Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə99/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

bu  çağırışla  millətçiliyin  qarşısım  kəsmək  olardı.  Şübhəsiz, 
müvafiq  konsepsiyaların  müəllifləri  belə  hesab  edirlər  ki,  qu­
ruluşları  təzədən  qurmaq  mümkündür.  Bizim  fikrimizcə,  mil­
lətçilikdə  insanları  maraqlandıran  başlıca  cəhət  onun  meydana 
gəlməsi  və  fəaliyyətidir.  Təxminən  nə  vaxtsa  dünyanı  dalana 
dirəyən  bütün  ideologiyalar  reallıqda  olan  ideyaların  əsasında 
formalaşmışdır.  Həmin  ideyalara  inanıb  onu  həyati  praktikaya 
tətbiq  edənlər  çox  olmuşdur.  İdeyalar  mifə  çevrilib  nəhəng 
enerji  potensialına  malik  olursa,  qanlı  inqilablarda  və  nəhəng 
işğalçı  yürüşlərdə  özünü  göstərir.  Bunu  millətçilik  ideyaları  və 
bəzi  millətçilik  elementləri  haqqında  da  deyə  bilərik.  Mifoloji 
millətçilik  millətçiliyin  ən  dərin  və  fundamental  formasıdır. 
Millətçiliyin  milli  dirçəlişlərdə  və  milli  inqilablarda  təzahürü 
milli  hisslərin  mifolojiləşməsi  dərəcəsindən  asılıdır.  Bu  kon­
sepsiyanın  tərəfdarları  hesab  edirlər  ki,  böyük  tarix  və  şanlı 
keçmiş  yerli  intellektualların  uydurduğu  nağıldan  başqa  bir  şey 
deyildir.  Lakin  bu  əhalinin  həyat  tərzinə  çevrildikdən  sonra  mif 
olmaqdan  çıxır.  Mifoloji  identiklik  həqiqi  milli  identiklikdir və 
buna  görə  də  mədəni  və  siyasi  “üstqurum”  adlanır.  Bu  keçmişi 
əks  etdirən  mif  deyildir,  əksinə,  bu  mif  bugünkü  reallığı  əks 
etdirir.  Bir  sıra  xalqlar  vardır  ki,  (məsələn,  çeçenlər)  onlarda 
milli  ideya  dini  ideya  ilə  birləşərək  fantastik  bir  enerjiyə 
çevrilir.  Bu  enerjini  quraşdırılmış  identiklik  ideyası  ilə  izah  et­
mək  olar.  Çeçenistanın  müstəqilliyi  ideyası  bir  sıra  tədqiqat­
çılar üçün  mifdir.  Lakin  o  bütün  həyati  enerji  ilə  yaşanır və  hə­
yata  keçirilir.
Məlum  olduğu  kimi  millətə  bir  sıra  təriflər  verilmişdir. 
K.Girtsə  görə  millət  talelərin  qəti  ümumiliyidir  (terminal  com­
munity of fate) (Ионин Л.Г.  Социология культуры.  М. Логос. 
1998,  с. 162.).  Əlbəttə,  bu  tərif  onlarla  tərifdən  yalnız  biridir.
,  
-
40 0
-
Müxtəlif  lüğət  və  ensiklopediyalarda  millətə  maraqlı  təriflər 
verilmişdir.  Millət  (latınca natio -   xalq,  tayfa deməkdir)  ondan 
asılı  olan dövlət  yaradandır və əraziyə,  digər millət  və xalqların 
hörmət etdiyi  sərhədlərə malikdir (millət -  dövlətdə təşkil  olun­
muş  xalqdır).  Milləti  bir  neçə  xalq,  yaxud  bir  neçə  xalqın  bir 
hissəsi  təşkil  edə  bilər.  Məsələn,  Böyük  Britaniya,  İsveçrə  və  s. 
(Мифологический  энциклопедический  словарь.  M.  Инфра. 
M.  1999,  c.291.).
Milli  mədəniyyət  anlayışı  da  nisbi  anlayışdır.  Millətin 
formalaşmasına  qədər  bir  sıra  xalqlar  müştərək  mədəniyyət­
lərdən  bəhrələnmişdir.  Bunu  ərəb-müsəlman  mədəniyyəti  haq­
qında da demək olar.
Ümumiyyətlə,  Şərqdə  dini-fəlsəfi,  estetik,  etik  fikir 
müxtəliflikdə  vəhdətin  və  vəhdətdə  müxtəlifliyin  anlaşılması 
prosesində fasiləsiz  şəkildə ilkin  mənbəyə qayıdış  və  yeniləşmə 
xarakterinə  malikdir.  Müsəlman  dini  həmin  ənənəni  davam  və 
inkişaf etdirmişdir.
Müsəlman  dini  əksər  şərq  xalqlarının,  o  cümlədən 
ərəblərin,  iranlıların,  türklərin,  hindlilərin,  indoneziyalılann  və 
s.  xalqlann,  həmçinin  Orta Asiyanın, Qafqazın,  Volqaboyunun, 
Balkan  və  Afrika  xalqlarının  tarixində  və  mədəniyyətində, 
sözün  həqiqi  mənasında,  əhəmiyyətli  rol  oynamışdır.  Təsadüfi 
deyildir  ki,  islam  fəlsəfəsi,  elmi  və  incəsənəti  öz  orijinallığı  ilə 
fərqlənərək bəşəriyyətə öz töhfələrini  vermişdir.
Tədqiqatçıların  fikrincə  “ictimai  həyatın,  milli  ənənələ­
rin  və  tarixi  talelərin  müxtəlif  səviyyəsində  olmasına  və  mü­
hüm  fərqlərinə  baxmayaraq,  mürəkkəb  və  çoxəsrlik  qarşılıqlı 
təsir prosesi  nəticəsində islamın  mədəniyyət  orbitinə daxil  olan 
xalqlann  sintezi  bir  sıra  müsəlman  xalqlannı  birləşdirən  ümu­
mi,  vahid  olan  mədəniyyət  yaratmışdır  ki,  bu  da  uzun  əsrlər
-401
  -


üçün  həmin  xalqların  dünyagörüşünü,  ənənələrini,  həyat  tər­
zini,  mənəvi  norma  və  ideallarını,  psixologiyasını,  ictimai  təsi­
satlarını  və  davranış  modellərini  müəyyən  etmişdir”.  Bunlara 
bədii  praktikanı,  dini  və  fəlsəfi  fikri  də  daxil  edə  bilərik.  Qeyd 
etmək  vacibdir  ki,  həmin  xarakteristika  müsəlman  xalqlarının 
vahid  dövlətin  tərkibinə  daxil  olduğu  konkret  tarixi  mərhələyə 
aiddir.  Yuxarıda  qeyd  etdiyimiz  funksiyanı  islam  dini  uğurla 
yerinə  yetirmişdir.  Hər  şeydən  əvvəl,  islam  dini  əzəldən  bütün 
müsəlmanların  qəbilə  -   tayfa  “bərabərliyini”  elan  etmişdir. 
Xristian  tədqiqatçıların  əksəriyyəti  qeyd  edirdilər:  “İslam  eti­
qadın  etnik  mənşədən  asılı  olmadığını  elan  edərək,  hamı  üçün 
vahid  olan,  hamı  üçün  mümkün  olan  baxışlar  sistemini  işləyib 
hazırlamışdır"  (Фильштинский  И.М.,  Шидфар  Б.Л.  Очерк 
арабо-мусульманской  культуры.  М.,  1971,  с.9.)..  Məşhur 
şərqşünas  və  islamşünas  Qrünebaum  yazırdı:  “Başqa  sözlə, 
fiziki  hökmranlıq  deyil,  yeni  təlimin  mədəni  qüdrəti,  onun 
müəyyən  coğrafi  və  intellektual  regionda  meydana  gəlməsi 
yox,  onun  təbiətinə  xas  olan  universalizm  bu  təlimin  inkişa­
fında  həlledici  amillər  olmuşdur.  İlahi  olanı  ərəb  xalqı  ilə  ey­
niləşdirmək  barədə  onun  təlqin  etdiyi  hiss  ilə  müqayisədə 
yaydığı  yeni  təsəvvürlər  də  eynilə  daha  sirayətedici  olmuşdur. 
Buna  baxmayaraq,  (daha  bir  paradoks)  ərəblər  bu  günə  qədər 
müsəlman  dünyasında  imtiyazlı  mövqe  iddiasında  olmuşlar 
(onların  buna  layiq  olduğu  da  etiraf  edilmişdir”  (Грунебаум 
Г .E.  фон.  Классик  Ислам.  (600-1258),  с.24-25.).  Əlbəttə, 
bununla  həm  razılaşmaq,  həm  də  razılaşmamaq  lazım  gəlir. 
Çünki  islamı  yaradan  və  əvvəllər  yayan  ərəb  xalqı  olmasına 
baxmayaraq,  islamın  mühafizəçisi,  “qılıncı”  türklər  olmuşdur. 
Ona  görə  də  imtiyazları  ərəblərə  vermək  tarixi  ədalətsizlik 
olardı.  Müsəlmançılığın  mühüm  prinsiplərindən  biri  də  mədə­
-
4 02
-
niyyətin  qanunauyğunluğu  prinsipinə  əsaslanan  ciddi  tradi- 
sionalizmdir.  Məşhur  müsəlman  alimi  və  teoloqu  Əl-Qəzali 
tradisionalizmin  mexanizmini  düzgün  ifadə  etmişdir.  “İnsan 
yalnız  ənənəyə o  vaxt  riyaət edir ki, avtoritetləri  təqlid  şüursuz 
xarakter daşıyır.  Lakin  həmin  halı  dərk  edən  kimi,  onun  təqlid 
predmeti  şüşə  kimi  çatlayıb,  kiçik  hissəciklərə  çevrilər.  Çat- 
lamam  düzəltmək  qeyri-mümkündür,  xırda  hissəcikləri  top­
layıb  birləşdirmək  olmaz,  deməli,  bütün  bunları  odda  əritmək 
və  həmin  predmetdən  ayrısını,  daha  mükəmməlini  yaratmaq 
lazımdır” (Аль-Газали.  Избавляющий  от  заблуждения.  Из 
истории  философии  Средней  Азии  и  Ирана.  М.  1960, 
с.218.).  Digər  tədqiqatçılar  islamın  digər  dinlərdən  hansı 
xüsusiyyətlərlə  fərqləndiyini  də  qeyd  edirlər.  “Məlum  olduğu 
kimi,  digər  dinlərdən  fərqli  olaraq,  islam  daha  çox  totalitar 
xarakterə  malikdir,  o,  təkcə  şəxsiyyətin  dini  şüurla  əlaqədar  tə­
rəflərini  deyil,  eyni  zamanda  insanı  bütövlükdə  əhatə  edir” 
(Габриели  Ф.  Основные  тенденции  развития  в  лит ера­
турах  ислама.  Арабская  Средневековая  культура  и  ли­
тература.  М.  1978,  с. 14.).  Müsəlman  dini  təkcə  adından 
göründüyü  kimi  mütilik  aşılamır.  İnsan  özü  üçün  yaxşı  həyatı 
təmin  etməkdən  ötəri  daim  zəhmət  çəkməli,  ciddi  və  səbirli 
olmalı,  bütün  çətinliklərə dözməli  və xilas  olmağa  ümidini  heç 
vaxt  itirməməlidir.  Yerdə  nə  varsa  fanidir,  «əyləncə  və  oyun­
dur»,  müvəffəqiyyətlər  aldadıcıdır.  F.Rouzental  haqlı  olaraq, 
qeyd  etmişdir ki,  islam  üçün  vacib  olan  cəhət  budur  ki,  insanın 
çata  bilmədiyi  bilik  var,  o  da  hər  şeyi  görən,  hər  şeyə  qədər 
Allahın  ixtiyarındadır.  Bu  mənada  islamı  qədim  klassik  sivili­
zasiyası,  yaxud  xristian  Qərb  sivilizasiyası  ilə  müqayisə  və 
yaxud qarşı-qarşıya qoymaq olar.  Lakin  eyni  zamanda onlar bir 
ağacın  budaqlarıdır  (Роузентал  Ф.  Торжество  знания.
-403
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə