Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə15/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

Müasir  mərhələdə  bu  iki  inkişaf  meylinin  tarixdə  əv­
vəllər  rast  gəlinməyən  tərzdə  fövqəladə  çulğaşması,  qarşılıqlı 
inkişafı  prosesi  özünü ilk dəfə  qabarıq  göstərir.
Yəni,  inteqrasiya  meylinin  dominant  xarakter daşıması 
heç  kimdə  şübhə  doğurmadığı  halda,  eyni  zamanda,  əks  me- 
yilin  də  güclənməsi  müşahidə  olunur.  Kommunikativ  məkanın 
genişlənməsi,  ölkələr  və  mədəniyyətlərarası  təsirlərin  inten­
sivliyi,  maliyyə-iqtisadi,  siyasi-hüquqi  sferaların  inter  və  trans- 
nasionallaşması,  mədəni  avtonomiya,  diferensiasiya  mcyillə- 
rini  aradan  qaldırmaq  əvəzinə,  onları  daha  da  kəskinləşdirir. 
Baş  verən  proseslərin  ziddiyyətli  mahiyyəti:  müxtəlif  istiqa­
mətlərə  yönəlmiş  inteqrasiya  və  diferensiasiyanın,  qlobal  və 
lokal  mədəni  məkanların  yanaşı  mövcudluğu,  dünyanın 
vəhdətinin  mürəkkəb mahiyyəti  kimi  başa düşülə  bilər.
Ölkələrin  mürəkkəb  qarşılıqlı  əlaqələr  sisteminə  daxil 
olması,  həm  də  onlann  siyasi,  sosial-mədəni  suverenliyi  şə­
raitində  mümkün  olmuşdur.  Hər  bir  mədəniyyət  qlobal  inteq­
rasiya  proseslərinə  mədəniyyətdəki  həm  ümumbəşəri,  həm  də 
spesifik  olan  cəhətləri  saxlamaqla  daxil  olmağın  üsul,  ritm  və 
formalarını  özü  müəyyən  edir.  Qlobal  cəmiyyətə  açq  olmaq, 
inteqrasiya  siyasətini  müəyyənləşdirmək  ən  mühüm  problemlər 
sırasına  daxil  olur.  Milli  mədəni  ənənənin  toxunulmaz  olaraq 
çoxalması  ehtimalı  sıfıra  bərabərdir.  Digər  tərəfdən,  hətta  mə­
dəni  inkişaf  və  ənənə  tipoloji,  yeknəsəq  mədəni  praktikanın 
formalaşmasına yol  vermirlər (məs.:  Avropa  təcrübəsi).
Bir-birinin  təkran  olan,  eyni  mədəniyyət  və  eyni  cə­
miyyətlər  yoxdur.  Mədəni  universalilər  tarixi  ənənənin  kon­
servasiyası,  sadələşdirilməsi  və  primitiv  ifadəsi  deyil,  mədəni 
təməlin  (nüvənin)  innovasiyalardan  bəhrələnərək  daim  mürək­
kəbləşməsi,  daha  da  möhkəmlənməsi  deməkdir.  Yeni  məqam­
-
6 0
-
ların  mənimsənilməsi  zamanı,  məhz  belə  mərhələlər  hər  bir 
mədəniyyətin  həm  həyatiliyi  və  yaşardığının  sübut  olunduğu 
zamandır,  həm  də  onun  inkişaf  edərək  daha  yüksək  pilləyə 
adlamasının,  buna qadir olmasını  göstərən  amildir.
Bu  gün  müşahidə etdiymiz proseslər zahirdən  mədəniy­
yət  məkanının  inteqrasiya  bağları  ilə  daha  da  sıxlaşdıraraq, 
daxildən,  onun  diferensiasiyasını  (özünəməxsusluğun  mühafi­
zəsini) gücləndirir.
Sosial-mədəni  məkanlarda,  konkret  sərhədlər  daxilində 
mövcudluq  əvəzinə,  hüdudları  bilinməyən,  sərhədləri  şəffaf, 
gah  da  tutqun  və  görünməyən  mədəni  aləmin  insanı  aydın 
oriyentirlərdən  məhrum  vəziyyətdədir.  Əksəriyyət  bir-biri  ilə 
sıx  çulğaşan  çeşidli  mədəniyyətlərin  nəhəng  çoxluğunun  mər­
kəzinin  harada  yerləşdiyindən  bixəbərdir.  Nə  qapalı  özü- 
nütəcrid,  nə  də  ifrat  açıqlıq  arasında  seçim  edilmir.  Seçim  bu 
iki  tərəfin  arasındadır.
Lakin  informasiya  cəmiyyəti  müasir  mədəni  dinami­
kaya  güclü  təsirlərlə  təkan  verir,  hər  bir  ölkədə  mədəniyyətin 
innovasion  plastı,  ənənəvi  təcrübə  ilə  müqayisədə  üstünlük 
təşkil  edir.  Daha dəqiq deyilsə,  ənənə  və innovasiyalar arasında 
hər  dəfə  nisbətin  qeyri-sabit  vəziyyətlə  əvəzlənməsi,  artıq 
mədəniyyətin  yeni  inkişaf  rejiminə  daxil  olmasından  xəbər 
verir.  Bu  artıq  mövcud  inkişaf  paradiqmasına  yenidən  baxıl­
masını  tələb  edir.  Belə  şəraitdə  sosial-mədəni  inkişafda  ziddiy­
yətlərin  həllinin  mühüm istiqamətlərindən  biri -  inteqrasiyadır.
Lakin  nəzərə  almaq  lazımdır  ki,  hər  bir  keçid  mərhə­
ləsində  olduğu  kimi,  inteqrasiyanın  birdəfəlik,  universal  və 
səmərəli  modelinin  olmaması,  daha  doğrusu,  hamı  üçün  eyni 
modelin  tətbiqinin,  ümumiyyətlə,  qeyri-mümkün  olması  bu 
proseslərin  rəvan  deyil,  ağrılı  keçməsinə  səbəb  olur.  Bunu  dün­
-61
  -


yada baş verən  bütün  proseslərdə  müşahidə etmək olar.
Bir  tərəfdən,  demokratik  baxış  və  ideyaların  təsiri  güc­
lənir;  yeni  kommunikasiya  fərmanları  yaranır;  dünyanın  bir 
çox  regionlarında  sosial-mədəni  inkişaf  göstəriciləri  yaxşılaşır 
(həyat  müddəti,  təhsil  səviyyəsi;  mədəniyyətlərarası  təsirlər 
intensivləşir;  həyal  tərzini  seçmək üçün  geniş imkanlar açılır.
Digər  tərəfdən,  iqtisadi  inkişafın  qeyri-bərabərsizliyi 
ölkələr  və  insanlar  arasında  səviyyə  baxımından  müqayisə 
edilməyən  uçurum  yaradır.  Mədəni  müxtəlifliyi  təhlükə  altına 
alan  kütləvi  mədəniyyətin  təsiri  güclənir.  Mədəni  fərqlərə  və 
sivil  meyarlara  görə  düşünülmüş  siyasət  yürüdülür,  qarşıdur­
maya xidmət edir.
Müaisr  inteqrasiya  prosesinin  ziddiyyətləri  məhz  iki 
inkişaf  yolunu  -   qarşıdurma,  yoxsa  dialoqu  seçməyi  gündəmə 
gətirmişdir.  Mənəvi-mədəni  sfera  eyniyyəti  qəbul  etmir.  Bütün 
bunlar  inteqrasiyanın  humanistik-mədəni  layihə  üzrə  inkişa­
fının  zəruriliyini  gündəmə  gətirir.  Başqa  sözlə,  inteqrasiya  bə­
şər varlığının  sonrakı  inkişafının  başlıca şərti  kimi çıxış edir.
İnteqrasiyaya  meyil  hər  bir  mədəniyyətə  xasdır.  Onun 
səbəbi  mövcud  olanı  dağıtmadan  yenidən  bəhrələnmək,  ən 
geniş  mənada  dünyanın  və  mədəniyyətin  birlikdə  yaşamaq 
qabiliyyətidir.  Mədəni  sistemlərin  qarşılaşması,  təmasa  gətir­
məsi  tarix  boyu həmişə heç də  müsbət nəticələnməmişdir.
Müasir  inteqrasiya  proseslərinin  ziddiyyətlərinin  səbəbi 
məhz  bu  qarşılaşma,  sıxlaşma  deyil,  həm  də  dünyanın  mahiy­
yətcə  yeni-qlobal  bütövləşmə  mərhələsinə  qədəm  qoymasıdır. 
Burada  artıq  hər  bir  milli  mədəniyyət,  qlobal  mədəni  sistemin 
bir üzvünə çevrilməkdədir,  həm  milli,  həm  də qlobal  miqyas  və 
funksiyanı  yerinə  yetirməkdədir.  Bu  funksiyaya  aynca  götü­
rülmüş  bir  mədəniyyət  iddialı  olarsa,  yeni  məkanı  öz  istədiyi
-
6 2
-
kirni  "nizamlayarsa”  ziddiyyətilər  qaçılmazdır.  Bərabər  im­
kanlı,  bərabər  hüquqlu  inteqrasiya,  təhlükəli  qarşıdurmanı  sən- 
gidə,  insanın  yeni  mədəni  praktika  və  davranış  modellərini 
mənimsəməsinə şərait  yarada bilər.
İntensiv  inkişaf edən  yeni  texnologiyaların  formalaşma 
prosesi  hər  bir  ölkədə  artıq  yetkin,  bütöv  sayılan  mədəni 
landşaftda  yeni  təzahürlərin,  “pöhrə  və  budaqlar”ın  yaranma­
sını  şərtləndirir.
Mədəni  təcrübənin,  yeniliklərin  mənimsənilməsi  və ötü­
rülməsi  mexanizmləri,  vasitəçiləri  dəyişimr.  Ənənələri  texno­
logiyalar  əvəz  etdikcə,  informasiyanın  təhlili  və  mənimsənil­
məsinin,  ötürülməsinin  başlıca  subyekti  -   müəllim  və  ya  bö­
yüklər  olmadan  da  proses  davam  edir.  Mədəniyyətin  struktur 
elementlərindən,  təməl  faktorlarından  olan  dilin  kommunikativ 
funksiyası  dəyişikliyə  uğrayır.  Süni,  simvolik,  “informasiya di­
linin”  rolu  artır.  Bu  fenomen  hələ  ictimaiyyatşünaslar  tərə­
findən  kifayət  qədər  öyrənilə  bilməmişdir.  Simvolik,  virtual 
(daxili)  dialoq  və  ünsiyyət  yeni  mədəniyyət  tipini  və  yeni 
insanı  formalaşdırır.  Ünsiyyət  yalnız  informasiyanın  bir  növ 
zahiri  qəbulu  və  əks  əlaqə  üzrə  ötürülməsinə  yönəldiyi  üçün, 
şüurun  dərin  qatlarının  səyləri  tələb  olunmur.  Mədəniyyətin 
səviyyəsi  insanın  dolğun,  zəngin  dünyagörüşü  sistemlə  müəy­
yən  olunursa,  virtual,  şou  və  kommersiya  məkanlarında  möv­
cud  olan  həyat,  reklam  mifologiyası  və  s.  bəsit,  "güzəran” 
mədəniyyəti  təsvirləri  bütövlükdə  səviyyənin  aşağı  düşməsinə 
səbəb olur.
İnsan  zəkası  yalnız  bilik  və  təcrübəni  yaratmaqla 
kifayətlənmir,  həm  də  onların  həyatda  məqsədyönlü  istifadə 
olunması  prosesini  təmin edir.  Əldə edilən  mütərəqqi  nə  varsa, 
keçmişin  irsi  və  təcrübəsi  kimi  gələn  nəsillərə  ötürülür.  Bu
-
6 3
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə