1980-ci illərə qədər Britaniya parlamentində etnik
azlıqların təmsilçiləri olmamışdır. Yalnız 1987-ci ildə ley
boristlər partiyasından dörd nəfər və onların da iki nəfəri
müsəlman icmasını təşkil edirdi. İngiltərə dünyaya ən açıq
ölkə kimi tanınır. Burada bir milyarda yaxın insan vizasız
ölkəyə daxil olmaq hüququna malikdir. Hər il ölkəyə gələn
300 min xarici tələbənin yüz mini Asiya ölkələrindəndir.
2002-ci ildə “Milli mənsubiyyət, immiqrasiya və sı-
ğınacağa dair “Qanun” qəbul edilmişdir. Vətəndaşlıq almaq
istəyənlər ölkəyə və Britaniya monarxiyasına sədaqət andı
içməlidirlər, ölkə tarixini yaxşı bilməlidirlər. 2006-cı ildə
Qordon Braun, indiki baş nazir, cəmiyyətdə inteqrasiyanı
fəallaşdırmaq məqsədi ilə, tolerantlıq və patriotizm simvolu
olan “Britaniya günü" milli bayramını təsis etmişdir.
“Britaniya özünü Avropa ailəsinin üzvü kimi görür,
yoxsa “anqlo sakson (ABŞ) istiqamətinə m eyillidir?" bu
çox ciddi sualdır, ö lk ə əhalisinin 80 fazi Avropa məkanına
ehtiyatla yanaşır. “Britaniyada siyasətin gələcəyi Avropa
nın, yoxsa ABŞ-ın xeyrinə seçim ediləcəyindən birmənalı
asılıdır. İraq müharibəsi hadisələri göstərdi ki, ABŞ-la
“xüsusi isti münasibətlər” İngiltərənin Avropada və islam
dünyasında maraqlarına, nüfuzuna xələl gətirm ir” (A.Cam -
ble. Between Europe and America. The future o f British
Politics. 2003, p.231).
2001-ci il sentyabr hadisələrindən və Londonda sil
silə terror aktlarından sonra cəmiyyətdə mədəni-milli inteq
rasiya problematik xarakter daşıyır. İnteqrasiya siyasəti
sosial diskriminasiyanın aradan qaldırılmasına yönəlmişdir.
2005-ci il London metrosunda partlayışlardan sonra ictimai
rəydə multikulturalizm praktikası ciddi tənqid hədəfinə
-94
-
çevrilmişdir. Lakin 62 faiz ingilis və 82 faiz müsəlman
əhali başqa mədəniyyət təmsilçilərinin cəmiyyətə inteq
rasiyasının vacibliyini dəstəkləyirlər. İngilislərin üçdən iki
faizi və müsəlman əhalinin 74 faizi multikulturalizm siya
sətinə yenidən başlamasının əleyhinədirlər. 2005-ci ildən
miqrant və qaçqın statusuna nəzarət sərtləşdirilmişdir.
Ümumiləşdirilmiş vəhdət kimi qeyd edilsə də, hazır
da bütün Avropada sosial-mədəni inteqrasiyanın milli mo
dellərinə və humanitar mexanizmlərinə yenidən baxılır. Son
illərə qədər Avropada tolerantlıq nümunəsi kimi Hollandiya
təcrübəsi misal çəkilirdi. İnsan hüquqları ideologiyasının
ardıcıl reallaşdırılması sənaye inqilabı ərəfəsində bu ölkədə
dini-etnik zəmində qarşıdurmanı aradan qaldırmışdı. Ölkə
multikulturalizm siyasətim ən fəal tətbiq edənlərdən ol
muşdu.
1990-cı illərdə ölkə əhalisinin tərkibində qeyri-hol-
landiyalıların sayı yüksəlmişdi. Sağ düşərgənin siyasətçiləri
ölkənin islamlaşdırılması qorxusundan danışırdı. Sağ radi
kal siyasəti P.Forteynin və rejissor Teo Van Qoqun öldürül
məsi, qeyd olunan karikatura qalmaqalları intellektual elita
nın rəyinə təsir göstərmişdir. Bu vaxta qədər immiqrantlar
barədə söylənilən istənilən fikir irqi zəmində qərəz kimi
qiymətləndirilirdisə, artıq dövlət həddən yumşaq multikul-
tura siyasət yeritdiyi vurğulanırdı.
2002-ci ildə sosial-mədəni inteqrasiyaya dair parla
ment komissiyasının hesabatında xüsusilə də müsəlman
əhaliyə münasibətdə multikultural siyasətin iflasa uğradığı
rəsmi bəyan edildi. Burada da xüsusi vurğulanırdı ki, inteq
rasiya dövlətin maraq və təşəbbüslərinin ziddinə baş ver
mişdir. “Hollandiyanın təcrübəsi istər Avropada, istərsə də
-
9 5
-
müasir dünyada baş verən transformasiya və problemlərin
təzyiqi nəticəsində ictimai rəydə və dövlət siyasətində in
teqrasiyanın nəzəriyyə və praktikasına yenidən baxılmasına
ən qabarıq nümunədir. Bunun səbəblərindən biri, F.Fukuya-
mamn fikrinə görə, Avropada bərqərar olmuş dünyəvi də
yərlərlə, milli praktika və dini dəyərlər arasında baş verən
ziddiyyətlə bağlıdır” (F. Fukuyama. A.Year o f Leaving Dan-
gerounsly. Remember Theo Van Goglı. 2005, p.81).
Belçikada inteqrasiya problemi dövlət siyasətində
mühüm yer tutur. İnteqrasiya proseslərinin hüquqi nizam
lanması və göstəricilərinə görə Belçika Avropa Birliyi öl
kələri arasında liderlik edir. İslam dini hələ 1974-cü ildə
burada rəsmi dinlərdən biri elan edilib və dini qurumlar
dövlət tərəfindən dəstəklənir. Sosial-mədəni inteqrasiyanın
reallaşması konkret qurumlara həvalə olunur. 2005-ci ildə
Müsəlman cəmiyyəti Komitəsi təsis edilmiş və hakimiyyət
orqanlarında müsəlmanların maraqlarını təmsil etməyə xid
mət edir.
İrlandiya mədəniyyətlərarası dialoq və irqçilik prob
lemlərinə dair Milli Komitə fəaliyyət göstərir. Komitə ic
timai rəy və müzakirələrin keçirilməsi ilə inteqrasiyanı sti
mullaşdıran amilləri üzə çıxarmağa çalışır. İsveçrə inteq
rasiya siyasəti, dövlətin mövqeyinə görə, ümumən, insan
hüquqları çərçivəsində aparılmalıdır və mədəni-etnik birlik
lərə özəl səlahiyyətlərin verilməsi demək deyil. İnsan hü
quqları ideologiyası Danimarkada da qeyd-şərtsiz qəbul
edilir və demokratiyanın ən ali göstəricisi hesab edilir.
Məlum karikatura qalmaqalı bu ölkədə söz azadlığının
hədləri və sərhədləri problemini gündəmə gətirdi.
-
9 6
-
Fransada inteqrasiyanın individual aspekti önəmli
olduğu üçün, etnik mədəni birliklər multikultural siyasətin
obyekti kimi ayırd edilməmişdir. Fransanın çoxmilyonlu
müsəlman əhalisindən ölkə parlamentində heç kim təmsil
olunmur. Əhalinin etnik və dini mənsubiyyəti haqda statis
tika aparılmır. Hesab olunur ki, bu göstəricilər inteqrasiya
strategiyasının reallaşmasına mane olur. Fransada baş verən
son hadisələr problemlərin dərinliyini nümayiş etdirir. Bu
rada başqa mədəniyyət təmsilçilərinin, məşhur sosioloq və
filosof Pyer Burdye, Sokratın "atopos” - “məkansız” sözü
ilə səciyyələndirir.
XX əsrin 90-cı illərində Almaniya da özünün im-
miqrasiya ölkəsi olduğunu dərk etdi. Yeni yüzillikdə multi-
kulturalizm siyasətinin icrası əksər Avropa ölkələrinin
qanunvericiliyi ilə uyğunlaşdırılmışdır.
Dünyanın inkişaf etmiş ölkələri içərisində, millətin
etnik əsaslar üzərində konsolidasiyasmı təmin edən dövlət
siyasəti Yaponiya ilə müqayisə edilə bilməz.
Hələ 1986-cı ildə baş nazir Y.Naka Sone Yaponiyanı
aşkar şəkildə “bir irqin, bir millətin ölkəsi” adlandırmışdır.
Yaponiyanın dövlət siyasətində başqa etnik birlik
lərə yer olmadığını nəzərdə tutan “monoetnik millət" ide
yası bu gün də üstünlük təşkil edir. Qeyri-yapon əhalinin
sayı 3,2 və 4,8 faiz arasındadır. Hətta XX əsrin ortalarında
ölkəyə yaşamağa gələnlər hələ də “qonaq” qismində möv
cuddur. Yaponiyada 700 min etnik koreyalı və 200 min
çinli yaşayır. Ölkədə ağır fiziki əməklə məşğul olan peşə
sahibləri (qəssablar, zibildaşıyan, dəri emalı ilə məşğul olan
və s.) - 3 milyona yaxın burakumilər - etnik yaponlar,
1871-ci ildə sinfi fərqlərin ləğv edilm əsinə baxmayaraq.
-
9 7
-
Dostları ilə paylaş: |