culuğu prosesinə rəhbərlik missiyasını bilavasitə öz üzərinə
götürməsi Azərbaycanı belə bir qorxulu gələcəkdən hifz etdi.
Müstəqil dövlətimiz digər bir sıra postsovet ölkələrindən fərqli
olaraq, yenidən hansısa fövqəl güclərin vassalına çevrilmək
təhlükəsindən xilas oldu. Bütün bunlar Heydər Əliyevin müs
təqil Azərbaycan dövlətinin memarı və qurucusu olması fak
tının real həyatda təsdiqidir.
Ulu öndər Heydər Əliyev hər dövrü, hər mərhələsi
məktəb sayılan qeyri-adi ömür yaşamış, yalnız mənsub olduğu
Azərbaycan xalqının deyil, ümumən dünya xalqlarının təsəvvü
ründə özünün mükəmməl obrazının, aydın cizgiləri ilə seçilən
möhtəşəm portretini yaratmışdır. Onun istər dövlət təhlükəsiz
lik orqanlarında, istərsə də bilavasitə Azərabycan rəhbərliyində
çalışarkən gördüyü işlər, atdığı addımların miqyas və mahiy
yəti ulu öndərin ideya-siyasi irsinin tədqiqi üçün geniş material
verir.
Görünür, bu da dahiliyin bir formuludur: bir anlıq tə
səvvür edək, dünyanın bir çox nüfuzlu elm mərkəzlərinin fəxri
doktoru, professoru seçilsə də. Heydər Əliyev elmi - nəzəri ya
radıcılıq işi ilə məqsədyönlü surətdə məşğul olmamışdır. O,
bütün çətin situasiyalarda yeganə düzgün qərarları intiutiv
şəkildə, dahiyanə bir fəhm əsasında qəbul etmişdir. Lakin bu
fəhm özü böyük dünyagörüşün və yüksək elmi - nəzəri hazırlıq
səviyyəsinin məhsulu idi. Onun qısa zaman ərzində olduqca
məsul qərarları hansı mülahizələr və hesablamalar əsasında
verdiyini müəyyənləşdirmək bizim üçün çox çətindir. Dahilərə
məxsus düşüncə tərzini anlamaq adi adamlann işi deyil. Amma
bir şey şübhəsizdir ki, Heydər Əliyev öz quruculuq fəaliyyətini
kortəbii surətdə həyata keçirmirdi; yüz ölçüb, bir biçirdi. Bizə
məlum olan isə son nəticə, onun verdiyi yeganə düzgün
-
142
-
qərarlar və bu qərarların sayəsində əldə olunan əməli uğurlar
idi.
Əsas missiyası əməli işə, quruculuq fəaliyyətinə söy
kəndiyindən ulu öndər özü hər hansı elmi-nəzəri əsərin müəl
lifi deyil. Bununla belə, onun ayn-ayn nitqlərində, müsahibə
lərində, görüşlərində, müraciətlərində irəli sürdüyü fikirlər, im
zaladığı fərman və sərəncamlar ən müxtəlif sahələrdə - dövlət
quruculuğu, hüquqi-demokratik islahatlar, sosial-iqtisadi sfera,
elm, təhsil, mədəniyyət və s. gələcək inkişaf proseslərinin
nəzəri - fundamebntal əsaslarını formalaşdıran bütöv elmi
mərkəzlər üçün aydın metodolji istiqamət və göstərişlərdir.
Heydər Əliyevin bu göstərişlərinə, irəli sürdüyü ideyalara is
tinadən müstəqil Azərbaycan dövlətçiliyinin ideya-siyasi əsas
lan hazırlanır. Azərbaycanın mükəmməl fəaliyyət strategi
yasını formalaşdırmış bu tezislərə gələcəkdə də çox tez-tez
istinad ediləcəkdir. Çünki cəmiyyət həyatının elə bir sahəsi
yoxdur ki, Heydər Əliyevin irəli sürdüyü fikirlər bu sahə ilə
bağlı həyata keçirilməli zəruri planlar, proqramlar haqqında
düzgün istiqamət müəyyənləşdirməmiş olsun.
Azərbaycanın milli mənafelərinə söykənən bütün bu
istiqamətlər ümumi halda ulu öndərimizin müəllifi ;olduğu
azərbaycançılıq ideologiyasının tərkib hissələrini təşkil edir.
Məhz bu ideologiya əsasında Azərbaycanın sosial-iqtisadi,
ictimai-mənəvi həyatı normallaşıb sabitləşmişdir. Dünya
azərbaycanlılarının tarixi Vətəninin milli maraqlan ətrafında
müləşəkkiliyi təmin olunmuşdur. Ulu öndərimiz Azərbaycan
dövlətinin, azərbaycanlı anlayışının tarixən bu arealda məskun
laşmış bütün etnoslara məxsusluğu fikrini çoxrəngli cəmiyyəti
mizin ortaq qənaətinə çevirmişdir. Azərbaycanın harada yaşa
masından asılı olmayaraq özünü azərbaycanlı superetnosuna
-
143
-
aid edən hər bir azərbaycanlının doğma dövləti olduğunu tarixi
həqiqət kimi hər kəsə əxz etdirmişdir.
Heydər Əliyev Azərbaycan elminin, mədəniyyətinin
yüksəlişini, sənayeleşmədə, kənd təsərrüfatında müasir texno
logiyalardan istifadəni cəmiyyət həyatının əhəmiyyətli faktına
çevirdi. Böyük əzmlə həyata keçirdiyi sosial-iqtisadi islahat
larla sosializm ictimai-iqtisadi formasiyasının süqutundan son
ra Azərbaycan qarşısında dayanmış kifayət qədər çətin prob
lemlərin həllinə nail oldu. Bu islahatlar sayəsində bazar iqtisa
diyyatına keçid prosesi uğurla başa çatdı. Əsas şərtlərin azad
bazar mexanizmi tərəfindən diktə olunduğu yeni iqtisadi müna
sibətlər şəraitində vətəndaşların mənafeləri də diqqətdən kənar
da qalmadı. Respublikamızda mükəmməl sosial müdafiə siste
mi formalaşdınldı. Özəl sektorun inkişafına, ölkəmizə sərmayə
axınına əlverişli mühit təmin olundu. Azərbaycan yerli və xa
rici sərmayələrə verilən dövlət təminatlan, biznes ideyalarının
həyata keçirilməsinə geniş imkan yaradan daxili ictimai-siyasi
sabitliklə bütün dünyada etibarlı tərəfdaş imici qazandı.
Ulu öndərimiz demokratik inkişafın ilk mərhələsində
yad həyat tərzinə xas ziyanlı təzahürlərin aramsız hücumlan
qarşısında sarsılan milli-mənəvi dəyərlərimizi yenidən ayağa
qaldırdı. Dəyərlərimizə yeni məzmun verdi. Milli yaddaşımızın
bu ən qiymətli mirasın ölkəmizin demokratik inkişaf prosesinə
gətirməklə Azərbaycan demokratiyasına özünəməxsusluq qa
zandırdı. Bununla da hələ XIX əsrin sonlarına doğru Azərbay
canın və Umumillidə türk dünyasının görkəmli milli məfkurə
sahiblərinin fikrini məşğul edən, bütöv ideoloji-siyasi cərəyan
ların yaranmasına gətirən “demokratik dünyadan nələri gö
türməli” sualı Heydər Əliyevin əməli fəaliyyətində öz doğru
cavabım tapdı.
-
144
-
Heydər Əliyevin dövlətçilk prinsipləri Azəırbaycan mə
dəniyyəti qarşısında da geniş üfüqlər açdı. Milli-mədəni irsi
miz, tariximiz, sənətimiz, sənətimiz bir daha geniş surətdə
tahlil edildi. Milli mədəniyyətimiz ideoloji buxovlardan, qada
ğalardan qurtuldu. Ən müxtəlif mədəniyyətlər, dini baxışlar
arasında mədəni tərəqqiyə yol açan sivil dialoq təmin olunduğu
Azərbaycan bütün dünya üçün örnəyə çevrildi.
Beləliklə, ulu öndərimiz memarı olduğu müstəqil Azər
baycan dövlətini XXI əsrə bütün parametrlər üzrə möhkəm
özül üzərində, ölkənin gələcək inkişafını təmin edəcək mükəm
məl dövlətçilik konsepsiyası ilə birgə gətirdi. Bu gün Heydər
Əliyev yolunun ən layiqli davamçısı, Azərbaycan Respublika
sım Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən
bu konsepsiya daha böyük uğurlarla müşayiət olunur. Heydər
Əliyevin formlaşdırdığı sarsılmaz bünövrə üzərində müstəqil
Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi pro
sesi yeni mərhələyə qədəm qoymuşdur. XXI əsrdə bu dövlətin
keçəcəyi yol, üzləşəcəyi perspektivlər isə yenə də Heydər
Əliyev irsinə nə dərəcədə sadiqliyimizdən asılıdır. Ulu öndərə
aid ideya və prinsiplərin dövlət quruculuğu prosesində davamlı
olaraq tətbiqi Heydər Əliyevin ideya-siyasi irsinin ətraflı öy
rənilməsini, bu irsin hələ açılmamış səhifələrinin üzə çıxa-
nlmasmı zərurətə çevirir.
J
Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan
dövlətinin meman və qurucusu Heydər Əlirza oğlu Əliyevin
zəngin ideya-siyasi irsinin tədqiqi sahəsində görülən işlər artıq
bir neçə ildir ki, tarix, fəlsəfə, politologiya və digər ictimai
elmlərin birləşmə nöqtəsində öz metodologiyasını, predmetini
formalaşdırmaqdadır.
-
145
-
Dostları ilə paylaş: |