bu çağırışla millətçiliyin qarşısım kəsmək olardı. Şübhəsiz,
müvafiq konsepsiyaların müəllifləri belə hesab edirlər ki, qu
ruluşları təzədən qurmaq mümkündür. Bizim fikrimizcə, mil
lətçilikdə insanları maraqlandıran başlıca cəhət onun meydana
gəlməsi və fəaliyyətidir. Təxminən nə vaxtsa dünyanı dalana
dirəyən bütün ideologiyalar reallıqda olan ideyaların əsasında
formalaşmışdır. Həmin ideyalara inanıb onu həyati praktikaya
tətbiq edənlər çox olmuşdur. İdeyalar mifə çevrilib nəhəng
enerji potensialına malik olursa, qanlı inqilablarda və nəhəng
işğalçı yürüşlərdə özünü göstərir. Bunu millətçilik ideyaları və
bəzi millətçilik elementləri haqqında da deyə bilərik. Mifoloji
millətçilik millətçiliyin ən dərin və fundamental formasıdır.
Millətçiliyin milli dirçəlişlərdə və milli inqilablarda təzahürü
milli hisslərin mifolojiləşməsi dərəcəsindən asılıdır. Bu kon
sepsiyanın tərəfdarları hesab edirlər ki, böyük tarix və şanlı
keçmiş yerli intellektualların uydurduğu nağıldan başqa bir şey
deyildir. Lakin bu əhalinin həyat tərzinə çevrildikdən sonra mif
olmaqdan çıxır. Mifoloji identiklik həqiqi milli identiklikdir və
buna görə də mədəni və siyasi “üstqurum” adlanır. Bu keçmişi
əks etdirən mif deyildir, əksinə, bu mif bugünkü reallığı əks
etdirir. Bir sıra xalqlar vardır ki, (məsələn, çeçenlər) onlarda
milli ideya dini ideya ilə birləşərək fantastik bir enerjiyə
çevrilir. Bu enerjini quraşdırılmış identiklik ideyası ilə izah et
mək olar. Çeçenistanın müstəqilliyi ideyası bir sıra tədqiqat
çılar üçün mifdir. Lakin o bütün həyati enerji ilə yaşanır və hə
yata keçirilir.
Məlum olduğu kimi millətə bir sıra təriflər verilmişdir.
K.Girtsə görə millət talelərin qəti ümumiliyidir (terminal com
munity of fate) (Ионин Л.Г. Социология культуры. М. Логос.
1998, с. 162.). Əlbəttə, bu tərif onlarla tərifdən yalnız biridir.
,
-
40 0
-
Müxtəlif lüğət və ensiklopediyalarda millətə maraqlı təriflər
verilmişdir. Millət (latınca natio - xalq, tayfa deməkdir) ondan
asılı olan dövlət yaradandır və əraziyə, digər millət və xalqların
hörmət etdiyi sərhədlərə malikdir (millət - dövlətdə təşkil olun
muş xalqdır). Milləti bir neçə xalq, yaxud bir neçə xalqın bir
hissəsi təşkil edə bilər. Məsələn, Böyük Britaniya, İsveçrə və s.
(Мифологический энциклопедический словарь. M. Инфра.
M. 1999, c.291.).
Milli mədəniyyət anlayışı da nisbi anlayışdır. Millətin
formalaşmasına qədər bir sıra xalqlar müştərək mədəniyyət
lərdən bəhrələnmişdir. Bunu ərəb-müsəlman mədəniyyəti haq
qında da demək olar.
Ümumiyyətlə, Şərqdə dini-fəlsəfi, estetik, etik fikir
müxtəliflikdə vəhdətin və vəhdətdə müxtəlifliyin anlaşılması
prosesində fasiləsiz şəkildə ilkin mənbəyə qayıdış və yeniləşmə
xarakterinə malikdir. Müsəlman dini həmin ənənəni davam və
inkişaf etdirmişdir.
Müsəlman dini əksər şərq xalqlarının, o cümlədən
ərəblərin, iranlıların, türklərin, hindlilərin, indoneziyalılann və
s. xalqlann, həmçinin Orta Asiyanın, Qafqazın, Volqaboyunun,
Balkan və Afrika xalqlarının tarixində və mədəniyyətində,
sözün həqiqi mənasında, əhəmiyyətli rol oynamışdır. Təsadüfi
deyildir ki, islam fəlsəfəsi, elmi və incəsənəti öz orijinallığı ilə
fərqlənərək bəşəriyyətə öz töhfələrini vermişdir.
Tədqiqatçıların fikrincə “ictimai həyatın, milli ənənələ
rin və tarixi talelərin müxtəlif səviyyəsində olmasına və mü
hüm fərqlərinə baxmayaraq, mürəkkəb və çoxəsrlik qarşılıqlı
təsir prosesi nəticəsində islamın mədəniyyət orbitinə daxil olan
xalqlann sintezi bir sıra müsəlman xalqlannı birləşdirən ümu
mi, vahid olan mədəniyyət yaratmışdır ki, bu da uzun əsrlər
-401
-
üçün həmin xalqların dünyagörüşünü, ənənələrini, həyat tər
zini, mənəvi norma və ideallarını, psixologiyasını, ictimai təsi
satlarını və davranış modellərini müəyyən etmişdir”. Bunlara
bədii praktikanı, dini və fəlsəfi fikri də daxil edə bilərik. Qeyd
etmək vacibdir ki, həmin xarakteristika müsəlman xalqlarının
vahid dövlətin tərkibinə daxil olduğu konkret tarixi mərhələyə
aiddir. Yuxarıda qeyd etdiyimiz funksiyanı islam dini uğurla
yerinə yetirmişdir. Hər şeydən əvvəl, islam dini əzəldən bütün
müsəlmanların qəbilə - tayfa “bərabərliyini” elan etmişdir.
Xristian tədqiqatçıların əksəriyyəti qeyd edirdilər: “İslam eti
qadın etnik mənşədən asılı olmadığını elan edərək, hamı üçün
vahid olan, hamı üçün mümkün olan baxışlar sistemini işləyib
hazırlamışdır" (Фильштинский И.М., Шидфар Б.Л. Очерк
арабо-мусульманской культуры. М., 1971, с.9.).. Məşhur
şərqşünas və islamşünas Qrünebaum yazırdı: “Başqa sözlə,
fiziki hökmranlıq deyil, yeni təlimin mədəni qüdrəti, onun
müəyyən coğrafi və intellektual regionda meydana gəlməsi
yox, onun təbiətinə xas olan universalizm bu təlimin inkişa
fında həlledici amillər olmuşdur. İlahi olanı ərəb xalqı ilə ey
niləşdirmək barədə onun təlqin etdiyi hiss ilə müqayisədə
yaydığı yeni təsəvvürlər də eynilə daha sirayətedici olmuşdur.
Buna baxmayaraq, (daha bir paradoks) ərəblər bu günə qədər
müsəlman dünyasında imtiyazlı mövqe iddiasında olmuşlar
(onların buna layiq olduğu da etiraf edilmişdir” (Грунебаум
Г .E. фон. Классик Ислам. (600-1258), с.24-25.). Əlbəttə,
bununla həm razılaşmaq, həm də razılaşmamaq lazım gəlir.
Çünki islamı yaradan və əvvəllər yayan ərəb xalqı olmasına
baxmayaraq, islamın mühafizəçisi, “qılıncı” türklər olmuşdur.
Ona görə də imtiyazları ərəblərə vermək tarixi ədalətsizlik
olardı. Müsəlmançılığın mühüm prinsiplərindən biri də mədə
-
4 02
-
niyyətin qanunauyğunluğu prinsipinə əsaslanan ciddi tradi-
sionalizmdir. Məşhur müsəlman alimi və teoloqu Əl-Qəzali
tradisionalizmin mexanizmini düzgün ifadə etmişdir. “İnsan
yalnız ənənəyə o vaxt riyaət edir ki, avtoritetləri təqlid şüursuz
xarakter daşıyır. Lakin həmin halı dərk edən kimi, onun təqlid
predmeti şüşə kimi çatlayıb, kiçik hissəciklərə çevrilər. Çat-
lamam düzəltmək qeyri-mümkündür, xırda hissəcikləri top
layıb birləşdirmək olmaz, deməli, bütün bunları odda əritmək
və həmin predmetdən ayrısını, daha mükəmməlini yaratmaq
lazımdır” (Аль-Газали. Избавляющий от заблуждения. Из
истории философии Средней Азии и Ирана. М. 1960,
с.218.). Digər tədqiqatçılar islamın digər dinlərdən hansı
xüsusiyyətlərlə fərqləndiyini də qeyd edirlər. “Məlum olduğu
kimi, digər dinlərdən fərqli olaraq, islam daha çox totalitar
xarakterə malikdir, o, təkcə şəxsiyyətin dini şüurla əlaqədar tə
rəflərini deyil, eyni zamanda insanı bütövlükdə əhatə edir”
(Габриели Ф. Основные тенденции развития в лит ера
турах ислама. Арабская Средневековая культура и ли
тература. М. 1978, с. 14.). Müsəlman dini təkcə adından
göründüyü kimi mütilik aşılamır. İnsan özü üçün yaxşı həyatı
təmin etməkdən ötəri daim zəhmət çəkməli, ciddi və səbirli
olmalı, bütün çətinliklərə dözməli və xilas olmağa ümidini heç
vaxt itirməməlidir. Yerdə nə varsa fanidir, «əyləncə və oyun
dur», müvəffəqiyyətlər aldadıcıdır. F.Rouzental haqlı olaraq,
qeyd etmişdir ki, islam üçün vacib olan cəhət budur ki, insanın
çata bilmədiyi bilik var, o da hər şeyi görən, hər şeyə qədər
Allahın ixtiyarındadır. Bu mənada islamı qədim klassik sivili
zasiyası, yaxud xristian Qərb sivilizasiyası ilə müqayisə və
yaxud qarşı-qarşıya qoymaq olar. Lakin eyni zamanda onlar bir
ağacın budaqlarıdır (Роузентал Ф. Торжество знания.
-403
-
Dostları ilə paylaş: |