Yeni mədəniyyət məkanına



Yüklə 40 Kb.

səhifə92/106
tarix17.11.2018
ölçüsü40 Kb.
1   ...   88   89   90   91   92   93   94   95   ...   106

kil edir. Tarix  boyu keçid və böhran dövrlərində sabahın 
yollan 
qeyri-müəyyən  olanda,  ictimai  şüurun  ən  dərin  köklərində 
qərar  tutan  din  və  dini  təsəvvürlər  dəyişiklik  və  böhrana  qarşı 
sosial-mənəvi  müqavimət, “instinkt” rolunda çıxış edir.
İslam  dininin,  mədəniyyəti  və  mənəvi-əxlaqi  dəyərlə­
rinin  humanist-dialoji  potensialını,  ümumbəşəri  məzmununun 
dərk  edilməsinə  tarixin  bütün  dövrlərində  olduğu  kimi  bu  gün 
də böyük  maraq  və ehtiyac  vardır.
XX  əsrin  sonlarında  müstəqilliyimizə  döndüyümüz  an­
dan  tarixi-milli  yaddaş  və  genimizdə  əsrlər  boyu  qoruyub  sax­
ladığımız,  mədəniyyət  və  mənəviyyatımızın  bütün  qatlarım  -  
islam,  türkçülük  və  müasirlik -   vəhdətdə  birləşdirən  bariz  sim­
vol  -   bayrağımız  dünya  ölkələrində  dalğalandı.  “Dinimizin- 
xalqımızın  milli-mənəvi  sərvəti  olduğu”  {H.Əliyev)  bir  daha, 
müstəqilliyimizin  səlahiyyət  verdiyi  xüsusi  qətiyyətlə  vurğu­
landı.
Dini-mənəvi  dəyərlər  və  mədəniyyətimizin  bağlılığı, 
varisliyi  prosesində,  müxtəlif  zamanda,  müxtəlif  səbəblərdən 
“nazilən”,  hətta  “qırılan”  bağlan  epoxal  kontekstdən  fəlsəfi 
tarixi  nəzərlə  bərpa  etmək,  hansı  mənəviyyat  və  mədəniyyətin 
“yiyəsi” olduğumuzu  doğrudan-doğruya anlatmaq,  islamın  mə­
dəniyyət  sistemində  tutduğu  müstəsna  yerin  bütövlükdə  mən­
zərəsini  canlandırmaq  bu  gün  qarşımızda  duran  miqyaslı  və 
məsuliyyətli  vəzifələrdəndir.
Azərbaycanda  müstəqilliyin  bərpa  olunması,  dini-mə­
nəvi  dəyərlərə  qayıdış  prosesi  paralel  olaraq  bütün  dünyada 
Şərq  dünyasına,  islam  dininə  münasibətdə  artan  marağın  fo­
nunda  “islam  triumfu”,  “islam  intibahı”,  “islam  (demoqrafik) 
partlayışı”  və  s.  kimi  anlayışların  dünya  ictimai  elmi  müstəvi­
sində geniş təhlilə cəlb olunması  ilə bir vaxta təsadüf etdi.
-
372
-
Sovet  dövründə  Azərbaycan  xalqının  üç  nəslinin  böyü­
məsinə  baxmayaraq  din,  mədəniyyət  və  mənəviyyat  məsələ­
lərinə  dövlətin,  ziyalıların  və  xalqın  diqqəti  göz  qabağındadır. 
“Azərbaycanda  bu  gün  dinə  qayıdış  prosesi  gedir.  Bu  zid­
diyyətli  və  mürəkkəb  prosesdir.  Din  bu  gün  etik-mənəvi  nor­
maların,  idealların  mənbəyi  və  milli  mədəniyyətin  tərkib  his­
səsi  sayılır.  Dəyişikliklər  ictimai  şüurun  bütün  səviyyələrində 
gedir.  Xalq  öz  dininin  mahiyyətinə  dair  biliklərlə  maraqlanır, 
nəinki  ilahiyyatçılar,  adi  vətəndaşlar  da  dinimizin  əsas  müd­
dəalarına dair mühakimələr yürüdürlər”.
Dinə  qayıdışın  zahiri  sezilən  əlamətləri  deyil,  həqiqi 
mahiyyət  və  səbəblərinin  ciddi  elmi-fəlsəfi  təhlilinə  xüsusi 
ehtiyac  vardır.  Belə  təsəvvür  yarana  bilər  ki,  bir  zamankı 
ateizm  hərəkatı  indi  də  sadəcə  (“o  pisdir,  bu  yaxşıdır”  prinsipi 
ilə) dini qayıdışla əvəzlənmişdir.
Dini  intibahın  tarixən  şərtləndirilmiş  səbəbləri  möv­
cuddur.  Hər  hansı  bir  cəmiyyətin  gələcəyi  üçün  təhlükə  ya­
rananda,  onun  bütövlüyünü  və  dayanıqlığını  təmin  edən  mə­
nəvi  faktorlara diqqət artır.
Son  iki  əsrdə  isə  əksinə  dmi-mənəvi  mədəniyyətin 
kölgədə qalması,  idrak  aspektinin  mənəvi-dəyər aspektini  üstə­
ləməsi  texnogen  sivilizasiya  və  mənəviyyatın  böhranında  tə­
zahür  etmişdir.  Bu  da  elmə  olan  inamı  laxlatmışdır.  Yaxud 
sovet dövründə Azərbaycanda dünyəvi  mədəniyyətin  inkişafına 
tərs  mütənasib  olaraq  dini  mədəniyyət  demək  olar  ki,  dur­
ğunluq dövrünü  yaşamışdır.
Tarixin  məşəqqətli  təcrübəsi  sübut  edir  ki,  mədəniy­
yətin  mahiyyət  aspektlərinin  birtərəfli  inkişafı  arzuolunmaz 
nəticələrə  gətirib  çıxarır.  Mənəvi  mədəniyyətə  biganə  olan  si­
vilizasiya öz fəlakətli  sonluğuna doğru irəliləyir.
-
373
-


İslam  dinində  elmə  verilən  böyük  qiymət  və  bununla 
yanaşı  kamil  əxlaqi-mənəvi  dəyərlərin  də  əvəzsiz  rolunun  vur- 
ğulanması  məlum  faktdır.  Mədəniyyətdə  dini-ilahi  və dünyəvi- 
elmi  qatlar  bir-biri  ilə  harmoniya  təşkil  edir.  Bu  harmoniya 
pozulanda  mədəniyyət  deyil,  “antimədəniyyət”,  “postmədəniy- 
yət”  kimi  fenomenlər  formalaşır.  “XX  əsrdə  planetdə  böhran 
ona  görə  baş  verdi  ki,  zaman  mədəniyyətdə,  sivilizasiyada 
sintez, qaynaq  və vəhdətdən  yan keçdi”.
Konkret-tarixi  təhlil  prosesində  din  və  mədəniyyət  fak­
torlarının  qarşılıqlı  təsirinin  təsdiq  və  ya  inkar  edilməsi,  bir­
tərəfli  yanaşma  kimi  məhdudiyyətlər,  mövzunun  epoxal  dina­
mikada  izlənilməsi  ilə yaradılan  bütöv  mənzərədə  aydın  sezilir. 
Din  və  mədəniyyət  problemində  təkcə  ümumi-xüsusi  kimi 
kaleqorial  müstəvilər,  etnik-milli-ümumbəşəri  kontekstlərin 
vəhdətdə inkişaf etməsini  görməyə imkan  yaradır.
İslam  dininin  spesifik, özünəməxsus cəhətləri  ilə yanaşı, 
ümumbəşəri  dəyərlərin  yaradılması  və  inkişaf  etdirilməsi  sa­
həsində  əhəmiyyəti  və  xidmətləri  göz  önündə  canlanır.  Mə­
dəniyyətin  daxili  vəhdəti,  onun  iki  başlanğıcı  -  dini  və  dünyəvi 
arasında  müxtəlifliyin  mövcudluğunu  inkar etmir. Dünyəviliyin 
və  diniliyin  mədəniyyətin  məzmununda  nə  kimi  çəkiyə  malik 
olması  məsələsi,  yalnız  müəyyən  konkret-tarixi  kontekstdə  ya­
naşılmaqla  deyil,  yenə  də  bir-birini  əvəzləyən  əsrlərin  zirvə­
sindən  daha  aydın  görünür.  Müasir dövrdə,  ümumiyyətlə bəşər 
mədəniyyətinin  keçirdiyi  böhran  və sıxıntılar,  onun  dini-mənə­
vi  tərəfinin  unudulması,  Qərb  anlamlı  rasionallıq  prinsiplərinə 
əsaslanan,  mənəvi-dəyər  aspektini  deyil,  yalnız  idraki-dünyəvi 
tərəfin  inkişaf etdirilməsini  üstün  tutan  Qərb mədəniyyəti,  daha 
doğrusu  “qərb  məzmunlu  mədəniyyətin”  bərqərar  olmasından 
irəli  gəlir.
-
374
-
Mədəniyyətə  və  elmə  onun  bütün  tərəfləri  və  daxili 
məzmununun  vəhdətində  yanaşan  islam  dininə  görə,  yalnız 
eksperimental-empiriк  metodlara  üstünlük  verən  Qərb  elminin 
mövqeyi  anlaşılmaz,  qəbuledilməz  sayıldı  və  elmin  birtətəfli 
inkişafının  tərəqqi  olması  qənaətini  qəbul  etməyərək  sarsıntıya 
məruz qaldı.
Bu  münaqişə  mədəniyyətin  ən  mühüm  sahələrindən 
olan  elmə  təsirsiz  ötüşmədi.  “Nəzəriyyənin  təhlükə  doğurma­
dığı  sahələrdə  müsəlman  elmi  müvəffəqiyyətlə  iş  aparırdı: 
optika, təbabət,  botanika,  əczaçılıq  və praktiki  səhiyyə çox  şey­
lərə  görə  islam  tədqiqatlarına  borcludur.  Eksperimental  me- 
•  todlarda  mümkün  olanla  mümkün  olmayan  arasındakı  həddin 
dəqiq  müəyyənləşdirilməsi  olmadığı,  yaxud  da  vacib  sayıl­
madığı  üçün  fövqəltəbiiliyi,  ilahi  olanı  təbiiliyin  ayrılmaz 
hissəsi qəbul edən  islam aləmi şaşırmış kimi oldu”.
Tarixdə  bir  fenomen  kimi  özünə  yer  alan  islam  dini  və 
mədəniyyətinin  ümumbəşəri  norma,  dəyər  və  prinsiplərinə, 
unikallıq  və  universallığın  vəhdəti  səbəbindən  qloballaşma,  in­
teqrasiya  və  mədəni уyətlərarası  dialoqun  aktuallaşdığı  müasir 
dövrdə  də  sosial-mənəvi  sifarişin  olması  göz  qabağındadır. 
Ümumbəşəri  mədəniyyətin  pozulmuş  ahəngini  bərpa  etmək 
üçün  islam  dəyərlərinin  potensial  gücü  mövzusuna  ictimai  elm
həssaslıqla yanaşmağa başlayır.
Müasir  dövrdə  bəşəriyyətin  qlobal  vəhdəti  formalaş­
maqda,  prinsipial  baxımdan  yeni  dünya  nizamı  təşəkkül  tap­
maqdadır.  Vahid  bəşəri  tale,  bəşəri  məsuliyyət  və  bəşəri 
mədəniyyət  problemi  bir  tərəfdən  müxtəlif  xalqların  özünü- 
təsdiqi  və  mədəni  müxtəlifliyinə  hörmətlə  yanaşmağı,  digər 
tərəfdən onların dialoquna kəskin zərurəti  şərtləndirmişdir.
Hər  bir  xalqın  mədəniyyətinin  spesifik  xüsusiyyətləri
-375
  -




Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə