Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə91/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   87   88   89   90   91   92   93   94   ...   106

dim,  uşağı  məhv  edən,  qaçqına,  didərginə  çevirən  separatizm 
və  faşizmin  isə  heç  bir  dini  mənsubiyyəti  yoxdur.  Din  xa­
dimləri  insan  haqlarını  pozan  başlıca  səbəblərə:  qarşıdurma, 
dözümsüzlük,  savaş  və  zor  əleyhinə  ədəbi  dəyərləri  -   dialoq, 
tolerantlıq,  konsensus  anlayışlarının  irəli  sürülməsi  istiqamə­
tində yorulmadan  konkret,  gərgin  iş  aparırlar.  Azərbaycan  xal­
qının  və  başqa  konfessiyaların  dini  dəyər  və  ənənələrinə  hör­
mət  və  sədaqət  nümayiş  etdirir,  demokratik  prinsipləri  rəhbər 
tutur.
Qadın  hüquqları  sahəsində  problemlərin  həlli  üçün 
MDB  məkanında  ilk  dəfə  olaraq  qurum,  dövlət  komitəsi  ya­
radan  ölkələrdən  biri  də  Azərbaycandır.  Bu  özü  də  islamda qa­
dın  hüquqları  mövzusunun  şərhi,  həlli  üçün  qlobal  modeldir. 
Universal  demokratik  prinsiplərlə  ən  müxtəlif  nəsillərin,  mə­
dəniyyətlərin  həyat  təcrübəsi  və  səyləri  bahasına  əldə  olunmuş 
praqmatik konsensus modelidir.
-
3 6 8
-
§ 4.  Qloballaşma, islam dini və
mədəniyyətinin dialoji potensialı
Bu  gün  bəşəriyyət necə  adlandınlm asm - 
dan  osılı  olm ayaraq  inkişafının  tam am ilə fə r q li 
bir  m ərhələsinə  qədəm  qoymuşdur.  Bu  m ərhə­
lədə  insanlar,  dövlətlər,  mədəniyyətlər,  dinlər 
arasında  m övcud  olan  qarşılıqlı  m ünasibətlərin 
prinsipial olaraq yeni səviyyəsinin  təm əli  qoyul­
malıdır.
Mədəniyyətlərarası  münasibətlərdə  bu  vaxta  qədər 
mövcud  olan  “üstün,  hakim  mədəniyyət”  paradiqması  ömrünü 
başa  vurmuşdur.  Lakin  bunun  başa  düşülməsi  üçün  hələ  çox 
işlər  görülməlidir.  Bütün  səviyyələrdə  bəşər  həyatını  əhatə 
edən  qloballaşma  prosesində,  müxtəlif  mədəniyyətlərin  taleyi 
və  gələcəyindən  duyulan  narahatlıq  hissini,  elmi  təhlil  və 
tədqiqatlar cavablandırmalıdır.
Dünyada  yaşayan  xalqların  mədəni  “növ”  müxtəlifliyi 
başqa  sahələrdə  sürətlə  gedən  unifıkasiya  prosesini  müşayiət 
etməlidir.  Sual  yarana  bilər  ki,  qərbin  ən  çox  təbliğ  etdiyi 
“plüralizm”  prinsipinin  mövcudluğu  şəraitində  narahatlıq  üçün 
əsas varmı?
Burada  spesifik  bir  məqam  vardır.  Qərb  demokrati­
yasında  bəzən  (yaxud  əksər  hallarda)  “siyasi  plüralizm”  ide­
yasını  israrla  tətbiq  etsə  də,  “mədəni  plüralizm”  bir  növ  qəbul
-
3 6 9
-


etmir.  Qərbin  mədəniyyət  tərzinə,  dəyər  və  ölçülərinə  müvafiq 
olmayan  hər şeyi  “keçmişin  qalığı”,  yanlışlıq  kimi  şərh  edənlər 
hələ də çoxdur.  Konkret misal gətirək.
Bu  gün  dünyada  “mədəni  hegemoniya”  kimi  səciyyə­
ləndirilən  ideyanın  müəllifləri,  Q.Almond  və  S.Verba özlərinin 
“Vətəndaş  mədəniyyəti”  adlı  “məşhur"  əsərlərində  mədəniy­
yətlərin  -   əsasən  siyasi  mədəniyyətin  -   belə  iyerarxiyasını  təq­
dim etmişlər.
Birinci  yerdə,  etalon  mədəniyyət  kimi  “ingilis-ameri­
kan”  mədəniyyəti  durur,  daha  sonra  qarışıq,  ənənəvi  və  mo­
dernin  cizgilərini  əks  etdirən  “kontinental-avrasiya”  mədəniy­
yəti  gəlir;  sonuncu  yerdə  “ənənəvi  avtoritarizm”  mədəniyyəti 
durur.  İngilis-amerika  mədəniyyəti  belə  xüsusiyyətlərə  görə 
“nümunə”  sayılır:  homogenlik  (yekcinslik,  mədəni-dəyər müx­
təlifliklərinin  olmaması),  dünyəvi  praqmatizm  (yəni  inam  və 
dəyərlər  barədə  mübahisə  etmirlər,  bunlar  heç  kimi  maraqlan­
dırmır,  yalnız  maraqlar  mövcuddur)  və  sentrizm-mərkəzçilik 
(sağ  və sol  radikallığa meyil  göstərilmir).
Burada  əlbəttə  dəyər  və  inam  probleminə  biganə  olan 
“siyasi  insan”  göz önündə canlanır.  Lakin  insan  yalnız  “siyasi” 
simadan  ibarət  deyildir.  Ona  bütövlük  xasdır.  Mədəni-mənəvi 
hiss  və  təsəvvürlər,  başqalarını  nəinki  tamamlayır,  hətta  təməl 
və  əsası  təşkil  edir.  Bu  həm  də  hər  bir  xalqa,  mədəniyyətə 
xasdır.  Dəyişikliklər  dövründə,  minillər  boyu  formalaşan  mə­
dəni-mənəvi  dəyərlərin  ən dərin qatlarına müraciət edilir.
Bəşəriyyətin  özünü  qlobal  -  tam  kimi  hiss  etməsi  döv­
rünün  başladığından  söz  açmaq  olar.  Belə  şəraitdə  müxtəlif 
mədəniyyətlərin  ünsiyyəti  zəruri  problemə  çevrilir.  Belə  bir 
təsəvvür  yaranır  ki,  XX  əsrə  qədər  bəşəriyyətin  ümumi  taleyi 
olmamışdır.  Məhz  XX  əsrdə  dünyada  bütün  mədəniyyətlər bir-
-
3 7 0
-
birinə  informasiya  məkanında  çox  yaxınlaşmışlar.  Onların  bir- 
birini  tanıması,  həqiqi  mahiyyətini  dərk  etməsi,  bütün  mədə­
niyyətlərdə  etnik-milli  və  bəşəri  qatlann  olduğuna  inanmağı, 
hər bir  mədəniyyətin  müxtəliflikdə  vəhdət  təşkil  etdiyinə  əmin 
olmağı  şərtləndirir.
“Qlobal  dünyanın  gələcəyini  onun  müxtəlif,  çoxçalarlı 
mədəniyyət çələngi  təmin  edə  bilər”.  Bu  baxımdan  bir tərəfdən 
siyasi, iqtisadi, demoqrafik və s.  müstəvilərdə  müşahidə olunan 
“sıxlaşma”  meyli,  insan  birliklərinin  öz  mədəni  irs və  müxtəlif­
liyini  qorumaq,  identiklik axtarışı  kimi  vüsət alan digər  meyillə 
tərs  mütənasiblik  təşkil  edir.  Demək  artıqdır  ki,  bu  ziddiyyət 
qarşısıalınmaz  və  dönməz  proses  olan  və  hələlik  aydın  dərk 
edilməyən  qlobal  tarixi  çevrilişin  nəticələrini  və  xarakterini 
əhəmiyyətli surətdə müəyyən edəcəkdir.
Bəşəriyyətin  qlobal  transformasiya  ilə  əlaqədar  keçir­
diyi  sistemli  böhran  mənəviyyat  və  mədəniyyət  aləminə  də  si­
rayət  etmişdir.  İrrasionalizm,  antielmi  əhval-ruhiyyə,  bütün 
dünya  miqyasında  ictimai  şüurun  alternativ,  qeyri-ənənəvi  cə­
rəyan  və  təriqətlərin  təşəkkül  tapmasını  dəstəkləməsinə  ən 
müxtəlif  məramlı  missioner  təşkilatların  son  dərəcə  fəallaş- 
masına  rəvac  vermişdir.  Ən  çeşidli  dinlər  və  mənəvi  təlimlər 
XXI  əsrin  və  III  minilliyin  insanına  mənəvi  rəhbərlik  etmək 
iddiasındadır.  Keçid  dövrlərinin  dialektikasına  müvafiq  olaraq, 
formalaşmış mənəvi,  ideoloji,  sosial,  individual, ekzistensial  və 
s.  və  i.a.  “vakuum”lann  nə  ilə  “dolacağı”  ictimai  elmin  qarşı­
sında duran ən  aktual  problemlərdəndir.
İyirmi  birinci  əsrin  və  üçüncü  minilliyin  insanına 
mənəvi  rəhbər  olmaq  missiyasını  üzərinə  götürmək  istəyən 
dinlər və müxtəlif təlimlər mövcuddur.
Dini-mənəvi  dəyərlər  mədəniyyətin  sakral  fondunu  təş­
-371
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə