Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə104/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   98   99   100   101   102   103   104   105   106

dünyada  axtarılan  inkişaf  paradiqmalannın  yararlana  biləcəyi 
böyük potensiala sizin diqqətinizi  cəlb etmək istəyirik.
Dünya  ictimaiyyyəti  tolerantlıq  problemini  son  dövr­
lərdə  daim  müzakirə  etsə  də,  hər  dəfə  ortaya  çıxan  suallar ca­
vabları  üstələyir.  Tolerantlığın  mahiyyəti  haqqında  bitkin  fəl­
səfi  konsepsiya  hələlik  mövcud  deyil,  lakin  onun  təməli, 
tolerantlığın  kodeksi  sayıla  biləcək  ümumbəşəri 
prinsip  və 
meyarlar  sistemi  mövcuddur:  Bu  bəşəriyyətə  ünvanlanan 
müqəddəs kitablardakı  mənəvi dəyərlər sistemidir.
Tolerantlıq  hüquqi  kateqoriya  deyil.  Lakin  tolerantlıq 
ideyası  hüquq  fəlsəfəsində  də,  hüquqi  etikada da öz  əksini  tap­
mışdır.  Bu  baxımdan  tolerantlıq  həm  fəlsəfi-hüquqi  ideya,  həm 
də  doktrina!  norma  qismində  nəzərdən  keçirilə  bilər.  Demək 
olar  ki,  bütün  liberal,  demokratik  paradiqmalara  tolerantlıq 
xasdır.
İnsan  hüquqları  kontekstində  tolerantlıq  -  hər  bir  ölkə­
nin  qanunvericiliyində  müəyyən  normaların,  başqa  insanların 
hüquqlarına  dözümlülüyü  ifadə  edən,  diskriminasiya  hallarına 
yol  verilməməsini  əks  etdirən  ümumi  prinsiplərin  mövcud­
luğudur.  Həm  də qanunvericilikdə, eyni  zamanda,  antidiskrimi- 
nasion  və  müəyyən  qrup  insanlar  üçün  əlerişli  hüquqi  rejimi 
təmin  edən  normaların  təsbit  edilməsi  nəzərdə  tutulur  (yəni 
“pozitiv diskriminasiya”).
Tolerantlıq  çoxçalarlı  mahiyyət  və  məzmuna  malikdir. 
Bu  mahiyyət  nə  qədər  dəqiq 
müəyyənləşdirilərsə  anlayışın 
müxtəlif  məqsədlərlə  manipulyasiyası  və  tətbiqi  cəhətləri  o 
qədər  az  olar.  Tolerantlıq  populist,  kosmopolitik,  frazeologiya 
deyilir.  Onun  ifadə  etdiyi  semantik  məkan  çox  zəngindir.  T o­
lerantlığın  siyasi,  elmi,  dini,  etnik,  tibbi,  pedaqoji,  inzibati,
-
42 0
-
məişət,  individual,  kollektiv  və  s.  traktovkalannı  fərqləndi­
rirlər.
Tolerantlıq  səbir və dözüm anlayışları  ilə sinonim  kimi, 
əksər  hallarda,  yalnız  müsbət  hallarda  işlənilir.  Başqa  sözlə 
desək,  tolerantlığın  yaxşı,  intolerantlığın  (dözümzüslüyün)  pis 
olmasına  dair  təsəvvürlər  formalaşmışdır.  Bu  tolerantlığın  ma­
hiyyətinin  çox  bəsit  anlamı  və  çözülməsi  demək  olardı.  Əs­
lində,  məsələ  daha  mürəkkəbdir.  Tolerantlığın  sərhədləri  hara­
da bitir və o, dözümsüzlüyə çevrilir.  Onun  ümumi  başa düşülən 
modeli,  yoxsa  hərənin  öz  nisbi  tolerantlıq  təsəvvürləri  möv­
cuddur.
Bəzi  tədqiqatçılar  universal  tolerantlıq  konsepsiyasının, 
məsələn,  kosmopolitik  tolerantlığın  mövcud  olduğunu  irəli  sü­
rürlər.  Digərlərinə  gorə dinlər  və sivilizasiyalararası  tolerantlıq 
konsepsiyasının  olması  qeyri-mümkündür.  Çünki  bu  çox  dərin 
qatlarda  mənəvi-dini  amillərlə,  sosial  arxetip  və  mentalitetlə 
əlaqəli  surətdə  mövcuddur.  Yaxud  tolerantlığın  eyni  vaxtda 
həm  univrsal  dəyər,  həm  də  qarşılıqlı  münasibətlərin  həlli  va­
sitəsi  kimi  qəbul  edilməsinin  mübahisəli  olduğu  vurğulanır. 
Hətta  ayrılıqda  bir  insanın  individual  tolerantlığa  malik  olma­
sı, bunun  sabit konstanta deyil, dinamik məzmunlu bir fenomen 
olması  qeyd  olunur.  Bütün  bu  mövqelər  relyativizmdən  qay­
naqlanaraq  tolerantlıq  anlayışının  şərhində  bəzən  çətin  sezilən 
manipulyativ,  cəfəng  potensialı  görməyə mane olur.
Tolerantlığın  həm  ümumbəşəri  mənəvi  dəyər,  həm  də 
müasir  demokratik  cəmiyyətin  təməl  prinsiplərinin  olmasına 
dair  yekdil  qənaət  mövcuddur.  Dözümsüzlüyün  sülhün,  demo­
kratiya  və təhlükəsizlik üçün ən  böyük  təhlükə  mənbəyi  olması 
da birmənalıdır.
Tolerantlığın  mənalandırılmasında  başqa  anlayışlarda
-421
  -


olduğu  kimi, ifratçılığa  varmaq,  hədd və sərhəd ölçülərini  unut­
maq  olmaz.  Həddini  keçdikdə  hər şey öz əksinə  çevrilir.  Buna 
görə  də  tolerantlığın:  nihilizm,  güzəşt,  konformizm,  pasifizm, 
kosmopolitizm,  passiv  və  susmaq  mövqeyi  tutmaqla  səbir  et­
mək  kimi  başa  düşülən  mənaları  hədd  ölçüsünün  unudulması 
ilə bağlıdır.
Tolerantlığın  fəlsəfəsində demokratiya,  insan  hüquqları, 
vətəndaş cəmiyyəti  və sair kimi  yalnız  liberal  dəyərlərdən çıxış 
etmək  də  anlayışın  bütövlüyünə  mane  olan  amildir.  Daha  doğ­
rusu,  tolerantlıq  yalnız  müasir  dünyəvi  (sekulyar)  dəyər  kimi 
qəbul  edildikdə  onun  zənginliyi  məhdudlaşır.  Ədalət,  vicdan, 
əxlaq,  həqiqiət,  kimi  anlayışlardan  təcrid  olunmuş şəkildə,  yəni 
dini  (sakral)  universal  dəyər  kimi  daha  qədim  tarixə  malik 
olması  unudulanda  anlayışın  diskreditasiyası  baş  verir.  Dün­
yəvi,  yaxud  demokratik  dəyər  adı  altında  hər  hansı  bir  xalqın, 
sivilizasiyanın  dəyərləri  bütün  dünyaya  qəbul  etdiriləndə  bu 
təbii  reaksiya doğurur, sülh  üçün  böyük təhlükə yaradır.
Bəzən  tolerantlığın  gerçəkləşməsi  üçün  identiklik  və 
fərqlərin  ləğv edilməsi  kimi  qorxulu təkliflərdə səslənir.
Müasir  dünyada  insanlar,  xalqlar  arasında  siyasi,  ide­
oloji,  iqtisadi,  sosial  sahədə  mövcud  olan  fərqləm  azalması 
meyli  müşahidə olunur.  Belə  ki,  əksər ölkələr eyni  demokratik 
siyasi  quruluşda,  eyni  liberal  bazar  iqtisadiyyatı  məkanlarında, 
eyni  qlobal  cəmiyyət  ideyasının  səsləndiyi  zamanda yaşayırlar. 
Yəni  sadalanan  bu  sahələrdə  insanlar  arasında  köklü  fərqlər 
mövcud  deyildir  və  burada  tolerantlıq  problemi  o  qədər  də 
kəskin  durmur.
Bu  gün  bəşəriyyət  bir  qlobal  zamanda,  lakin  çeşidli 
tolerantlıq  məkanlarında  mövcuddur.  İnsanlan  fərqləndirən 
başlıca  amillər  mədəni-etnik,  dini-konfessional  fərqlərdir.  Bu
-
4 2 2
-
baxımdan  dini  tolerantlıq probleminə xüsusi  diqqət  ayrılmasına 
real ehtiyac və sosial  sifariş mövcuddur. Qlobal  sivilizasiyanın 
formalaşması  fərqli  dinə  mənsub  olan  insanların  bir-birinə 
hörmət,  anlam  və  dözümlü  münasibətindən  bilavasitə  asılı 
olacaqdır.
Tolerantlıq  hər  şey  demək  deyildir,  lakin  tolerantlıq 
olmadan  heç  nə  mümkün  ola  bilməz.  Bütün  münaqişə  və  gər­
ginliklərin  səbəbi  dözümsüzlükdürsə,  deməli,  onlarin  həlli  yol­
ları  da  burada  axtarılmalıdır.  Müxtəlif  və  fərqli  olmaq  istəyini 
qüvvə  tətbiqi  və  savaş  siyasəti  ilə  həll  etmək  heç  bir  vəchlə 
mümkün  deyil.  Buna  görə  də  toqquşma  ssenarilərinin  nə  elmi 
əsası,  nə  də  gələcəyi  yoxdur.  İnsanların  şüurunda  min  illərlə 
formalaşan  stereotiplərin  aradan  qaldırılması  üşün  müəyyən 
zaman  keçməlidir.  Həm  də  bu  sülh,  əmin-amanlıq  və  davamlı 
inkişaf zamanı  olmalıdlır.
Dözümsüzlüyün  təzahürü  olan  şovinizm,  rasizm,  sepa­
ratizm,  ksenofobiya,  ekstremizm  və  s.  anlayışların  mənasına 
diqqət etsək,  maraqlı  məqamlar üzə çıxır.  Bu  anlayışlar “başqa, 
özgə,  fərqli  olan’Mar qarşısında  hər hansı  diskomforıluq,  qorxu, 
gərginlik  hissinin  keçirilməsi  və  bu  hisslərdən  azad  olmaq  is­
təyi  kimi  mənaları  verir.  Yada  salaq  ki,  “fobiya"  qorxu  de­
məkdir.  Tolerantlığın  formalaşması  üçün  insanların  bir-birini 
tanımasına,  ünsiyyət  qurmasına  imkan  yaradan  mühit  olma­
lıdır.
Tolerantlıq  daimi  sülh  və  əmin-amanlıq,  fasiləsiz 
dialoq,  qarşılıqlı  tanıma  münasibətlərini  nəzərdə  tutur. 
Bu 
yalnız  səbir  və  güzəştə  getmək  deyil,  dinləmək,  anlamaq  və 
hörmət  ermək,  qəbul  edə  bilmək  mədəniyyətidir.  Məhz  bu 
baxımdan  tolerantlıq  münaqişələrin  həllinin  müasir demokratik 
vasitəsi  kimi  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Onun  başlıca
-
4 2 3
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə