Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə96/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   92   93   94   95   96   97   98   99   ...   106

ətraflı  məlumat  vermişdir  (Аш-Шахрастани.  Книга  о  рели­
гиях  и  сектах.  4.1.  Ислам.  М.,  1984,  с.48-49).  Eyni  zamanda 
Məhəmməd  Şəhrəstani  peripatetik  fəlsəfəni  açıq  aydın  şəkildə 
dinə  qarşı  qoymuşdur.  Şəhrəstaninin  böyük  sələfi  Əl  Qəzali 
daha  böyük  və  hərtərəfli  təsnifatın  müəllifi  kimi  tanmır.  O, 
“həqiqət  axtaranların”  6  kateqoriyasını  ayırmışdır.  Həmin  altı 
istiqamət  özü  də  bir  sıra  bir-birinə  zidd  budaqlara  bölünürdü. 
Onlann  ideya  məzmunu  və  ideoloji  əhəmiyyəti  müəyyən 
təkamülə  məruz  qalmışdır.  Ümumiyyətlə,  zaman  keçdikcə 
fəlsəfi  fəaliyyət  teoloji  fəaliyyətdən  köklü  surətdə  fərqlənməyə 
başlamışdır.
İslam  mədəniyyəti  nə  qədər  çoxsahəli,  hətta  mürəkkəb 
olsa  da,  bütün  hallarda,  islamın  əsas  müddəaları  ilə  uzlaşır. 
Bütün  müsəlman  dünyasım  əhatə  etmiş  təsəvvüf  (sufizm) 
fəlsəfəsi  isə islam dini zəminində meydana gəlmişdir.
Q.E.  fon.  Qrünebaum  “Klassik  islam”  əsərində  yazırdı: 
“Reallıq  hissi  ilə  etiqad  arasındakı  münaqişədə  birincinin 
nüfuzu  qəfildən  (bizdən  ötrü)  eksperimental  metodların  adek­
vat  olmaması  və  subyektiv  olanla  obyektiv  olan,  başqa  sözlə, 
empirik  baxımdan  mümkün  olanla  mümkün  olmayan  arasında 
kifayət  qədər  dəqiq  hədd  qoyulmaması  üzündən  fövqəltəbii 
olanı  özünün  ayrılmaz  hissəsi  kimi  qəbul  edən  aləmdə  sarsın­
tıya  məruz qaldı.  Bu  münaqişə  klassik elmlərdən  istifadədən  də 
yan  keçmədi.  Nəzəriyyənin  təhlükə doğurmadığı  sahələrdə mü­
vəffəqiyyətlə  iş  aparılırdı:  optika,  botanika,  əczaçılıq  və  prak­
tiki  təbabət  bir çox  şeylərə görə islam  tədqiqatlarına borcludur. 
Lakin  daha  sonrakı  klassik  fikrin  konseptual  düzümü  və  hətta 
Qalen  anatomiyası  və  ellin  astrologiyası  toxunulmaz  qalmışdı, 
hərçənd  bütün  bunlardan  bəzisi  yalnız  ona  görə  məlum 
olmuşdu  ki,  rədd edilsin.  Həyata  klassik (fəlsəfədən  kənar)  mü-
-  
388
  -
nasibətin  qəbul  edilməsi  yolu  ilə  güzəşt  əldə  edildi,  özü  də  bu 
zaman  yeni  dünya  modeli  yaratmağa  və  ya  onu  dinin  icazə 
verdiyi  biliklərlə  müqayisə  etməyə  cəhd  göstərilmədi”  (Q.E. 
fo n .  Q riin eb a u m .  K la ss ik   isla m   (6 0 0 -1 2 5 8 ).  B.,  1998,  s. 146- 
147).
Məlum  olduğu  kimi,  Şərq  xalqlarının  qədim  tarixində 
mədəniyyət  və  sivilizasiyanın  qeyri-adi  çiçəklənməsi  dövrləri 
olmuşdur.  O  cümlədən  Şərq  renessansı  bu  qəbildəndir.  Şərq 
renessansı  böyük dahilərin, filosofların, şairlərin  yetişdiyi  dövr­
dür.  Şərq  renessansının  müsəlman  mədəniyyətinin  inkişafında 
mühüm rolu dönə-dönə qeyd edilmişdir.  Şərq renessansı  huma­
nist hərəkatın  başlanğıcını qoymuşdur.
Bəzi  tədqiqatçılar (Əkbər Tursunov)  Şərq  renessansının 
hələlik  elmi  fərziyyə  səviyyəsində  qəbul  edilməsinin  tərəfda­
rıdır.  Hipotezə  münasibətə gəldikdə  isə,  buna  nəzəriyyəyə  mü­
nasibət  kimi  baxmaq  lazımdır.  Xüsusilə,  ənənəvi  fəlsəfi  an- 
titeza  -   “həqiqət-yalan”  kimi  sərt  sxemə  onu  daxil  etmək 
olmaz.  Hipotezin qiymətləndirilməsi  zamanı,  hər şeydən  əvvəl, 
konseptual  məhsuldarlıq  və  metodoloji  effektivlik  olduqca  va­
cibdir.
Şərq  renessansı  ideyasının  elmi  hipotezdən  elmi  kon­
sepsiyaya çevirilməsi  üçün “nə elmək  lazımdır?”  sualına cavab 
verməkdən  ötəri  bir  sıra  tədqiqat  işlərini  yerinə  yetirmək 
lazımdır.  Hər  şeydən  əvvəl,  "renessans"  adlı  konseptual  struk­
turda onun  məntiqi  karkasını  təşkil edən  konstitutiv  elementləri 
ayırmaq  lazımdır.  İkincisi,  bəşər  sivilizasiyasının  müxtəlif 
tipləri  -   “şərq”  və  “qərb”  kontekstində  həmin  elementlərin 
fəaliyyət  xüsusiyyətlərinin  (məsələn, humanist hərəkat,  konkret 
xalqın  fəlsəfi,  bədii  yaradıcılıq, elmi  nailiyyətlərinin  eyni  vaxt­
da  çiçəklənməsi,  onun  mədəni-tarixi  özünüdərkinin  yüksəlişi
-
389
-


və  s.)  nəzərdən  keçirilməsi  bu  qəbildəndir.  Üçüncüsü,  renes­
sansın  bir hadisə  kimi  “elmi  simasını” spesifikləşdirən  konsep­
tual  nüvəsinin  ayrılması,  bu  zaman  müxtəlif regionların  sosio- 
mədəni  inkişafının  xüsusiyyətlərinin  nəzərdən  keçirilməsi  zə­
rurəti  qeyd  edilməlidir.  Bu  cür  yönümdə  Şərq  renessansı  ide­
yası  işlənib  hazırlanarsa,  onu  fərziyyədən  elmi  konsepsiyaya 
çevirmək imkanı  yaranar.
Ümumiyyətlə,  Şərq  renessansı  Qərb  renessansından  tez 
başlamış  və ona  böyük  təsir göstərmişdir.  Müsəlman  mədəniy­
yətinin  orta  əsrlərdə  necə  nəhəng sürətlə  inkişaf edib  yayılması 
buna sübutdur.  Əslində  müsəlman  mədəniyyətinin  tarixi-fəlsəfi 
konsepsiyası,  mürəkkəb və ziddiyyətli  idisə də,  mövcud olmuş­
dur.  “Çox  vaxt  iddia  edirlər  ki,  müsəlman  fəlsəfəsinin  gücü 
onun  klassik  irsi  qoruyub  saxlaması  və  Qərbə  ötürməsi  ilə 
məhdudlaşır.  Bu  belə  deyildir.  Müsəlman  fəlsəfəsinin  nailiy­
yətləri  daha  təbii  olaraq  islam  kontekstində  qiymətləndirilə 
bilər  (Q.E.  fon  Qrünebaum.  Klassik  islam  (600-1258).  B., 
1998, s.144-145).
Müsəlman  mədəniyyəti  fenomenal  və  dayanıqlı  bir  ha­
disə  olduğu  üçün  tarixdə öz  fəaliyyəti  və  güclü  təsiri  ilə qalan, 
indi  də  özünü  göstərən  bir  mədəniyyətdir.  Ondan  çox  şey 
götürüblər  və  hələ  də  götürməkdədirlər.  İslam  teologiyası  da 
klassik  fəlsəfədən  çox  şey  götürmüşdür.  Hətta  tədqiqatçıların 
əksəriyyətinin  fikrincə,  islam  teologiyasında  klassik  fəlsəfənin 
köməyi  olmadan  rasional  izah qeyri-mümkündür.
Biz  tədqiqatda  dönə-dönə  Avropa  alimlərinə  istinadən 
bir fikri  nəzərə çatdırırıq  ki,  müsəlman  mədəniyyətində  kollek- 
tivçiliklə müqayisədə fərdi  fəaliyyətçiliyə az yer verilir.  Əlbəttə 
bu  belədir.  Lakin  müsəlman  mədəniyyəti  fərdiyyətçiliyi  tama­
milə  inkar  da  etmir.  Söz  yox  ki,  Qərb  mədəniyyətilə  müqayi-
-
390
-
sədə,  mövcud  fərq  müsəlman  mədəniyyətinin  xeyrinə  deyil. 
Görünür,  bu  fakt  müəyyən  dərəcədə  fərdi  azadlıqlar  sahəsində 
müşahidə olunan məhdudiyyətləri də səbəbləndirir.
Müxtəlif  dinlər  eyni  universal  həqiqətin  rəmzi  ifadələ­
ridir;  Vahid  Allahın  çoxlu  adı  var.  Lakin  heç  bir  rəmz  fəlsəfi 
cəhətdən  sübut  olunan  həqiqətin  eyni  ola  bilməz.  Məsələn, 
Fərabinin  fikrincə,  kainat  Allah  tərəfindən  idarə olunur, dövləti 
filosof  idarə  etməlidir,  çünki  o,  təmiz  zəkanın  ən  kamil  daşıyı­
cısıdır;  o,  kraldır,  mənəvi  liderdir,  imamdır,  qanunvericidir  və 
peyğəmbərdir.  Müsəlmanın  fikrincə,  yalnız  Məhəmməd  pey­
ğəmbər bu  rolu  oynaya  bilər.  Fərabi  öz dövründə  mövcud  olan 
böhranı  filosoflarla  hökumət  arasında  əlaqənin  olmaması  ilə 
bağlayırdı.  Əgər  filosofun  təsiri  hiss  olunmursa,  dövlət,  yəqin 
ki,  məhv  olmaq  astanasındadır  {Q.E.  fon  Qrünebaum.  Klassik 
islam (600-J258).  B.,  1998,  s.145).
Dinin  fəlsəfənin  inkişafında  rolu  və  mədəniyyət  siste­
mində  statusu  məsələsi  ən  çox  mübahisə  doğuran  məsələlər­
dəndir.  İslam  dininə  nəzərən  də  bu  məsələ  problematik  olaraq 
qalır,  belə  ki,  yekdil  və  hamı  tərəfindən  qəbul  olunan  fikir 
yoxdur.  Münasibətlər,  həmçinin  mülahizə  əsaslan  qabanq  su­
rətdə bir-birindən fərqlənir.
Müsəlman  mədəniyyəti  ümumbəşəri  mədəniyyətin  tər­
kib  hissəsi  kimi  Avropa  mədəniyyətinə  böyük  təsir  göstərmiş­
dir.  Məhz  bu  kontekstdə  islam  dininin  genişmiqyaslı  və  əsaslı 
rolu daha da aydın  görünür, eyni  zamanda, islam dünyasının  tə­
kamülündə  ortaya  çıxan  problemlər,  böhranlı  vəziyyətlər  öz 
nəzəri  təhlili  üçün  əlavə  qnoseoloji  zəminlər  qazanır.  Qno- 
seoloji  təhlil  imkanlarını  genişləndirən  bir  kontekst  də  əksinə, 
Qərb  mədəniyyətinin  və  xristianlığın  müsəlman  mədəniyyətinə 
və  bütövlükdə  islam  aləminə  təsirilə  bağlıdır.  Ən  vacibi  isə
-391
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə