Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə93/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   89   90   91   92   93   94   95   96   ...   106

olduğundan  bütün  zamanlar  və  bütün  xalqlar  üçün  eyni, 
yekcins  olan  mədəniyyətin  olması  qeyri-realdır.  Mədəniyyətdə 
özəl  spesifikliyi  təmin edən  başlıca  faktorlardan  biri  də dindir.
Din  və  mədəniyyətin  təşəkkülü,  inkişafı  və  dinamikası 
probleminin  düzgün  tədqiqi,  müxtəlif  dövrlərdə  siyasi  məna, 
ideoloji  və  subyektiv  motivlərin  təzyiqinə  məruz  qalmışdır. 
Mədəniyyətin  dini  və  dünyəvi  tərəflərin  sintezində  təcəssümü 
nəzərə alınmamışdır.  Bu  və ya digər tərəfin  rolu  ya  şişirdilmiş, 
ya da  kölgədə qalmışdır.
İslam  mədəniyyəti  VII  əsrdən  başlayaraq  təşəkkül 
tapmış,  islam  dininə  dayaqlanan  mənəvi-mədəni,  sosial-siyasi, 
hüquqi  və  s.  dəyərlər  sistemidir.  İslam  mədəniyyətinin  tə­
kamülü  çox  çətin  mərhələlərdən  keçmişdir,  onun  dinamikliyi 
və  varisliyində  islamı  qəbul  edən  bütün  xalqların  müştərək 
mədəniyyəti  iştirak elmiş  və etməkdədir.
İslam  mədəniyyəti  ailəsinə  mənsub  olan  xalqlar həm  bu 
sistem  çərçivəsində  öz  milli  mədəniyyətlərini  inkişaf etdirmiş, 
həm də milli-dini-dünyəvi  müstəvidə onu zənginləşdirmişlər.
İslam  mədəniyyətinin  dünya  və  Avropa  mədəniyyətinə 
təsiri  bütün  istiqamət  və  səviyyələri  (siyasət,  iqtisadiyyat, 
ticarət,  elm,  fəlsəfə,  ədəbiyyat,  incəsənət,  arxitektura  və  s.) 
əhatə  etmişdir:  fəlsəfə  sahəsində  məntiq,  dialektikanın  yeni 
səviyyədə  inkişafı,  “latın  averroizmi”  adlı  böyük  cərəyanı,  İbn 
Sinanın  fəlsəfəsinin  avqustinçilərə  təsiri,  sufizm  və  panteizmin 
təsiri; elm sahəsində astronomiya, təbabət  və riyaziyyatın bütün 
antik elmi  irsin  tərcümə edilərək  dünyaya çatdırılmasında;  ədə­
biyyat  sahəsində  provansal  lirikada,  trubadurlann  poeziyasın­
da;  dünyəvi  zövq  və etika,  məişət  mədəniyyəti  sahəsində;  bey­
nəlxalq  humanitar  hüquq  sahəsində  və  s.  danılmaz  təzahürləri 
ilə mövcuddur.
-
37 6
-
Qloballaşma,  dünya  mədəniyyətinə  inteqrasiya,  dinlər 
və  mədəniyyətlərarası  dialoq  prosesinə  cəmiyyətimizin  sosial- 
mədəni  reaksiyası,  mənəvi-əxlaqi  dəyərlərimizin  dirçəldilməsi 
kimi  qanunauyğun  bir  meyli  doğurmuşdur.  İslamın  yalnız  za­
hiri  görünən  və qəbul  edilən  atributları  ilə  paralel  olaraq,  onun 
həqiqi  mədəni-mənəvi  normalar  sistemi  kimi  mahiyyətinin 
dərk  edilməsi,  dinimizin  əsrlərin  və ölkələrin  sərhədlərini  hansı 
dəyərlərin  əzəməti  ilə  aşa  bilməyə  qadir  olması  haqda  aydın 
təsəvvürlər yaradılmasını  aktual  məsələyə çevirir.
Ümumbəşəri,  qlobal  dəyərlərin  və  prinsiplərin  real- 
laşdınlmasında  “islam  faktorunun”  Qərbdə  formalaşmış  yanlış 
stereotip kimi  deyil, dialoq, tolerantlıq, əməkdaşlıq, kompromis 
kimi  təməl  müddəaları  mənasında  başa  düşülməsi  qlobal  ün­
siyyətin  potensial  mexanizmi  kimi  qiymətləndirilməsinin  vaxtı 
çatmışdır.
İslam  dini  və  mədəniyyəti  tarixin  sınaqlarından  çıxmış, 
bəşəriyyətə  mənəvi  rəhbər  ola  bilmək  potensialını  dəfələrlə 
sübuta  yetirmiş  XXI  əsrə  dünyanın  hər  yerində  yayılaraq, 
lokal-ərazi hüdudlarını  dəf edən təlim kimi daxil olmuşdur.
Qərb  üçün  təhlükə  kimi  qələmə  verilən  “islam  intiba­
hının”,  islamın  təsir  gücünün  nədən  ibarət  olmasını  aydınlaş­
dırmağa bu  gün çox  səy göstərirlər.
Mədəniyyətlərin  dialoqu  yolu,  lokal  sivilizasiyaların, 
qlobal  birlik  və dövlətlərin  üzvi  tərkib hissəsi  və subyekti  kimi 
konstruktiv  əməkdaşlığını,  münasibətlərdə  mövcud  olan  zid­
diyyətlərin  səmərəli  həlli  mexanizmlərini  müəyyənləşdirməyə, 
siyasi  hüquq  baxımından  bərabər sayılan  geridə  qalmış,  yoxsul 
ölkələrin  dəstəklənməsi  və  yardım  göstərilməsi,  qlobal  demo­
kratiyanın  bərqərar  olmasına,  müstəqil  qərarlar  qəbul  edilmə­
sini  təmin  etməklə  bərabər,  qlobal  cəmiyyətin  ümumi  taleyinə
-
377
-


aid  olan  məsələlərdə  diktat  və  zorakılığa  yol  verilmədən,  həm 
zəif,  həm  də  güclü  tərəflərin  maraqlarım  nəzərə  alan  kollektiv 
qərarların qəbul edilməsinə imkanlar yaradır.
Mədəniyyətləıarası  əməkdaşlıq  mexanizminin  yaradıl­
ması  və  reallaşdırılması  çox  uzunmüddətli  və  mürəkkəb  bir 
proses  olub,  bəlkə  də  bütün  XXI  əsr  boyu  davam  edəcəkdir. 
Bununla  belə  bu  sahədə  birinci  addımların  atılmasında  tərəd­
düdə  yol  verilməsi  qeyri-məqbuldur,  cəmiyyəlli  olmaq  isə  bü­
tün dünyanın xeyrinədir.
Qlobal  transformasiya  proseslərinin  miqyas  və  mürək­
kəbliyi  o  qədər  genişdir  ki,  artıq  mövcud  problemlər,  dünya­
dakı  ölkələr arasında  min  illər  boyu  davam  edən  qarşılıqlı  təsir 
modelləri  və  formaları  üzrə  davam  və  həll  edilə  bilməz.  Çünki 
tarix  boyu  qarşılıqlı  təsirin,  elmi-mədəni  dəyərlərlə  mübadilə 
və  dialoq  prosesi  vaxtaşırı  müharibələrlə,  silahlı  toqquşmalarla 
əvəzlənmişdir.  Bəzən  bu  toqquşmalar  məğlub  mədəniyyətlərin 
məhvi  və  ya  assimilyasiyası  ilə  sonuclanmışdır.  Buna  görə  də 
hazırda dialoq  və  əməkdaşlıq  modeli  yeganə  maksimum  müm­
kün  inkişaf variantı  kimi qalır.
Çünki  biz  bilirik  ki,  istənilən  miqyaslı  qarşıdurma  və 
müharibə  bəşəriyyətin  bütövlükdə  məhvinə  gətirib çıxara  bilər. 
Nüvə  silahının  yaradılmasından  sonra  bəşəriyyət  “bir  nəfər 
kimi  məhv  olmaq,  ölmək"  (B.Rassel)  kimi  qorxulu  bir  “im­
kana” malik olmuşdur.
Dialoq  yolu  qloballaşma  prosesinin  alternativi  olmadığı 
şəraitdə,  XXI  əsrdə mədəniyyətlər və ölkələrarası  qarşılıqlı  mü­
nasibətlərin  imperativinə  çevrilir.  Təsadüfi  deyildir  ki,  BMT- 
nin  Baş  Assambleyası  üçüncü  minilliyin  birinci  ilini  (2001-ci 
il)  “Sivilizasiyalararası  dialoq  ili  elan  etmişdir”.  (9  noyabr 
2001-ci  il)  BMT  həmçinin  sivilizasiyaların  əməkdaşlığının
-378
  -
məqsəd,  vasitə,  mexanizm  və  proqramlarını  müəyyənləşdirə 
biləcək  “Sivilizasiyalararası  dialoqun  qlobal  gündəiiyi”ni  də 
proqram sənəd  kimi  qəbul etmişdir.
Dialoq-paradoksal  bir  anlayışdır.  Bir  tərəfdən  o  dünya 
sivilizasiyası  qədər  qədimdir.  Bugünkü  dünyanın  çoxçalarlı 
mədəniyyət  çələngi  mövcuddursa,  tükənməmişdirsə,  bu  tarix 
boyu, çətinliklə də olsa aparılan dialoqun  nəticəsidir.
Digər tərəfdən  dialoq  sanki  yeni  bir hadisədir.  Müxtəlif 
dünyagörüşü  və  inam,  dini  və  ya  fəlsəfi  anlam  sistemlərinə 
malik  insanların  bircə  anda  dialoqa  gəlməsi  asan  məsələ  deyil­
dir.  Dialoq  müxtəlif tərəflərin  bir-birinə  hörməti,  dözümlülüyü, 
həmçinin  müəyyən  zamanda,  mədəni,  elik,  psixoloji  və  s. 
şərtlərin  mövcudluğu  şəraitində  mümkün  ola  bilir.  Dialoq  hər 
kəsin  “könlündəki”  deyil,  bu  anlayışın  məna  və  məzmununa, 
mahiyyətinə cavab verən prosesi  nəzərdə tutur.
Dialoqa çağırış  həmişə  peyğəmbərlərin,  mütəfəkkirlərin 
və  başqa  fikir  dühalarının  məram  və  fəaliyyətinin  mahiyyətini 
təşkil  elmişdir.
Həqiqi  dialoqun  problem  kimi  irəli  sürülərək,  həll 
edilməsi  üçün,  bu  mövzunun  elmi-nəzəri,  fəlsəfi-mədəni  mü- 
qəddəm  şərtləri  və prinsipləri  müəyyənləşdirilməlidir.  “Dialoq" 
həqiqəti  -   bu  gün  də  sona  qədər  çözülməmiş,  dünyaya  gələn 
hər  bir  yeni  nəslin  təsəvvür  və  mədəniyyətinə  müvafiq  olaraq 
onun  məzmununda  müxtəlif  çalarlar  üzə  çıxmaqdadır.  Dialo­
qun  fəlsəfəsinə demək olar bütün  ömrünü  və  yaradıcılığını  həsr 
edən  M.Baxtin  “dialoqşünaslıq”  elminin  yaradılmasının  zəruri­
liyini  vurğulamış,  bu  elmin  nəzəri  əsaslarına  dair  dəyərli  təd­
qiqatları  irs  qoyub  getmişdir.  Hələ  Platonun  söylədiyi,  “insanın 
mahiyyəti  “mən”  və  “sən”in  vəhdətindən  ibarətdir”  fikrini  da­
vam  etdirən  M.Baxtin  yazırdı:  “Var  olmaq  -   dialoqda  olmaq
-
379
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə