odur ki, bu göstərilən fakt - qanunauyğunluq Şərq-Qərb dialo
qunun antoloji zəruriliyini də xeyli dərəcədə gücləndirir. Bu
zərurət isə həm mədəniyyətlər arasında, həm də ayrı-ayrı mə
dəniyyətlər daxilində qarşıya çıxan mühüm problemlərin
tələblərilə şərtlənir. Şərq-Qərb dialoqu hal-hazırda, əslində,
qlobal və universal məna kəsb edir. Və bu dialoqun necə və nə
dərəcədə həyata keçirilməsindən bəşəriyyətin gələcəyi asılıdır.
Dinlərin dialoqu fenomeni, əslində, hələlik tədqiq olun
mamış qalır, baxmayaraq ki, bu istiqamətdə artıq son qırx-əlli
ildə xeyli işlər görülmüşdür: əvvəlcə Avropada, sonra isə həm
də Asiyada problemlə bağlı çoxlu ədəbiyyat yaranmış, çoxsaylı
görüşlər, konfrans və simpoziumlar, seminar və kollokviumlar
keçirilmiş, yeni dini institut və təşkilatlar, tədqiqat qrupları
yaranmışdır. Şübhəsiz ki, bu hadisənin siyasi-ideoloji motivlə
ri, səbəb və xüsusiyyətləri də az deyildir, lakin yalnız bunlarla
kifayətlənmək səhv olardı. Dinlərarası dialoq həm milli prob
lemə (xüsusən konfessional cəhətdən qeyri-yekcins olan ölkə
lər üçün), həm də beynəlxalq problemə çevrilməkdədir. Dia
loqa get-gedə daha çox ölkələr və xalqlar cəlb olunmaqdadır.
Belə olduğu halda, aydındır ki, dialoq probleminin araşdırılma
sında sosiomədəni və kulturoloji kontekstlər xüsusi və mühüm
əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən də dissertasiya işində
konseptual müəyyənləşmə və daxili strukturlaşma göstərilən
kontekstlər üzrə aparılmış, din və mədəniyyətin genezisi, onla
rın ictimai-tarixi mahiyyəti, bəşəriyyətin inkişafında rolu və
yeri qarşılıqlı təsirlənmədə və dinamikada öyrənilmişdir.
Əlbəttə, əsas diqqət islam dini və müsəlman mədəniyyətinə
yetirilmişdir. Bu qoyuluşda aparılan tədqiqatın nəticəsi olaraq
bir sıra əlavə, lakin mühüm hesab etdiyimiz müddəalar müəy
yənləşmişdir:
-
392
-
- Şərq və Qərbin qarşılıqlı əlaqəsi tarixində islam-xris
tian münasibətlərinə xüsusi rol məxsusdur. Həm müsəlmanlara,
həm də xristianlara həmişə müəyyən bir mənəvi (ruhi) ümu
miliyin dərki xas olubdur ki, bu da Yaxın Şərq ibrahimi ənənə
lərinin mənbə vahidliyi ilə əlaqədardır. Eyni zamanda, onlann
dini-mədəni təcrübələrinin mahiyyətli surətdə fərqlənməsinin
dərki xasdır.
- Məhz islamın yayılması və Ərəb xilafətinin yaradıl
ması ilə Qərb və Yaxın Şərqin dini-ideoloji qarşıdurması ortaya
çıxmışdır. Lakin bu regionlar arasında mədəni ünsiyyət, mü
badilə prosesi heç vaxt tam kəsilməmişdir. İlkin islam döv
ründə bu prosesdə mühüm vasitəçi rolunu Suriya xristianları
oynamışlar. XI-XII1 əsrlərdə isə müsəlman alim və filosofla
rının fəaliyyəti daha önəmli olmuşdur. İntibah və Yeni zaman
dövründə Avropa və müsəlman Şərqinin mədəni talelərində
uzaqlaşma baş verir, lakin XIX əsrdən başlayaraq yeni ya
xınlaşma prosesi gedir.
- Dini münasibətlərin tarixi və müasir spesifikasını
nəzərə almadan Qərblə müsəlman Şərqi arasındakı çoxşaxəli
və ziddiyyətli əlaqələrin həqiqi dinamikasını dərindən anlamaq
mümkün deyil. Dini münasibətlər bəzən ən gözlənilməz tərzdə
iqtisadi, sosial-siyasi, xüsusən də, mədəni əlaqələri şərtləndirir.
- Qərb sivilizasiyasının təşəkkül tapması və inkişafında
müsəlman xalqlarının, onlann mədəni-mənəvi təcrübəsinin
əhəmiyyətli rolu danılmazdır və bu həqiqət xristian aləminin
mütəxəssisləri tərəfindən də etiraf olunmaqdadır. Müsəlman
Şərqi Avropa üçün bir növ mənbə olmuşdur ki, buradan lazımi
olan mədəni elementlər götürülmüşdür. Eyni zamanda, müsəl
man Şərqi Qərb üçün daim “qıcıqlandırıcı" olmuşdur ki, Qərb
təfəkkürü qarşısında yeni-yeni problemlər qoymuşdur.
-393
-
- İslamın Avropaya orta əsrlərdə təsiri olduqca çox-
əhatəli və müxtəliftərəfli olmuşdur. Bu təsir Avropa cəmiy
yətlərinin bütün sahə və səviyyələrinə toxunmuşdur, az və ya
çox dərəcədə. Məişət, ticarət, iqtisadiyyat, ədəbiyyat, elm, siya
sət, fəlsəfə, din və s. bu təsirə məruz qalmışlar. Ümumi təsirin
nəticəsi olaraq, müasir elmlərdə artıq ənənəviləşmiş bir sıra
problemlər ortaya çıxmışdır, məsələn:
ədəbiyyat sahəsində - provansal lirikada Şərq və Avro
pa elementlərinin nisbəti, orta əsr fablio tanrının Şərq kökləri
məsələləri;
təbiətşünaslığın tarixi sahəsində - Avropa təbabətinin
və astronomiyasının inkişafına ərəb elminin təsiri məsələsi;
fəlsəfə tarixi sahəsində - lalın averroizminin İbn Rüş-
dün fəlsəfi sistemilə müəyyənləşmə dərəcəsi barədə mübahi
sələr; həmçinin İbn Sinanın baxışlarının avqustçiançılara təsiri
problemləri və s.
- İslam-xristian, Şərq-Qərb əlaqələri bütöv bir münasi
bətlər kompleksini əhatə edir. Bu münasibətlər dörd əsas müs
təvi üzrə cərəyan etmişdir: iqtisadi, hərbi-siyasi, mədəni və
dini. İki sivilizasiya arasında gedən hərbi-siyasi qarşıdurma düz
XX əsrə qədər daha çox dini-ideoloji yönümdə əsaslandırı
lırmış.
- Orta əsrlərdə xristianlığın islama münasibətini iki əsas
mövqe müəyyənləşdirirdi: bir tərəfdən, daha güclü və bilikli
müsəlmanlardan öyrənmək; digər tərəfdən, yad və düşmən dinə
qulluq edən müsəlmanlarla mübarizə aparmaq. İslam barədə
təsəvvürlər Qərbi Avropada əsasən XII-XIV əsrlərdə forma
laşmışdır. Orta əsrlər stereotipləri əsasında islam haqqında
yaranmış Avropa təsəvvürləri sonrakı dövrlərdə də özünü
göstərmişdir. Bu təsəvvürlər sistemi daxilində qeyri-adekvat
-
394
-
fi kiri ər, islam dini və müsəlmanların peyğəmbəri barədə uy
durma müddəalar az deyildir.
- Bütövlükdə götürdükdə, XV əsrdən başlayaraq bila
vasitə XIX əsrə qədər islam barəsində real biliklər son dərəcə
zəif təkamül etmişdir (islamla tanışlıq, bir qayda olaraq,
Avropanın dar elmi dairələri ilə məhdudlaşmışdır). Yalnız XIX
əsrdə, avropalıların Şərqə miqrasiyası ilə əlaqədar olaraq,
müsəlman ölkələri, onların mədəniyyəti və dini haqqında
biliklər dairəsi qeyri-adi surətdə genişlənir, islam dünyasına
maraq olduqca artır. Qeyd etmək vacibdir ki, bu maraq, ilk
növbədə, Avropa ölkələrinin praktiki ehtiyaclarından irəli
gəlirdi.
- Müstəqil elm sahəsi kimi islamşünaslığm təşəkkül
tapması da bu praktiki ehtiyaclardan doğan maraqla bağlıdır və
burada kolonial işğallarla bağlı motivlərin rolu az deyildir.
XIX-XX əsrin əvvəlinə təsadüf edən Avropa islamşünaslığı
müsəlman mədəniyyəti və dininin, onların tarixinin öyrənilmə
sinə böyük töhfə vermişdir. Ancaq, eyni zamanda, Avropa is-
lamşünaslığı özü heç də az yeni "miflər”, islamla bağlı az-
dırmalar, təhriflər yaratmamışdır. Avropa şərqşünaslarının bö
yük qismində islama, müsəlman xalqlarına düşmənçilik mə
qamları, “yuxandan aşağı baxma” meyilləri qalırdı. Bunun əsas
səbəblərindən biri, fikrimizcə, islamşünaslığm bilavasitə impe-
riyaçılıq (müstəmləkəçilik) ideologiyasının təsiri altında olma
sında idi. Əlbəttə, ümumi sosial-siyasi, mənəvi-psixoloji mü
hitin, irsi-mental amillərin də rolu vardır.
- XIX əsrin sonuncu rübündə avropa ictimai şüurunda
islamın ikili təsviri qərarlaşır: islam, bir tərəfdən, təhlükə,
təhdid kimi qəbul edilir (“panislamizm” adı ilə), “barbarlann
fanatizmi” kimi qiymətləndirilir, digər tərəfdən - “hakimiyyət
-
395
-
Dostları ilə paylaş: |