəfə  almağa  kifayət  qədər  yardım  edir. 
İnteqrasiya  subyektlərinin  bir-birini  tanımaq  istiqamətində  ar­
dıcıl  yaxınlaşdığı  məkanların səviyyəsini  əks etdirir.
Ədəbiyyatda  müasir  dövrün  inkişaf  layihələrindən  bəhs 
edilərkən  Uç  əsas  proses  xüsusi  vurğulanır,  qloballaşma,  re- 
gionlaşma  və  inteqrasiya  prosesləri  fərqləndirilmir.  Fikrimizcə, 
əslində,  bütün  hallarda  qlobal  və  regional  inteqrasiya  proses­
lərindən  söhbət  getməlidir.  İnteqrasiyanın  bu  proseslərdən  fərqi 
bir  meyil  kimi  təhlil  edilməsi  düzgün  olmazdı.  Çünki  qlo­
ballaşma  və  regionlaşma  prosesləri  dövlətlərarası  beynəlxalq 
inteqrasiyanın  forma  və  məzmunla  zənginləşməsinə,  daha  da 
inkişaf etməsinə xidmət elmirsə, bu  artıq  narahatlıq  doğuran  bir 
vəziyyətdir.  Belə  hallar,  birtərəfli  maraqlara  xidmət  edən  pro­
seslərin  getməsi  dünyada  mövcuddur.  Lakin  unutmaq olmaz  ki, 
bu  proseslər  dünya  birliyinin  obyektiv  tələbat  və ehtiyaclarına, 
ümumi  mənafeyinə  xidmət  etmir  və  subyektiv  amillərdən  qay­
naqlanır.  Məhdud  insan  qruplarının  (heç  bir  dövlətə  deyil) 
maraqlarına  xidmət  edir.  Qloballaşma  prosesləri  inteqrasiyam, 
deməli,  ölkələrin  bir-birini  dəstəkləməsini,  sıx  əlaqələr quraraq 
qarşılıqlı  “bütövləşməsini"  sürətləndirmişdir.  Qeyd  olunduğu 
kimi  qloballaşma  bəşəriyyətin  vahid  tarixinin  başlanğıcını 
qoymuşdur.  Vahid  tarix  və  tale  isə  yalnız  subyektiv  maraqlara 
yönəldilə bilməz.
Maraqlıdır  ki,  məhz  bu  həqiqətin  dərk  edilməsi  bu  gün 
bütün  dünyada  həm  inteqrasiya  qarşısında,  həm  də  ümu­
miyyətlə  qarşılıqlı  inkişaf  qarşısında  duran  ən  böyük  əngəldir. 
İnteqrasiya  zənginləşmə,  bəhrələnmə,  qarşılıqlı  faydalaşma  ki­
-
3 6
-
mi  başa  düşülmürsə,  onun  adekvat  şərhi  təhrif  olunur. 
Qarşılıqlı  dialoq  çağırışları  əvəzinə,  "mədəniyyətlərin  savaşı" 
şüarları  bəyan  edilir.  Başqa  sözlə  deyilsə,  mədəniyyət 
faktorunun,  mənəvi  identiklik  məsələsinin  dünyanın  müxtəlif­
liklərin  vəh-dəti  kimi  mövcudluğunun  ən  vacib  təməli  olduğu 
unudulur.  Mədəniyyətin  dünyanı  xilas  edən,  inteqraıiv  poten­
siala  malik  möhtəşəm  qüvvə  deyil,  dünyanın  siyasi  sabitliyim 
təhdid  edən  amil  kimi  izahına  üstünlük  verilir.  Hətta,  2001-ci 
ilin  11  sentyabr  hadisələri  ilə  “Ümumdünya  müharibəsinin  -  
mədəniyyətlərin  müharibəsinin"  başlandığı  bəyan  edilir.
Savaş  və  toqquşma  üzərində  köklənən  bu  konsepsiyalar 
yaxşı  bəllidir.
Burada  mahiyyətcə  buna  yaxın  olan,  lakin  inteqrasiya­
nın  qərb  üçün  “ölümcül  təsirli  prosesi”  kimi  səciyyələndirilmə­
si  baxımından  heyrət  doğuran  bir  mövqe  üzərində  qısa  cəm­
ləşmək istərdik.
Maraqlıdır  ki,  bu  gün  qloballaşma  hegemonu,  liderləri 
olan  ölkələr  barədə  yekdil  fikir  mövcuddur.  Həmin  ölkələrin 
mədəni,  iqtisadi  və  s.  istiqamətli  ekspansiya  siyasəti  yürüt­
mələrinə  dair  də  kifayət  qədər  geniş  tədqiqatlar  mövcuddur. 
Belə  düşünmək  olardı  ki,  inteqrasiya  prosesində  lider  ölkələrlə 
müqayisədə  digər  tərəf  daha  diqqətli  olmalıdır.  İnteqrasiyanın 
assimilyasiyaya  çevrilməsində  onlar  maraqlıdırlar.  Bəhs  etmək 
istədiyimiz  mövqe  isə  bunun  tamamilə  əksinədir.  ABŞ  prezi­
dentləri  R.Nikson  və  R.Reyqanın  baş  müşaviri  vəzifələrində 
işləmiş,  1992  və  1996-cı  illərdə  respublikaçılar  partiyasından 
ABŞ  prezidentliyimə  namizədliyini  irəli  sürmüş  Cozcf  Patrik 
Byukenen  məhz  belə  düşünür  ki,  müasir  inteqrasiya  proseslən 
Qərb  dünyası  üçün  ölüm  təhlükəsi  yaradır.  Müəllifin  2002-ci 
ildə  çap  olunan  kitabı  “Qərbin  ölümü”  adlanır  və  Qərb  sivi­
-
3 7
-


lizasiyasının  varlığın  təhdid  edən  “düşmən  qüvvələrə”  diqqəti 
cəlb elməyi  əsas  məsələ hesab edir.
Qərb  sivilizasiyasının  XXII  əsrdə  yox  olacağını  proq­
nozlaşdıran  müəllif,  inteqrasiyanın  yalnız  mənfi  məzmunlu 
proses  olduğu  fikrini  əsaslandırır.  Qərbi  hədələyən  təhlükənin 
hamısının,  əsasən,  demokratik  və  mədəni  xarakterli  olduğunu 
irəli  sürür və belə qruplaşdırır:
1.  Əhalinin  sayının  azaldılması  və qoca  nəslin  çəkisinin 
artması  fonunda  müşahidə  olunan  yerli  qərb  əhalisinin 
kökünün  kəsilməsi  təhlükəsi.
2.  Başqa  mədəniyyətlərin,  dinlərin,  irqlərin  daşıyıcısı 
olan  insanların  işçi  qüvvəsi  və  s.  qismində  kütləvi  inteqrasiya 
nəticəsində  əhalini  nəinki  etnik  tərkibinin,  həm  də  bütövlükdə 
Qərbin  tarixən  formalaşmış  siması,  xarakteri  və  qaydalarının 
dəyişməsi  təhlükəsi.
3.  Milli  suverenlik  və  demokratiya  arasındakı  müna­
sibətlər,  qloballaşma  gedişində  milli  sərhədlərin  genişlənərək, 
lıəlta  Qərb  millətlərinin  məhvinə gətirib çıxaracaq.  Çünki  onlar 
kütləvi,  qeyri-leqal  immiqrasiyanın  təzyiqi  qarşısında  müda­
fiəsiz  vəziyyətdə qalacaqlar.
4.  XX  əsrin  sonlarında Qərbi  bürüyən  “mədəni  inqilab”, 
XX  əsrin  60-cı  illərində  tələbə  hərəkatları  ilə  başlanan  ha­
disələrdə  Qərb  cəmiyyətinin  tarixən  formalaşmış  qayda  və 
ənənələrindən  imtina  edilməsi,  qadınların  hüquqlarının  artırıl­
ması,  mütləq  azadlıq  şüarları,  bütün  mədəniyyətlərin  bəıabər- 
hüquqluluğu  (multikulturalizm)  konsepsiyası  və s.  kimi  tələblər 
Qərbdə  müəllifin  fikrinə  görə,  xristian  dininin  mövqelərinə, 
ailə  və  nikah  institutuna  ən  güclü  zərbələr  endirmiş,  ona  yad 
olan  bu  günkü  mədəniyyəti  formalaşdırmışdır  (Дж.П.Бью­
кенен.  Смерть  Запада.  Как  вымирающее  население  и 
наществие  иммигрантов  угрожают  нашей  стране  и 
цивилизации.  М,  2004,  s.  75.).
-
3 8
-
C.P.Byukenenin  “Qərb”  anlayışı  ilə nəyi  nəzərdə tutma­
sı  da  çox  maraqlıdır.  Bu  Qərbə  dair  mövcud  olan,  ümumən 
qəbul  edilmiş  təsəvvürlərdən  fərqlənir.  Mərkəzi  və  Şərqi  Av­
ropa  ölkələrini,  Rusiyanı  da  əhatə  edir.  Çünki  bu  ölkələrin 
xalqları  bir dinə - xristian  dininə mənsubdurlar.
Müəllifin  qruplaşdırdığı  “Qərbin  düşmənləri”  siyahısı 
bu dörd amillə bitmir.
Bu  siyahıda dəyər və dünyagörüşü  formaları,  mədəniy­
yət  fenomenləri,  sosial  praktikalar:  məsələn,  feminizm,  biznes, 
sekulyar  humanizm,  marksizm,  darvinizm,  psixoanaliz,  hedo- 
nizm, demokratlar,  kütləvi  informasiya  vasitələri  və s.  kimi  sırf 
qərb  mədəni  “kəşfləri”  da  var.  Bunların  arasında  Qərb  siviliza­
siyasında  “qiyamət  gününü”  yaxınlaşdıran  feminizm  və  ailə 
institutunun  süqutu  xüsusilə vurğulanır.
Düşüncəsiz,  sekulyar  humanizm  isə  Qərbin  mədəni 
monopoliyasını  heçə  endirmişdir.  BMT  və  s.  analoji  statuslu 
beynəlxalq  qurumların  qızğın  əleyhdarı  kimi  çıxış  edən  müəl­
lifə  görə,  “belə  qurumlar  xristianlıq  nöqteyi-nəzərindən  bidəıçi 
hesab olunur”.  “Soyuq  müharibə”nin  varisi  olan  mədəniyyət  və 
dinlərin  müharibəsi 
planetin  gələcəyini  müəyyən  edəcək" 
(Yenə orada,  səh.316).
Yeganə  çarə  Qərbin  və  Amerikanın  ənənəvi  dəyərlərini 
mühafizə  etmək,  “itirilmiş  əraziləri 
geri  qaytarmaqdır" 
(səh.315).
Dünyanın  inkişaf  meyli  olan  inteqrasiyanın  yalnız  ne­
qativ  təsirli  proses  kimi  təhlili,  əsas  təhlükə  mənbəyini  isə 
başqa  mədəniyyətlərə  mənsub olan  insanlardan  ibarət  olduğunu 
irəli  sürən  belə  müəlliflərin  mövqeyi,  sadəcə,  təəssüf  və  təəc­
cüb  doğurmur.  Ən  dəhşətlisi  odur  ki,  bu  insanlar  on  illər  ər­
zində dünyanın  lider dövlətlərinin  birində  hakimiyyətin  müva­
-
3 9
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə