Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə97/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

odur  ki,  bu  göstərilən  fakt -  qanunauyğunluq  Şərq-Qərb  dialo­
qunun  antoloji  zəruriliyini  də  xeyli  dərəcədə  gücləndirir.  Bu 
zərurət  isə  həm  mədəniyyətlər  arasında,  həm  də  ayrı-ayrı  mə­
dəniyyətlər  daxilində  qarşıya  çıxan  mühüm  problemlərin 
tələblərilə  şərtlənir.  Şərq-Qərb  dialoqu  hal-hazırda,  əslində, 
qlobal  və  universal  məna  kəsb edir.  Və bu  dialoqun  necə  və nə 
dərəcədə həyata keçirilməsindən bəşəriyyətin  gələcəyi  asılıdır.
Dinlərin  dialoqu  fenomeni, əslində,  hələlik  tədqiq  olun­
mamış  qalır,  baxmayaraq  ki,  bu  istiqamətdə  artıq  son  qırx-əlli 
ildə  xeyli  işlər  görülmüşdür:  əvvəlcə  Avropada,  sonra  isə  həm 
də Asiyada problemlə bağlı  çoxlu ədəbiyyat  yaranmış, çoxsaylı 
görüşlər,  konfrans  və  simpoziumlar,  seminar  və  kollokviumlar 
keçirilmiş,  yeni  dini  institut  və  təşkilatlar,  tədqiqat  qrupları 
yaranmışdır.  Şübhəsiz  ki,  bu  hadisənin  siyasi-ideoloji  motivlə­
ri,  səbəb  və  xüsusiyyətləri  də  az  deyildir,  lakin  yalnız  bunlarla 
kifayətlənmək  səhv  olardı.  Dinlərarası  dialoq  həm  milli  prob­
lemə  (xüsusən  konfessional  cəhətdən  qeyri-yekcins  olan  ölkə­
lər  üçün),  həm  də  beynəlxalq  problemə  çevrilməkdədir.  Dia­
loqa  get-gedə  daha  çox  ölkələr  və  xalqlar  cəlb  olunmaqdadır. 
Belə olduğu  halda,  aydındır ki,  dialoq  probleminin  araşdırılma­
sında  sosiomədəni  və  kulturoloji  kontekstlər  xüsusi  və  mühüm 
əhəmiyyət  kəsb  edir.  Məhz  bu  səbəbdən  də  dissertasiya  işində 
konseptual  müəyyənləşmə  və  daxili  strukturlaşma  göstərilən 
kontekstlər  üzrə  aparılmış,  din  və  mədəniyyətin  genezisi,  onla­
rın  ictimai-tarixi  mahiyyəti,  bəşəriyyətin  inkişafında  rolu  və 
yeri  qarşılıqlı  təsirlənmədə  və  dinamikada  öyrənilmişdir. 
Əlbəttə,  əsas  diqqət  islam  dini  və  müsəlman  mədəniyyətinə 
yetirilmişdir.  Bu  qoyuluşda  aparılan  tədqiqatın  nəticəsi  olaraq 
bir  sıra  əlavə,  lakin  mühüm  hesab  etdiyimiz  müddəalar müəy­
yənləşmişdir:
-
392
-
-  Şərq  və  Qərbin  qarşılıqlı  əlaqəsi  tarixində  islam-xris­
tian  münasibətlərinə xüsusi rol  məxsusdur.  Həm müsəlmanlara, 
həm  də  xristianlara  həmişə  müəyyən  bir  mənəvi  (ruhi)  ümu­
miliyin  dərki  xas olubdur ki, bu da  Yaxın  Şərq  ibrahimi  ənənə­
lərinin  mənbə  vahidliyi  ilə  əlaqədardır.  Eyni  zamanda,  onlann 
dini-mədəni  təcrübələrinin  mahiyyətli  surətdə  fərqlənməsinin 
dərki  xasdır.
-  Məhz  islamın  yayılması  və  Ərəb  xilafətinin  yaradıl­
ması  ilə Qərb və Yaxın Şərqin dini-ideoloji  qarşıdurması  ortaya 
çıxmışdır.  Lakin  bu  regionlar  arasında  mədəni  ünsiyyət,  mü­
badilə  prosesi  heç  vaxt  tam  kəsilməmişdir.  İlkin  islam  döv­
ründə  bu  prosesdə  mühüm  vasitəçi  rolunu  Suriya  xristianları 
oynamışlar.  XI-XII1  əsrlərdə  isə  müsəlman  alim  və  filosofla­
rının  fəaliyyəti  daha  önəmli  olmuşdur.  İntibah  və  Yeni  zaman 
dövründə  Avropa  və  müsəlman  Şərqinin  mədəni  talelərində 
uzaqlaşma  baş  verir,  lakin  XIX  əsrdən  başlayaraq  yeni  ya­
xınlaşma prosesi gedir.
-  Dini  münasibətlərin  tarixi  və  müasir  spesifikasını 
nəzərə  almadan  Qərblə  müsəlman  Şərqi  arasındakı  çoxşaxəli 
və  ziddiyyətli  əlaqələrin  həqiqi  dinamikasını  dərindən  anlamaq 
mümkün  deyil.  Dini  münasibətlər bəzən  ən  gözlənilməz  tərzdə 
iqtisadi, sosial-siyasi, xüsusən də, mədəni əlaqələri  şərtləndirir.
-  Qərb  sivilizasiyasının  təşəkkül  tapması  və  inkişafında 
müsəlman  xalqlarının,  onlann  mədəni-mənəvi  təcrübəsinin 
əhəmiyyətli  rolu  danılmazdır  və  bu  həqiqət  xristian  aləminin 
mütəxəssisləri  tərəfindən  də  etiraf  olunmaqdadır.  Müsəlman 
Şərqi  Avropa  üçün  bir növ  mənbə olmuşdur  ki, buradan  lazımi 
olan  mədəni  elementlər  götürülmüşdür.  Eyni  zamanda,  müsəl­
man  Şərqi  Qərb  üçün  daim  “qıcıqlandırıcı"  olmuşdur  ki,  Qərb 
təfəkkürü qarşısında yeni-yeni  problemlər qoymuşdur.
-393
  -


-  İslamın  Avropaya  orta  əsrlərdə  təsiri  olduqca  çox- 
əhatəli  və  müxtəliftərəfli  olmuşdur.  Bu  təsir  Avropa  cəmiy­
yətlərinin  bütün  sahə  və  səviyyələrinə  toxunmuşdur,  az  və  ya 
çox  dərəcədə.  Məişət,  ticarət,  iqtisadiyyat, ədəbiyyat,  elm,  siya­
sət,  fəlsəfə,  din  və  s.  bu  təsirə  məruz  qalmışlar.  Ümumi  təsirin 
nəticəsi  olaraq,  müasir  elmlərdə  artıq  ənənəviləşmiş  bir  sıra 
problemlər ortaya çıxmışdır,  məsələn:
ədəbiyyat  sahəsində  -  provansal  lirikada  Şərq  və  Avro­
pa  elementlərinin  nisbəti,  orta  əsr  fablio  tanrının  Şərq  kökləri 
məsələləri;
təbiətşünaslığın  tarixi  sahəsində  -   Avropa  təbabətinin 
və astronomiyasının  inkişafına ərəb elminin  təsiri  məsələsi;
fəlsəfə  tarixi  sahəsində  -   lalın  averroizminin  İbn  Rüş- 
dün  fəlsəfi  sistemilə  müəyyənləşmə  dərəcəsi  barədə  mübahi­
sələr;  həmçinin  İbn  Sinanın  baxışlarının  avqustçiançılara  təsiri 
problemləri  və s.
-  İslam-xristian,  Şərq-Qərb  əlaqələri  bütöv  bir  münasi­
bətlər  kompleksini  əhatə  edir.  Bu  münasibətlər dörd  əsas  müs­
təvi  üzrə  cərəyan  etmişdir:  iqtisadi,  hərbi-siyasi,  mədəni  və 
dini.  İki  sivilizasiya arasında gedən  hərbi-siyasi  qarşıdurma düz 
XX  əsrə  qədər  daha  çox  dini-ideoloji  yönümdə  əsaslandırı­
lırmış.
-  Orta əsrlərdə  xristianlığın  islama  münasibətini  iki  əsas 
mövqe  müəyyənləşdirirdi:  bir  tərəfdən,  daha  güclü  və  bilikli 
müsəlmanlardan  öyrənmək;  digər tərəfdən,  yad və düşmən  dinə 
qulluq  edən  müsəlmanlarla  mübarizə  aparmaq.  İslam  barədə 
təsəvvürlər  Qərbi  Avropada  əsasən  XII-XIV  əsrlərdə  forma­
laşmışdır.  Orta  əsrlər  stereotipləri  əsasında  islam  haqqında 
yaranmış  Avropa  təsəvvürləri  sonrakı  dövrlərdə  də  özünü 
göstərmişdir.  Bu  təsəvvürlər  sistemi  daxilində  qeyri-adekvat
-
394
-
fi kiri ər,  islam  dini  və  müsəlmanların  peyğəmbəri  barədə  uy­
durma müddəalar az deyildir.
-  Bütövlükdə  götürdükdə,  XV  əsrdən  başlayaraq  bila­
vasitə  XIX  əsrə  qədər  islam  barəsində  real  biliklər  son  dərəcə 
zəif  təkamül  etmişdir  (islamla  tanışlıq,  bir  qayda  olaraq, 
Avropanın  dar elmi  dairələri  ilə  məhdudlaşmışdır).  Yalnız  XIX 
əsrdə,  avropalıların  Şərqə  miqrasiyası  ilə  əlaqədar  olaraq, 
müsəlman  ölkələri,  onların  mədəniyyəti  və  dini  haqqında 
biliklər  dairəsi  qeyri-adi  surətdə  genişlənir,  islam  dünyasına 
maraq  olduqca  artır.  Qeyd  etmək  vacibdir  ki,  bu  maraq,  ilk 
növbədə,  Avropa  ölkələrinin  praktiki  ehtiyaclarından  irəli 
gəlirdi.
-  Müstəqil  elm  sahəsi  kimi  islamşünaslığm  təşəkkül 
tapması  da  bu  praktiki  ehtiyaclardan doğan  maraqla  bağlıdır və 
burada  kolonial  işğallarla  bağlı  motivlərin  rolu  az  deyildir. 
XIX-XX  əsrin  əvvəlinə  təsadüf  edən  Avropa  islamşünaslığı 
müsəlman  mədəniyyəti  və dininin,  onların  tarixinin  öyrənilmə­
sinə  böyük  töhfə  vermişdir.  Ancaq,  eyni  zamanda,  Avropa  is- 
lamşünaslığı  özü  heç  də  az  yeni  "miflər”,  islamla  bağlı  az- 
dırmalar,  təhriflər  yaratmamışdır.  Avropa  şərqşünaslarının  bö­
yük  qismində  islama,  müsəlman  xalqlarına  düşmənçilik  mə­
qamları,  “yuxandan  aşağı  baxma” meyilləri  qalırdı.  Bunun  əsas 
səbəblərindən  biri,  fikrimizcə,  islamşünaslığm  bilavasitə  impe- 
riyaçılıq  (müstəmləkəçilik)  ideologiyasının  təsiri  altında  olma­
sında  idi.  Əlbəttə,  ümumi  sosial-siyasi,  mənəvi-psixoloji  mü­
hitin,  irsi-mental  amillərin də rolu  vardır.
-  XIX  əsrin  sonuncu  rübündə  avropa  ictimai  şüurunda 
islamın  ikili  təsviri  qərarlaşır:  islam,  bir  tərəfdən,  təhlükə, 
təhdid  kimi  qəbul  edilir  (“panislamizm”  adı  ilə),  “barbarlann 
fanatizmi”  kimi  qiymətləndirilir,  digər  tərəfdən  -   “hakimiyyət
-  
395
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə